Plan: Təhsil sahəsində yeni mərhələ



Yüklə 47,76 Kb.
səhifə10/12
tarix23.01.2022
ölçüsü47,76 Kb.
#83068
1   ...   4   5   6   7   8   9   10   11   12
movzu 14

üçüncü istiqamətini Dünya Bankı ilə birgə həyata keçirilən təhsil islahatları təşkil edir. Azərbaycan öz təhsil sistemini dünya standartlarına uyğunlaşdımaq üçün beynəlxalq təşkilatlarla da fəal əməkdaşlığa başlayıb. Ötən əsrin 90-cı illərinin sonundan etibarən Dünya Bankı təhsil islahatlarının həyata keçirilməsində Azərbaycanın tərəfdaşıdır. 1998-ci ildə Dünya Bankının Beynəl-xalq İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında təhsil islahatlarının həyata keçirilməsinə dair kredit razılaşması əldə edilib. Ardınca Azərbaycan prezidentinin sərəncamı ilə ölkənin təhsil sistemində islahatların aparılmasını təşkil etmək üçün xüsusi Dövlət Komissiyası yaradılıb. Kommissiyanın vəzifəsi Dünya Bankının ayırdığı kredit hesabına təhsil sistemində islahatlar proqramını hazırlamaq idi. Dünya Bankı ilə təhsil sistemində islahatlara dair əməkdaşlığın birinci mərhələsi 2003-cü ilə qədər davam edib. 2003-cü ildən etibarən isə islahatların ikinci mərhələsi məzmun və mahiyyətcə yeni bir forma alıb. Həmin il Təhsil Nazirliyi ilə Dünya Bankı arasında imzalanmış kredit razılaşmasına əsasən 2004-2009-cu illər ərzində həyata keçirilən Təhsil sektorunun İnkişafı Layihəsi qəbul olunub. Dünya Bankı vəAzərbaycan hökümətinin birgə maliyyələşdirdiyi bu layihə təhsildə idarəetmənin təkmilləşdirilməsi və məktəblərin maddi-texnikibazasının möhkəmləndirilməsi, müəllim hazırlığı, kurikulumun hazırlanması, dərslik strategiyası və digər sahələri əhatə edib. Azərbaycan təhsil islahatlarının həyata keçirilməsində Dünya Bankı ilə əməkdaşlığı davam etdirərək təhsil sektorunun inkişafına dair 2009-2014-cü illəri əhatə edən ikinci layihənin həyata keçirilməsinə başlanılıb. Dünya Bankı ilə əməkdaşlıq şəraitində həyata keçirilən təhsil islahatları nəticəsində bu vaxta qədər əldə edilmiş nəticələr arasında ümumi təhsil sistemində yeni dərslik siyasətinin tətbiqi, bu siyasətin həyata keçirilməsi üçün müstəqil qurum olan Dərslikləri Qiymətləndirmə Şurasının yaradılması, ümumi təhsilin yeni milli qiymətləndirmə konsepsiyasının qəbul olunması, fasiləsiz müəllim hazırlığı üçün yeni konsepsiyanın qəbul olunması göstərilə bilər.

Azərbaycan təhsilində islahatların


Yüklə 47,76 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə