Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

kondensləşir   və   yenidən   fleqmanı   əmələ   gətirirlər.   Kondensləşməyən   buxarlar
soyuducuya daxil olur və distilyata çevrilirlər. 
Qeyd   edilənlərdən   göründüyü   kimi,   rektifikasiya   prosesinin   əsas   işçi
elementi, aparatın təmas qurğularında baş verən maye və buxar fazaları arasındakı
kütlə mübadiləsidir.     
7


MÖVZU 22. QURUTMA PROSESİ. QURUDUCU QURĞULAR – 2 SAAT.
S   u  s  u  z   l  a   ş  d  ı   r  m  a       ü  s  u   l  l  a   r   ı.    Müxtəlif  qida   sənayesi
müəssisələrində emal edilən xam materiallar, bir qayda olaraq müəyyən miqdarda
suya (nəmliyə, rütubətə) malik olur. Bəzən bu miqdar o qədər böyük əhəmiyyət
kəsb   edir   ki,   hətta   xammalın   daşınmasını   belə   çətinləşdirir.   Əksər   hazır   qida
məhsullarının   özləri   də   demək   olar   ki,   həmişə   müəyyən   miqdarda   suya   malik
olurlar. Tərkibində su olan qida məhsulları uzun müddət ərzində saxlanılmaq üçün
yararsız olur, anbarda qısa müddət ərzində saxlanıldıqda belə, korlanıb tullantıya
çevrilə bilir. Çoxlu miqdarda suya malik  olan qida xammallarını bir regiondan
digərinə   daşımaq   heç   də   həmişə   əlverişli   sayılmır.   Məsələn,   spirt   zavodlarında
alınan “barda” (araq və şərab cecəsi) 90 %-dək suya malik olur, onun yem kimi
dəyəri   yalnız   quru   maddələridir.   Bu   baxımdan   bardanın   bir   yerdən   digərinə
nəqliyyat vasitələrindən istifadə etməklə daşınması, heç də əlverişli olmur, onun
tərkibində   suyun   miqdarı   quru   maddələrin   miqdarından   9   dəfə   çoxdur.   Bu
səbəblərə görə də bəzi qida məhsullarını, istehsalat tullantılarını , bəzi hallarda isə
habelə   xammalları   müxtəlif   üsullarla   susuzlaşdırırlar.   Belə   susuzlaşdırma
üsullarına   m e x a n i k i,   i s t i l i k  – f i z i k i    və   i s t i l i k (q u r u t m a)
üsulları aiddir. 
   1. Mexaniki susuzlaşdırma üsullarına  – presləmə, nasoslarla nəmliyin
sorulması,   filtrləmə,   sentrifuqalama   əməliyyatları   daxildir.   Bu   üsul   tərkibində
çoxlu miqdarda su olan məhsullar üçün tətbiq olunur. Bir qayda olaraq mexaniki
susuzlaşdırma,   susuzlaşdırmanın   birinci   mərhələsi   kimi   qəbul   edilir.   Mexaniki
susuzlaşdırmadan sonra materialın tərkibində olan suyun bir hissəsi qalır ki, bu da
istiliklə emal zamanı (qurutma) kənarlaşdırılır.
2.   Fiziki   –   kimyəvi   susuzlaşdırma   üsulları   –  əsasən   laboratoriya
təcrübələrində   tətbiq   edilir.   Məhsulu   müəyyən   bir   qabda,   suyu   özünə   çəkən
maddələrin   üzərində   yerləşdirdikdə,   onun   tərkibində   olan   sudan   azad   olmaq
mümkündür. Belə maddələrə misal olaraq kalsium xlorid (CaCl
2
), sulfat turşusu
(H
2
SO
4
),   fosfor   5   –   oksid   (P
2
O
5
),   silikagel   və   digər   hiqroskopik   maddələri


göstərmək   olar.   Fiziki   –   kimyəvi   susuzlaşdırma   üsullarından   qazları   qurutmaq
məqsədi ilə də geniş istifadə olunur. 
Bu üsullar çox mürəkkəbdir, belə ki, nisbətən baha başa gələn uducuların
hazırlanması və regenerasiyası ilə əlaqədardır.
3.   İstiliklə   susuzlaşdırma   üsulları  –   buxarlandırma,   buxarlandırma   və
kondensləşdirmə əməliyyatlarından ibarətdir. Qida kütlələrini susuzlaşdırmaq üçün
istilik   üsulları   daha   geniş   yayılmışdır.   Qurutma   –   bərk   və   mayeşəkilli   qida
məhsullarından suyu (nəmliyi) kənarlaşdırmaq üçün istifadə edilir.
Bu üsullar materiallardan nəmliyin tam kənarlaşması tələb edilən hallarda
tətbiq olunur.
Aşağıdakı 1 – ci şəkildə qurutma prosesinin prinsipial sxemi əks olunur: 
Şəkil 1. Qurutma prosesinin prinsipial sxemi
Sulu (nəm) məhsul quruducu kameraya daxil olur, orada quruducu agentlə
(belə agent kimi hava, tüstü qazları və ya qaynar su buxarı istifadə oluna bilər)
qızdırılır.   Quruducu   agent   nəm   məhsula   tərkibindəki   suyun   buxarlanması   üçün
lazım olan istiliyi ötürür və məhsuldan buxarlanmış rütubəti quruducu kameradan
çıxarır. 
Quruducu   agentlə   verilən   istilik   məhsulun   daxilinə   keçir.   Rütubət   (su,
nəmlik) məhsulun dərin qatlarından səthi qatlarına doğru yerini dəyişir (hərəkət
edir), buxarlanır və quruducu agentə diffuziya olunur ki, bu da onu kameradan
çıxarır. Buna görə də, əvvəllər qeyd etdiyimiz kimi, qurutma prosesi həm istilik
2


mübadiləsi və həm də kütlə mübadiləsi (diffuziya) proseslərinə aid edilir. Qurutma
prosesində   nəmlik   məhsuldan   quruducu   agentin   məhsula   verdiyi   istilik   enerjisi
hesabına kənarlaşır.  
Məhsullardan nəmliyin istiliklə kənarlaşdırılması prosesi     q u r u t m a
adlanır.   Qida   sənayesində   xammalları,   yarımfabrikatları   və   hazır   məhsulları
çəkisinin azaldılması (qarışıq yem), möhkəmliyinin artırılması (makaron, şəkər),
saxlanma   zamanı   dayanıqlığının   yüksəldilməsi   (taxıl)   və   qida   məhsullarının
qidalılıq dəyərinin azalmasına və ya onların korlanmasına gətirib çıxaran fiziki –
kimyəvi,   bioloji   və   biokimyəvi   proseslərin   zəiflədilməsi   və   tam   dayandırılması
məqsədilə qurudurlar. 
Mexaniki və fiziki – kimyəvi üsullar məhsuldan nəmlik kənarlaşarkən suyun
aqreqat   halının   dəyişməzliyi   prinsipinə   əsaslanır,   yəni   bu   zaman   nəmlik   maye
şəklində kənarlaşır. İstilik üsulları ilə nəmliyin kənarlaşması isə başqa prinsipdə
icra   edilir,   yəni   məhsulda   olan   su   əvvəlcə   buxar   fazasına   keçir   və   su   buxarı
şəklində   də   ondan   kənarlaşır.   Bu   qurutma   metodu   nəmliyin   aqreqat   halının
dəyişməsinə   –   suyun   buxara   çevrilməsinə   işlədilən   istilik   sərfi   ilə   əlaqədardır.
Məhsullardan   nəmliyin   mexaniki   kənarlaşdırılması   istiliklə   qurutmaya   nəzərən
daha sadə və ucuz üsuldur. Bunun nəticəsi olaraq, istehsalat texnologiyalarında çox
nəmliyə malik olan materialı əvvəlcə mexaniki susuzlaşdırmaya məruz qoyurlar. 
Qida məhsullarının nəmliyinin buxar vəziyyətinə keçirilməsi və əmələ gələn
su   buxarları   şəklində   ətraf   mühitə   verilməsi   yolu   ilə   susuzlaşdırılması   prosesi
istiliklə qurutma adlanır. İstiliklə qurutma üsulu iki növə bölünür:
1) Təbii istiliklə qurutma;
2) Süni istiliklə qurutma.
I növ qurutma üsulu açıq havada əlavə qızdırılma tətbiq edilmədən yerinə
yetirilir. Bu proses uzun vaxt tələb edir, nizamlanmır və qurudulan məhsulda son
nəticədə kifayət qədər nəmlik qalır. 
Süni qurutma qızdırılmış quruducu agentin – tüstü qazları və ya havanın
köməyi ilə həyata keçirilir. Bu prosesə xeyli istilik enerjisi sərf olunur. Lakin bu
3


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə