Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

suyun yumşaldılması və duzsuzlaşdırılması, etil spirtinin sulu məhlullarını digər
qatışıqlardan təmizlənməsi və s. proseslər həyata keçirilir. Bu proseslər, iqtisadi
cəhətdən reftifikasiya prosesi ilə rəqabətə girə bilərlər. Udulan maddə ilə doymuş
ionit, ondan regenerasiyaedici məhlul buraxmaqla, yenidən istifadəyə yararlı hala
salına  bilər.  Suyun  təmizlənməsi  zamanı,   belə  məhlul  kimi  xörək  duzu (NaCl)
məhlulu çıxış edə bilir. İon mübadiləsi proseslərini yerinə yetirmək üçün fasilə ilə
işləyən ən sadə aparatın sxemi 1 – ci şəkildə təsvir edilir.
Şəkil 1. İon mübadiləsi qurğusunun sxemi
1 – qəfəs; 2 – silindrik gövdə; 3, 4 – bölüşdürücü qurğu; 5, 6,7, 9, 10, 11
– borular; 8 – bölüşdürücü qurğu.
A d s o r b s i y a   a p a r a t l a r ı.   Adsorbsiya prosesini yerinə yetirmək
üçün tətbiq edilən aparatlar 3 qrupa bölünürlər:
1) Adsorbent qatı hərəkət etdirilməyən aparatlar;
5


2) Adsorbent qatı hərəkət etdirilən aparatlar;
3) “Qaynayan səthli” adsorbent qatına malik aparatlar.
Qida sənayesində I qrup adsorbsiya aparatları daha çox tətbiq edilir. Maye
sistemləri rəngsizləşdirmək  məqsədi ilə adsorbsiya sütunları, adsorbsiya filtrləri
adsorbsiya qarışdırıcılarından istifadə edilir. Sütunlu adsorber, şəkər istehsalında
aktiv kömür vasitəsi ilə şəkər şərbətlərinin rənginin zəiflədilməsi məqsədi ilə tətbiq
edilir.   Belə   adsorber   1,2   m   diametr   və   10   m   hündürlüyə   malik   1   –   silindrik
borusundan ibarətdir. Bu boru 4 – toru və kömürü boşaltmaq üçün 5 lükü ilə təmin
edilir.   Tor   üzərində   metal   yerləşdirilir,   sonra   parça   qoyulur   və   kömür   tökülür,
bundan sonra isə 2 – boğazlığı bağlanır. 
Şərbət   adsorberdə   yuxarıdan   aşağıya   doğru   hərəkət   edir,   aparatdan
çıxmamışdan əvvəl, rəngsizləşdirilmiş şərbət 3 – yoxlayıcı parça filtrindən keçirilir
ki, burada da o, kömür hissəciklərindən təmizlənilir. Sütunlu adsorberin sxemi 2 –
ci şəkildə təsvir edilmişdir.
Şəkil 2. Sütunlu adsorber.
6


Filtr adsorberlər, pivəni filtrləmək və şəffaflaşdırmaq üçün tətbiq edilir.
“Qaynayan səthli” adsorbent qatına malik aparatda isə (şəkil 3) tozşəkilli
adsorbent 2 – borusu vasitəsi ilə fasiləsiz olaraq 1 – toruna daxil olur, təmizlənəcək
qaz   isə   onun   altına   üfürülür.   Müəyyən   sürətlə   adsorbent   qatından   keçən   qaz
adsorbenti “qaynayan təbəqə” şəklinə salır. Təmizlənmiş qaz 3 – borusundan çıxır,
adsorbent isə 4 – borusu vasitəsi ilə desorbsiyaya istiqamətləndirilir.
Şəkil 3. 
7


MÖVZU 21. QOVMA PROSESİ. QOVMA
NƏZƏRİYYƏSİNİN ƏSASLARI – 2 SAAT.
Q o v m a   p r o s e s i   h a q q ı n d a    ü m u m i    m ə l u m a t.   Maye
qatışıqları   təşkil   edən   komponentlərin   uçuculuq   qabiliyyətləri,   maye   və   buxar
kütlələrinin əks axınlı qarşılıqlı təsir fərqi nəticəsində ayrılması hadisəsi  q o v m a
p r o s e s i   adlanır. Bu zaman ayrılan komponentlər eyni temperaturda buxarın
müxtəlif qatılığına malik olmalıdırlar. 
Ən sadə halda, qovulmaya məruz qoyulan qarışıq binar sistem təşkil edir,
yəni 2 komponentdən ibarət olur:
1) asan buxarlanan komponent
2) çətin buxarlanan komponent. 
Belə qatışıqlar qaynadıldıqda asan buxarlanan komponentin miqdarı həmişə
yaranan   buxarda   verilmiş   qatışıqdakı   miqdardan   çox   olur.   Belə   buxarı
kondensləşdirsək və sonra onu yenidən qaynatsaq, onda belə mayedən daha zəngin
asan buxarlanan komponentə malik buxar almaq mümkündür. Bu səbəbdən qovma
zamanı maye faza asan buxarlanan komponentlə birləşir, buxar fazası isə onunla
zənginləşir. 
Əgər sənaye miqyaslı  aparatlarda yerinə yetirilən belə proseslər bir neçə
dəfə təkrar edilərsə, onda aparatların yuxarı hissəsindən tamamilə asan buxarlanan
komponentdən (ABK), yəni     d i s t i l y a t d a n     ibarət olan məhsul, aşağı
hissəsindən   isə   tamamilə   çətin   buxarlanan   komponentdən   (ÇBK)   ibarət   qalıq
almaq mümkündür. Buna görə də bəzi hallarda qovma prosesini “distillə” prosesi
kimi də adlandırırlar.
Mürəkkəb qarışıqların ilkin ayrılması və uçucu maddələrin qeyri – uçucu
maddələrdən təmizlənməsi üçün tətbiq edilən     s a d ə       q o v m a     prosesi,
qatışıqdan komponenti təmiz halda almaq üçün tətbiq edilə    m  ü  r  ə  k  k  ə  b
q o v m a   prosesindən fərqlənir. Mürəkkəb qovma prosesi, texnikada və müxtəlif
texnologiyalar zamanı çox vaxt rektifikasiya   prosesi kimi də adlandırılır.   


Qovma prosesinin köməyi ilə spirt istehsalında qıcqırma məhsullarından, etil
spirtindən   başqa   müxtəlif   efirlər,   aldehidlər,   sivuş   yağları   və   bu   kimi   digər
birləşmələrdən ibarət olan su – spirt qarışığı alınır və sonra isə rektifikasiya yolu
ilə göstərilən bu komponentlər təmiz şəkildə ayrılır. Konyak istehsalında şərabdan
qovmanın köməyi ilə uçucu qatışıqlara malik konyak spirti almaq mümkün olur. 
Qovma və rektifikasiya prosesləri efir yağları, aseton – butil və likyor – araq
məhsulları istehsalında olduqca geniş miqyasda istifadə olunur.
Q o v m a   p r o s e s i n   n ə z ə r i   ə s a s l a r ı.    Praktikada adətən çox
komponentli   qarışıqların   qovulması   ilə   qarşılaşırlar,   lakin   bu   proses   nəzəri
cəhətdən daha yaxşı öyrənilmiş binar sistemlərə əsasən dəqiqləşdirilir. 
Rus   alimi      K   o  n   a  v   a  l   o  v     D.   P.      binar   sistemləri,   binar  qarışıq
buxarlarının p – ümumi təzyiqinin maye fazaların x – tərkibindən asılılığı əsasında
təsnifatını vermişdir. 1 – ci şəkildə müxtəlif binar qarışıqlar üçün bu asılılıq əks
olunmuşdur. X - У koordinatının şaquli oxunda, sabit temperaturda   qarışığın p –
ümumi təzyiqi (Pa ölçü vahidi ilə), üfüqi koordinatda isə maye qarışığın x – tərkibi
(%   –   lə)   göstərilir.   1   –   əyrisi   qarışıq   komponentlərinin   birinin   digərində   həll
olmadığı hala, və ya daha dəqiq desək yalnız həllolma izləri müşahidə olunduğu
hala uyğun gəlir.
2


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə