Prezident Aparatı Humanitar Siyasət Şöbəsinin müdiri


Hər gün mükəmməlliyə doğru



Yüklə 297,24 Kb.
səhifə5/5
tarix07.12.2017
ölçüsü297,24 Kb.
#14200
1   2   3   4   5

Hər gün mükəmməlliyə doğru
Ali təhsil sistemimizin köklü islahatlara ehtiyacı var. Bu islahatlar planı “2008-2012-ci illərdə Azar­bay­can Respublikasının ali təhsil sistemində isla­hat­lar üzrə Dövlət Proqramı”nın əsasında dayan­ma­lıdır. Əslində ali təhsil sistemimizin yenidənqurul­ma­sı işi aparılmalıdır, gecikmədən və qaça-qaçsız, düşünə-düşünə və kompaniya xarakteri daşımadan, üzdən-üzdən deyil, dərindən, buraxdığımız səhvləri azca, kosmetik düzəltmək yolu ilə deyil, dünya təcrübəsini cə­sa­rət­lə nəzərə almaqla, qüsurlu, yarımçıq şəkildə de­yil, peşəkarlıqla! Hər il, hər ay, hər gün ciddi iş­lər görül­məlidir.

İnnovasiya sözünün hərfi mənası (in-novasiya) mövcud ola­nın içində yenilik etmək, olanı dəyiş­dir­mək, yeni­ləş­dirmək deməkdir. Köhnəni yeniləşdirmək çətin işdir, amma zəruridir. Bunu bəzən asta-asta, bəzən radikal şəkildə həll etmək lazım gəlir.

Ali məktəb müəllim­lərinin (elə­­cə də orta və ibtidai məktəb müəllim­lərinin) tək­mil­ləşdirilməsi mexanizmi qurulmaldır. Burada özəl bölmə, onun ən yaxşı qurumları də mü­hüm rol oy­naya bilər. Ali məktəb müəllimləri xarici dilləri, xü­susilə ingilis dilini bilmirsə, tədqiqat işin­də, yeni­liyə qovuşmaqda çətinlik çəkəcək. Müəl­lim­lik idealogiyasına yenidən nəzər salmaq zəruri­dir. Mühazi­rəçi müəl­lim kimi, hər şeyi bilən və son sözü deyən nüfuzlu şəxs kimi deyil, məşqçi kimi hə­rəkət etmək müasir ali məktəbin ruhuna daha uy­ğun­dur.

Ali məktəblərarası yarış ruhunu gücləndirmək (bu heç olmadığı üçün əvvəlcə onu yaratmaq), key­fiyyətin tərəfsiz və peşəkarcasına qiymətləndi­ril­məsi işini ön plana çəkmək lazımdır. Dünya univer­si­tələrinin reyting cədvələri idmanda olan yarışa, tur­nir cədvəllərinə bənzəyir. İnkişaf etmiş və ya in­ki­şaf etməkdə olan böyük dövlətlər (Çin kimi) öz universitələrini gücləndirib reytinq cədvəllərində yük­sək yer tutmasını (məsələn birinci yüzlüyə düş­mə­sini) təmin etməyi ciddi dövlət işi hesab edir, buna gö­rə müəyyən sayda universitəni seçir, ölkədə “dün­­­­ya səviyyəli” ali məktəbin əmələ gəlməsinə ça­lışırlar. Yarışda uğur qazanmaq üçün qabaqcıl dünya keyfiyyətinə nail olmaq, beynəlxalq əməkdaşlığı mühüm dərəcədə gücləndirmək zəruridir!

Hal-hazırda bir çox ölkələrdə hətta dövlət uni­versitələri də bazarın müəyyən etdiyi iş dünyası qa­nunlarına az-çox uyğun hərəkət etməyə məcbur­durlar. Amerikada vüsət alan bu meyl Avropaya, Avstraliya və Asiyaya da nüfuz etmiş və öz bəh­rələrini verməkdədir (Howard Newby -2008).

Ali və orta-ixtisas-peşə təhsil ocaqlarında strateji inkişaf və fəaliyyət plan-proqramlarının hazırlan­ma­sı və həyata keçirilməsi dünyada qəbul olunmuş təkmilləşmə mexanizmidir. Bizim ali məktəbləri­miz­də bu varmı?


Gələcəyə nikbin baxış
Azərbaycan zəngin neft və qaz ölkəsidir. Yeraltı sərvətlər yer üzünün işıqlanmasında rol oynayır, hə­yatın yer üstündə də zəngin olmasına zəmin ya­ra­dır. Üstəlik, əhalinin sa­va­da, biliyə sosializmdən miras qalmış meylliliyi, Azərbaycanın əlverişli iqlim və kənd təsərrüfatı zonalarına malik olması, eləcə də Şərqin Qərbi, Qərbin Şərqi, Şimalın Cə­nubu və Cə­nubun Şimalı kimi rollarda çıxış etməsi bu öl­kənin yüksək templə inkişafına əsas verir. Tə­sadüfi deyil ki, Ümu­mi Daxili Məhsulun artım sü­rətinə görə Azər­bay­can dünya rekordçu­sudur. Tərəf­siz beynəl­xalq proqnozlar da Azərbaycanın inkişafına nikbin gözlə baxmağa əsas verir. Müqa­yisə üçün qeyd edək ki, 2005-ci ildə Ermənistanın ümum­da­xili məh­­sulunun həcmi Azərbaycanın ÜDM-nun 38 fai­zini təşkil edir­di, BMİ (Business Monitor İnter­na­tional Ltd) proqnozlarına görə Er­mə­nistan iqti­sa­diy­­yatı həcm­cə Azərbaycan iqtisa­diy­yatından get-gedə daha da geri qalacaq, 2010-cu ildə onun ancaq beşdə biri qə­dər olacaq (21%).

Lakin yaxın zəfər coşğunluğu altında kef çək­mək vaxtı deyil. Qloballaşmanın mənfi təsirlərini azaltmaq, qazancın aparıcı olduğu müasir dünyada hər kəsin irəli getməsinə çalışmaq lazımdır. Ger­çək­liklə arzu arasında uçurum yaranmamalıdır.

Hal-hazırda Azərbaycan hökuməti neft ehtiyat­la­rının, yəni qara qızılın insan potensialını, insan in­ki­­şafını gücləndirmək işində rolunu vurğulayaraq “Qara qızılın insan qızılına çevrilməsi” kimi iddialı proqram irəli sürmüşdür. Burada təhsilin inkişafı da xüsusi yer tutur, o cümlədən vətəndaşların xaricdə aparıcı universitələrdə və Azərbaycanda ciddi təh­sil-təlim alması üçün təqaüd proqramı qismən işə düş­müşdür. Digər tərəfdən, tək tələbə təqaüdləri de­yil, qurumlararası, məsələn, xarici universitələrlə Azər­bay­can ali təhsil ocaqları arasında əməkdaşlıq proq­ramlarının müsabiqə əsasında maliyyələşdiril­məsi də təhsilin inkişafı strategiyasında mühüm yer tut­ma­lı­dır.

Dünya təcrübəsi göstərir ki, beynəlxalq tələbə mübadiləsinin artırılması və özəl bölmənin güclən­məsi üç böyük problemin – ali təhsilin əlyetən ol­ma­sının, dövlətin ali təhsilə çəkdiyi xərclərin sə­mə­rəli olmasının (həddindən çox böyüməməsinin) və ali təhsildə keyfiyyəti artırmağın həllinə kömək edir.

Və bir daha yada salaq – iş dünyası, sənaye, döv­lət, elm və ali məktəbin səylərini birləşdirmək – budur inkişaf! “Dövlət ali məktəblər üçün nə edə bilər?” sualı “ali məktəblər dövlət üçün nə edə bi­lər?” sualı ilə yanaşı qoyulmalıdır!

Keçid iqtisadiyyatında olan ölkələrdə keçid döv­rünün nə vaxt başlandığı məlumdur, onun nə vaxt qur­taracağı isə geniş müzakirə mövzusuna çevril­məyib. Bu barədə tarix öz hökmünü verəcək. Müm­kündür ki, uzun gözləmək lazım gəlməyəcək. Azər­baycan Respublikası kimi böyük iqtisadi artım mü­şaiyət olunan ölkələrdə keçidin sonunda güclü iq­ti­sa­­diyyata, sosial güvənliyə, yüksək mədəniyyətə ma­­­­lik bir dövlətin qurulması elm və təhsilin düzgün inkişafından mühüm dərəcədə asılıdır.


ISBN 978-9952-20-044-7




Hamlet Isaxanli


What is Happening in the Education System of the Contemporary World

and

What is Good For “the State Program on Reforms of Higher Education System in the Republic of Azerbaijan For the Period of 2008-2012”?

© Khazar University Press

Baku, Azerbaijan, 2008.
Yüklə 297,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə