Plan: Təhsil sahəsində yeni mərhələ



Yüklə 47,76 Kb.
səhifə9/12
tarix23.01.2022
ölçüsü47,76 Kb.
#83068
1   ...   4   5   6   7   8   9   10   11   12
movzu 14

ilk addımlar iki pilləli ali təhsilin tətbiqi ilə əlaqədar olmuşdur.

Azərbaycanöz müstəqilliyini edəndən sonra digər sahələrdə olduğu kimi təhsildə də köklü islahatlar zərurəti ortaya çıxdı. Sovet təhsil sistemindən modern və dünya standartlarına uyğun təhsil sisteminə keçid prosesi başlandı. Bu istiqamətdə atılmış ilk önəmli addım 1993-cü ildə ölkədə ikipilləli ali təhsilin tətbiqinə başlanılmışdır. Həmin il ilk dəfə ölkənin 23 ali təhsil müəssisəsində bakalavr pilləsinə tələbə qəbulu həyata keçirildi. Sonradan bakalavr təhsilinin məzmununda köklü dəyişikliklər və yeniləmələr baş verdi. Qaydalar daha da təkmilləşdirildi, dünya təhsil sisteminin tələblərinə uyğun standartlar tətbiq edildi və təhsildə kredit sisteminin tətbiqi prosesi başlandı.

1997-ci ildə ali təhsilin ikinci-magistratura pilləsinə keçməsinin tətbiqinə başlanıldı. 2005-ci ilə qədər magistraturaya qəbul ali məktəblər tərəfindən aparılıb. Həmin il magistraturaya tələbə qəbulu Azərbaycanprezidentinin fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına tapşırılıb ki, bu da ali təhsilin ikinci pilləsinə qəbul prosesinin sınaqdan uğurla çıxmış test üsulu ilə həyata keçilməsini təmin edib.

Azərbaycan təhsili sahəsində həyata keçirilən islahatların ikinci istiqaməti struktur islahatları ilə əlaqədar olmuşdur.

199-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatlar sistemli xarakter alıb. Həmin proqram əsasında digər pillələrdə olduğu kimi, ali təhsildə də struktur dəyişiklikləri aparılıb, müəssisələrin şəbəkəsi optimallaşdırılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub. Təhsil müəssisələrinə xeyli müstəqillik, geniş səlahiyyətlər verilib. Ali məktəblər elmi şuraların, dövlət attestasiya komissiyalarının təkibinin, öz daxili strukturunun müəyyənləşdirilməsi, Dövlət təhsil standartları əsasında ixtisaslar üzrə tədris planlarının hazırlanması və digər məsələləri də həll etməyə başlayıblar. Bundan əlavə, 6 ali məktəbə daha geniş müstəqillik verilib və onlar öz fəaliyyətlərini özünüidarəetmə prinsipi əsasında qurmağa başlayıblar. Həmin ali məktəblərin dövlət büdcəsindən ayrıca bəndlə müəyyənləşdirilməsi 2001-ci ildən etibarən həyata keçirilir.

İslahatların


Yüklə 47,76 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə