Plan: Təhsil sahəsində yeni mərhələ


Təhsil sahəsində yeni mərhələ



Yüklə 47,76 Kb.
səhifə2/12
tarix23.01.2022
ölçüsü47,76 Kb.
#83068
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu 14

Təhsil sahəsində yeni mərhələ (Müstəqilliyin birinci mərhələsi (1991-1993).

Azərbaycan xalqı XX əsrdə iki özünün müstəqilliyinə qovuşmuşdur. Birinci dəfə 1918-ci ilin sentyabr ayından 1920-ci ilin may ayına qədərki dövrü əhatə edən Azərbaycan Xalq Cumhuriyyəti illərindəki müstəqillik az bir müddəti əhatə etsə də xalq maarifi, uşaq və gənclərin təlimi, tərbiyəsi və təhsili sahəsində xeyli və yadda qalan işlər gördü.

İkinci dəfə 1991-ci ildə SSRİ-nin süqutundan sonra əldə edilən müstəqil-liyimiz bu gün özünün sosial-iqtisadi, elmi-pedaqoji və mədəni inkişafının üçüncü on illiyini şərəflə yaşayır.

Müstəqilliyin 1991-1993-cü illərini əhatə edən birinci mərhələsi təhsil sisteminin tənəzzülü, sovet hakimiyyəti illərində qazanılmış nailiyyətlərdən, mütərəqqi ənənələrdən imtina edilməsi kimi xarakterizə edilir.

Rəsmi mənbələrdə deyildiyi kimi sovethakimiyyətininson illərində ölkənin təhsil sistemində özünü göstərən böhran Azərbaycanda da təsirsiz qalmadı. Müstəqillik ərəfəsində təhsildə başlanmış böhranlı vəziyyət müstəqilliyin ilk illərində daha da dərinləşdi. Məktəb binalarının tikintisi tamamilə dayandırıldı. İqtisadiyyatda baş verən böhranlı proseslər peşə-ixtisas təhsili proseslərinə gənclərin marağını azaltdı. Bəzi ali məktəblərə qəbul 2 dəfədən çox azaldı. Məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların cəlb olunması səviyyəsi aşağı düşdü. Əgər 1990-cı ildə Respublikada 2185 dövlət məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərirdisə bu rəqəm 1993-cü ildə 2172 olmuşdur. Bu müəssisələrdə tərbiyə alan uşaqların sayı da müvafiq olaraq 180870-dən 166194-ə enmişdi. Bu mərhələdə ümumi təhsildə icbarilik 8 ilə endirildi, dərsliklərin şagirdlərə pulsuz verilməsi dayandırıldı. Təhsilin maliyyələşdirilməsi minimuma endi və təhsil sistemindən kadr axını başlandı. Bu illərdə Ermənistanın ölkəmizə təcavüzü nəticəsində 288 uşaq bağçası, 799 ümumtəhsil məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbinin fəaliyyəti dayandırıldı.

Bütün bunlara baxmayaraq bu illərdə həm də məktəb və pedaqoji fikir tarixinə milli ideyaların təhsil sisteminə gətirilməsi ilə düşmüşdür.

Müstəqilliyin ilk illərində qəbul edilən “Təhsil Qanunu” (1992, 16 dekabr), ölkəmizin Uşaq Hüquqları Konvensiyasına qoşulması (1992) təhsil sahəsində hüquqi-normativ bazanın yaradılmasına kömək etdi. Ali məktəblərə tələbə qəbulu ilə bağlı Dövlət Komissiyasının ölkədə hökm sürən kütləvi rüşvətxorluğun qarşısını birdəfəlik aldı.




Yüklə 47,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə