Plan: Təhsil sahəsində yeni mərhələ


Müstəqillik dövrü müəllimlər qurultayları



Yüklə 47,76 Kb.
səhifə6/12
tarix23.01.2022
ölçüsü47,76 Kb.
#83068
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu 14

Müstəqillik dövrü müəllimlər qurultayları.

Azərbaycanın müstəqillik illərindən bu günə qədər müəllimlərin dörd qurultayı olmuşdur. Müstəqillik illərinin birinci qurultayı-sayca Azərbaycan müəllimlərinin XI qurultay 1998-ci il sentyabrın 25-də Bakıda keçirildi. Qurultayda iştirak edən Respublika prezidentiHeydər Əliyev geniş və proqram xarakterli nitq söyləmiş XX əsrdə qazanılmış mütərəqqi ənənələrin qorunub saxlanılmasına, təhsilin məzmunun milli və ümumbəşəri dəyərlər əsasında qurulmasına,Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasına dair tövsiyə və tapşırıqlarını vermişdi.

Qurultayda ilk dəfə olaraq “Xalq müəllimi” fəxri adı təsis edildi və bu ada ilk dəfə Heydər Əliyev layiq bilindi. Qurultay Azərbaycan Respublikası Təhsil Şurasının tərkibini seçdi.

Müstəqillik dövrünün növbəti ikinci, sayca Azərbaycan müəllimlərinin XII qurultayı 2003-cü oktyabrın 4-də keçirildi.

Qurultayda təhsil sahəsində islahat proqramının icra vəziyyəti, ölkədə aparılan milli- təhsil quruculuğu, qazanılan uğurlar müzakirə edildi.

Müstəqillik illərinin üçüncü, sayca Azərbaycan müəllimlərinin XIII qurultayı 2008-ci il sentyabrın 22-də keçirildi. Qurultayda 2003-2008-ci illərdə Azərbaycanda təhsilin davamlı inkişafı, cəmiyyətin inkişafında təhsilin rolu, bu illər ərzində görülən işlər, aparılan islahatlar və onların nəticələri müzakirə obyekti olmuşdu. Qurultay Azərbaycanxalqına müraciət və qətnamə qəbulu ilə yadda qaldı.

Azərbaycanmüəllimlərinin sonuncu XIV qurultayı 2013-cü il dekabr ayının 14-də keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına göndədərdiyi məktubda deyilirdi; “Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır. Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın keşiyində dayanan müəllim daim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunmuşdur.Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Təhsil sistemində həyata keçirilən bütün işlər, o cümlədən son on il ərzində 2700 məktəb binası tikilməsi, təhsilin maliyyələşməsinin artırılması, idarə edilməsinin təkmilləşdirilməsi və digər islahatlar bütövlükdə təhsilimizin aparıcı qüvvəsi olan müəllim mövqeyinin gücləndirilməsi üçün möhkəm zəmin yaradır”.

Azərbaycan müəllimlərinin XIV qurultayının “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunmasından sonra keçirilməsi qurultayı Azərbaycan müəllimlərinin əvvəlki ali məclislərindən fərqləndirən mühüm hadisə idi.

Prezidentin məktubunda deyilirdi.

Strategiya qarşıdakı dövr üçün milli təhsil sisteminin prioritet istiqamətlərini və başlıca məqsədlərini müəyyən edərək sizin qarşınızda xalqımızın gələcəyi naminə həyati əhəmiyyətli yeni vəzifələr qoyur. Onun tələbi sürətlə modernləşən ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafına xidmət etməsinin, təhsilin keyfiyyət göstəricilərinin ən yüksək səviyyəyə çatdırılmasının və bütün pillələrində köklü dönüş yaradılmasının, həmçinin müəllimin səmərəli fəaliyyətinin dünya standartlarına uyğun təşkilinin təmin olunmasından ibarətdir.

XIV qurultay ötən müddət ərzində görülən işləri obyektiv qiymətləndirmiş, taleyüklü məsələlər ətrafında müzakirələri və qərarları ilə ölkənin təhsil sisteminin təkmilləşdirilməsinə öz layiqli töhfəsini verəcəyini bildirmişdir. Azərbaycan müəllimləri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, azərbaycançılıq məfkurəsinə sadiq və qloballaşan dünyada ölkəmizi layiqincə təmsil etməyə qadir vətəndaş yetişdirilməsində bundan sonra da var qüvvəsini əsirgəməyəcəklərini bəyan etdi.

Qurultayda məruzə ilə təhsil naziri Mikayıl Cabbarov çıxış etmişdir. Məlum olmuşdur ki, 2013-2014-cü tədris ilində ölkədə 137 mindən çox şagird məktəbə qədəm qoyub. Nazir vurğulayıbki, 108 ilk peşə ixtisas təhsili müəssisəsində 29 min 337 nəfər təhsil alır. Orta ixtisas təhsili pilləsində 64 min 116 tələbə oxuyur. Bakalavr səviyyəsində təhsil alanların cəmi sayı 136 min nəfərdən çoxdur. Magirstratura səviyyəsində isə 11 mindən çox tələbə təhsil alır. Bütün bunlar ölkədə ümumxalq təhsil səviyyəsinin yüksək olduğunun göstəricisidir.

Nəticə olaraq qeyd edək ki, Azərbaycan Müəllimlərinin XIV qurultayında deyildiyi kimi, son 10 ildə aparılan sosialyönümlü islahatlar nəticələsində müasir tələblərə cavab verən təhsil obyektləri inşa edilib istifadəyə verilmişdir. Bu tədbir ölkədə təhsil sahəsində əsaslı islahatların aparılmasına təkan vermiş, onun davamlı inkişafına stimul yaratmışdır.

Bu bir reallıqdır ki, müasir dövrdə ölkənin inkişafı yalnıztəhsil vasitəsilə əldə edilə bilər. Dünya təcrübəsi göstərir ki, bu və ya digər ölkənin inkişaf səviyyəsini ölkənin təbii sərvətlərinin bolluğu deyil, bu sərvətlərin yüksək potensiala malik insan kapitalına çevirilməsi təmin edir.

İlham Əliyev demişdir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Neft, qaz Tanırıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra d təmin edəcəkdir....”

Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım əliyevanın dediyi kimi “Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xüsusi diqqət yetirmişik”. Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış”inkişaf konsepsiyası da insan kapitalının inkişafını ön plana çəkmişdir.

Bütün bunların nəticəsidir ki, bu gün respublikanın ümumi təhsil sistemində 4 min 513 təhsil müəssisəsi, 2 milyon 288 min şagird, 151 min 538 nəfər müəllim heyəti vardır.

İlk peşə-ixtisas təhsili pilləsində mövcud olan 108 müəssisədə 29 min 337 nəfər şagird təhsil alır.

Orta ixtisas təhsili pilləsində 59 müəssisədə 64 min 116 nəfər tələbə təhsil alır.

44 mülki ali təhsil ocağında bakalavr səviyyəsində 136 min 682 nəfər, magistratura səviyəsində isə 11 min 245 nəfər təhsil alır.

Son 10 ildə Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Təhsil sahəsində əldə edilmiş böyük nailiyyətlərlə bərabər, son vaxtlar bu sahədə bir sıra irili-xırdalı nöqsanlar da olmuşdur. Azərbaycan mətbuatında dərc edilən məqalələrdə bu cəhət xüsusi vurğulanmışdır. Mətbuatda qeyd edildiyi kimi Azərbaycanda sürətli inkişafdan geri qalan səhələrdən biri də təhsildir. Son illərdə təhsil sahəsinin birinci pilləsi olan məktəbəqədər təhsildən ali təhsilə qədər olan bütün sahələrdə natamamlıq halları ciddi tənqid obyekti olmuşdur. Orta məktəblərdə kişi müəllimlərinin ümumi sayının get-gedə azalması, müəllimlərin 80% qadınlar olması, müəllim-şagird münasibətlərinin nəzarətdən çıxması hallarının baş verməsi, yuxarı sinif şagirdlərinin məktəbə yalnız sənəd almaq xatiri üçün gedib-gəlmələri, təhsilin məzmunundakı və dərsliklərdəki qüsurlar elmi-pedaqoji ictimaiyyətin ciddi tənqidinə məruz qalmışdı. Ali məktəblərə qəbul imtahanlarının nəticələrinin də qənaətbəxş olmaması narahatlıq doğururdu.

Təhsil orqanları bu qüsurların aradan qaldırılması sahəsində fəaliyyətlərini genişləndirmişlər.




  1. Yüklə 47,76 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə