Plan: Təhsil sahəsində yeni mərhələ



Yüklə 47,76 Kb.
səhifə8/12
tarix23.01.2022
ölçüsü47,76 Kb.
#83068
1   ...   4   5   6   7   8   9   10   11   12
movzu 14

Təhsil islahatları.

Bəşər mədəniyyətinin beşiyi olan qədim Şərq mədəniyyəti ilə, ilk növbədə isə ərəb və fars təhsil sistemi ilə əlaqədar olan ənənəvi məktəb və mədrəsələr XIX əsrə qədər Azərbaycanda yeganə təhsil ocaqları olmuşdur.

XIII əsrin əvvəllərində monqol hücumları digər Şərq ölkələri kimi Azərbaycanda da ədəbiyyat və incəsənətin inkişafını bir müddət ləngitdi, müsəlman elmi sxolostik xarakter aldı. İnsan həyatının bütün hallarına aid zəruri göstəriş və nəsihətləri özündə cəmləşdirən sistem koteksi-şəriət bütün elmlərin elmi sayıldı. Müsəlmanlarda həqiqi elmin inkişafı dayandı, bunu irəlidən məktəb isə daşa dönərək qədimdə necə idisə, o, şəklə düşdü və XIV əsrin sonlarına qədər heç bir dəyişiklik edilmədən qaldı. Məktəb dini xarakter aldı.

Bütün bunlarla yanaşı Azərbaycanxalqı tarixin bu məşəqqətli dövründə belə öz mədəniyyətinin, o cümlədən məktəb təhsilinin inkişafını davam etdirdi. XIII-XIV əsrlərdə AzərbaycanŞərqin ən mühüm mədəni mərkəzlərindən biri olaraq qalmaqda idi. Azərbaycan dilinin əhəmiyyəti artırdı.

Orta əsrlərdə meydana gələn uşaq və gənclərin yeganə təhsil ocaqlarıolan ənənəvi məktəb və mədrəsələr XX əsrin əvvəllərinə qədər təkcə Azərbaycanda deyil, bütün Rusiya inperiyasına daxil olan müsəlmanlar arasında da geniş yayılmışdı. Burada təhsil alanlar klassik Şərq ədəbiyyatını yaxşı öyrənir, dəqiq elmlərə yiyələnir, kolliqrafiyanı mənimsəyirdilər.

XIX əsrin ikinci yarısında Rusiyada yaşayan türkdilli xalqlar arasında məktəb və mədrəsə təhsili sahəsində yeni islahat dövrü başlandı.

Birinci mərhələ hesab etdiyimiz bu islahat tarixə “Üsuli-cədid” adı ilə daxil olmuşdur. Əvvəllər Krımda və Kazanda meydana gələn bu yeni mütərəqqi pedaqoji cərəyan olan “üsuli-cədid” Ural dağlarını aşıb, Qafqazın qarlı aşırımlarını keçibAzərbaycana, Türküstana, hətta, İrana da yayıldı. Bu cərəyanın başlıca tərəfdarlarından biri məşhur tatar maarifçisi Əbdül Qəyyum Nasiri (1824-1902), digəri isə Krim tatarı, ictimai xadim İsmayıl bəy Qaspiranski (1851-1914) idi. Bu hərəkatın başlıca məqsədi təhsildə köhnəlmiş hərf-hecaüsulu ilə deyil, yeni üsul – səs üsulu tətbiq etmək idi. Yeni üsullu məktəblərdə dərslər ana dilində aparılır, rus dili bir fənn kimi tədris edilir, tədris planına dünyəvi biliklər daxil edilirdi. “Üsuli-cədid” məktəblərində sabit tədris ili müəyyən edilir, sinif dərs sistemi tətbiq edilirdi.

İsmayıl bəy Qaspirinskinin maarifçilik fəaliyyəti Azərbaycan ilə sıx bağlı olmuşdur.

Azərbaycan ziyalılarının, elmi-pedaqoji və ictimayyətin bütöv bir nəsli İsmayıl bəylə yaxınlıq, dostluq etmişlər.

Firudin bəy Köçərli onu “dilimizin mayası və millətimizin ruhu mənziləsindən” hesab etmişdir. Nəriman Nərimanov isə İsmayıl bəyi “Millətin dəyanətli qeyrətli qoruyucusu” adlandırmışdır.

Azərbaycanda məktəbinin son iki yüzillik tarixi təhsil islahatları ilə daha zəngin olmuşdur. XIX əsrin 30-cu illərindən sonrakı təxminən 80-90 illik bir dövrü Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi dövrünü əhatə edir. Bu illərdə qəbul edilən məktəb nizamnamələri tez-tez dəyişmiş və çarizmin arxalandığı knyaz, bəy, dvoryan, məmur və tacir uşaqlarının mənafeyi üstünlük təşkil etmişdir. Bu illərdə aparılan islahatlar çarizmin ümumi siyasi məqsədlərindən asılı olmayaraq, yerli əhalini itaətdə saxlamaq üçün Azərbaycandili müstəqil bir fənn kimi tədris planında saxlanılmışdır. Dövlətin məktəb təhsili vasitəsilə yerli əhalini tədricən ruslaşdırmaq ideologiyası hakim olmuşdur.

XIX əsrin 60-cı illərindən etibarən Azərbaycan ərazisindəki dövlət məktəbləri ümumi Rusiya məktəb nizamnamələri ilə idarə olunmağa başladı. Təhsil sistemindəki əvvəlki yerliçilik və müstəsnalıq aradan qaldırıldı.Azərbaycan təhsil sistemi Rusiya imperiyasındakı təhsil sisteminə daha da yaxınlaşdırıldı.

Çarizmin siyasıtindən asılı olmayaraqAzərbaycanmaarifçiləri, yerli əhalinin qabaqcıl dəstəsi dünyəvi təhsilin yayılmasına ciddi cəhd göstərirdi. XIX əsrin 80-ci illərindən etibarən elmi-pedaqoji ictimaiyyətin tələbi ilə çarizm bir sıra tələblərindən geri çəkilməyə məcbur oldu. Azərbaycanlılardan müəllim kadrları hazırlığı həyata keçirildi.

Qori və İrəvan müəllimlər seminariyaları bu sahədə tarixi rol oynadı. Şərqdə ilk dəfə olaraq səs üsulu ilə hazırlanmış ana dili dərsliyimiz-“Vətən dili” meydana gəldi.

Azərbaycan maarifçilərinin yeni dəstəsi yarandı. Çarizmin təhsil siyasətinə qarşı mübarizə daha da gücləndi. Qadınların dünyəvi təhsil tələbi həyati əhəmiyyət kəsb etdi.

Mütərəqqi rus və dünya pedaqoji ideyaları Azərbaycana nüfuz edir, ana dilli məktəblərimiz meydana gəlirdi.

XX əsrin əvvəllərində Azərbaycan Xalq Cumhuriyyətinin təşkili məktəb təhsili sahəsində islahatların növbəti, - ikinci mərhələsini təşkil edir. AXC-nin qısa müddət ərzində həyata keçirdiyi tədbirlər xalq maarifinin demokratik prinsiplər üzərində qurulması ilə nəticələndi. İlk ali məktəbimiz Bakı Dövlət Universiteti təşkil edildi.

Azərbaycanda Sovetlər hakimiyyətinin yaradılması ilə təhsil sahəsində islahatların üçüncü mərhələsi başladı. Məktəb təhsili sahəsində sosialist istiqamətli islahatlar nəticəsində yeni sovet təhsil sovet təhsil sistemi yarandı. 1917-ci il noyabrın 9-da verilən dekret əsasında maarif üzrə Dövlət Komissiyası yaradıldı. 21 yanvar 1918-ci il tarixli dekreti ilə kilsə dövlətdən ayrıldı. 1917-1918-ci illərdə “Vahid əmək məktəbinin əsas prinsipləri və “Vahid əmək məktəbi haqqında Əsasnamə” elan olundu. Xalq maarifi sahəsində kommunist ideologiyası hakim oldu. 1930-cu illərdə qəbul olunmuş qərarlar təhsildə özünü göstərən bəzi nöqsanları aradan qaldırdı, müəllimin rolu bir qədər yüksəldi.

Məktəb təhsili sahəsindəki sonrakı dəyişikliklər, yeni qərar və qanunlar ölkədə ümumi icbari orta təhsilin həyata keçirilməsi, orta ixtisas və ali təhsil müəssisələrinin, həmçinin məktəbəqədər tərbiyə ocaqlarının-uşaq bağçalarının böyük şəbəkəsinin yaradılması ilə nəticələndi.

18 oktyabr 1991-ci ildə əldə etdiyimiz müstəqillik dörvü məktəb təhsili sahəsində həyata keçirilən islahatların ayrıca bir mərhələsini,-4-cü şmərhələsini təçkil edir.

Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi daxil olmuş bu əlaqmətdar hadisə nəticəsində dövrümüzün müdrük tarixi şəxsiyyəti, təcrübəli və iradəli dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin titanik fəaliyyəti sayəsində ölkəmizdə uşaq və gənclərin təlim-tərbiyə və təhsilinin bütün sahələrində yeniləşən mütərəqqi demokratik islahatlar həyata keçirildi.

Mahiyyət etibarı ilə bu islahatları aşağıdakı kimi qruplaşdırmaq olar:

İslahatlarda


Yüklə 47,76 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə