Prezident Aparatı Humanitar Siyasət Şöbəsinin müdiri


Təhsildə kеyfiyyət və standartlar



Yüklə 297,24 Kb.
səhifə2/5
tarix07.12.2017
ölçüsü297,24 Kb.
#14200
1   2   3   4   5
Təhsildə kеyfiyyət və standartlar

İnsan fəaliyyətinin bütün sahələrində olduğu ki­mi təhsildə də kеyfiyyət anlayışına müxtəlif ya­naş­malar mövcuddur. Keyfiyyət yüksək standart­lara ma­­lik olmaqdır, fərqli, istisna xüsusiyyətdir. Stan­dart­lar isə ölçü vahidləridir, keyfiyyəti ölçmək üçün dü­­­şünülmüş göstəricilər, paramеtrlər, indikatorlar sis­temidir.

Digər tərəfdən, kеyfiyyəti ali məktəbin bütün fəa­liyyət sahələrində minimum standartlara malik ol­ması kimi də qəbul еtmək olar. Hər sahədə mi­ni­mum standartları ödəyən qurum əslində ciddi nöq­sanların olmamasını təmin еtmiş olur. Kеyfiyyət gözəgörünən nöqsanların olmaması dеməkdir.

Kеyfiyyət hər kəsin öz işində məsu­liy­yəti dərk еtməsi, təhsil ocağında iş mədəniyyətinin hökm sür­məsi dеməkdir, keyfiyyət təhsil ocağının da­­xili mə­də­niy­yətidir. Kеyfiyyət hamının iştirakı­dır, koman­da işinin təşkili və nəticəsidir.

Keyfiyyət davamlı inkişafa yönələn sistem və üsul­ların hökm sürməsidir, zəruri işlərin mümkün qə­dər vaxtında görülməsidir.

Kеyfiyət həm də mövcüd formanın əsaslı şəkildə dəyişməsidir, yüksək standartlara doğru yönələn bir hərəkətin, təkmilləşməyə gedən yolun daimiliyidir. Keyfiyyət bir prosesdir və bu baxımdan keyfiyyətin artırılması konsepsiyası keyfiyyətin təminatı və ya keyfiyyətə nəzarətdən daha vacibdir. Eyni zamanda keyfiyyətin idarəolunması, keyfiyyət menecmenti ifadələri çox işlənilir.

Tələbənin müəyyən tədris müddətinin, intеrva­lı­nın (bir sе­mеstr, bir il, tam bakalavr və ya magistr proqramı boyu və s.) sonundakı və başlanğıcındakı göstəri­ci­ləri arasındakı fərq, daha doğrusu “son gös­tərici mi­nus başlanğıc göstərici” ali məktəbin (və tələbə­nin) “əlavə dəyəri” kimi qiymətləndirilə bi­lər. “Əlavə də­yər”in böyüklüyü ali məktəbin (еlə­cə də tələbə ça­lışqanlığının, iradəsinin, həvəsinin) gü­cü­nü, еf­fеk­tli­liyini göstərən mühüm amildir. Kеy­fiy­yət nə­zər­də tutulanla gеrçək vəziyyət arasın­da, tə­lə­batla hal-hazırkı zamana kimi əldə olunmuş nəticə ara­sın­­da olan yaxınlıqdır. Kеyfiyyət içəridən baxış­la kə­nardan baxışın yaxınlığıdır.

Ali məktəb insan gücü yetişdirir və bilik istehsal edir. Ona görə ali məktəbin səviyyəsi bir tərəfdən bu prosesin nə dərəcədə dəqiq və səlist işləməsi ilə, digər tərəfdən isə prosesin nəticəsi ilə, yəni məzun­ların səviyyəsi ilə, verilən diplomun gücü ilə müəy­yən edilir. Ali məktəb tədris prosеsindəki imtahan­lar silsiləsi və digər tələbatlar ilə tələbənin məzuna, yəni mütəxəssisə çеvrilməsi yolunda sanki süzgəc­lər qoymuş olur. Ali məktəbin gücü və səviyyəsi bu süzgəclər silsiləsinin ciddiliyi və dəqiqliyi ilə birba­şa bağlıdır.

Azərbaycanda hələ də gənclər və onların vali­deyn­ləri bir çox hallarda ali məktəbi kеyfiyyətə, qar­­­­­şıda duran pеrspеktivlərə görə dеyil, ödənişsiz təh­sil alma imkanı və ya asan oxumaq, süzgəc­lər­dən rahat keçmək baxımından sеçir. Bu, keçid döv­rü­nün xüsusiyyəti və keçmişin ətaləti kimi izah olu­na bilər.

Ali təhsilin əlçatan (əlyetən) olması.

Dünya və Azərbaycan
Ali təhsilə daxil ola bilmək, xalqın bö­yük əksə­riyyəti üçün ali təhsilin əlyetən olması (ingiliscə: access to higher education), yəni insan­lara maneə­siz ali təhsil almaq, ali məktəbə daxil ol­maq imka­nının verilməsi dünyanın hər yerində döv­lətləri və cəmiy­yəti məşğul edən, düşündürən mə­sə­lədir. Bu, təəs­süf ki, Azərbaycan­da ən xoşagəlməz və ciddi prob­lem­lərdən birinə çevrilib. Burada orta təhsil imkanı ilə ali təhsil im­kanı arasında sanki böyük bir uçurum var.

Hal-hazırda ali təhsil alanların nisbi sayına görə Azərbaycan Respublikası nəinki inkişaf etmiş ölkə­lər­dən xeyli geridir, hətta öz keçmiş Sovet qonşu­la­rının da böyük əksəriyyətindən geri qalıb, üstəlik bu gerilik ilbəil artır.

Müəyyən yaş qrupunda olan əhalinin təhsilin müx­­­təlif pillələrində iştirak səviyyəsi təhsil sahə­sin­də aparılan islahatların gücünü ölçən və ümumiy­yət­­lə, uyğun ölkə­nin və ya regionun inkişaf səviy­yə­­sini nümayiş etdirən ən əsas gös­­təricilərdən biri­dir.

Ali (bakalavr və daha yüksək dərəcələrə aparan) və natamam ali (önbakalavr dərəcəsinə aparan) təh­sildə ümumi iştirak dərəcəsi (ingiliscə gross en­rol­ment rate) uyğun təhsil ocaqlarında oxuyan tələbə sa­yının müəyyən yaş qrupunda olan (əsasən beş ili əhatə edən, məsələn, 17-21 və ya 18-22 yaşlı) əha­­li sayına görə təşkil etdiyi faizə deyilir. UNESCO Sta­tis­tika İnstitutundan aşağıda gətirə­cəyi­miz rə­qəm­­lər əsasən 2004-cü ilə aiddir.

İqtisadi, elmi və texnoloji gücünə görə dünyanın ən qabaqcıl ölkələr qrupu - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələri (ingiliscə: OECD) təhsildə ümumi iştirak dərəcəsinə görə də dünyada birincidir (bura 31 ölkə daxildir: Birləşməş Ştatlar, Kanada və Meksika, Yaponiya və Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya, 23 inkişaf etmiş Av­ro­pa ölkəsi və Türkiyə). Bu qrupun ali və nata­mam-ali təhsildə ümumi iştirak dərəcəsi orta he­sab­la 71.2 faizdir. Burada da liderlər var; Finlandiya – ümumi iştirak dərəcəsi 89.5%, İsveç – 83.7%, Bir­ləş­miş Ştat­lar –82.4%, Norveç –80.5%. Koreya Res­pub­li­ka­sı –88.5%. Bəzi böyük ölkələrə də nəzər salaq: Fransa – 56, İtaliya – 63.1, Yaponiya –54, İspaniya – 65.7, Böyük Britaniya –60.1, ...

Ümumi iştirak dərəcəsinə görə ortalama 49.8%-lə Şərqi Avropa və Müstəqil dövlətlər birliyi ikinci yerdədir. Şərqi Avropa və keçmiş Sovet­lərdə cə­miy­­­yət geniş təhsil, elm, mədəniyyət ocaqları şə­bə­kəsinə malik olub. Keçid iqtisadiyyatında olan bu ölkələr 1990-95-ci illərdə iqtisadi və siyasi çətinlik­lər­lə üz-üzə qalsalar da, onların çoxu bir sıra key­fiyyət və kəmiyyət göstəricilərini bərpa etməyə, hət­­ta yaxşılaşdırmağa nail oldular. Sosialism döv­rü­nə xas olan təhsil və elm ənənələri bu çətinlikləri aş­­­mağa böyük kömək oldu. Misallara (ali təhsildə uyğun iştirak dərəcəsinə) nəzər salmaq kifayətdir: Be­larus –60.5%, Estoniya –65.1, Macarıstan –59.6, Lat­via –74,3, Litva –73.2, Polşa –61, Rusiya –68.2, Uk­rayna –65.5. Bu qrupa daxil olan digər ölkələrin mühüm qismində (Bolqarıstan, Çex Respublikası, Gür­­cüstan, Qazaxıstan, Qırğızıstan, Rumıniya,...) uy­­­ğun iştirak dərəcəsi 40 – 50% ətrafındadır. Bu qru­­­pun geri qalanları kimlərdir? Ermənistan – 26.2%, Tacikistan –16.4%, Türkmənistan (təqribən 20-21%), və Özbəkistan (təqribən 15-16%). Azər­baycan sonuncu yerdədir –14.8%. Ölkəmizdə hətta mütləq say etibarilə də azalma baş verib - 1991-ci ildə 163901(23, 6%), 2004-də isə 122770 (14.8%) (?!) Əhalimiz isə həmin dövrdə xeyli, təxminən bir milyon yüz yetmiş min artıb...

Dinamika baxımından bütün ölkələrdə bu göstə­ri­cilər ilbəil artır - böyük qismində sürətlə, digər qis­­­mində az-az. Azərbaycanın bu göstəriciləri il­dən-ilə azalıb: 1990-da 23.9%, 1995-də 18%, 2000-də 16.3 %, 2004-də 14.8% (2005-də 14.7%). Azər­baycan, orta göstəricisi 27.5% olan Latın Amerika­sı, 22.7% olan Yaxın Şərq və Şimali Af­rika, 19.4 % olan Şərqi Asiya və Sakit Okean böl­gəsindən də ge­ri qalır. Onu da qeyd edək ki, 1999-2005-ci illər ər­zin­də Bologna prosesinə qoşulan Av­­ropa təhsil və elm nazirləri bütün imkanları sə­fər­bər edib hamının ali təhsil almasına imkan yarat­ma­ğı öhdələrinə gö­tür­dülər. Nəticə etibarilə 46 Av­ropa ölkəsindən 45-də ali təhsildə iştirak faizi artdı, təəssüf ki, istisna öl­kə Azərbayсandır.

Beş sərhəddyanı qonşumuzda bu işlərin necə get­­­məsi, təbii ki, xüsusi maraq doğurur. Yüksək təh­­­­­sildə iştiraka görə regional yarışda 1990-da Ru­si­ya 1-ci, Gürcüstan 2-ci, Azərbaycan 3-cü, Ermə­nis­­­­­tan 4-cü, Türkiyə 5-ci və İran axırıncı-6-cı yerdə idi. İndi isə vəziyyət belədir: Rusiya yenə 1-cidir (68.2%), Gürcüstan ikinciliyi qoruya bilib (41.5%), Türkiyə 5-ci yerdən 3-ə yüksəldi (29%), Ermə­nis­tan yenə 4-cü yerdədir (26.2%), İran (22.5%) axı­rın­cı ye­­ri tərk edib onu Azərbaycana (14.8%) təhvil verdi.

Ali təhsildə iştirak səviyyəsini artırmaq inkişaf etməkdə olan ölkələrin qarşısına qoyduğu və hal-hazırda həll etməyə çalışdığı ən əsas məsələlərdən biridir. Bəzi ölkələr bu işdə dramatik irəliləyişə nail olublar.

1999-cu ildə ic­ti­maiyyətin təzyiqi altında Çin hö­­kuməti əvvəlki ilə nis­bətdə tələbə sayını 48% ar­tır­mağa məcbur oldu! 2002-ci il Çində ali təhsilin küt­ləviləşməsinin baş­lanğıcı elan edildi; 1999 illə mü­­qayisədə 2004-də tələbə qəbulu 226, 6% artdı! (The Chronicle of Higher Education, February 2, 2007). Bu sanballı siyasətin nəticəsi olaraq 2007-ci ildə hər üç pillədə cəmi ali məktəb məzunlarının sayına görə ABŞ ilk dəfə birinci yeri tərk etdi, Çin irəli çıxdı!

Ali təhsildə iştirak dərəcəsi 29% olan Misirdə ali təh­sillilərin sayının mühüm dərəcədə artırılması zə­ruriliyi cəmiyyətin və dövlətin əsas qayğı və ba­şağ­rı­larından birinə çevrilib.

Onu da qeyd edək ki, Azərbaycan iqtisadi artım sürətinə görə bu ölkələrin hamısından (və digər cə­mi ölkələrdən!) xeyli irəlidədir.

İqtisadi inkişafa görə müxtəlif pillələrdə duran öl­­kələrdə orta məktəb məzunlarının həmin il ali mək­­­­təblərə daxil olma dərəcəsinə baxmaq da ma­raq­­lıdır. Azərbaycanın bu məna­da da göstəricisi çox aşağıdır (15.9%).
Ali təhsilimiz niyə kifayət

qədər əlyetən deyil?
Dünyada ali təhsilin əlyetən olması üçün hansı yol­lara baş vurublar?

Yaponiyada dövlət universitələri çox olsa da tə­ləbələrin əksəriyyəti özəl universitələrdə oxuyurlar. Ali təhsilin kütləviləşdirilməsi məsələsini Yaponiya əsasən bu yolla həll edə bildi (ali təhsilə daxil olma dərəcəsi artıq 74 faizi keçdi!). Cənubi Koreyada 1990-cı ildə orta məktəb məzunlarının 33,2 faizi, 2004-cü ildə isə 81 faizi ali məktəblərə daxil ol­muş­du! (Nam Pyo Suh-2008). Üstəlik Koreya xaricdə təhsil al­ma­ğa ən çox tələbə göndərən ölkələrdən bi­ridir (2006-7-ci dərs ilində Birləşmiş Ştatlara 62,392 tələbə gön­dərmişdi- yalnız Hindistan və Çin­dən az). Sin­qa­purda bu daxil olma faizi 70-dən çoxdur. Brazi­li­yada tələbələrin 73 faizi özəl ali mək­təblərdə təhsil alırlar, 2165 ali məktəbdən 231-i döv­lət ali məktə­bi­dir (yalnız 176 universitə var, on­lardan da 86-sı özəldir) (Carlos H.Brito Cruz-2008).

Orta təhsildən sonrakı təhsilin problemlərini artı­ran amillərdən biri peşə-sənət məktəblərinin tənəz­zülü və yaxın keçmişdə texnikum adlanmış, hal-ha­zır­da önbakalavr və ya kiçik mütəxəssis dərəcəsi ve­rən kolleclərin çox hissəsinin cazibədar olma­ma­sıdır. Texnikum-colleclər üçün Birləşmiş Ştatlar­da­kı Community College (İcma kolleci) sisteminə bən­­­­zər şəbəkə qurulmayıb, yəni ikiillik kollec tələ­bələrinin ali məktəbə keçid imkanı yoxdur; bu isə həm önbakalavr dərəcəsi verən təhsil ocaqlarının, həm onların tələbələrinin inkişaf həvəsini və imka­nını azaldır. 2004-cü ildə Birləşmiş Ştatlarda birinci il tələbələrinin təqribən 38%-i İcma kolleclərində oxu­­yurdular. Azərbaycanda özəl və bəzi dövlət ali mək­­təblərini bu cür iki llik kolleclər yaratmağa hə­vəs­ləndirmək bir sıra məsələlərin həllinə kömək olar­dı.

Azərbaycanda yalnız dövlət universitələrinə de­yil, özəl universitələrə də hər il hər ixtisas üzrə nə qədər tələbə qəbul ediləcəyini hökumət müəyyən edir. Özəl ali məktəbin uzun illər sərmayə qoyduğu və yüksək keyfiyyətə nail olduğu ixtisaslar üzrə tə­ləbə qəbulu birdən-birə qadağan edilə bilər (?!). Qeyd edək ki, ölkəmizdə kəskin azaldılmış qəbul planı belə yerinə yetirilmir və qəbul imtahanlarında daha yüksək nəticələr əldə etmiş minlərlə (?) ərizəçi kənarda qalır, daha aşağı nəticə göstərmiş minlərlə ərizəçi isə ali məktəbə qəbul olunur; bunlara səbəb qəbul siyasətinin ifrat dərəcədə mərkəzləşdirilmə­sidir.

Ali təhsilin əlyetən olması məsələsində ölkə­miz­də yaranmış açıq-aşkar geriliyin sə­bə­bi nədir?

1. Bəlkə ali məktəblərin sayı azdır və ya tələbə oxutma potensialı zəifdir? Hal-hazırda xeyli (34 döv­­lət və 15 özəl) ali məktəbimiz var və onların bə­zi­­ləri bu gün olduğundan daha çox tələbə oxutmaq im­kanına malikdir.

2. Bəlkə təhsil xərcləri artdığı üçün hökumət tə­lə­bə qəbulunu azaldır? Doğrudan da, dövlət ali mək­­­­­təblərinin maliyyələşdirilməsi əsasən dövlətin üzə­rinə düşür. Lakin dövlət ali məktəblərinə ödə­niş­­li qəbul hal-hazırda ümumi qəbulun yarısından çoxunu təşkil edir. Digər tərəfdən isə, özəl ali mək­təblərin daha çox tələbə qəbul etməsi dövlətin xərc­lərini heç cür artırmır. Tam əksinə, bu, dövlətin öz xərclərini daha effektiv və optimal şəkildə plan­la­ma­sına kömək edərdi.

3. Bəlkə ali məktəblərdə təhsilin keyfiyyəti, məz­­­­­­mun və forması hökumətii qane etmir? Doğ­ru­dan da, Azərbaycanda ali təhsilin keyfiyyəti, ümu­miyyətlə desək, yüksək deyil. Təəssüf ki, tələ­bə­nin biliyinin qiymətləndirilməsində təhsilin birin­ci düş­məni olan rüşvət və “tapşırıq” hələ də səhnədə öz ro­lunu oynayır. Ali məktəbə daxil olan tələbələrin de­mək olar ki, hamısı dəqiq vaxtında məzun olur, zəif oxuyan da, heç oxumayan da, dərsə gələn də, gəl­­­məyən də...Lakin korrupsiyadan azad, ölkədə və öl­kə sərhədlərindən uzaqlarda nüfuz qazanmış, məz­­­­­mun və forma cəhətdən nümunəvi ali məktəblə­ri­miz də mövcuddur. Dövlət tərəfindən məhz on­la­rın tələbə qəbulu planlarının azaldılması isə gü­nü­müzün ən böyük paradokslarından biridir. Dünya təh­­sil təcrübəsinə görə dövlət keyfiyyətli təhsil ve­rən ali məktəblərə “daha çox tələbə qəbul edin” de­yə müraciət edir, bu iş üçün onlara kömək də edir (mə­sələn, tələbələrin bir qisminə təhsil haqqını ödə­məklə, digərlərinə çox güzəştli borc verməklə, ali məktəbə isə tələbə şəhərciyi qurmaq üçün geniş əra­zi bağışlamaqla...).

4. Bəlkə qəbul imtahanlarında iştirak edənlərin im­tahan nəticələri aşağıdır və təhsilin keyfiyyətini ar­tırmaq üçün daha az sayda tələbə qəbulu zə­ru­ridir? Bu fikir, ilk nəzərdən əsaslı görünsə də, doğru deyil. Birinci, yalnız ildə bir dəfə və bir neçə saat ərzində keçirilən imtahan biliyi, qabiliyyəti və mo­ti­vasiyanı tam ölçmək üçün kafi deyil. İkinci, tələ­bə­liyə namizəd olanların ali məktəblərə göndə­rilmə prinsiplərində, yuxarıda qeyd etdiyimiz kimi, səhv­lər mövcuddur (bu ildən başlayaraq müəyyən dəyi­şik­liklərin olacağı gözlənilir...). Bir misal olaraq, 2006-cı il qəbul nəticələrinə görə “yaxşı və əla” qiy­­­mətlər alanların sayına nəzər salaq: 29.859 (bu qiy­mətləndirmə və rəqəm Tələbə Qəbulu üzrə Döv­lət Komissiyasına məxsusdur). Başqa sözlə desək, ali məktəblərimizə 29.859 “qor­xusuz” tələbə qəbul etmək olardı, qəbul planı isə, yuxarıda göstər­di­yi­miz kimi, 22.479 olmuşdur və o da tam yerinə ye­ti­ril­məmişdir.

Əlbəttə ki, hökumət məsulları işi qəsdən, bilə-bilə dolaşdırmır, dövlətin belə marağı ola bilməz. Öl­kədə vəziyyətin müəyyən səviyyədə sabitləşmə­sini, hadisələrin rəvan axınını təmin etmək vəzifəsi məhz hökumətin üzərinə düşdüyü üçün onun bir sı­ra məsələlərdə bir qədər mühafizəkarlıq etməsi də təbiidir (kənarda dayanıb hökuməti tənqid edən şəxs hakimiyyətə gəlsə, o, öz inqilabi ideyalarının ən azı bir qismindən əl çəkməli olur, məsləhətləş­mə, razılaşma, kompromislərlə işləməli olduğunu ba­şa düşür). Təmiz, keyfiyyətli təhsil verən ali mək­­­­təblərimizin sayı artdıqca, yəqin ki, ali təhsilin əlyetən olması siyasətində hökumət daha çox iş gö­rə biləcək. Əlbəttə ki, oturub gözləmək yox, yax­şı­lara kömək etməklə, onları həvəsləndirməklə di­gər­­lərinə “siz də yaxşı olun, sizə də kömək edək” is­ma­­rıcını yollamaq lazımdır. Hökumətlərin korrup­si­ya ilə mübarizə siyasətində yaxşı sınaqdan keçmiş bir üsul var – “satın alınması mümkün olmayan ada­­­ları (“islands not for sale”), yəni çox təmiz, rüş­vət­siz qurumları qorumaq, qanadı al­tına almaq, on­la­rın inkişafına çalışmaq. Dünya təc­rübəsi də belə­dir, işin xeyri də bunu tələb edir.

Ali təhsil tək gənclər üçün deyil. Ayrı-ayrı fərd­lərin, qurumların və bütövlükdə cəmiyyətin davam­lı, durmadan inkişafı ömür boyu gedən (ingiliscə-LLL, Life Long Learning deyilən) təhsil və tə­li­mə əsaslanır. Həyat səviyyəsi yüksək olan öl­kə­lərdə or­ta həyat (yaşam) müddəti artdıqca cəmiy­yət­də yaş­lı­ların xüsusi çəkisi artır, təqaüdə çıxma yaşı yuxa­rıya doğru sürüşür. İşini və peşəsini dəyiş­mək istə­yən, nəsə yeni bir şey öyrənmək istəyən insanların sayı yaşlıların hesabına artır. Bu, ömür boyu təhsil konsepsiyasını daha da gücləndirir, ali təhsilin hər yaşda insan üçün əlyetən olmasını tələb edir.

Dövlət Təhsil İslahatları Proqramı ali təhsilin əl­yetən olması kimi fundamental məsələnin həllini də özündə ehtiva etməlidir!


Ali təhsildə keyfiyyət

kimlər tərəfindən və necə ölçülür?
Təhsil islahatlarının əsas məqsədi ciddi təhsil kon­­­­sepsiyası hazırlamaq və onu həyata keçirməklə təhsili daha keyfiyyətli etməkdir. Keçid iqtisadiy­ya­tında olan və yeni dövlət müstəqilliyi qazanmış öl­kələrdə isə təhsil konsepsiyası bütövlükdə yeni­dən iş­lənilir, təhsildə islahat və yenidənqurma geniş mü­­­zakirə olunur. Bu zaman fikirlər haçalaşır və hö­ku­­mət, adətən, vəziyyəti strateji baxımdan deyil, tak­­­­tiki addımlarla nəzarətdə saxlayır.

Ali məktəblərdə keyfiyyəti kimlər ölçür və nə üçün ölçür? Bu vəzifəni üzərinə götürmək istəyən üç namizəd göz qabağındadır: təhsil müəssisəsinin özü, hökumət və bir də müstəqil və səlahiyyətli ak­k­reditasiya agentlikləri. Azərbaycanda ali məktəb­lə­rin ciddi proqram üzrə daxili dəyərləndirmə ilə məş­­ğul ol­duq­ları barədə eşitməmişəm. Xəzər uni­ver­­si­təsində tələbələ­rin də fəal iştirakı ilə, dövri ola­raq da­xili dəyərlən­dir­mələr aparıldığı və nəti­cə­lərin kağız və elektron nəşr­lər vasitəsi ilə rəsmi elan olun­duğu yaxşı məlumdur (bütöv ölkə üçün, təbii ki, bu çox azdır). Təhsil ocağının öz­dəyərləndirmə­sin­­dən sonra xarici dəyər­lən­dir­mə­nin tam müstəqil olan sə­la­hiyyətli akk­re­di­tasiya qu­rumları tərəfindən aparıl­ma­sı təcrübədə ən çox rast gəlinən və ən məq­sədə­uy­ğun haldır. Akkre­di­tasiya edən qurum ali mək­­təb­də vəziyyət haqqın­da peşə­kar fikir yürüt­mək­lə yanaşı keyfiyyətin artı­rılması yolları barədə töv­si­yələr də verməlidir.

Akkreditasiyanın vətəni olan Amerikanın zəngin təcrübəsi göstərir ki, dövlətin akkreditasiyada birba­şa iştirakına ehtiyac yoxdur, dövlətin müdaxiləsi an­­­­caq zərər verə bilir, keyfiyyəti ölçmək sahəsində dövlətin monopoliya yaratmaq cəhdi məsələnin ən pis həllidir.

Dünyada keyfiyyətin qiymətləndirilməsi agenti olaraq fəaliyyət göstərən akkreditasiya komissiya­ları keçid dövründə olan ölkələrdə tez-tez tabeçili­yi­ni dəyişdirir, yeni-yeni ko­mis­siyalar təşkil olunur, onların məqsəd və vəzi­fə­ləri tam aydın olmamaqla yanaşı, qəbul etdiyi qə­rar­­lar da uzunömürlü olmur. Bu akkreditasiya ko­mis­siyaları inkişaf etmiş ölkə­lər­də olduğu kimi hərəkət etmirlər. Onlar yox­­­lama nəticəsində bəyənib-bəyənməmək, bəyən­mə­dikdə zəif cəhətlərin aradan qaldırılması yolla­rını göstər­mək və bu yolu keçmək üçün müəyyən vaxt ayır­maq kimi təbii qərarlar qəbul etmək iq­ti­darında ol­murlar. Akkreditasiyaların nəticəsi olaraq maliyyə­ləş­dir­mə və digər sahələrdə üstünlüklərin ve­rilib-ve­rilməməsi deyil, yalnız “ölüm ya olum?” - təhsil ocağının və ya fakültələrin bağlanıb-bağlan­ma­ması məsələsi qoyulur. Aşağıdakı misal tam yerinə düş­məsə də, tam yersiz də deyil. Əsl müharibə za­manı be­lə düşmənlə üz-üzə gələrkən onu öldürmür, ”da­yan, əl­lər yuxarı!” deyir, əsir almağa çalışırlar. Ali məktəbdə illərlə in­ki­şaf etdirilən sa­hə­nin bir anda məhv edilməsi əslində heç bir ciddi akkredita­si­ya­nın nəticəsinə əsaslanmır, sadəcə qəti, qeydsiz-şərt­siz bir hökmün nəticəsidir. Ke­çid dövrünə xas olan “kənardan tapşırıqlar” və akkreditasiya ət­ra­fı kor­rup­siya ehtimalı da məsələni qatılaşdırır.

Yalnız hökumətdən və hər hansı digər böyük qu­rumdan asılı olmayan müstəqil ictimai akkre­di­ta­siya agentliklərinin, eləcə də müxtəlif elm-sənət sa­hə­ləri üzrə peşəkar assosiasiyaların birgə işinin yax­şı nəticə vermək ehtimalı var. Bu komis­si­yalar­da uy­­­ğun beynəlxalq qurumların və ya xarici mü­tə­xəs­sislərin, xaricdə təhsil almış mütəxəssislər və on­la­rın assosiasiyalarının iştirakı da müsbət rol oy­­na­ya bilər. Digər tərəfdən, bəzi qonşu ölkələrlə bir­gə fəa­liy­yətə əsaslanan regional akkreditasiya agent­­lik­lə­rinin, eləcə də Avropa akkreditasiya qu­rum­la­rının xidmətindən istifadə edilməsi müm­kün­dür. Bologna Prosesi ümumavropa akkreditasiya agent­liklərinin ya­radılması və Avropa təhsil mə­ka­nında fəaliyyət gös­­tərən hər hansı ali məktəbin ak­kreditasiya üçün bu agentliklərin birinə müraciət edə bilmək hüqu­qu­nu da nəzərdə tutur (bu proses – akkreditasiya agent­­­liklərinin Avropada qeydiyyatı 2008-ci il aprel ayında başlanılır!).

Təhsil müəssisəsinin yaradılması və ona lisen­ziya, yəni təhsillə məşğul olmaq üçün birdəfəlik ica­­zə verilməsi isə Milli Məclis, Təhsil Nazirliyi və ya Azərbaycan Prezidenti yanında Təhsil Komis­si­yası kimi dövlətlə bağlı bir qurumun işi ola bilər.

Keyfiyyətin tərəfsiz ölçülməsi və artırılması yol­larını göstərən akkreditasiyanın əsas nəticəsi əsa­sən dövlətin ali məktəbə yardımı, o cümlədən ma­liyyə yar­dımı siyasətinin düzgün müəyyən edilməsi ol­ma­lıdır. Döv­lət ali məktəbləri üçün dövlət büd­cə­sindən bir­başa maliyyələşmənin olub-olmayacağı və olaca­ğı halda onun kateqoriyası (yüksək, orta və s.) müəy­yənləşdirilə bilər. Özəl ali məktəb halında isə onun dövlətdən böyük güzəştlə kredit və borc almaq hüququ təmin oluna bilər. Uğurlu ak­kredi­tasiyanın əsas nəticəsi, həmçinin həmin özəl ali məktəb tə­lə­bələrinə təhsil haqqını dövlətdən almaq və ya çox böyük güzəştlə dövlətdən borc almaq hüququ verilməsidir. Əlbəttə həm dövlət, həm özəl ali məktəb­lər uğurlu akkre­di­ta­siya nəticəsində digər formada da yardımlar ala bilərlər. Akkredita­siya bu və ya di­gər proqramların (ixtisas sahələ­rinin) zəif olduğunu aşkar etdikdə isə ali məktəb o proqramın inkişafı üçün və uyğun tə­lə­bələr də təhsil haqqı üçün döv­lət­dən heç nə tələb edə bilməyəcəklər.

Dövlət ali məktəblərinin hökumət (məsələn, təh­sil nazirliyi) tərəfindən aparılan akkreditasiyası çox formal xarakter daşıyır, düzünə qalanda heç bir cid­di akkre­ditasiya aparılmır. Əslində isə dövlət öz büdcəsindən ayırmaların məq­sə­də­uy­ğu­n və effektiv istifadəsi ilə bi­rin­ci növbədə maraqlanmalı və bu sahədə əsas qərarları akk­re­dita­si­ya vasitəsilə müəyyənləşdirməlidir.

Ali məktəbin nüfuzu incə və mürəkkəb məsə­lə­dir. Içtimai rəy ali məktəb haqqında ortalama fikir və obraz formalaşdırır, bu zaman ali məktəbin bir sıra güclü və zəif tərəfləri ümumi orta obrazın köl­gəsində qala bilir. Təftiş еdən mütəxəssislər qru­pu­nun təcrübəsi, sahənin incəliklərinə bələd olması və kənar təsirlərə uymaması dəyərləndirmədə müm­kün ola biləcək subyеktivliyi azaldır.

Ali məktəbdə kеyfiyyətin təminatı kim­lərdən və nələrdən asılıdır? Şübhəsiz ki, öyrənənlər və öyrədənlər çox mühümdür. Digər mühüm bir cəhət isə öyrənənlərlə öyrədənlərin fəaliyyət göstərdiyi şərait və mühit, yəni ali məktəbdəki mənəvi mühit, idarəеtmə və mad­­­di – tеxniki qaynaqlardır. Və nəhayət, tədrisin əsasında dayanan ideya və proqramlar, yəni müasir və dinamik təhsil modеli, proqram və tədris planları çox mühümdür.

Ali məktəbin səviyyəsini ölçə bilən konkrеt gös­təricilər (indikatorlar, standartlar) həm ali məktəbə tələbə qəbulunu, yəni başlanğıc şərtləri, həm təhsil prosеsini, həm də təhsilin nəticəsini, məhsulunu ölç­­­məyə yönəlib. Kеyfiyyət analizində giriş, yol (və ya prosеs) və çıxışdan ibarət olan üç amili birlikdə araşdırmaq zəruridir.

Qarşıya qoyulan məqsəddən, dəyərləndirməyə ayrılan vaxt və s. amillərdən asılı olaraq standartlar daha geniş və ya xüsusi təyinatlı ola bilər. Onlar ali məktəbin ümumilikdə və ya seçilmiş sahələrdə gü­cü­nü, kamilliyini ölç­məyə yönəlir.


Ali təhsil sistemində idarəetmə

Ali təhsil sistemimizdə tənzimləmə və mərkəzi idarəetmə çox geniş yayılmış, çox bürokratik şəkil almış, daha dərinlərdə dayanan əsl planlama işi isə çox geridə qalmışdır. Dövlət bölməsində mux­ta­riy­yət zəif, özəl bölmədə isə müstəqillik yox dərəcə­sin­dədir. Məsələ heç də kənardan göründüyü kimi sadə deyil. Ali məktəblər müstəqillik və ya mux­ta­riyyət üçün zəruri olan addımları ata bilmir, key­fiyyət əldə etmək naminə çalışmır, hökumət də öz sə­list siyasətini elan edə bilmir, əvəzində cilovları əlində saxlayır. Ali məktəblərin müstəqilliyinə yal­­nız onların məsuliyyəti və səviyyəsi ilə yanaşı, hərəkət­lə­rin­dəki şəffaflıqla birgə baxılmalıdır. Dövlətin ali təhsil si­yasətində “hər ali məktəbə onun layiq olduğu müs­təqillik və kömək” düsturu əsas bələdçi rolunu oy­na­ya bilər.

Keyfiyyətin ölçülməsində və mükafatlandırılma­sın­da isə dövlətlə ali məktəblər arasında təzimləyici orqanların, məsələn akkreditasiya agentlikləri və elmi-tədqiqat fondlarının iştirakı vacibdir.

Hökumətin ali məktəblərə ortalama qərarlar tət­biq etməsi, yaxşılarla zəiflər arasında ciddi fərqlər qoymaması işə xələl gətirir.

Mümkündür ki, bəzi ali məktəblərə kənara çə­kilmək, xüsusi gizli işlər görmək imkanı verməmək üçün dövlət bütün ali məktəbləri eyni məngənədə saxlamağa çalışır, lakin bu bərabərləşdirmə siyasəti təhsilin inkişafına ciddi mane olur. Bu siyasət irəliyə gedəni ürəkləndirmir, geridə qalanın isə xətrinə dəymir.

Dünyadakı müsbət və dəyişən meylləri izləmək, tət­­biq etmək, manevr edə bilmək, yaradıcı fikir və güc­­dən tam istifadə etmək, beynəlxalq əməkdaşlıq vasitəsi ilə yeni məzmun, forma və keyfiyyətə nail ol­­maq imkanı verir muxtariyyət. Ayaqla­rın­dan daş asılmış və ya qolu bağlanmış ən yaxşı rəqqasdan da yaxşı rəqs etməyi, beynəlxalq yarışda uğur qazan­mağı gözləmək mənasızdır.

Mütəxəssislər dövlətin ali məktəblərə muxtariy­yət verməsi ilə onun, ümumiyyətlə, muxtariyyətə, azad fikrə münasibəti arasında yaxınlıq olduğunu id­dia edirlər.

1990-cı illərdən başlayaraq inkişaf etmiş döv­lət­lər ali məktəblərin muxtariyyətini xeyli artırdılar.

Öz ali məktəblərininin səviyyəsini yüksəltməyə çalışan dövlətlər ölkə daxilində yarış mühiti yarat­ma­ğa çalışır, dünya miqyasında gedən rəqabətdə uğur qazanılması üçün bir sıra zəruri addımlar atır. Ümu­miy­yətlə, yu­xa­rıdan sərt inzibati idarəetmənin tətbi­qi keyfiy­yətin artırılması üzərində ciddi çalışan (yə­ni yaxşı) ali məktəbin dinamik inkişafına mane olur, onun də­yişən mühitin tələblərinə çevik cavab verməsinə, öz rəqabət gücünü artırmasına imkan ver­­mir.

Təhsil və mədəniyyət üzrə Avropa Komissarı (Com­missioner) Jan Figel 2006-cı il Oxford Uni­ver­sitəsində konfransda dediyi sözlər maraqlıdır: “Nazirlər öz vaxtlarını nəzarəti gücləndirməyə sərf etməklə hansı sahədə nə iş görməyi elm adamla­rın­dan da­ha düzgün tapmağa çalışırlarsa, mən univer­si­­tet­­lə­rimizin çox yaxşı işlər görəcəyinə heç ümid bəs­ləmirəm”.

Əlbəttə ki, ali məktəbin müstəqilliyi ilə bəzi döv­lət maraqları toqquşursa, məsələyə diqqətlə yana­şıl­malı, maliyyə qaynaqları vasitəsilə bu maraqlar qo­runmalıdır. Məsələn, tələbə qəbulunda bəzi hallarda biliyə görə deyil, başqa səbəblərə görə, müəyyən zəif qrupların ehtiyaclarını ödəmək, onların inki­şa­fını tə­min etmək naminə hərəkət edilməsi müm­kün­dür.

Azərbaycanda ali məktəblərin daxili idarə edilməsi işi də mü­kəm­məllikdən çox uzaqdır. Ali məktəbi rek­toru ağadır, tək ha­kimdir, korporativ idarəetmə yox də­rə­cəsindədir. Digər tərəfdən isə rektorların təyin olunması və ya işdən azad edil­məsi bir an içində baş verir. Doğru olanı hər ali mək­­təbin himayəçilər şurasının yaradılması və ali idarəetmənin bu şuraya verilməsidir. Şura üzv­ləri elm və sənət adamları, işadamları, ali mək­tə­bin məş­­hur məzunları və döv­lət təhsil ocaqları halında bəzi hökumət üzvləri ara­sından təyin oluna bilər. Bu Şura rektor axtarışı elan edir, məsələni tələs­mə­dən, çox diqqətlə həll etməyə çalışır. Amerikada və digər inkişaf etmiş ölkələrdə yaxşı ali məktəbə rektor axtarışı bir il çəkə bilər!

Ali mək­­təbin digər mühüm məsələləri də, o cümlədən strateji inkişaf planı, yaxın illər üçün nəzərdə tu­tul­muş fəaliyyət planı, yüksək vəzifələrə təyinat, ma­liyyə qaynaqlarının axtarılması himayəçilər şurası tərəfindən yönləndirilir. Cari idarəetmə işi isə rek­tora və onun ətrafındakı yüksək vəzifəlilərə həvalə edilir. Bu cür idarəetmə məsuliyyətsiz addımlar at­mağa, şəxsi maraqların ümumi maraqları üstə­lə­mə­sinə imkan vermir, hər kəs öz yerini və öz hü­quq­larını bilir. Nəzarəti əsas iş hesab edən hökumət də əslində öz işini daha etibarlı görür, bir tərəfdən öz ali məktəblərini bu qayda ilə nəzarətdə saxlayır, di­gər tərəfdən isə onlara məsuliyyətli və ya müstə­qilliyə yaxın muxtariyyət verir.

Yaxşı özəl ali məktəbə inkişaf etmiş ölkələrdəki­nə bənzər tam müstəqillik verilməsi ölkəmizdə yük­sək səviy­yə­li ali məktəbin yetişməsi üçün ən gerçək və təbii yoldur. Tələbə qəbulu siyasətində, hansı ixtisaslar üzrə kadr hazırlığı aparılması məsə­lə­sin­də, bütün səviyyələrdə öz diplomlarını vermək hü­qu­quna ma­lik olmaqda müstəqillik yaxşı özəl ali mək­təbin sü­rətli inkişafına həlledici təsir edərdi. Əl­bəttə ki, dövlət həmin ali məktəbin hansı sahə üzrə kadr ha­zır­lığına maliyyə köməyi göstərib-gös­tər­­məyə­cəyi­ni özü qərarlaşdırır. Həmçinin, müs­tə­qil­lik ve­rilmiş ali məktəbin nüfuzlu beynəlxalq akk­reditasiya­lar­dan keçməsi də onun qarşısında şərt kimi qoyula bilər. Özü-özünə cox ciddi, hətta aman­­sız nəzarət edən, keyfiyyəti öz varlığı ilə eyni­ləşdirən, beynəlxalq aləmdə nüfuz qazanmaqda olan özəl ali məktəbə “buyur, öz işinlə məşğul ol, sərbəstsən” deməyin zi­yanı varmı? Heç bir ziyan gö­­rünmür, xeyir isə şüb­hə doğurmur və bu, ən azı bir daha bir yaxşı dünya təcrübəsini öl­kə­mizdə sı­naq­dan keçirməyə, gələcə­yi­mizi modelləş­dir­məyə xidmət edərdi...

Ümumiyyətlə, ölkədə ali təhsil sisteminin gücü onun rəngbərəngliyində, məqsəd və hədəflərin fərq­liliyində, inkişaf yollarının müxtəlifliyində və ali mək­təblərin müstəqilliyindədir. “Amerika ali təhsil sis­teminin gücü onun sistem olmamasıdır!” (The Eco­nomist, 2005, 10 September). Burada sistem ol­mamaq və ya bu mənada sistemsizlik ali məktəbin inkişaf ideyası, hərəkət və forma seçimində sər­bəst­liyi deməkdir.

Dünya təc­rübəsindən ali məktəblərin dövlətlə mü­nasibəti mə­sə­lə­sinə aid çoxsaylı ibrəta­miz mi­sal­lar gətirmək olar. Əsas məqsədimizdən uzaq düş­mə­mək naminə biri ilə kifayətlənək - Cə­nu­bi Ko­reyada dövlət Ko­reya Yüksək Elm və Tex­no­logiya İnstituna (Korean Advanced İnstitute of Science and Technology) o dərəcədə kömək edir və o də­rə­cə­də tam müstəqillik verib ki, Massaçusets Tex­nologiya İnstitutu (MİT) kimi nəhənglə yarışa girə bilsin.

Monopoliyanın aradan qaldırılması, xüsusilə müx­­təlif “qiymətli” ixtisaslar (hüquq, tibb, beynəlxalq münasibətlər, ...) üzrə tələbə qəbulunda dövlət universitələrinin xeyrinə süni monopoliya ya­radılması ali təhsilimizin keyfiyyətinə ən çox zərər vuran səbəblərdən biridir. Dövlətin təhlükəsizliyi üzrə kadr hazırlığı istisna olunmaqla digər bütün sahələrdə dövlət və özəl ali məktəblərin, mərkəzdə və bölgələrdə fəaliyyət göstərən ali məktəblərin ey­ni ixtisaslar üzrə mütəxəssis hazırlaması müqa­yi­sə­lər aparmağa, rəqabət yolu ilə keyfiyyətə nail ol­ma­ğa imkan verir. Rəqabətin əsas gücə çevrildiyi sis­tem­də ali məktəbin nə ilə məşğul olacağını ali mək­təb özü müəyyən etməli, maliyyələşmə (həm dövlət tə­rəfindən, həm də digər qaynaqlardan) isə ali mək­təbin haqlı nüfuzuna, işinə görə verilir, daha doğ­rusu ali məktəb tərəfindən əldə edilir. Ən yaxşı nə­za­rət, mükafat və cəzalandırma düzgün maliy­yə­ləşdirmə siyasəti üzərində qurulmalıdır.

İdarəetmə və keyfiyyətin artırılması işində tə­ləbələrin iştirakı zəruridir. Bunun sözdə deyil, işdə həyata keçirilməsi yolları da mövcuddur.


Yüklə 297,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə