Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   ...   36   37   38   39   40   41   42   43   44

Şəkil 1. Süni soyuducuya malik kristallaşdırıcı.
Şəkil 2. Fasiləsiz işləyən vakuum – kristallaşdırıcı.


MÖVZU 26. QİDA MƏHSULLARININ ELEKTROFİZİKİ
METODLARLA EMALI – 2 SAAT.
Son   illərdə   bütün   dünyada   elektrofiziki   metodlara   (elektrostatiki   sahə,
sənaye tezlikli cərəyan, yüksək tezlikli cərəyan və daha yüksək tezlikli cərəyanlar,
infraqırmızı şüalanma,  ultrasəs emalı,  impuls texnikası və s.) əsaslanan  yüksək
intensivliyə malik proseslər və bu proseslərə müvafiq aparatlar işlənib istehsalata
tətbiq edilmişdir ki, onlardan istifadə olunma, bir çox hallarda texnoloji prosesi
yenidən qurmağa, əmək məhsuldarlığını xeyli artırmağa, hazır məhsul çıxımını və
məhsulun keyfiyyət göstəricilərini kifayət qədər yüksəltməyə, maşın və qurğuların
metal və enerji tutumlarını xeyli azaltmağa imkan verir. 
Qida məhsullarının elektrostatik sahədə emalı
E l e k t r o n – i o n    t e x n o l o g i y a s ı n ı      ( E İ T )    məsələn,
elektrik   –   qaz   təmizlənməsi   üçün,   qurutma   zamanı   elektrodispersləşmə   ilə
məhsulun çökməsi, ət və balığın unlanması və elektrohislənnməsi üçün, məhsulun
səthinə konservləşdirici maddələrin sürtülməsi, taxılın, çayın, yağlı toxumların və
üyüdüləcək   məhsulların   separasiyası,   taxılın   cücərməsinin   və   çörəkbişirmə
keyfiyyətinin   yaxşılaşdırılması,   eləcə   də   bu   kimi   bir   sıra   digər   əməliyyatların
yerinə yetirilməsi üçün istifadə edilir.  E l e k t r o n – i o n   t e x n o l o g i y a s ı
qurğuları,   konstruksiya   göstəricilərinə   görə   sadə   olmaqla,   adətən  elektrodlu
kamera təsəvvürü yaradırlar. Bu elektrodlarla elektrik sahəsi yaranır ki, burada da
məhsullar emal edilir. 
Hisləyici qaz komponentlərinin elektrik sahəsində yerləşən balıq, ət və digər
qida məhsullarına hopdurulması –  e l e k t r o h i s l ə m ə   prosesidir. Bu proses
zamanı   hisləyici   qazın   komponentləri,   elektrostatik   qüvvələrin   təsiri   altında
məhsulun səthinə çökür və sonra isə ona diffuziya edir. Nəticədə, məmulatın səthi
qızılı   –   qəhvəyi   rəngə   boyanır,   məhsul   spesifik   aromat   və   hisli   dad   qazanır,
həmçinin   bakterisid   və   antioksidləşdirici   effektlər   əldə   edilir.   Elektrohisləmə


prosesi adi üsulla bir neçə saat davam edən hisləmədən fərqli olaraq 2 – 5 dəqiqə
ərzində başa çatır.
Qida məhsullarının sənaye tezlikli elektrik cərəyanı ilə emalı
Balığın adi metodla donunun açılmasının çox vaxt tələb etməsi və bu zaman
alınan   məhsulun   keyfiyyətcə   zəif   olması,   donmuş   balıq   bloklarının   donunun
açılması üçün elektrokontaktlı qızdırmadan istifadənin tətbiqinə gətirib çıxarır. Bu
metodun   mahiyyəti ondan  ibarətdir  ki, elektrik cərəyanı,  müəyyən  müqavimətə
malik məhsuldan keçərək onu qızdırır və bunun hesabına donun açılması 10 – 15
dəfə tezləşir.
Balıq   briketlərinin   donunun   sənaye   tezlikli   elektrik   cərəyanı   ilə   açılması
üçün   qurğu   1   –   vannasından   və   2   ədəd   deşilmiş   3   –   qoruyucu   qatlı   2   –
elektrodlarından   ibarətdir.   Qurğunun   qidalandırılması,   bilavasitə   elektrik
şəbəkəsindən həyata keçirilir. Belə qurğunun sxemi 1 – ci şəkildə təsvir edilir.
Şəkil 1. Vallı elektroplazmolizator
Qida   məhsullarının   elektrokontaktlı   emal   proseslərinə   bitki   xammalından
şirənin   çıxarılmasının   presləmə   üsulunu   intensivləşdirmək   üçün   istifadə   edilən
elektroplazmoliz   hadisəsi   də   aid   olunur.   Bu   məqsədlə   istifadə   edilən  qurğunun
sxemi 2 – ci şəkildə təsvir olunur. 
2


Bu   qurğunun   əsas   işçi   orqanı   elektrik   keçirməyən   yastıqlarda,   biri   –
digərinin əksinə fırlanan 2 ədəd dişli metal valdır. 
3


Şəkil 2. Vallı elektroplazmolizatorun sxemi.
Elektrokontaktlı   emalın   köməyi   ilə   elektroflotasiya   əməliyyatı   da   həyata
keçirilir. Elektroflotasiya prosesinin  mahiyyəti ondan ibarətdir ki, sabit elektrik
cərəyanının təsiri ilə emal edilən mayenin suyu O
2
 və H
2
 molekullarına parçalanır.
Bu molekullar kiçik qabarcıqlar şəklində ayrılacaq bərk maddənin səthinə çökür və
onu yuxarı qalxmağa məcbur edir ki, burada da o sonrakı emala məruz qoyulur. 
Elektroflotasiya prosesi üçün tətbiq edilən 3 – cü şəkildə təsvir olunmuş
aparatda – 6  katod – 7 aparatın dibliyində yerləşdirilmiş və aparatın en kəsiyinə
yaxın olan işçi səthinə malikdir ki, bu da yaranan oksigen qabarcıqlarının – 1 emal
olunan mayenin bütün kütləsi boyunca düzülməsinə imkan verir. Anod – 5 aparatın
mərkəzində   katodun   üstündə   hərəkət   edə   bilən   formada   şaquli   olaraq
yerləşdirilmişdir ki, bu da elektrodlar arasındakı məsafəni dəyişməyə, bununla da
elektrodlarda   potensiallar   fərqinin   sabit   qiymətində   cərəyanın   şiddətini
tənzimləməyə imkan verir. Təmizlənməli maye aparata borucuq – 4 vasitəsi ilə
daxil olur. Əmələ gələn hidrogen qabarcıqları flotasiya üçün istifadə olunur və bu
qabarcıqların   ayırdığı   hissəciklər   mayenin   səthində   köpük   təbəqəsi   –   3   əmələ
gətirir   ki,   bu   da   aparatdan   kənarlaşdırılır.   Təmizlənmiş   şirə   borucuqdan   –   8
boşaldılır, oksigen qabarcıqları – 2 isə aparatın yuxarı hissəsindən kənarlaşdırılır.
Belə bir iş sxemi tətbiq etməklə, bəzi ət kombinatlarında 90 5-dək piyi ayırmaq
mümkün olur. 
4


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə