Prezident Aparatı Humanitar Siyasət Şöbəsinin müdiri


Ali təhsildə qanunvericilik siyasəti



Yüklə 297,24 Kb.
səhifə4/5
tarix07.12.2017
ölçüsü297,24 Kb.
#14200
1   2   3   4   5

Ali təhsildə qanunvericilik siyasəti
Ali təhsilin və ümumiyyətlə, təhsilin strukturu, əsas prinsip və qaydaları ölkənin Təhsil Qanununda öz əksini tapmalıdır. Təəssüf ki, 1992-ci ildə qəbul olunan təhsil qanununun bir sıra maddələri don­du­rulduğuna və bir qismi də köhnəldiyinə görə ölkədə təhsil siyasəti təhsil qanununa deyil, lobbiçiliyə və insanlararası münasibətlərə əsaslanmaqdadır. Müa­sir meylləri özündə əks etdirə bilən təhsil qanu­nu­nun yazılması və parlamentdə qəbul edilməsi cəhd­ləri son 10-12 ildə heç bir nəticə verməmişdir. Təh­sil qanununun də­yi­şən dünyamızı, elm və tədrisin təş­kilində müasir meylləri geniş və dərindən nəzər­də tutaraq hazırlanması və qəbul edilməsi təhsil siya­sətimizin formalaş­ma­­sı baxımından vacibdir. Digər tərəfdən isə, bu qədər gözlədikdən sonra mühüm ye­niliklərlə dolu olmayan ortalama bir təhsil qanu­nu­nun qəbul edil­məsi yolverilməzdir. Müasir meyl­ləri, göz önündə dayanan problemləri, Avropaya və dün­yaya inteq­ra­siyanı özündə ciddi şəkildə əks et­dirməyən yeni təh­sil qanunu irəliyə deyil, geriyə doğru atılmış ad­dım olardı. Hazırlanmaqda olan “2008-2012-ci il­lərdə Azərbaycan Respublikasının ali təhsil siste­min­də islahatlar üzrə Dövlət Proq­ramı” Təhsil Qanunu layiyəsinin yeniləşməsində də mühüm dərəcədə rol oynaya bilər.

Normativ hüquqi bazanın müasir inkişaf meyl­lə­rinə uyğunlaşdırılması işi mütəxəssislər və əlaqədar tərəflər arasında müzakirələrdən keçərək görülməli­dir. Bu hüquqi baza işə əngəl törədən, müəyyən məq­səd­lər­lə işi dolaşığa salmağa cəhd edən bürok­ratik ün­sür­lərdən, ifadə və maddələrdən azad edil­mə­li, təbii, anlaşılan, sistemli və birmənalı mad­də­lərdən təşkil olunmalıdır.

Bir daha qeyd edək ki, təhsilin qanunvericilik ba­­zası keyfiyyəti müəyyən edən akkreditasiyanın müs­təqilliyini, ali məktəblərin layiq olduqları mə­su­liyyətli və şəffaf müstəqilliyini, ali məktəbin yu­xa­rı­­da göstərilən maliyyələşmə prinsiplərini, tələbələ­rin maliyyələşdirilməsi və borc alması prinsiplərini, təhsil ocaqlarının əlavə dəyər və mənfəət vergisi ki­mi əngəllərdən azad edilməsini özündə ehtiva et­mə­lidir. Yenə dünya təcrübəsi birmənalı şəkildə gös­tərir ki, ali məktəblərə vergi tətbiq oluna bilməz. Ali məktəblər özəl və dövlət mənsubiyyətindən asılı olmayaraq “gəlir güdməyən” (ingiliscə not for profik, non-profit) təşkilatlardır, yəni əldə olunan vəsait yalnız ali məktəbin inkişafına sərf olunmalıdır (gə­­lir güdən, ingiliscə “for profit”, ali məktəblər də var, məsələn Birləşmiş Ştatlarda. Onlar özəl şir­kət­lər qa­nununa görə işləyir və bu halda vergi verirlər; bizdə bunun tətbiqi hal-hazırda doğru olmazdı).

Əsl (dövlət və ya özəl) ali məktəbin büdcəsinin yalnız bir hissəsi (yarıdan xeyli az hissəsi) tələbə­lə­rin təhsil haqqından formalaşır, büd­cənin digər his­səsi dövlətdən, korporasiyalardan və digər qay­naq­lardan bəhrələnir; bu halda ali məktəbin vergi ver­məsi absurddur. Üs­təlik, şirkət və korporasiyaların, ayrı-ayrı fərd­lə­rin təhsil ocaq­larına yardım etməsinə imkan yara­dan vergi gü­­­zəştlərinin tətbiq edilməsi ali təhsilin inki­şa­fına gərək olan ən fundamental mə­sələlərdəndir! Birləşmiş Ştatlarda və bir sıra digər ölkələrdə ali məktəblərin inkişafında bu vergi güzəştlər həlledici rol oynayır!

Təhsil qanunvericiliyi aydın və mükəmməl de­yil­sə, dünya ilə səsləşmirsə ali təhsil sisteminin inki­şa­fın­dan danışmaq çətindir. Qeyri-müəyyənlik təhsil ocaq­larının strateji inkişaf və fəaliyyət planı üzə­­rində işləməsini qeyri-adi dərəcədə çətinləşdirir.
Ali təhsil və elmi araşdırmalar
Ölkəmizin iqtisadiyyatında olan artım və inkişaf, təəssüf ki, elmi-tədqiqat sahəsində müşahidə olunmur. Elmi-tədqiqat gücü zəifləyib, elmi-tədqiqata maraq aza­lıb. Elmi kadrlar qocalır və yeni nəsil tədqiqatçılar cid­di məktəb keçmirlər. Elmi tədqiqat institutla­rın­da və ali məktəblərdə çalışan alimlərimizin bir qis­mi əsl elmi-tədqiqatla deyil, elmi don geyindirilmiş mə­nasız və ya səthi məsələlərlə məşğul olurlar, yəni təbliğ olunan elm əslində elm deyil, elmə əyalət­sa­ya­ğı yanaşma növüdür.

Müasir texnologiyaların inkişafının elmi baza üzə­­rində qurulması, müasir iqtisadiyyatın bilik, elm iqtisadiyyatına çevrilməsi bu gün bəşəriy­yə­tin inki-şafında elmin rolunu daha da artırır. Onu da qeyd edək ki, tədris prosesindən fərqli olaraq elmi-təd­qi­qat işi mühüm dərəcədə ölçülə biləndir. Bu səbəb­lərdən dünya ali məktəblərinin yarışında elmi araş­dır­ma gücü əsas gös­­tərici olaraq götürülür. Elmi tədqiqatların, xüsu­silə təbiət elmləri, mühəndislik və texnologiya sa­hə­sindəki araşdırmaların gücü, sə­viyyəsi nüfuzlu el­mi jurnallarda dərc olunan mə­qa­lələr, eləcə də onları istinad qaynağı kimi göstərən başqa məqalə­lə­rin qiymətləndirilməsi vasitəsi ilə müəyyən edilir. Bu, mütləq və ideal göstərici olmasa da, dünya elmi ictimaiyyəti tərəfindən qəbul olunub və intellektual gücü əks etdirir. Məsələn, SCI (Science Citation Index), SSCI (Social Sciences Citation Index), A&HCI (Arts and Humanities Citation Index) kimi bey­nəlxalq sitat-istinad in­deks­lərinə görə ali mək­təb və elmi-tədqiqat institut­larının dəyərləndirilməsi elm-təhsil dairələrində ha­mıya yaxşı məlumdur. Bu gös­tə­ricilərə görə biz tək inkişaf etmiş ölkələrdən deyil qonşularımızın da hamısımdan geri qalırıq.

On ildə - 1996-2005-ci illərdə Azərbaycan alim­lə­rinin yuxarıda göstərilən tip elmi jurnallarda cəmi 2010 mə­­qaləsi dərc olunub. Həmin dövrdə Livan­lı­lar (əha­­lisi 3 milyon yarıma yaxın) 9149, İordaniya (əha­lisi 5 milyon yarım) – 6513, Küveyt (3 mil­yon­dan az) – 5900, Oman (2 milyondan bir az artıq) – 2399, Finlandiya (5 milyon) – 86 608, İrlandiya (4 mil­yon) – 60 690, Türkiyə - 87 629, İran – 21 596 mə­qalə dərc edib. Bu göstəriciyə görə Azərbaycan İs­lam ölkələri arasında 21-ci yerdədir. Həmin dövr­də əhalisinin hər milyon nəfərinə nisbətdə dərc olun­­muş məqalələrin sayına görə Azərbaycan çox ölkələrdən, məsələn Qam­bi­ya, Qabon, Mərakeşdən geri qalır; Azərbaycanın bu göstərici 245,1, Finlan­diya – 16 559,8, İrlandiya – 14 928,3 – dür.

Nanotexnologiya, bio-tibbi texnologiya, genom kimi elmin ən müasir və gələcəyimizi dəyişdirəcək sahələrində geriliyimiz...dəhşətli dərəcədədir. Bura­da yeni söz demək böyük elmi məktəb və təşkilati-maliyyə gücü tələb edir. İndi bizim qarşımızda daha sadə məsələ durur – bu yüksək texnologiyalar sa­həsində dünyada nələr baş verdiyini anlamaq və müm­­kün olarsa, baş verənlərdən bəhrələnmək, istifadə etmək... Yenilikləri yaratmasaq da, nə baş verdiyini anlayaq, heç olmazsa yaxşı ıstifadəçi olaq; tədbir görə bil­məsək istifadə etmək üçün də, məsələn, İrana, Tür­ki­yəyə müraciət etməli olacağıq.

Ali təhsildə elmi araşdırmaların gücləndirilməsi və Elmlər Akademiyası sisteminin kökündən də­yiş­dirilməsi təxirəsalınmaz zərurətiyyətə çevrilib. Elm­­lər Akademiyasını bir qədər cavanlaşdırmaqla, bir az ixtisarlar aparmaqla, dövlətdən daha çox pul qo­par­maq və ya olduğuna bənzər şəkildə reanima­siya et­məyə çalışmaqla məsələ həll olunan deyil. Ümu­miy­yətlə, elmdə Sovet dövrünə xas olan geniş miq­yas götürülməsi, dövlətin ayrı-ayrı saysız-he­sabsız elmi-tədqiqat institutlarını maliyyələşdirməsi nə el­min, nə texnologiyanın, nə də təhsilin müasir inki­şaf meyllərini əks etdirmir. Elmlər Akademi­ya­sında elmi işçilərin çox az qismi fəal tədqiqat apa­rır, çox böyük qismi isə digərlərinin hesabına, daha doğru­su, hökumətin rəhmi hesabına yaşamaqdadır.

Elm, təhsil və digər sahələrdə dövlətin düzgün ma­­­liyyələşdirmə siyasəti tək miqdarca artımdan iba­­­­rət ola bilməz, həmin maliyyənin nə dərəcədə sə­mərəli istifadəsi də çox vacib məsələdir. Yenə də yada salaq ki, inkişaf etmiş dövlətlərdə elmi tədqi­qat­­­ların böyük hissəsi dövlət tərəfindən deyil, kor­po­rasiyalar tərəfindən maliyyələşdirilir. Yüksək tex­­no­logi­yanın yaranması və yeniləşməsi elmi araş­dırmalarla sıx bağlı olduğu üçün korporasiyalar el­mə sərmayə qoymağa çalışır. Bu, təbii ki, elmi təd­qiqatların daha yüksək səviyyədə olmasını, elmi araş­dırmaların texnologiyanın inkişafı istiqa­mə­tin­də aparılmasını tələb edir. Təhsil və elmdə beynəl­xalq təc­rü­bəni və bilik iqtisadiyyatı adlandırılan iq­tisadi in­ki­şaf strategiyasını nəzərdə tutaraq ciddi is­lahatların aparılması zəruridir, onları gecikdirmək ölkənin in­kişafını gecikdirir. Diqqətlə seçilmiş elmi sahələrə və beynəlxalq aləmlə səsləşə bilən layi­hə­lərə müsabiqə əsasında qrant verilmə sisteminin tət­biq edilməsi yeganə düz­­­gün yol­dur. Bu fikrin mü­za­kirəsi və həyata ke­çi­ril­mə me­xanizminin hazırlan­ması Elmlər Aka­de­miyasının ta­mamilə yenidən və elmi institutlar şə­bə­kəsi kimi de­yil, elmi dəyər­lən­dirmə mərkəzi kimi qurulma­sı­na təkan verərdi. Elmlər Akademiyası nəz­dindəki institutların ali mək­təblərə yaxınlaş­dı­rıl­ması və bir­ləş­dirilməsi (bu­nun nə şəkildə aparılması müzakirə oluna bilər), Təh­sil Nazirliyinin bir çox ölkələrdə ol­duğu kimi Elm və Təhsil Nazirliyinə çev­rilməsi elm-təhsil sek­torunun məzmun və forma cəhətdən yeniləşməsi yo­lunda həlledici addım ola bilər.

Elmi dərəcələrin Ali Attestasiya Komitəsində (AAK) təs­diq olunmasını hal-hazırda ən arxaik işlərdən biri hesab etmək olar. Qonşu Gürcüstanda da bu sistem tam ləğv olundu. Elmi adların verilməsi ali məktəbin öz işi və öz məsuliyyətidir. Arxaik sistemləri saxla­maq­la key­fiyyətə nail olunmur, tam əksinə, bu halda ali məktəblər və elmi-tədqiqat institutları günahları AAK-nın üstünə atır, məsuliyyətdən qaçırlar. AAK-nın fəaliyyəti ilə əslində korrupsiya zəncirinin bir halqası da artır. Yeganə yol yeniləş­mə için­də key­fiy­yət mexanizminin yaradılmasıdır.

Rusiyada universitələrlə elmlər akademiyası in­s­ti­tutlarının qovuşması siyasəti öz müsbət nəticə­lə­rini verməkdədir. Gürcüstanda isə elmi layihələrin müsabiqə yolu ilə maliyyələşdirilməsi elmi-tədqiqat qurumlarının əsas maliyyələşmə formasına çevrilib.



Ali məktəb və əmək bazarı
Əmək bazarı ilə ali təhsilli kadr hazırlığı arasın­da əlaqənin elmi və praktik tərəfləri ölkəmizdə ən az öyrənilmiş, bəlkə də heç araşdırılmamış bir mə­sə­lədir. Bir tərəfdən kadrlara olan tələbatı ölkənin inkişaf strategiyası və dövlətin ali təhsili maliy­yə­ləşdirmə siyasəti ilə əlaqələndirmək, digər tərəfdən isə ali məktəblərimizi elm, tədris, maddi baza, ak­tuallıq, tutum, üstün ixtisas sahələri, keyfiyyət və s. baxımdan ciddi araşdırmaq lazımdır. Başqa sözlə desək, dövlətin təhsil və inkişaf proqramı ilə hər ali məktəbin kadr hazırlığındakı rolu tutuşdurularaq tələbə qəbuluna ixtisas sahələri və say baxımından dövlət sifarişi müəyyən edilə bilər. Dövlət sifarişi məhz dövlətin maliyyələşdirmək istədiyi iştisas və ali məktəblərin, fakültələrin müəyyən edilməsidir – dünyada olduğu kimi.

Hal-hazırda bütün ali məktəb­lərə total qəbul planı müəyyən edilməsi təhsilin əl­ye­tən olması və ümumiyyətlə, hər cəhətdən zə­rərlidir. Dövlət yalnız öz sifarişlərini plana daxil etsin və maliyyələşdirsin. Bu plandan kənarda isə ali məktəb, xüsusilə də özəl ali məktəb sərbəst tələbə qəbulu aparmalıdır.

Ölkədə üstün inkişaf sahə­ləri müəyyən edilibsə, bu, kadr hazırlığı planı üçün də vacibdir. Məsələn, regionların inkişafı strate­gi­yası, yeni iş yerlərinin açılma dinamikası, müx­tə­lif sektorların işə götürmə tutumu nəzərə alın­ma­lıdır.

Lakin bunları mütləqləşdirmək olmaz, bilik iq­ti­sa­diyyatı innovasiyalarla doludur, müxtəlif sahə­lə­rin yeri və rolu dəyişir, sahələrarası yeni, maraqlı işlər meydana çıxır. Üstəlik qloballaşma mütə­xəs­sislərin bir yerdən başqa yerə axınına səbəb olur; müxtəlif ölkələrdə iş qurma arzu və imkanlarının ağlagəlməz dərəcədə artdığı bir zamanda yaşayırıq. Azərbaycanda hazırlanan mütəxəssis dünyanın hər yerində işləyə bilər...

Orta məktəblərin yuxarı siniflərində və valideyn­lər arasında arzu olunan ixtisaslar barədə sosioloji sorğu aparmaq, eləcə də müasir kadrlara olan tələ­bat spektrini iş verən milli və beynəlxalq təşkilat­larla müzakirə etmək də əmək bazarı və ali təhsil əlaqələrini anlamağa kömək edərdi.

Ali təhsil dərəcələrindən daha geniş olan beynəl­xalq (məsələn, UNESCO) peşə-iş təsnifatının öyrə­nil­məsi, onun önbakalavr (orta məktəbdən sonra - ali təhsildən əvvəl, məsələn, ikiillik kiçik mütəxəs­sis hazırlığı), bakalavr, magistr, 5 və ya 6 illik yük­sək peşə hazırlığı, doktor (PhD) və digər mümkün təh­sil-tədqiqat dərəcələri ilə həmahəngliyini təmin etməyə çalışmaq zəruridir.

Azərbaycan gənclərinin dövlət hesabına xaricdə təhsil almaları üçün nəzərdə tutulan üstün sahələrin düzgün müəyyən edilməsi, onların dövri olaraq nə­zərdən keçirilməsi vacibdir. Həmçinin gəncləri­mi­zin xarci ölkələrdə bakalavr pilləsində deyil, əsa­sən magistr və doktor dərəcələri və yüksək peşə hazır­lığı üzrə təhsil almalarına çalışmaq lazımdır. Töv­siyə olunan ali məktəblərin siyahısını isə ixti­sas­lara uyğun hazırlamaq doğrudur, ali məktəb ümumiy­yət­lə deyil, bəlli sahələrdə güclü olur. Bu si­yahını kifayət qədər geniş etməklə yanaşı, onu ilbəil yeni­ləş­dirmək zəruridir. Əlbəttə ki, heç bir siyahı dü­zəlt­mədən, xarici ali məktəblərə qəbul olu­nan tələ­bə­lərin təqaüd almaq üçün müraciətlərini ciddi və obyektiv dəyərləndirmək kifayət edərdi. Ancaq biz millətin hər şeyi əvvəlcədən siyahıya sal­maq və bu işdə fərqlənmək ehtirası var; heç ol­maz­sa bu siya­hıların geniş və həqiqi mənzə­rəyə yaxın olmasına çalışmaq lazımdır.

Əmək bazarının dəyişən tələbini əvvəlcədən dəqiq müəyyən etmək mümkün olmur, üstəlik in­sanlar öz iş yerlərini, yiyələndikləri peşələri dəyiş­dir­mək həvəsində və ya məcburiyyətində qalırlar. Bu səbəbdən nəzərdə tutulan işin bilik iqtisadiyyatına uyğun ef­fekt­li­liyini təmin etmək üçün düzəldilən qeyri-for­­mal (bəlli təhsil dərəcəsi almadan) təhsil və trey­ninqlər iş dünyasında mühüm yer tutur. Bu sa­­hə­də dünya li­derləri hansı ölkələrdir? Bü­tün iş­çi­lərin Danimar­kada 46%-i, İsveç və İsveç­rədə 45%-i, Fin­landiya və Birləşmiş Ştatlarda 44%-i iş yerində qey­ri-formal təhsil və ya treyninqlə əha­tə olunurlar.


Ali məktəb, sərvət və innovasiya
Sərvət və ali məktəb! Laertli Diogen “Məşhur fi­lo­sofların həyatı, təlimləri və kəlamları haqqında” əsərində bir hadisə danışır. Sokratın tələbələrindən Aristippə (Aristippusa) sual verirlər: nə üçün varlı adamlar alim­lərin yanına getmir, amma alimlər varlıların yanına gedir? Aristipp cavab verir: çünki varlılar elmin qəd­rini bilmir, alimlər isə sərvətin qədrini bilirlər. Bu fikir zəmanəmizdə cərəyan edən “Ali məktəb və sərvət” məsələsinə ön söz kimi qə­bul edilə bilər. İndi alim və sərvət problemi Antik dövrlə müqa­yisə­­olun­maz dərəcədə böyük ölçülərə çatıb və həlledici gü­cə çevrilib! Əlbəttə biz prob­lemə geniş mənada deyil, “ali məktəblərin inkişafı və sərvət” müstəvi­sin­də yanaşırıq.

Ali məktəblərin elmi-tədqiqat sahəsində böyük güc qazanması, elmi nəticələrin sənaye və iş dünya­sında yaranan problemlərin həllinə tətbiq olunması, ali məktəbin kitabxanası, laboratoriyaları və kam­pusunun qurulması və inkişafı böyük maliyyə gücü tələb edir. Bunu tək dövlətin hesabına və ya tə­lə­bə­lərin təhsil haqqı hesabına həll etmək mümkün de­yil. Bu məsələlərin həlli ali məktəbə milli və bey­nəlxalq korporasiyalar və şirkətlərin, varlanmış mə­zun­ların və qismən də dövlətin köməyinə bağlıdır.

Təh­sil və elmə qeyri-adi dərəcədə himayəçilik ən çox Bir­ləşmiş Ştatlarda yayılmış, Amerika ali mək­təb­lə­rinin güclənməsinin mühüm səbəblərindən bi­rinə çev­rilmişdir. Avropada, xüsusilə Böyük Brita­ni­yada da belə xeyriyyəçilik ali məktəblərin inkişa­fında rol oynayır. Türkiyə və İranda da təhsil ocaq­larına özəl bölmənin və ayrı-ayrı şəxslərin müəyyən qayğısına rast gəlinir, Azərbaycanda isə bu sahədə vəziyyət yax­şı deyil. Əliaçıq və imkanlı şəxslərimiz sağa-so­la xərcləməyə hazır olsalar da, müəyyən sayda uşaq­­­­ları oxutmaq üçün və ya ali məktəbin labora­to­riyasına, tikintisinə kömək üçün (və öz adlarını tarixə salmaq üçün!) vəsait sərf et­məyə qəti meylli deyillər.

Dünyada nüfuz qazanmış ali məktəbin gücü onun malik olduğu sərvətlə, sərmayə qoymaq üçün malik olduğu sərbəst fondla (endowment) düz mü­tənasibdir. 2007-ci il iyunun 30-na olan məlumata gö­rə Harvard – $34,9 milyard, Yale-22,5, Stanford-17,2, Princeton-15,8, University of Texas-14,4, MIT (Massaçusets Texnologiya İnstitutu) -10 mil­yard dollar sərbəst pula sahibdirlər. Bunun bir nə­ti­cəsinə baxaq: üç Amerika ali məktəbinin – Harvard, Yale və MİT-nin elmi və texniki jurnallarda (SCI, SSCI, A&HCI qruplarına daxil olan bütün jurnal­lar­da) çap olunan məqalələrinin ümumi sayı bütün Rusiyanın çap etdiyi uyğun məqalələrin sayından çox­dur! Har­var­dın sərbəst sərvəti Amerikanın bü­tün ictimai (pub­lic) universitələrinin cəmi sərvətin­dən çoxdur. Bu ona bank və daşınmaz əm­­lak in­kişafı ilə məşğul olan müəssisə kimi də hə­rəkət et­məyə im­kan verir. Son bir ildə Harvard Uni­ver­sitəsi öz sər­vətini 5,7 milyard dollar artırmağa müvəffəq ol­­du! Dün­ya­nın bu ən böyük təhsil fon­dunun idarəedilməsi, o cümlədən sərmayə siya­səti Harvard Management Company tərəfindən apa­rılır, son bir ildə 23% qazanc olduğu bildirilir (The Chronicle of Higher Education, September 7, 2007).

Başqa öl­kə­lər­də bu işin görülməsi vergi siyasə­tinin mühüm də­rəcədə dəyişməsini, ali məktəblərə yönələn xeyriy­yəçilik siyasətini həvəsləndirməyi tə­ləb edir (James Duderstadt, Jerry Taggart and Luc Weber-2008). Ali məktəb sərvət yaradan, bilik iqti­sadiyyatının tə­mə­lində dayanan qurumdur, lakin onun da öz in­kişafı üçün sərvətə ehtiyacı var. Şir­kət­lərə, hol­dinq­lərə, korporasiyalara elm-təhsil ocaq­­larının in­ki­şafına yönələn vergi güzəştlərinin edilməsi bizim də qarşımızda dayanan ən vacib mə­sə­lələrdən biridir.

Başda Birləşmiş Ştatlar olmaqla dünyanın apa­rıcı ölkələrinə yüksək səviyyəli beyin axını bir tə­rəfi gücləndirir, ona beyin qazandırır (Brain gain), digər tərəfləri isə zəka baxımından kasıblaşdırır, be­yin itkisi (Brain drain) baş verir. Bu meylin qarşı­sını almaq mümkün deyil (hətta qərbi avropalılar bunu bacarmırlar!). Lakin, ölkənin və seçilmiş az say­da ali məktəbin çox güclənməsi bu beyin itki­lərini fəal gəliş-gedişə, beyin gücünün ikitərəfli hə­rəkətinə (Brain circulation) çevirmək üzərində ça­lış­mağa imkan verərdi.

Tədqiqat yönlü məşhur universitələr tələbə sayını deyil, büdcəni və sərbəst sərvəti-endowmenti artırmağa çalışırlar. Məsələn, 1993-dən 2004-ə kimi Birləşmiş Ştatların 30 aparıcı tədqiqat universitə­sinin büdcəsi 70 faizdən çox artdığı halda, tələbə sayı cəmi 8 faiz artıb, hətta bunlardan beşində tə­lə­bə sayı azalıb. Bənzər müqayisə 25 ən böyük kor­po­rasiyaya da aid­dir. Onlar 30 il əvvələ görə ÜDM-a daha çox pay versələr də, bunu 40 faiz daha az işçi ilə ediblər (Carl Schramm – 2008).

Ali təhsil ocaqlarının

maddi bazası və ölçüsü
Ali məktəb məkan etibarilə, əvvəllər də qeyd et­diyimiz kimi, öz qanun və qaydaları olan, əhalisinin əsas hissəsi gənclər, tələbələr olan bir şəhərcikdir. Bu şəhərciyin adına latınca sahə, böl­gə mənası ve­rən kampus deyilir. Kampus müəyyən sahədə yer­ləş­miş binalardan əmələ gəlir. Təəssüf ki, sovet ali mək­təb­lərinin bir yerdə cəm­lən­miş geniş kampus­ları olmayıb (cüzi istis­na­larla). Ali məktəblərin binaları şə­hərin müxtəlif tə­rəf­lərində, bir-birindən aralı, səpə­lənmiş şəkildə olub (ali məktəb, əsasən, bir və ya bir yer­də cəm olan bir neçə binada yerləşib). Post­so­vet mə­kanında, o cümlədən Azərbay­canda, bu ba­rədə vəziyyət dəyişməyib. Ali məktəblərin öz­lərinin yer almağa və böyük tikintilər etməyə gücü çatmır (hökumətin təyin etdiyi uyğun qanuni qiy­mətə, əl­bəttə ki, torpaq almaq mümkün olardı...). Ali mək­­təb kampusunda, təbii ki, tədris və inzibati bi­nalar, müxtəlif tələblərə cavab verən tələbə yataq­xanaları, qo­naq evləri və müəllimlər (ən azı uzaq­dan və xa­ricdən gələnlər) üçün yaşayış evləri, ye­mək­­xanalar, idman kompleksi, xidmət sahələri əsas yeri tutur.

Lakin ali məktəbin canı müasir kitabxana və infor­masiya sistemində, tədris və tədqiqat labo­rato­riya­larındadır, onların səviyyəsi ali məktəbin gü­cünə birbaşa işarədir. Azərbaycan ali təhsil sis­te­minin ən yaralı yerlərindən biri məhz müasir ki­tab­xana-infor­masiya bazasının kasıblığı, zəifliyi və müa­sir labora­to­riyaların yoxluğudur (burada vəziy­yə­ti düz­gün əks etdirməyə, zənnimcə, kasıblıq sö­zün­dən da­ha çox yoxluq sözü yarayır).

Ali məktəbdə mətbəə və nəşriyyat ola da bilər, ol­maya da, ali məktəb bu işdə daha çox istehsalçı de­yil, istifadəçidir.

Azərbaycanda ali məktəblərin elm, texnologiya, keyfiyyətli təhsil, maddi baza və digər cəhətlərə gö­rə zəifliyi göz qabağındadır. Lakin elm-təhsil sa­hə­sində indiyə qədər qısa, orta və uzun müddətli döv­lət proqramları olmadığına görə yeni dövrdə də bir sıra səhv­lər edilib.

Dövlət ali məktəblərini birləş­di­rmək və bu yolla on­ları gücləndirmək, daha effektli et­mək əvəzinə çoxsaylı xırda dövlət ali məktəbləri ya­radılıb (bir zamanlar “özəl ali məktəblər göbələk kimi artır” ifadəsi dəbdə idi...). Böyük-kiçik­li­yin­dən asılı ol­mayaraq ali məktəbdə uyğun kitabxana və labo­ra­to­­ri­yalar, elmi mühit və idarəetmə, kadr­lar­dan ən yaxşı, op­ti­mal yolla istifadə etmək, çox sayda müx­tə­lif fənnləri tədris etmək lazım gəlir; bunun üçün müəyyən gücə malik olmaq zəruridir. Mövcud dövlət universi­tə­lərinin müəyyən təbii yollarla birləşdiril­məsinə eh­ti­yac var. Onda həmin ali məktəblər öz qarşılarına daha ciddi məsələlər qoyub həll etmək imkanı qa­za­nardılar. Kampus ti­kin­tisi, böyük və müa­sir kitab­xana, yataqxanalar, la­bo­ratoriyalar, tex­­noloji park­lar, daha böyük elmi təd­qiqat bölməsi və bey­nəl­xalq əla­qə­lər, insan potensia­lından sə­mərəli isti­fa­də, dövlətin daha çevik və aydın planlaşdırma və ma­­liyyələşdir­mə siyasəti, ali mək­təbin sənaye və iş dünyası ilə daha faydalı əlaqə­lərinin qurulması im­kanları ar­tar­dı.

Böyük döv­lət­lərdə ÜDM və döv­lət büdcəsinin həcmi böyüdükcə bö­yük işlər gör­mək imkanı yarandığı kimi, böyük ali məktəblərdə də imkanlar böyüyür. Azərbay­can­da döv­­lət ali mək­təb­lərinin profilləri də müəyyən də­rə­cədə nəzərə alın­maqla tələbələrinin sayı 5 min­lə 10-12 min ara­sında olması hər cəhətdən uyğun və əl­ve­riş­li olardı. Çox geniş profilli olmayan ali mək­təb­lə­rin çox bö­yük olması da yaxşı deyil, bu həm key­fiy­yətin təmin olunmasını çox çətinləşdirir, həm də müəy­yən mo­no­polist meyllərin artmasına yol açır.

Söylə­­diklərimiz in­kişaf etmiş və inkşaf etməkdə olan öl­kə­lərdə ge­dən uyğun proseslərlə tam səsləşir. Bir­ləş­miş Ştat­larda, Yaponiyada, Türkiyə və İranda, ümumiyyətlə əksər ölkələrdə dövlət universitələri­nin həcmi üzə­rin­də düşünülür, kiçiklərin birləş­di­rilməsi planı ha­zır­lanır və həyata keçirilir. 2001-ci ildə Yapo­ni­ya­nın 99 milli-dövlət (public national) universiteti var­­dı, 2005-də birləşmələr nəticəsində bu say 87 ol­du; hö­kumət bu işin davam edəcəyini, son sayın 65-ə ya­xın olacağını bildirib, yəni milli universitələrin ən azı üçdə ikisi birləşdirilib böyü­dül­ür (Yuko Harayama, Rene Car­raz-2008).

Gür­cüs­tanda bu sahədə maraqlı addımlar atılıb. Rusiyada bir sıra dövlət ali məktəblərinin birləşdirilməsi sayəsində Federal Cənub Universiteti, Federal Sibir Universiteti yaradılıb; onların qarşısına keyfiyyətli elm-təhsil ocağına çevrilmək, beynəlxalq akkreditasiyalar almaq vəzifəsi qoyulub.



Biz də xarici ölkəyik!
Keçid dövründə olan ölkələr və onların bir sıra vətəndaşlarında “ver” psixologiyası üstün olur. “Ey xarici dövlət, ey xarici fondlar, biz kasıbıq, biz ya­zığıq, bizim ehtiyacımız var, bizə pul verin, bizi oxu­mağa, treyninqə göndərin”. Lakin yadımızdan çıxarmayaq ki, biz də xarici ölkəyik, xarici dövlətik – Azərbaycandan kənarda yaşayan bütün xalqlar və ölkələr üçün! Üstəlik “bizim ölkəmiz də gözəldir” deyirik, “qədim dərin və rəngarəng mədəniyyətimiz var” deyirik, “bizim də ölkəmiz, xalqımız, dövlə­ti­miz inkişaf edir, biz də güclənirik” deyirik.

Nöqsan­la­rımızı, zəif cəhətlərimizi tənqid etməklə yanaşı və­tənimizi sevirik, dilimizi, mədəniyyətimizi sevi­rik, ən gözəl, ən zəngin ölkələrə səfər edərkən ölkə­miz üçün darıxırıq. Biz də böyüklük göstərək, biz də xaricilərə nə isə verək, onları Azərbaycana gə­ti­rək, onlara bizi anlamağa, bizi öyrənməyə kömək edək. Bu bizim də xeyrimizədir, bizi yaxşı cəhətdən tanıyanların, bizi dünyada tanıdanların, bizi sevən­lə­rin sayı artsa yaxşıdır.

Xaricilərin bizim ali mək­təb­lərdə oxuması, tədqiqat aparması üçün bizim də fondları­mız olsun! Xüsusilə, Azərbaycanşünas ol­maq istə­yən­lərə, Azərbaycanla, bizim regionla dün­yanın di­gər bölgələri arasındakı münasibətləri araş­dırmaq is­təyənlərə niyə qrantlar verməyək, təqaüd­lər ver­mə­yək – təbii ki, müsabiqə yolu ilə?! Bu iş daha çox dövlətimizə aid olsa da, ali mək­təblərimiz də kə­nar­da dayanmamalıdırlar. Xəzər universitə­sin­də azər­bay­canşünaslıq üzrə belə bir iş görülür. Gür­cüstanın son zamanlar xarici tədqiqatçılara xüsusi qrantlar ver­məyə başladığını da qeyd etmək istəyirəm.

Orta məktəbi Azərbaycanda bitirən xaricilərə də Azərbaycan vətəndaşları kimi ali məktəblərə im­ta­han verib, imtahanın nəticəsindən asılı olaraq ödə­niş­siz oxumaq, hətta təqaüd almaq və ya borc alıb oxumaq hüququ verilsə yaxşıdır. Nəinki inkişaf etmiş ABŞ, Kanada, Qərbi Avropa, Yaponiya və s. ölkələr, hətta inkişaf etməkdə olan bir sıra dövlətlər də xarici tələbələri cəlb etmək üçün xeyli maliyyə sərf etməkdən çəkinmirlər. Çin ildə 12 min çin­li tələbəyə xaricdə oxumaq üçün, eyni zamanda ildə 10 min xarici tələbəyə də Çində oxumaq üçün tə­qaüd verir! (The Chronicle of Higher Education, June 8, 2007).


Yüklə 297,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə