Plan: Təhsil sahəsində yeni mərhələ



Yüklə 47,76 Kb.
səhifə11/12
tarix23.01.2022
ölçüsü47,76 Kb.
#83068
1   ...   4   5   6   7   8   9   10   11   12
movzu 14

dördüncü istiqamətiali təhsil və Boloniya prosesi il bağlı olmuşdur. Ali təhsil sahəsində islahatlar əsasən Avropa strukturları ilə, Avropa İttifaqı, Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Ali təhsil sahəsindəki islahatlardaAzərbaycanın Boloniya prosesinə qoşulmasının xüsusi rolu var. Avropada vahid ali təhsil məkanının yaranmasını nəzərdə tutan və 1999-cu ildə başlamış prosesə Azərbaycan 2005-ci ildə qoşulub. Azərbaycanın Boloniya prosesinə qoşulması ölkədə vahid Avropa standartlarına cavab verən ali təhsilə nail olmaq zərurətini meydana çıxarıb. 2005-ci ildən etibarən Azərbaycanda bu istiqamətdə islahatlar aparılır. Boloniya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən Tədbirlər Planı təsdiq edilmişdir. Ali təhsil islahatlarında ən mühüm mərhələ isə 2009-cu il mayın 22-də Azərbaycan prezidenti tərəfindən təsdiq edilmiş dövlət proqarmının qəbul edilməsidir. “2009-2013-cü illərdə Azərbaycan respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətlərinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyatinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır. Azərbaycanda təhsil islahatlarının genişləndirilməsi və dünya standartlarına uyğunlaşdırılması siyasətini həyata keçirmək üçün yeni qanunvericilik bazasının formalaşdırılması da zəruri olmuşdur. Bu məqsədlə 2009-cu ilin iyun ayında “Təhsil Haqqında” yeni qanun geniş ictimai müzakirədən sonra parlamentdə qəbul edildi və onun tətbiqinə başlanıldı.

Nəhayət islahatların


Yüklə 47,76 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə