Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

düz   axınlı,   əks   axınlı   və   kəsişən   axınlı   quruducu   qurğular   biri   digərindən
fərqlənirlər.
Bütün   qeyd   olunan   xüsusiyyətləri   və   göstəriciləri   nəzərə   alınmaqla,
quruducu qurğular aşağıdakı kimi təsnifatlaşdırılırlar:
1. Kameralı quruducu qurğular. Belə qurğuların əsas hissəsi ələklər və ya
stelajlarda materialın qurudulmasını təmin edən kameradır. Bu qurğular makaron,
tərəvəz, marmelad və bu kimi digər məhsulları qurutmaq üçün istifadə edilir.
2. Tunel tipli quruducular. Bu qurğular atmosfer təzyiqində işləyir, istilik
daşıyıcısı   kimi   havadan   istifadə   edilir.   Onlar   meyvə,   tərəvəz,   suxarı,   makaron,
şəkər – rafinad məhsullarını qurutmaq üçün daha məqsədəuyğundur.
3. Lentli quruducular. (şəkil 1) – bu quruducular meyvələr, çörək, nişasta,
makaron məmulatları, mayalar və bu kimi digər məhsulları qurutmaq üçün tətbiq
edilir.
Şəkil 1. Lentli quruducu qurğu
4. “Qaynayan səthli” quruducular. Bu tip quruducular son illər taxıl, şəkər
tozu, çörəkbişirmə  mayaları, tərəvəzlər və digər məhsulları qurutmaq  üçün çox
geniş miqyasda istifadə edilir.
5. Püskürücü quruducular. Bu quruducu qurğular maye məhsulları – süd,
yumurta, ferment preparatları və digər məhsulları qurutmaq üçün tətbiq edilir.
7


6. Barabanlı quruducular. Bu tip qurğular atmosfer təzyiqində işləyirlər və
taxılın,   şəkər   tozunun   qurudulmasında   geniş   tətbiq   sahəsi   tapırlar.   Onlarda
quruducu agent kimi qızmış havadan istifadə olunur.
7. Kontaktlı quruducular. Yuxarıda göstərilən bütün quruducu qurğular –
konvektiv   quruducu   qurğulardır.   Bu   qurğularda   qurudulan   materiala   istilik
qızdırılmış   quruducu   agentə   konveksiya   ilə   ötürülür.   Kontaktlı   quruducularda
istilik qızdırılmış səthdən qurudulan materiala bilavasitə toxunma yolu ilə ötürülür.
Belə qurğular normal atmosfer təzyiqində işləyirlər.
8. Şaxtlı quruducular. Fasiləsiz işləyən bu quruducu qurğular da konvektiv
quruduculara aid edilməklə, pivə istehsalında səməninin qurudulması üçün geniş
istifadə edilir.
 
                                          
8


MÖVZU 23.  QURUMANIN   STATİKASI,   KİNETİKASI
VƏ   DİNAMİKASI – 2 SAAT.
Q u r u m a n ı n   s t a t i k a s ı – nəm materialın ətraf mühitlə qarşılıqlı
təsirini öyrənir. Şəraitindən asılı olaraq nəm material ətraf mühitə ya nəmlik verir,
ya da ətraf mühitdən nəmlik udur.   Q u r u m a  –  nəm hava təsəvvürü yaradan
rütubətin məhsuldan ətraf mühitə keçməsi zamanı baş verir. Quruma prosesi ətraf
mühitdəki   su   buxarlarının   təzyiqi   ilə   nəm   materialın   səthindəki   təzyiq   fərqi
nəticəsində həyata keçir. Materialın səthindən rütubətin buxarlanması üçün: 
V
M
p
p

   və      
p
p
p
V
M



                  (1)
 
şərti ödənilməlidir.
burada: p
V
 – havadakı su buxarının parsial təzyiqi;
p
M
 – məhsulun səthindəki su buxarının təzyiqi;
∆p – prosesin hərəkətverici qüvvəsidir;
∆p – kəmiyyətinin qiyməti böyük olduqca, nəmliyin ətraf mühitə keçməsi
daha intensiv baş verir. P
M
 – kəmiyyəti quruma temperaturundan, materialın ilkin
nəmliyindən, həmçinin nəmliyi materialla əlaqə xarakterindən asılıdır. 
 
Şəkil 1. Quruma və sorbsiya proseslərinin əyriləri (1 – quruma,  2 – sorbsiya).


Quruma prosesində məhsulun nəmliyi azalır və materialın W
P
–m ü v a z i n
ə t  n ə m l i y i   adlanan qalıq nəmliyinə yaxınlaşır.
Bu zaman su buxarının təzyiqi materialın səthində və ətraf mühitdə eyniləşir
və quruma prosesi sona çatır, yəni 
V
M
p
p

                (2)     və        
0

p
             (3)
şərtləri   ödənir.   Qida   məhsulları   yüksək   rütubətli   havada   saxlanılan   zaman,   p
V
kəmiyyətinin ədədi qiyməti p
M
  kəmiyyətinin ədədi qiymətindən yüksək olduqda
məhsulların nəmlənməsi, yəni   s o r b s i y a   p r o s e s i   baş verir. 
Müəyyən edilmişdir ki, W
P
 – müvazinət nəmliyinin qiyməti, bu müvazinət
nəmliyinin   quruma   prosesində   (şəkil   1,   əyri   1)   və   ya   məhsulun   nəmlənməsi
(sorbsiya) zamanı (şəkil 1, əyri 2) əldə olunmasından asılı olaraq müxtəlifdir.
W
P quruma
 › W
P sorbsiya 
                   (4)
  Bu, quruma ilə nəmlik kənarlaşdıqdan sonra məhsulların məsamələrində
havanın   qalması   ilə   izah   edilir.   Bunun   nəticəsində,   sorbsiya   prosesində   ətraf
mühitdən məsamələrə, nəm materialda qurumaya qədər mövcud olan nəmlikdən
daha az rütubət keçir. Məhsul havadan su buxarlarının sorbsiya olunması yolu ilə
nəmlənərkən,   məhsulun   nəmliyi   o   qədər   yüksəlir   ki,   materialın   məsamələrində
qalan   havanın  
h
p
  və     udulmuş   nəmliyin  
n
p
    təzyiqlər   cəmi     ətraf   mühitdəki
nəmliyin parsial təzyiqinə bərabər olsun. 
V
n
n
p
p
p




                       (5)
Müvazinət   nəmliyinin   qiyməti   və   quruma   prosesinin   xarakteristikası,
rütubətin məhsulla əlaqə növündən, nəm materialın xassələrindən və ətraf mühitin
parametrlərindən asılıdır. 
N ə m l i y i n   m ə h s u l l a   ə l a q ə    n ö v l ə r i.   Akademik A. P.
Rebinderin təklif etdiyi təsnifata müvafiq olaraq, nəmliyin məhsulla əlaqə növləri
kimyəvi, fiziki – kimyəvi və mexaniki olmaqla aşağıdakı 3 qrupa bölünür:
2


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə