Proceedings of azerbaijan high technical educational institutions



Yüklə 444,89 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix26.10.2023
ölçüsü444,89 Kb.
#132134
1   2   3   4   5   6   7   8   9   ...   13
PAHTEI-29.06.2023-124-134

127 
PAHTEI 
 PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
Pyezoelektrik kristallar toxumaya bir sıra təzyiq dalğaları göndərir. Toxuma arasındakı 
sərhədlərdə enerjinin kiçik bir hissəsi yenidən ötürücüyə doğru yayılır. Toxuma ilə səs sürətindən 
istifadə edərək, toxuma sərhədinin dərinliyi müəyyən edilir. Şəkil 1(b)-də təsvirdəki hər pikselin 
intensivliyi həmin nöqtədən əks olunan aşkar edilmiş siqnalın gücünə mütənasibdir. 
Ultrasonoqrafiya şişlərin ölçüsünü və xarakterini qiymətləndirmək üçün rahat və qeyri-invaziv 
üsul təqdim edir, eyni zamanda damarlar kimi ətrafdakı strukturlar haqqında məlumat verir. 
İonlaşdırıcı şüalanma və ya güclü maqnit sahələrinin olmaması səbəbindən ultrasəs xüsusilə 
ginekologiyada geniş istifadə olunur. Ana bətnində Daun sindromunun təsbit edilməsi və dölün 
ilk trimestrində mərkəzi sinir sistemi anomaliyalarının aşkarlanması kimi tətbiqlər ultrasəs 
görüntüləməsinin istifadələri arasındadır. Normal boyun qalınlığı olan döl şəkilləri şəkil 2(a)-da 
və anormal boyun qalınlığı olan döllərin şəkilləri şəkil 2(b)-də göstərilmişdir. 
Şəkil 2.
a) Boyun sümüyünün normal qalınlığı, b) Boyun sümüyü anormal olan döl. 
Eyni zamanda, hazırda böyrək xəstəliklərinin diaqnostikası və saxlanmasında, qalxanabənzər 
vəzin düyünlərinin diaqnostikasında, qaraciyər lezyonlarının təsvirində, süd vəzisində anormal 
toxumaların görüntülənməsində, yumurtalıq kistlərinin təsvirində və bir çox ortopedik zədələrin 
aşkar edilməsində ultrasəs görüntüləmə üsullarından istifadə olunur. 
Ultrasəs görüntüləmə metodu ilə xəstəliklərin effektiv və dəqiq diaqnostikası üçün sistem 
parametrlərinin tənzinlənməsi vacibdir. Şəkil 2-də verilən 2D ultrasəs təsvirində parametrlərin 
dəqiq tənzinlənməsi nəticəsində düzgün diaqnoz qoyulmuşdur. Ultrasəs aparatında görüntünün 
alınması prosesində operator əslində sistemin bir neçə əsas parametrlərini tənzinləməlidir və 
görüntü keyfiyyəti onların dəyərlərinə həssasdır. Əsas görüntü parametrlərini tənzinləməmişdən 
əvvəl skanlama mühiti düzgün seçilməlidir. Ultrasəs təsvirlərinin optimallaşdırılması ilk olaraq 
skanlama mühitinin düzgün seçilməsi ilə başlayır.
Ən keyfiyyətli təsviri əldə etmək üçün sonoqraf skan mühitini elə təşkil etməlidir ki, xəstəyə və 
avadanlıqlara giriş optimallaşdırılsın. Masa sonoqrafın rahat vəziyyətdə dayanmasına və ya 
oturmasına imkan verən hündürlükdə yerləşdirilməlidir ki, sonoqraf ötürücünü xəstənin bədəninə 
qarşı sabitləşdirə bilsin. Bu, ultrasəs ötürücüsünün arzuolunmaz hərəkətini minimuma endirir və 
sonoqrafa aparat xüsusiyyətlərini tənzimləyərkən ötürücünün istiqamətini və mövqeyini 
saxlamağa imkan verir. Sonoqraf elə yerləşdirilməlidir ki, sistem parametrlərini tənzinləmək üçün 
fiziki konsola və ya sensor ekrana rahatlıqla çata bilsin. Bir çox ultrasəs qurğuları ötürücünün 
özündə bir düymə və ya ayaq açarı vasitəsilə ötürücünü dondurmaq və açmaq imkanı verir. 
İstənilən halda, sonoqraf bir əli ilə xəstəni skan edə, konsolu manipulyasiya edib digər əli ilə 
sənədləşdirə bilməlidir. Sonoqrafın monitora birbaşa baxışı olmalıdır. Monitordakı parlaqlıq 



Yüklə 444,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə