80
Psixoloqların apardıqları müĢahidələr göstərmiĢdir ki,
kontaktda olan dillərdə qrammatik, struktur və dil faktları nə
qədər çox oxĢar olarsa, keçirilmə hadisəsi də bir o qədər çox
özünü göstərmə imkanına malik olur.
Psixoloji tədqiqatlar göstərmiĢdir ki, keçirilmənin
səmərəliliyi statistik deyil, dinamik xarakter daĢıyır.
Keçirilmənin səmərəliliyi bir-birinə təsir edən hadisələrin
zaman intervalından asılıdır. Məhz buna görə də sonrakı dilə
təsir edən əvvəlki dil üzrə bilik, bacarıq və vərdiĢlərin əldə
edildiyi vaxt, onların mənimsəmə səviyyəsi həlledici rol
oynayır. Təcrübə göstərir ki, əvvəl mənimsənilmiĢ dil üzrə,
onun əlamət və prinsipləri üzrə bilik, bacarıq və vərdiĢlər nə
qədər çox möhkəmlənərsə, onların yenicə öyrənilən dilə təsiri
bir o qədər çox olur. Nəticədə bu və ya digər oxĢar hallara
müvafiq olaraq əvvəl mənimsənilmiĢ dilin həm əlamətləri, həm
də prinsipləri öyrənilən dilə də Ģamil edilməyə baĢlayır.
Psixoloqlar sübut edirlər ki, dil keçirmələri ən çox
sonradan yaranan və reseptiv ikidillilik və ya çoxdillilik
Ģəraitində özünü göstərir. Burada daha çox əvvəlki dilin,
xüsusilə ana dilinin sonrakı dilin mənimsənilməsinə müsbət
təsiri, keçirilməsi halları baĢ verir.
Psixoloji tədqiqatlar (M.Həmzəyev) göstərmiĢdir ki,
dillərarası keçirilmə hadisəsi iki səviyyədə baĢ verə bilir: a)
generalizasiya səviyyəsində keçirilmə; b) fərqləndirmə
səviyyəsində keçirilmə.
1
Bu səviyyələrin ümumi mahiyyəti aĢagıdakından
ibarətdir. Adətən, keçirilmə oxĢarlıq əlamətlərinə görə,
aparıldıgına görə buradakı ümumiləĢdirmənin rolu Ģübhəsizdir.
Lakin ümumiləĢdirmə həmiĢə tələb olunan səviyyədə vaĢ
vermir.
Psixoloji tədqiqatlar artıq sübut etmiĢdir ki, bəzən
1
Щямзяйев М.Я. Шаэирдлярин дüзэüн йазы вярдишляриня йийялянмя
хüсусиййятляри. – Бакы, 1984.
81
aparılan ümumiləĢdirmələr oxĢar mühüm əlamətlərinə görə
deyil, ikinci dərəcəli, formal əlamətlərə görə aparılır. Bu cür
ümumiləĢdirmələr çox vaxt yanlıĢ xarakter daĢıyır. Bu cür
ümumiləĢdirmələr psixoloji ədəbiyyatda generalizasiya
hadisəsi adlandırılmıĢdır.
Təcrübə göstərir ki, generalizasiya hadisəsi çox vaxt
müĢahidə etdiyimiz cisim və hadisələrin, mənimsədiyimiz
faktların, məfhum və qaydaların xüsusiyyətlərilə bağlı olur. Bu
xüsusiyyətlər isə həmiĢə səmərəli mənimsəmə imkanı yaratmır,
bəzən səhv ümumiləĢdirmələrin meydana gəlməsinə Ģərait
yaradır. Professor P.A.ġevaryov bu Ģəraiti belə xarakterizə
edir: adətən, müəyyən hadisənin daimi xüsusiyyətləri iki qrupa
(A və B qruplarına) ayrılır. Lakin bəzən elə hadisələrə də rast
gəlirik ki, onlarda daimi A xüsusiyyəti oldugu halda, B
xüsusiyyəti mövcud deyildir. Həmin hadisə yalnız müəyyən
mərhələdə həm A, həm də B xüsusiyyətlərinə malik olur. Ona
görə də Ģagirddə bu cür hadisələr üzrə yalnız A
xüsusiyyətlərini dərk etməyə aid assosiasiya yaranır.
Hadisədə həm A həm də B xüsusiyyətləri olduqda Ģagird
yalnız birinci xüsusiyyətə əsaslansa da bu cür assossasiyanın
səhv olduğu meydana çıxmır. Lakin Ģagirdin yalnız A
xüsusiyyətinə malik olan, ancaq B xüsusiyyəti olmayan
hadisələr rast gəldikdə də eyni yolla hərəkət etməsi, yalnız A
xüsusiyytinə əsaslanması səhvə gətirib çıxarır. Deməli burada
A xüsusiyyətinə əsaslanılır, B xüsusiyyətinin mövcud
olunmasına fikir verilmir. Nəticədə səhvə yol verilmiĢ olur.
Eyni hadisə ikinci və üçüncü dilin mənimsənilməsi
prosesində də özünü göstərir. Ġkinci və üçüncü dili öyrənən
adam həmin dil faktlarının əvvəlki dilə oxĢar bir əlamətinə
istinad etdiyi (A əlamətinə) və burada ikinci əlamətin olub
olmadığına (B əlaməti) fikir vermədiyi üçün səhv
ümumiləĢdirmə aparılır ki, bu da çox vaxt səhvlərlə nəticələnir.
Eyni hal təkcə iki dilin əlamətlərinin deyil prinsiplərinin
keçirilməsi səviyyəsində də özünü göstərir. Bəzən öyrənən
82
adamlar ana dilində prinsipin yalnız bir cəhətini , həm də
formal cəhətini fərqinə varmadan öyrəndiyi dilin faktlarına da
Ģamil edir ki, bu da bəzən istənilən nəticəni vermir.
Ona görə də keçirilmənin həmin səviyyəsi hələ əsl
müsbət keçirilmə hesab oluna bilməz. Bəs ikinci və sonrakı
dilin öyrənilməsi zamanı keçirilmə hadisəsinin generalizasiya
səviyyəsi nə vaxt özünü göstərir, onun özünəməxsus baĢqa
hansı xüsusiyyətləri vardır?
Psixoloji tədqiqatlar göstərmiĢdir ki. Ġkinci dilin
mənimsənilməsi zamanı baĢ verən keçirilmə hadisəsinin
generalizasiya səviyyəsi ən çox həmin dilin öyrənilməsinin ilk
mərhələlərində təzahür edir. Əvvəl qeyd etdiyimiz kimi çox
vaxt ikinci dili mükəmməl Ģəkildə ali məktəbdə mənimsəməyə
baĢlayan tələbə bu halla qarĢılaĢır. Bu zaman ana dilinin həm
formaca həm məzmunca, denotatlar səviyyəsində oxĢar
cəhətləri ikinci dilə keçirilir. Nəticədə həm forma, həm də
məzmun generalizasiyası baĢ verir.
Forma oxĢarlığının keçirilməsi birinci növbədə oxĢar
qrammatik quruluĢu, dil faktlarının bu və ya digər anlayıĢa aid
edilməsinin müəyyənləĢdirilməsi Ģəklində özünü göstərir. Həm
də bəzən ana dilində də o qədər səmərə verməyən, lakin
möhkəmlənmiĢ priyomların ikinci dilin öyrənilməsində də
tətbiqi müĢahidə olunur. Məsələn, üzərində tədqiqat aparılan
tələbə ana dilindi hər hansı bir sözü müəyyən qrammatik
kateqoriyaya aid etmək üçün qrammatik sualdan (formal
qrammatik) istifadə etdiyi kimi, ikinci dildə də həmin əlamətə
istinad edir. Yaxud ana dilinin tələffüz xüsusiyyətlərini, onun
intonasiya və vurgusunu olduğu kimi öyrəndiyi dildə tətbiq
edir.
MüĢahidələr göstərir ki, generalizasiya səviyyəsində
keçirilmə təkcə formaca oxĢarlığa görə baĢ vermir. Bəzən
leksik, qrammatik materialların məzmun və mənaca oxĢarlığı
da səhv ümumiləĢdirməyə səbəb olur. Ona görə də öyrənilən
dildə məzmun və mənaca ana dilinə oxĢar olan cəhətlər özünə
Dostları ilə paylaş: |