Psixologiya 1



Yüklə 4,67 Mb.

səhifə23/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   197

 

 

 



68 

 

bu yolla öz tələbatımızı ödəməyə yönəldir. 



Məqsədə  gəldikdə  o,  insanın  fəaliyyət  zamanı  hansı 

nəticəyə  nail  olmağa  yönəlməsidir.  Son  nəticə  daima 

fəaliyyətin məqsədi kimi təzahür edir. Məhz buna görə də insan 

fəaliyyəti  daima  dərk  olunmuĢ  məqsədləri  ilə  tənzim  edilir. 

Ġnsanın həmin fəaliyyəti nə dərəcədə adekvat  yerinə  yetirməsi 

qarĢıya qoyulan məqsədi həyata keçirməsi ilə xarakterizə olu-

nur. 

Bəzən  fəaliyyətin  motivi  və  məqsədi  üst-üstə  düĢsə  də 



çox  vaxt  məqsəd  və  motiv  özünün  xüsusiyyətlərinə  görə  bir-

birlərindən  fərqlənirlər.  Məsələn,  tələbədə  olmayan  hər  hansı 

bir  kitabı  almaq  üçün  kitab  mağazasına  getməsi  həm  motiv 

həm  də  məqsəd  rolunu  oynaya  bilər.  Lakin  «psixologiya» 

dərsliyini almaq üçün kitab mağazasına getmək onun məqsədi, 

həmin fənlə maraqlanması, sabahkı seminara hazırlaĢması üçün 

getməsi isə motivi ola bilər. 

Fəaliyyətin  vasitələrinə  gəldikdə  o,  həmin  fəaliyyətin 

həyata keçirildiyi  yollardır. BaĢqa sözlə insan həmin fəaliyyət 

zamanı  qarĢısına  qoydugu  məqsədə  hansı  yollarla  nail  olur. 

ġəbhəsiz həmin yol və vasitələrin düzgün seçilməsi fəaliyyətin 

səmərəli Ģəkildə həyata keçirilməsi üçün mühüm Ģərtdir. 

Bütövlükdə  götürüldükdə  insanın  hər  cür  fəaliyyətinin 

quruluĢunda  motiv,  məqsəd,  müvafiq  iĢlər,  onların  icrası, 

qiymətləndirilməsi  və  nəzarət  kimi  mühüm  komponentlər 

özünü göstərir. Bunları ümumiləĢdirilmiĢ Ģəkildə götürmüĢ ol-

saq fəaliyyətin üç mərhələni keçdiyini söyləyə bilərik: hazırlıq, 



icra   və  qiymətləndirilmə.  Fəaliyyətin  icra  mərhələsində  insan 

müvafiq  iĢləri  və  hərəkətləri  həyata  keçirir  ki,  bu  da  həmin 

fəaliyyətin  məzmununu,  ən  mühüm  komponentini  təĢkil  edir. 

Onlara qısa nəzər salaq. 



İş və hərəkətlər. Fəaliyyət prosesində insan istər-istəməz 

müvafiq  cari  məsələləri  həll  etməli  olur.  Fəaliyyətin  sadə  bir 



cari məsələni həll etməyə yönəlmiş nisbətən bitmiş elementi iş 


 

 

 



69 

 

və  ya  əməl  adlanır.  Məsələn,  cümlədə  mübtədanı  tapmaq,  11 

metrlik  cərimə  topunu  vurmaq,  içmək  üçün  çay  qaynatmaq  və 

s. müvafiq fəaliyyətin nisbətən bitmiĢ elementi olan iĢlərdir. Bu 

cür iĢlər həm fiziki, həm də zehni planda həyata keçirilə bilər. 

Bu  iĢlər  gerçək  aləmdəki  cisimlərin  vəziyyətinin  və  ya 

xassəsinin dəyiĢməsinə yönəlmiĢ olur. Hər cür maddi iĢ və ya 

əməl  məkan  və  zamanla  bağlı  olan  müəyyən  hərəkətlərdən 

əmələ  gəlir.  Məsələn  futbol  zamanı  11  metrlik  cərimə  topunu 

vurmaq  iĢini  yerinə  yetirmək  üçün  idmançı  topu  11  metrlik 

nöqtədə qoyur, geri çəkilir, oradan qaçaraq topa yaxınlaĢır, bir 

ayağının  üstünə  qalxaraq  digər  ayagı  ilə  topa  zərbə  vurur.  Bu 

hərəkətlərin  hamısı  müəyyən  zaman  və  məkan  daxilində  baĢ 

verir.  Belə  ki,  idmançı  topu  baĢqa  yerə  deyil  cərimə  olunmuĢ 

komandanın  qapısı  agzındakı  nöqtəyə  qoyur  və  hakimin 

iĢarəsindən sonra dərhal qaçaraq topa zərbə endirir. Topu baĢqa 

yerə qoymaq və ona istədiyi vaxt zərbə vurmaq olmaz. 

Hər  cür  maddi  iĢlər  hərəkətlərin  müəyyən  sistem  üzrə 

yerinə  yetirilməsindən  ibarətdir.  O,  iĢin  məqsədindən,  həmin 

iĢin  yönəldiyi  əĢyanın  xassəsindən  və  iĢ  Ģəraitindən  asılıdır. 

Belə  ki,  məsələn,11  metrlik  cərimə  topunu  vurmaq  üçün 

hərəkətləri basketbol zamanı cərimə topunu səbətə atmaq üçün 

lazım olan hərəkətlərdən fərqli qurmaq lazımdır. Yaxud, ümu-

mi cəhətlərinin olmasına baxmayaraq «a» hərfini yazmaq üçün 

hərəkətlər  «t»  hərfini  yazmaq  üçün  lazım  olan  hərəkətlərdən 

fərqlənəcəkdir. 

Fəaliyyət  zamanı  icra  olunan  iĢlər  daima  özünəməxsus 

idarəolunma  və  nəzarət  tələb  edir.  Fəaliyyət  prosesində 

hərəkətlərin özünün icrası onun nəticəsinin iĢin son məqsədi ilə 

müqayisəsi əsasında fasiləsiz nəzarət altında saxlanılır və lazım 

gəldikdə  təshih  olunur.  Təcrübə  göstərir  ki,  iĢ  və  hərəkətlərin 

icrası zamanı nəzarəti və təshih etməni yerinə yetirə bilməyən 

adamlar ən sadə iĢi də yerinə  yetirmək imkanına malik olmur-

lar.  Məsələn,  bu  cür  uĢaqlar  sətir  boyu  xətt  çəkməyi  belə 

bacarmır, sətrləri bir-birinə qarıĢdırırlar. 




 

 

 



70 

 

Qeyd edilənlərdən aydın olur ki, insanın hər hansı bir iĢi 



müvəffəqiyyətlə  yerinə  yetirməsi  üçün  iĢ  və  ya  hərəkətləri 

idarə etmək və təshih etmək bacarığına malik olması zəruridir. 

ĠĢləri  təĢkil  edən  hərəkətlər  sistemi  isə  nəticə  etibarilə  həmin 

iĢlərin  məqsədilə  idarə  və  tənzim  olunur.  Yerinə  yetirilən 

iĢlərin  nəticələri  həmin  iĢin  məqsədi  nöqteyi-nəzərdən 

qiymətləndirilir  və  təshih  olunur.  BaĢqa  sözlə,  məhz  iĢin 

məqsədi  Ģeylərin  hansı  xassə  və  vəziyyətlərinin  onun  icrası, 

nəzarət və təshihi üçün oriyentir olmasını təyin edir. 

 

         



II.3.4. Fəaliyyətin  mənimsənilməsi 

 

Ġnsan  həyatı  boyu  müxtəlif  fəaliyyət  növlərini,  iĢ  və 

hərəkətləri  icra  etməli  olur.  Lakin  bu  iĢ  və  hərəkətlərin  icrası 

həmiĢə eyni Ģəkildə asanlıqla getmir. Ġnsan artıq icra tərzlərinə 

yiyələndiyi iĢ və hərəkətləri çətinlik çəkmədən, sərbəst, səhvsiz 

olaraq  yerinə  yetirir,  onun  icrasına  artıq  vaxt  sərf    etmir.  Bu 

onu  göstərir  ki,  insan  həmin  fəaliyyəti  mənimsəmiĢdir. 

Məsələn,  Ģagird  latın  və  ya  kiril  qrafiki  ilə  sərbəst  Ģəkildə 

yazmağı  və  oxumağı  bacarırsa  onun  həmin  fəaliyyəti 

mənimsədiyini söyləyirik. Əksinə, Ģagird latın və ya kiril qrafi-

ki ilə yazılmıĢ mətni oxuya bilmirsə, bu zaman çoxlu səhvlərə 

yol verirsə deməli o, bu iĢi mənimsəməmiĢdir. 

Fəaliyyətin mənimsənilməsi nəticəsində insanda müvafiq 

vərdişlər  və  bacarıqlar  yaranır  və  onun  həmin  fəaliyyəti 

məvəffəqiyyətlə yerinə yetirməsini təmin edir. 



VərdiĢlər  və  onların  mahiyyəti.  Əvvəl  qeyd 

etdiklərimizdən  aydın  olduğu  kimi,  fəaliyyət  insanın  Ģüurlu 

məqsədləri ilə tənzim olunan fəallığıdır. Bu o deməkdir ki, in-

san  fəaliyyəti  üçün  Ģüurluluq  əsas,  fərqləndirici  amildir.  Ġnsan 

hər  hansı  bir  fəaliyyətin  icrasına  ilk  dəfə  baĢlayarkən  iĢin 

müəyyən cəhətlərini əvvəlcə müfəssəl Ģəkildə və Ģüurlu  tənzim 

etməli olur. Həmin iĢin dəfələrlə icrası, təkrarı nəticəsində get-

gedə  həmin  iĢi  Ģüurun  daha  az  iĢtirakı  ilə  yerinə  yetirməyə 






Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə