Prezident Aparatı Humanitar Siyasət Şöbəsinin müdiri


Ali təhsildə qeyri-akademik xidmət



Yüklə 297,24 Kb.
səhifə3/5
tarix07.12.2017
ölçüsü297,24 Kb.
#14200
1   2   3   4   5

Ali təhsildə qeyri-akademik xidmət
Ali məktəbdə təhsilin keyfiyyəti və onun qiymətləndirilməsi, ciddi və çevik idarəetmə sisteminin qurulması kimi mü­hüm işlərə təhsil nazirliyi və ya digər əlaqədar hökumət qurumları deyil, birinci növbədə ali mək­təbin özü nəzarət etməli, bu işlərin də tədris və təd­qiqat kimi çox va­cib olduğunu dərk etməli, uyğun mexanizmləri iş­ləyib hazırlamalıdır. Ali təhsildə key­fiyyətin artı­rıl­ması mərkəzinin, tədris plan və proq­ramları, tələbənin biliyinin qiymət­lən­diril­məsi, elekt­ron təlim üsulları, ömürboyu təh­sil və mə­sa­fədən təhsil konsepsiyalarını hazırlayıb həyata keçirən mərkəzlərin fəaliyyəti çox mühüm­dür. Öz tələbələrinə tədrisdən kənar, yəni qeyri-aka­demik, insani xidmət sistemi qurmadan ali məktəb yaxşı inkişaf edə bilməz.

Ali məktəb-öyrətmək və öyrənmək məqsədi ət­rafında birləşmiş insanların yaşadığı bir məkandır, yaşayış məntəqəsidir, şəhərcikdir. Bu şəhərin ya­şa­ma­sı üçün uyğun inzibatçılığın və idarəçiliyin, təsər­rü­fat həyatının və xidmət sektorunun qurulması zəruridir. Ali məktəbin əsas əhalisi tələbələrdir. Ali mək­­­­­təbin tipindən, yerləşdiyi ölkədən, böyük-ki­çik­li­­yindən asılı olaraq tələbələrin sayı müəllim və idarə­etmə-xidmət bölməsində çalışanların ümumi sayından 10-15 dəfə çox olur. Ali məktəb qocaman olsa belə həmişəcavandır, sakinlərinin əksəriyyəti həyat təcrübəsi az olan gənclərdir, oxumaq-öyrən­mək­lə yanaşı onların hər cür qayğıya və yardıma ehtiyacı var.

Yaxşı ali məktəb elmi araşdırmalarla, müasir və keyfiyyətli tədrislə yanaşı tələbələrə da­yaq duran, onlara hər cəhətdən kömək edə bilən xid­mət sistemi ilə də seçilir. Üstəlik müasir ali təh­sil keçmişdəkindən qat-qat rəngbərəngdir – daha çox seçmə fənlər, daha çox ixtisaslar, tələbələrin fər­­di tələblərini nəzərdə tutan yeni tədris modelləri və üsulları, daha beynəlmiləl tələbə tərkibi, infor­ma­siya-kommunikasiya texnologiyalarından daha ge­niş istifadə... Bu və digər xüsusiyyətlər müasir ali məktəbdə tələbələrə xidmətin də qat-qat ciddi və rəngbərəng olmasını zəruriyyətə çevirir. Bu məsələ­lərin vaxtında və uyğun şəkildə həll edilməsi üçün xü­susi ixtisaslaşmış işçi-mütəxəssislər qrupu fəaliy­yət göstərməlidir.

Tələbə mərkəzli təhsil modeli tələbələrlə işin fəal qurulmasını tələb edir. Tələbələrin bir qrup şək­lində müəllimin ətrafında birləşməsi (müəllim mər­kəz­li sistem) deyil, hər bir tələbənin marağının ayrı-ayrılıqda təmin edilməsi, müəllimin tələbələrlə ya­na­şı çalışaraq onları sadəcə yönəltməsi ön plana çə­ki­lir. Müəllim rəhbər deyil, son söz sahibi olan bö­yük şəxs deyil, o, təcrübəli ustadır, məşqçidir. Kre­dit yığma (qazanma) əsasında qurulan təh­sil modeli məhz tələbə mərkəzli sistemdir, bu sis­tem­də hər tələbənin yalnız özünə məxsus irəliləmə trayekto­ri­yası olur.

Ali məktəbin tələbələrlə ilk təması onların ali mək­təbə qə­bulu ərəfəsində baş verir. Ali məktəblər şəbəkəsi bütövlükdə götürüldükdə tələbə olmaq istə­yənlərin hamısının arzusunu yerinə yetirə bilmir. Hət­ta yüksək inkişaf etmiş ölkələrdə də ali təhsil almaq arzusunda olan, amma bunu gerçəkləşdirə bilmə­yən­lər mövcuddur. Onlara mane olan əsas amil isə hər-hansı qadağa de­yil, ancaq ma­liy­yə çətinliyidir. ABŞ-da ödənişsiz ali təhsil möv­cud olmadığı üçün imkansızlar yalnız uyğun fond­lar­dan uzun müddətli və aşağı faizli (il­lik 6-8% ətrafında) borc götürməklə təhsil ala bilir. Avropa Birliyi və Yaponiyada dövlət ali məktəbə daxil ol­maq istəyənlərin yalnız bir qisminin xərcini öz üzə­rinə götürür, digərləri isə ödənişli təhsil al­malı olur. İnkişaf etməkdə olan ölkələrdə isə yox­sul­luq dərə­cəsi yüksək olduğu üçün ödənişli təhsil ala bilmə­yən­lər çoxdur; buna əsas səbəb tələbələrə əl­verişli şərtlərlə borc verilməməsidir. Ödə­nişli təhsil al­mağa imkanı olan gənclər isə höku­mətin qadağalarına görə ali məktəbə qəbul ola bil­mirlər, yəni ölkədə ali təhsil əlyetən deyil.

Ali məktəblərə qəbul mexanizmi necədir? Şima­li və Mərkəzi Avropada ali məktəblərə qəbul ya or­ta məktəb imtahanlarındakı orta qiymətə görə, ya mə­zun­luq imtahan qiymətlərinə görə aparılır, yəni xü­susi qəbul imtahanları keçirilmir. Bəzən də tələbə qəbulu ali məktəbə qəbul imtahanları vasitəsi ilə apa­rılır (orta məktəb məzunluq imtahanları olma­yan hallarda) və ya qəbul üçün hər iki imtahanın nə­­ticəsi nəzərə alınır. Əlbəttə, özəl ali məktəblərə tələbə qəbulunu hər yerdə həmin ali məktəblər özü aparır, dövlət bu işə qarışmır (cüzi istisnalarla).

Ali məktəbə qədəm basan tələbələrlə ilk mühüm iş tələbə orientasiya, istiqamətləndirmə günlərinin keçirilməsidir. Tələ­bə­nin qəbul olunduğu ali məktəb və ümumiyyətlə, ali təhsil haqqında təsəvvürləri qısa zamanda geniş­ləndirilməli, tələbə öz ali məktəbini doğma ev, və­tən, alma-mater kimi hiss etməlidir. Orientasiya­nın vizual və şifahi tərəfi ilə yanaşı yazılı və elekt­ron materialların mövcudluğu vacibdir-tələbələrin Uni­ver­si­tə web-sitesi, Universi­tə kataloqu, müxtəlif qay­da və məlumat kitabçaları, o cümlədən tələbə yaddaş kitabçası ilə yaxından ta­nış olması zəruridir.

Dərslər başlanarkən tələbələr hər fənn üzrə ali məktəbin web-sitesi (internet səhifəsi) vasitəsilə əv­vəlcədən və ya ən geci ilk dərs za­manı müəllim tə-rə­findən dərsin məzmun, forma və imtahan prinsipi barədə məlumatların daxil edildiyi fənn-dərs planı (İngiliscə “syllaby”) ilə tanış edilməlidir. Fənn-dərs planı uyğun fənnin məzmunu və biliyin qiymətləndirilməsi barədə müəl­­limlə tələbələr arasında bağlanmış mü­qa­vilə kimi də şərh oluna bilər.

Tələbələrə maliyyələşmə mənbələri, o cümlədən dövlət qaynaqları, bank sistemi, borc və kredit gö­tür­mə imkanları, yerli və beynəlxalq fondlar, adlı və xüsusi məqsədli təqaüdlər və s. barədə məlumat və məsləhətlərin verilməsi inkişaf etmiş ölkələrdə adi hala çevrilmişdir, keçid dövründə olan ölkələrdə isə bu cür xidmətlər yenidir və məzmun cəhətdən ka­sıbdır. Keçid dövründə olan və ödənişli təhsilə ge­niş yol verən hökumətlərin böyük əksəriyyəti, təəs­­süf ki, tələbələrə dayaq ola biləcək maliy­yə­ləş­dirmə və borc götürmə sistemi hazırlamayıb. Aşa­ğı (bakalavr) və yuxarı bütün təhsil pillələrində oxu­maq istəyən tələbələrə borc götürmək imkanı ya­ra­dılmalıdır. Təhsil müddəti başa çatdıqdan bir qədər, məsələn, iki il sonra borclar qaytarılmağa baş­lanılır və bu, məsələn, 10 il ərzində başa çat­dırılır. Ali təh­sil almaq istəyənlərə ölkəmizdə faizsiz və ya çox aşağı faiz­lərlə borc verilməsi məsələsinin Neft Fon­du və ya xüsusi qurulmuş digər fond çərçi­və­sın­də həll olun­ması da mümkündür.

Tələbələrə psixoloji, tibbi və hüquqi sahələrdə məsləhətlər verilməsi və ilkin yardımın edilməsi də çox vacibdir; bu işlər, adətən, xü­susi mərkəzlər vasitəsi ilə görülür. Bə­zi xidmətlər, məsələn tədrislə bağlı məsləhətlərin ve­rilməsi, uyğun fakültə və ya departmentin yanın­da, onların iştirakı ilə göstərildiyi halda, digər xid­mət­lər, məsələn psi­xo­lo­ji yardım daha mərkəz­ləş­dirilmiş qaydada təşkil edilir.

Tələbələrin id­man və incəsənətlə məşgul olması həm tələbə hə­ya­tının canlı və məzmunlu keçməsinə kömək edir, həm ali məktəblə tələbəni bir-birinə qovuşdurur, tə­lə­bələri bir-birinə yaxınlaşdırır.

Ali məktəbdə fəaliyyət göstərən tələbə birlikləri tələbə həyatının təşkilində və ümumiyyətlə ali mək­tə­bin həyatında mühüm rol oynayır. Qərb dün­ya­sın­da bir ali məktəb daxilində qeydiyyatdan keçmiş yüz­­lərlə tələbə birlikləri, klub və təşkilatları, dər­nək­ləri fəaliyyət göstərir. Ağla gələn hər ideya bir birliyin əsasında dayana bilər- tədrisdə nümunə, və­tən­daşlıq, yerliçilik, siyasət, din, elmin müxtəlif sa­hə­­lərinə maraq, idman, mədəniyyət və incəsənət ki­mi. Tələbə birlikləri liderlik, özünüidarə kimi xü­su­siyyətlərin və bir sıra bacarıq və vərdişlərin, o cüm­lədən biznes vərdişlərinin inkişafında da rol oy­na­yır.

Fiziki və mental qüsurları olan tələbələrin xüsusi qayğıya və xidmətə ehtiyacı olduğu aydındır. Təəs­süf ki, keçid dövründə olan ölkələrdəki ali mək­təb­lərin bu halda da öyünməli cəhətləri çox deyil.

Ali məktəblərdə tələbələrə və yeni məzun olan­la­ra dayaq duran ən vacib xidmətlərdən biri peşə-məşğulluq mərkəzlərinin (career centers) fəaliyyət göstərməsidir. Tələbələri işə düzəlmə psixologiyası və üsulları ilə tanış edən bu mərkəz işverən şirkət və təşkilatlarla yuxarı kurs tələbələri arasında əla­qələr yaratmağa, onları bir-birinə yaxınlaşdırmağa çalışır. Məzunlar assosiasiyasının qurulmasına və fəa­liyyətinə kömək etmək də ali məktəbin ciddi iş­lərindən biridir.

Ali məktəbin idarəedilməsində, o cümlədən də keyfiyyətin artırılması prosesində tələbələrə və mə­zun­lara rol ayrılması mühüm məsələdir.

Ali məktəbdə beynəlxalq tələbə mərkəzinin fəa­liyyəti, yəni beynəlxalq tələbə xidmətinin təşkili xa­rici tələbələrin ali məktəbin həyatına rahat daxil ol­masını asanlaşdırır, onları təcrid olunma təhlükəsin­dən qoruyur, eyni zamanda ali məktəbi müxtəlif mə­­­dəniyyətlərin, irq, din və dillərin bərabər möv­cud olduğu və bir-birini zənginləşdirdiyi, hətta bir-bi­­rini həvəsləndirdiyi məkana çevirir. Mövcud ste­re­otiplərin aradan qaldırılmasında, tələbələrin xoş­qı­lıqlı olmasında, fərqli din, mədəniyyət və irqləri ya­xından tanı­ma­sında ali məktəbdəki beynəl­xalq mü­hit həlledici rol oynayır. Ali məktəbləri­miz­də xa­­rici tələbələrin təhsil alması müəllimlərin məsu­liy­yətini artırır, həmçinin ali məktəbi müəllim seçi­mində daha diqqətli ol­ma­ğa məcbur edir. Əlbəttə ki, xarici tələbələrin öl­kə­mizin xoş məramlı elçi­lə­rinə çevriləcəyi də siyasi cəhətdən mü­hüm­dür.



Qloballaşma ilə internasionallaşma.

Yollar, meyl və əlamətlər
Qloballaşma ilə internasionallaşma fərqli ha­di­sələrdir. Böyük güclərin yaxın iştirakı ilə baş verən qloballaşma sərbəst bazar iqtisadiyyatı və texnoloji inkişafın törəməsi, məhsuludur. Rabitədə və kom­pü­­terləşmiş informasiya sistemlərində fövqəladə sıç­­rayış bütün dünya boyu iş qurmaq imkanı verir. Universitələrin dünya üzrə sıralandırılmasını, çox­say­lı reyting cədvəllərinin meydana çıxmasını da qloballaşmanın nümayişi saymaq olar. Qloballaş­mış iqtisadiyyat rəqabətin həddindən artıq genişlən­diyi və qaynaqların çoxaldığı dünya deməkdir. Zid­diyyətli xarakter daşısa da, müəyyən istismara yol açsa da, qloballaşma hadisəsi dünyanı bütövləşdirir. Korporasiyaların ucuz işçi qüvvəsi dalınca başqa öl­kələrə baş vurması da buradan gəlir. Qloballaş­ma­nın güclənməsi ilə sosializmin çökməsi eyni vax­ta düşdü və azad iqtisadiyyat dünyanı tam bü­rüdü (Robert M. Berdahl-2008).

Dünya Bankı, Beynəlxalq Maliyyə Fondu, Dünya Ticarət Təşkilatı kimi, millətlərarası nəhəng korporasiyalar kimi qlobal güclərin hakimiyyəti dövründə ayaq üstündə qalmaq, sonra yerimək, yürümək və zəngin ölkələr sırasına daxil olmaq fövqəladə dərəcədə çətindir. Nəzəri imkan bilik iqtisadiyyatındadır, elm və təhsilin iş dünyası ilə birliyindədir, dövlətin bu işi çox mühüm hesab etməsindədir.

Internasionallaşma milli olanın beynəlxalq aləmə çıxarılmasıdır, lakin nəzarət və idarəetmə əsasən milli olaraq qalır. Qloballaşma isə milli sərhəd­lə­ri­nin aşılmasıdır, millinin nəzarətindən çıxıb dün­ya ba­zarına daxil olmaqdır, sərhədlərdən kənarda sər­mayə qoyuluşudur. Qlobal bazarı milli hökumət tən­­zimləyə bilmir. Qloballaşma özəlləşmənin bö­yük miqyasa çatmasıdır. Ali təhsil sahəsinin qlobal­laş­ma­ya bu qədər məruz qalacağını, bəlkə mütə­xəs­sislər də gözləmirdilər. Qapalı bir dövlət olan Çində hal-hazırda 1400 ətrafında xarici ali məktəblərin bu və ya başqa formada fəaliyyət göstərməsinə icazə ve­rilibdir!

Ali təhsildə internasionallaşma əsasən tələbə və elmi işçlərin, idarəedənlərin və müəllimlərin bey­nəl­­xalq aləmə çıxışının artması, həmçinin müxtəlif təhsil modellərinin tətbiqi ilə əlaqədardır. Qlobal­laş­ma isə ali məktəbin məkanı mühüm dərəcədə aş­ma qabiliyyətidir. Buraya filialların qurulması, baş­qa təhsil ocağına lisenziya verilməsi (françayz et­mə) də daxildir. Amerikanın, Avstra­liya­nın, Avro­pa­nın və bəzi digər bölgələrin universitələri bu üsul­dan istifadə edərək, Çin, ərəb dünyası və digər yerlərdə birbaşa fəaliyyət göstərirlər.

Xarici tələbələrin cəlb edilməsi bütün dünyada ali məktəblərin ən əsas qayğılarından birinə çevri­lib. Bir ölkənin gənclərini oxutmaq əvəzinə bü­­tün dünya gənclərini potensial tələbəsi kimi gör­mək ali məktəbin ən böyük arzusudur və bu, heç də fantas­tik arzu deyil, sadəcə “dünya içində dünya uni­versitəsi” olmağa çalışmaq lazımdır. 2005-2006-da təhsil eksportu Avstraliyaya 10 milyard Avst­raliya dol­ları gəlir gətirmişdi, bu, turizmdən sonra ikinci yer deməkdir, yun və taxıl kimi Avstraliyanın ənə­nəvi məhsullarından daha çox deməkdir! (John Ni­land-2008). Xarici tələbələrin gətirdiyi pullar Bir­­­­ləşmiş Ştatlar kimi nəhəng iqtisadiyyata malik öl­kənin beşinci ən böyük xidmət iqtisadiyyatıdır (Da­vid Ward-2008).

Təhsildə qloballaşa bilənlər əsasən tədqiqat yön­lü ali məktəblərdir, yalnız onlar böyük nüfuz sahi­bi­dir, sənaye və iş dünyası ilə yalnız onlar dostluq edə bilirlər..

Təhsil ocaqlarının ölkə daxilində, bir qrup ölkəni əhatə edən bölgələrdə və beynəlxalq aləmdə geniş əməkdaşlıq şəbəkələrinin qurulması qloballaşma döv­­ründə güc qazanma cəhətdən zəruriyyətə çevril­miş­dir. Təhsil siyasəti üzrə məsləhətləşmələr, birgə dərəcə (joint degree) və ya iki diplom verilməsinə (double degree) hesablanan proqramlar və onların akkreditasiyası təhsildə keyfiyyətin artırılması prob­­­leminin həllinə də kömək edə bilir. Bologna Pro­sesinin tərkib hissəsi kimi Avropa ali məktəb­lə­rində birgə magistr və doktor proqramlarının işlə­nil­­məsi və birgə dərəcələrin verilməsi nəzərdə tutul­muşdur; bu, hal-hazırda Avropanın çox yerində hə­ya­ta keçi­rilməkdədir. Bu şəbəkəqurma fəaliyyəti, təhsil oca­ğı­nın müstəqilliyini möhkəmlətməkdə, onun höku­mət­dən asılılığını azaltmaqda da mühüm rol oyna­yır. Ölkəmizdə bu işi görmə qabiliyyəti olan ali məktəblərə yaşıl işıq yandırmaq lazımdır.

Azərbaycan beynəlxalq tələbə mərkəzinə çe­v­rilmək potensialına malikdir. Mülayim iqlimə və cəl­bedici mədəniyyətə malik Azərbaycanı, geniş­lə­nən Avropanın bir parçası kimi, dünyanın hər ye­rin­dən, xüsusilə də Yaxın Şərq, Hind-Çin dünyası və Afrikadan gələn tələbələr ölkəsi kimi təsəvvür et­mək çətin deyil; bu ölkələrdən bir dəstə tələbə artıq Azərbaycanda təhsil almaqdadır.

Ali məktəblərin fi­zi­­ki və ruhi cəhətdən sağlamlaşması, tədris plan-proq­­­ramlarının müasirləşməsi, bürokratik əngəllərin aradan qaldırılması, ali məktəblərə ilin istənilən vax­­­tında bu tələbələri dəvət etmək imkan verilməsi Bakını müxtəlif millətlərin və mədəniyyətlərin özü­nü rahat hiss etdiyi elm, təhsil, mədəniyyət ocağına çevirə bilər. Bu məsələnin siyasi və iqtisadi əhə­miy­yəti də çox böyükdür.
Sənaye-iş dünyası,

yüksək texnoloji inkişaf və ali təhsil
Info-bio-nano texnologiyalar! Yeni elmi kəşflər edən, onların tətbiqlərini axtarıb tapan, onları iş dün­yasına gətirə bilən ali məktəb-sənaye-iş dünyası bir­liyi bəşəriyyəti irəli aparan əsas qüvvədir!

Yük­sək araşdırmalar gücünə sahib olan ali mək­təblə səna­ye-iş dünyasını birləşdirən koridor varmı, varsa nə­dir? Kiçik koridora inkubator deyilir, bu­rada elmi ideya və texnologiyaların tətbiqi ilə kiçik iş qur­maq, onu şirkətə çevirmək məsələsi qoyulur. Böyük koridor isə texnoloji park (texnopark) ad­lanır, inku­ba­tordakına bənzər iş geniş miqyasda və daha dərin­dən görülür. Ali məktəbdə ça­lışan alimlər texnoloji parklar vasitəsi ilə sanki iş dünyasının, böyük şirkət və korporasiyaların tədqiqat və inkişaf bölməsi (Research and Development Division) ro­luna sahib çıxırlar. İs­te­dad­lı tələbələr, xüsusilə yu­xarı dərəcə (magistr, dok­tor) almaq üçün oxuyanlar burada prak­tikadan gələn məsələlər ətrafında təd­qiqat apa­rır, eyni za­man­da iş dünyasına bağlanırlar. Azər­bay­canda bu sahədə nə qədər maarifləndirmə işi aparılsa da, in­kubator işində kiçik işlər görülsə də, təəssüf ki, ciddi bir nəticə əldə edə bilməmişik.

Ölkənin strateji inkişafı təbiət elmləri, xüsusilə bio-tibbi sahə və mühəndislik-texnologiya ilə bağ­lı­dır, dünya universitələri əsasən bu istiqamətdə ya­rı­şırlar. Onu da qeyd edək ki, bilik iqtisadiyyatının ro­lunu hamıdan birinci dərk edən çox böyük şir­kət­lər öz daxilində intellektual güc toplamağa çalı­şır­lar; bəzi şirkətlərdə işləyən Nobel mükafatı laureat­la­rının və digər nüfuzlu alimlərin sayı universitə­lə­rin çoxu üçün əlçatmazdır.

Yaponyada universitələrlə sənaye-iş dünyası ara­sın­dakı mü­nasibətlərə misal: birgə tədqiqat layi­hə­lə­rinin sayı 1991-də 1139 idi, 2004-də isə 9378 ol­du, bu mü­qa­vilələrin dəyəri həmin müddətdə 5 dəfə artdı! (Yu­ko Harayama and Rene Carraz-2008).

Çindəki Tsnghua universitəsinin öz holdinqi var (təxminən 260 milyon dollarlıq kapitala sahib). Bu holding bilik iqtisadiyyatı sahələrinə sərmayə qo­yur. Sənaye-universitə münasibətləri Qərbə nisbə­tən Çində daha sıx birgə iş ideyasını həyata ke­çir­məkdədir. Tayvan və Sinqapurda elm parkları döv­lə­tin köməyi ilə nəhəng ölçülər almışdır. Sinqapur Asiyanın biotibbi tədqiqat və həmçinin ali təhsil qov­şağına çevrilmək məqsədini qarşısına qoymuş­dur. Faktik olaraq bir şəhərdən ibarət bu kiçik öl­kə­də xarici tələbələrin sayı səksən mini keçib (Tony Tan Keng Yam-2008). Burada 1982 və 2000-ci illər arasında Elm parkından təqribən 300 texnologiya şir­kəti yaranmışdır (Wayne C. Johnson – 2008).

Universitə-Biznes-Sənaye münasibətləri tətbiqi məsələlərin həlli ilə fundamental məsələlərin həllini sintez etməyə imkan yaradır. Neft və qaz mühəndisliyi, digər texnoloji sahələr, kom­pyuter elmləri, iqtisadi və siyasi tədqiqatlar, biologiya, sə­hiyyə, təhsil üzrə maraqlı tədqiqatlar bu baxımdan maliyyə qaynaqları cəlb edə bilir.

Xəzər Universitəsinin işləyib hazırladığı və hə­yata keçirməkdə olduğu bir əməkdaşlıq modeli ba­rədə qısaca məlumat, zənnimcə, yerinə düşür. Üç­bu­caq təhsil-sənaye modeli üç tərəfin iştirakını nə­zər­də tutur – 1) Xəzər universiteti, 2) şirkət və ya kor­porasiya, 3) nüfuzlu xarici ali məktəb. Şirkətin qaldırdığı problemlər, məsələn, zəruri təd­qi­qat işi­nin aparılması, ixtisasartırma kurslarının təş­kili, iş­çi­lərin ehtiyac hiss olunan sahə üzrə magist­ratura pilləsində hazırlanması iki ali məktəbin bir­lik­də sə­yi nəticəsində həll edilir. Ali məktəblərin hər biri təklikdə bu problemi lazımı səviyyədə həll etməkdə çətinlik çəkə bilər (kadrlar, məsafə, diplom və s. kimi məsələlər birgə fəaliyyət nəticəsində daha yaxşı həll olu­nur). Şirkət, öz növbəsində, ali məktəblərin təd­qi­qatçı müəl­limlərinin təkmilləşdirilməsi üçün ma­liyyə qay­nağı açmaqla, tələbələrə bütün təhsil boyu tə­qaüd­lər təyin etməklə hər iki ali məktəbin inki­şa­fına öz töhfəsini verir. İki ali məktəbin bir-birinə yaxın­laş­ma­sı, tədqiqatların daha lazımlı sahə­lərə yö­nəl­mə­si, sənaye-iş dünyası ilə əlaqənin in­ki­şafı da hər iki ali məktəb üçün faydalıdır. Böyük Britaniya və Norveç ali mək­təbləri, BP və StatoilHydro kimi şirkətlərlə tə­rəfdaşlığı nəzərdə tutan belə üçbucaq modelinin həyata keçirdiyimiz bir variantı Dün­ya Bankının 3-cü Bilik İqtisadiyyatı Fo­rumunda ən çox bə­yənilən layihələrdən biri ol­muşdu (Buda­peşt, 23-26 mart, 2004).

İş dünyası, sənaye, elm, ali təhsil və dövlətin bir­liyi – budur inkişafın təməli!

İlk dəfə öz əqli məhsulunu cəmiyyətə açıq elan et­mək işində MIT böyük, o vaxta qədər görünmə­miş addım atdı - internetdə 1800-ə yaxın fənnə açıq giriş elan etdi (OpenCourseWare – AçıqFənn Top­lusu). Fənnin planı, mühazirə mətnləri, misal-mə­sə­lə həlli, laboratoriya və layihə işlərinin planı, im­ta­han materialları...açıq, ödənişsiz istifadəyə ve­ril­di. Dün­yanın hər yerində həm müəllimlər, həm tələ­bələr bu xəzinədən faydalanırlar (Azərbaycanda bu imkandan istifadə edənlər barədə eşitməmişəm). Müxtəlif öl­kələrdə buna bənzər digər addımlar da atıldı, o cüm­­lədən “OpenCourseWare” Çində man­da­rincəyə və ispandilli ölkələrdə ispancaya tərcümə edilir. Ən görkəmli işlərdən biri Google-2007 print kitabxana layihəsi oldu – bir sıra universitələrin ki­tab­xanasını rəqəmləşdirmək, scan-elektron surət çı­xarmaq yolu ilə dünyaya açmaq işi başlanıldı (mə­sələni nisbətən məhdudlaşdıran yeganə cəhət müəl­lif hüquqlarının qorunmasıdır). Bu cür açılmalar təh­­silə heyrətamiz imkanlar verir və bu cür uni­versitələr dünyanı əhatə edən, dünyaya ya­yı­lan “Meta Uni­ver­sitə”yə çevrilirlər (Vest-2006). İnsanın mey­da­na gətirdiyi bütün ya­zılı qaynaqları cəmi in­san­lara çatdırmaq imkanı bə­şəriyyətin hər zaman ar­zu­ladığı azad və bərabər imkanlar dünyasının qu­rul­ması işinə böyük xidmət­dir. “Məkan, zaman, mo­nopoliya və ya arxaik qa­nun­larla məhdud­laş­ma­yan, bilik cəmiyyətinin ehti­yac­larına cavab verən, texnologiya ilə əl-qolu açıl­mış və bütün bəşəriyyətə xidmət etmək gücünə ma­lik qlobal universitet” (James J. Duderstadt-2008) qur­maq arzusu gözəl­dir! Bu yolda sadalanan əngəl­lərə bizim cəmiyyətə xas olan stereotipləri, önyar­ğı­ları, ortalama yanaş­maları da əlavə etmək olar.

İnternet dünyasının ən maraqlı lıayihələrindən bi­­­ri hər bir insanın yaza bildiyi və düzəlişlər edə bil­diyi “Wikipedia” adlı virtual ensiklope­di­ya­dır. Bu xəzinəni həmişə ensiklopediya nümunəsi he­sab olu­nan “Encyclopaedia Britannica” ilə müqa­yi­sə edir­lər. Sonuncunun elmi dəqiqliyi həlledici üs­­tünlük kimi göstərilir. Bu belədir, lakin əhatə ge­niş­liyi, durmadan yeniləşməsi, zamanla yanaşı ad­dım­laması “Wikipedia”nın böyük üstünlüklərini ortaya qoyur. Maraq üçün Azərbaycan və azərbay­canlılar mövzusunu iki ensiklopediyada müqayisə etsək müqa­yisə­edilməz nəticələrə gəlib çıxarıq. Bir tə­rəfdə Qa­ra Qarayevi erməni bəstəkarı kimi qələmə verən, mövzumuzu çox xəsisliklə işıqlandıran “En­cyc­lo­pae­dia Britannica”nı, digər yanda mövzumuzu çox ge­niş əhatə edən, ilk addım üçün kifayət qədər və düzgün mə­lu­mat verən “Wikipedia”nı görəcəyik.

İnforma­siya tex­nologiyaları cəmiyyəti dəyişdi­rən, köhnəni yeni ilə əvəz edən, köhnəni yeni­ləş­di­rən qüvvədir.

Dünyamızda məsafələr azalıb, ob­­razlı dildə mə­sa­fə­lərin yox olduğunu, öldüyünü de­yirlər. İnternet dünyası insanları, müxtəlif qurum­la­rı, xalq və döv­lətləri “bizi təcrid ediblər” ah-va­yın­dan azad edib. Nə istəyirsən yaz, göstər, səsləndir və dünyanın elan löv­həsinə - in­ter­netə yerləşdir ki, hamı oxusun, görsün, eşitsin, xəbər­dar ol­sun. Artıq dünyanın elektron bütövlüyü haqqında cəsarətlə danışmaq olur. Gənclər, xü­susilə yeniyetmələr yeni kompüter-internet sivi­li­zasiyasının üzvləridir, elektron dünya­nın vətən­daş­larıdır.

Milli İnternet ərazilərinin- xü­susi ünvan­la­rın (National Domains) sa­yına görə və­ziyyətimiz elə də ürəkaçan deyil, 2007-ci ilin son­la­rına olan mə­lu­mat­dan bəzi misallara baxaq: Nider­land – 17 400 000, Çex Respublikası – 6 230 000, Türkiyə – 1 160 000, Es­­­t­onia – 479 000, Gürcüstan – 68 000, Er­mə­nis­tan – 60 800, Monqolustan – 20 300, Azər­bay­can – 19 300. Ölkə əhalisinə nisbətdə internet əra­zi­lə­rinin həcminə görə isə (2 milyon 692 min səhifə) internet ərazilərinin sayı ilə müqayisədə azca yax­şıyıq – dün­yada 89-cu yerdəyik (Estoniya –10, Er­mə­nistan – 69, Gürcüstan –72-cidirlər).
Ali təhsilin maliyyələşdirilməsi
Təhsil sisteminin maliyyələşdirilməsi dövlətin əlin­də təhsil sisteminin idarəedilməsi üçün əsas ide­ya və üsuldur, bütün inkişaf etmiş ölkələrin təcrü­bəsi bunu söyləyir. Üstəlik “hərə layiq olduğu yeri tutsun” prinsipinin kökündə də ali məktəblərin döv­lət tərəfindən müsabiqə əsasında maliyyələşdiril­mə­si nəzərdə tutulur. Bu gün ölkəmizdə istifadə olu­nan ali məktəblərin dövlət tərəfindən birbaşa maliy­yə­ləşdirilməsi mexanizmi qəti surətdə müasir meyl­lə­rə cavab vermir, ali məktəblərin rəqabət əsasında inkişafına xidmət etmir, daha doğrusu, bu inkişafa mane olur.

Əvvəl də qeyd etdiyimiz kimi, əsl ali məktəblər qlo­bal rəqabətə davam gətirməlidir, bütün dünya üzrə yarışda iştirak etməlidir. Ali təhsil siste­mi­miz­də rəqabətin aparıcı gücə çevrilməməsi, azad rə­qa­bət şəraitinin yaranmaması ali məktəblərimizin in­­kişafdan qalmasının əsas səbəblərindən biridir. Azər­­­­­baycanda yaxşı ya pis, keyfiyyətli ya key­fiy­yətsiz təhsil verməsindən asılı olmayaraq bütün döv­lət ali məktəbləri onlara dövlət tərəfindən ayrıl­mış “pay”ı alır. Əslində isə dövlət ali məktəbi deyil, Tə­ləbə Qə­bulu üzrə Dövlət Komissiyasının keçir­diyi qəbul imtahanlarında (və ya orta məktəbi bitir­mək üçün keçirilən obyektiv imtahanlarda) uğur qa­zananları birbaşa maliyyələşdirsəydi və onlar bu maliyyə və­sai­tini seçdikləri, ürəkdən istədikləri ali məktəbə təq­dim edərək orada oxusaydılar, bütün ma­­raqlı tə­rəflər qazanardı. Dövlət maliyyələşdir­mə­ni artır­ma­dan onun daha ədalətli paylanmasını təmin edər, ali məktəblər dövlət təhsil təqaüdünü qazanan tələ­bə­lə­ri cəlb etmək üçün keyfiyyəti artırmaq yolu ilə daha müasir və cazibədar olmağa çalışardı. Bu paylanma vasitəsi ilə özəl ali məktəblər də dolayı yolla döv­lət­dən layiq olduqları köməyi almış olardı. Oxumaq arzusunda olanlar isə pulsuzluqdan məcbur olduq­la­rı pul­suz və keyfiyyətsiz ali məktəb əvəzinə ürək­dən seçim edə bilərdi.

Ali məktəbə qəbul olan tələbələri maliyyələşdir­mək­lə yanaşı dövlət müstəqil akkreditasiyanın rəyi və ali məktəbin təqdim etdiyi əsaslandırılmış layihə əsasında hər ali məktəb üçün müəyyən özək (ingi­lis­cə çox işlənən “core”) vəsait də ayırmaqla ma­liy­yələşmə sisteminin ilk iki xəttini müəyyən etmiş olardı. Maliyyələşmənin üçüncü xətti ali məktəbin öz tədqiqat və inkişaf (R&D) xarakteri daşıyan la­yi­hələri əsasında milli və beynəlxalq fondlardan al­dı­ğı vəsaitlərdən, dördüncüsü isə ali məktəbə bağış­la­nı­lan vəsaitlərdən təşkil oluna bilər. Bağışlanılan və­­sait ali məktəbin sərbəst, gəlir gətirən, sərmayə edilə bilən fondudur (İngiliscə “endowment”).

Yaponiyada 2001-ci il universitə islahat proqra­mı tərəfsiz qiymətləndirmə və müsabiqə yolu ilə bütün ali mək­təb­lərin (milli-dövlət, dövlət və özəl) in­kişafı, yük­sək standartlara cavab verməsinə mü­tənasib maliyyələşdirilməni ön plana çəkdi. Onu da qeyd edək ki, 2001-də Təhsil, Elm, İdman və Mə­­dəniyyət nazirliyi Elm və Texnologiya Agentliyi ilə birləşdirilərək Yaponiya Təhsil, Mədəniyyət, İd­man, Elm və Texnologiya nazirliyinə çevrildi. Eyni zamanda dövlət universitələrinin cari xərclərinin hər il müəyyən miqdarda azaldılması da qərara alın­dı.

Rusiyada 2006-cı ildə təqdim edilmiş ən yaxşı la­yihələrə əsasən keçirilən ya­­rışın nəticəsində 17 ali məktəb birinci dərəcəli, 40-ı isə ikinci dərəcəli qalib elan edildi; hər ali mək­­­təb iki il müddətinə 8 milyon dollarla 40 mil­yon dollar (ekvivalent) arasında ma­liyyə yardımına la­yiq görüldü. Bu maliyyə yardı­mı­nın təyinatı mü­hüm cihazlara və aparıcı xarici uni­ver­sitələrə gön­­­dərilmək də daxil olmaqla elmi-təd­qi­qata kö­mək idi (Vladimir Troyan-2008).

Çində dünya səviyyəli müəyyən sayda ali mək­təbin yaranmasına kömək məqsədilə 1998-ci ildə Çin hökumətinin başçısı yeni proqram elan etdi. Mü­­­­sabiqə əsasında seçilən ali məktəblər hökumət­dən böyük maliyyə dəstəyi aldılar, 9 ali məktəb xü­susi fərqlə irəli çəkildi (Jie Zhang-2008).

Bir daha qeyd edək ki, maliyyələşdirməni tam döv­­lət işi hesab edənlər böyük azlıqda qalacaqlarına şüb­hə etməsinlər. Amerika Birləşmiş Ştatlarında ma­liyyə qaynaqlarının 25 %-i federal ştatdan, 20%-i mər­­kəzi dövlətdən, 55%-i isə özəl bölmədən (təhsil haqqı, korporasiyalar və xeyriyyəçilikdən) gəlir. Bu balans özəl böl­mə­yə doğru dəyişməkdədir. Bir çox iri tədqiqat yön­­­lü ictimai (public) universitələrin dövlətdən al­dığı cəmi kömək onun maliyyəsinin 20-25 (və ya daha aşağı) faizini təşkil edir.


Yüklə 297,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə