Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

metod   qida   məhsullarından   sıx   əlaqəli   nəmliyin   tam   buxarlandırılması   üçün
yeganədir. 
Süni   qurutma   kontaktlı,   konvektiv,   radiasiyalı,   yüksək   tezlikli   və
sublimasiyalı qurutma üsulları kimi 5 növə bölünür. 
Qida   məhsullarının   qurudulması   adətən   qızdırılmış   havadan   istifadə
edilməklə   daha   geniş   miqyasda   həyata   keçirilir.   Buna   görə   də   konvektiv
quruducularda istifadə edilən nəm havanın xassələri, qurutma prosesinin nəzəri və
praktiki cəhətdən əsaslandırılması üçün vacib əhəmiyyət kəsb edir.  
N ə m       h a v a n ı n     x a s s ə l ə r i.  Nəm hava, quru hava və su
buxarlarının   cəmindən   (qarışığından)   ibarət   olur.   Bu   qarışıq   texniki   hesabatlar
üçün kifayət qədər dəqiqliklə ideal qaz qanunlarına tabe olur. Buna görə də ona
termodinamikanın aşağıdakı halları tətbiq edilə bilər: 
1)   Qarışığın   ümumi   təzyiqi,   onu   təşkil   edən   qazların   parsial   təzyiqləri
cəminə bərabərdir;
2)   Qazın   parsial   təzyiqi   onun   vahid   həcmdəki   (m
3
)   miqdarına   (kq)
mütənasibdir.
3)   Qarışığa   daxil   olan   qaz,   bütün   qarışığın   tutduğu   həcmi   tutur.   Onun
temperaturu   qarışığın   bütövlükdə   temperaturuna,   təzyiqi   isə   qazın   parsial
təzyiqinə bərabərdir. 
4)   Verilmiş   həcmdə   qarışıqdakı   qazın   kütləsi   təzyiqlə   düz,   qazın   mütləq
(absolyut) temperaturu ilə tərs mütənasibdir.
İndi də nəm havanın xassələrini nəzərdən keçirək:
M ü t l ə q  (absolyut)  n ə m l i k – nəm havanın vahid həcmində olan su
buxarlarının   miqdarıdır.   Bu   kəmiyyət   kq/m
3
  vahidi   ilə   ölçülür   və   ρ   hərfi   ilə
işarələnir.   Əgər   nəm   hava   soyudularsa,   onda   bəzi   temperaturlarda   nəmlik   şeh
şəklində   çökməyə   başlayacaqdır.   Bu   hadisənin   baş   verdiyi   temperatur   –  şeh
nöqtəsi adlanır. Belə vəziyyətdə hava maksimum su buxarına malik olur. Doyma
vəziyyətində onun mütləq (absolyut) nəmliyi ρ
n
 ilə işarə olunur. 
4


N i s b i   n ə m l i k   v ə   y a   d o y m a   d ə r ə c ə s i.   Havanın mütləq
(absolyut)   nəmliyinin,   onun   doyma   dərəcəsindəki   mütləq   (absolyut)   nəmliyinə
olan nisbəti havanın rütubətlə (nəmliklə) doyma dərəcəsini xarakterizə edir, yəni 




n
                                (1)
Bu nisbət   n i s b i    n ə m l i k   adlanır və % – lə ölçülür. Nəm havaya
ideal qaz qanunlarını tətbiq etməklə yazmaq olar:





n
n
P
P
                                (2)
burada: P – baxılan nəm havada su buxarlarının parsial təzyiqi, Pa;
P
n
 – həmin temperaturda doymuş buxarın təzyiqi, Pa.
Qurutma prosesində nisbi nəmlik havanın vacib xassəsi hesab edilir, belə ki,
su buxarları ilə doymuş hava quruducu agent kimi istifadə edilə bilməz.
N ə m l i k   t u t u m u.  1 kq mütləq (absolyut) quru havaya uyğun gələn su
buxarlarının miqdarı     h a v a n ı n    n ə m l i k       t u t u m u      adlanır. Bu
kəmiyyət  x  (iks) hərfi ilə işarələnir və kq/kq vahidi ilə ölçülür. Bəzən q/kq ölçü
vahidindən də istifadə olunur və bu zaman nəmlik tutumu d ilə işarələnir.
Havanın   temperaturu   dəyişdikdə   onun   nəmlik   tutumu   dəyişmir,   belə   ki,
temperatur   dəyişdikdə   buxarın   və   havanın   kütləsi   dəyişmir.   Buna   görə   də   bu
kəmiyyət prosesin hesablanması zamanı çox münasibdir. Əgər müəyyən həcmli
nəm hava G
B
  kq su buxarı və G
q.h.
  kq mütləq (absolyut) quru havaya malikdirsə,
onda nəmlik tutumu (3) tənliyi ilə ifadə edilir, yəni 
.
.h
q
B
G
G
x

                                (3)
İdeal   qazın   vəziyyət   tənliyindən   istifadə   etməklə,   nəmlik   tutumu   və   su
buxarlarının parsial təzyiqini əlaqələndirən oxşar tənlik almaq olar, yəni 
5




B
B
P
P
P
x


622
,
0
                                (4)
Nəm havanın istilik tutumu (entalpiya). Nəm havanın   e n t a l p i y a s ı
quru havanın entalpiyası ilə su buxarının entalpiyasından yaranır. Bu kəmiyyət
aşağıdakı şəkildə təyin edilir:
B
h
q
xi
t
C
J


.
.
                                (5)
burada: C
q.h.
 – quru havanın nisbi istilik tutumu


K
kq
C

/
;
t – havanın temperaturu
o
S;
i
B
 – qızmış buxarın entalpiyası, C/kq.
i
B
 – kəmiyyətini hesablamaq üçün termodinamikada
t
C
r
i
B
B


0
                                (6)
tənliyindən istifadə edilir.
burada: r
0
 – 0
o
 S – də buxarın entalpiyası (bu kəmiyyət 2493 kC/kq – a
bərabərdir);
C
B
 = 1,97 


K
kq
kC

/
 – buxarın nisbi istilik tutumu.
Əgər C
q.h.
 = 1,0 


K
kq
kC

/
 qəbul etsək, onda (5) tənliyini (7) tənliyi şəklində
yazmaq olar:


kq
kC
t
x
t
J
/
,
97
,
1
2493




                                (7)
Quruducu   qurğular,   onların   təsnifatı.  Qida   istehsalında   qurudulmağa
məruz qoyulan materiallar bir sıra xassələrinə görə çox müxtəlifdir. Buna görə də
qurudulan materialların xüsusiyyətləri nəzərə alınmaqla seçilən quruducu qurğular
konstruksiyalarına görə xeyli müxtəlifdir. İstiliyin verilmə üsuluna görə konvektiv
və kontaktlı, istifadə olunan istilikdaşıyıcının tiplərinə görə hava, qaz və buxarla
işləyən,   quruducu   kameradakı   təzyiqin   miqdarına   görə   atmosfer   təzyiqində   və
vakuumda   işləyən,   təsir   üsuluna   görə   fasiləli   və   fasiləsiz   işləyən,   konvektiv
quruducularda istilik daşıyıcısı və materialın qarşılıqlı hərəkət istiqamətlərinə görə
6


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə