Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə22/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   18   19   20   21   22   23   24   25   ...   197

 

 

 



65 

 

ədəbiyyatda fəaliyyətə belə tərif verilir: Fəaliyyət insanın dərk 



olunmuş məqsədləri ilə tənzim olunan daxili (psixi) və xarici 

(fiziki) fəallığıdır. 

Tərifdən görünüdüyü kimi, fəaliyyət zamanı insanın həm 

psixi, həm də fiziki fəallığı baĢ verə bilir. Bunların hər ikisində 

insanın  fəallığı  onun  öz  qarĢısına  qoyduğu  dərk  olunmuĢ 

məqsədləri ilə tənzim edilir. 

Fəaliyyət və Ģüur qarĢılıqlı dialektik vəhdət təĢkil edirlər. 

Fəaliyyət  prosesində  insan  onu  əhatə  edən  aləmin  cisim  və 

hadisələri  ilə  bələd  olur,  onlara  qarĢı  insanda  müəyyən 

münasibətlər sistemi formalaĢır. Fəaliyyət prosesində subyektin 

bilik  çərçivəsi  geniĢlənir,  psixikası  inkiĢaf  edir  və  beləliklə  də 

Ģüurluluq səviyyəsi güclənir. ġüurun inkiĢafı isə öz növbəsində 

fəaliyyətin  məqsədəuyğunluq  səviyyəsini,  onun  dəqiqlik 

dərəcəsini inkiĢaf etdirir. 

 

   



II.3.2.  Fəaliyyət və fəallıq 

 

Fəaliyyət  insanın    onu  əhatə  edən  əĢyavi  aləmlə,  onun 

özünə  və  baĢqalarına  fəal  münasibətini  əks  etdirən,  onun 

tələbatlarını  ödəməyə  yönəldilmiĢ  prosesdir.  Fəaliyyət  sistem-

dir,  onun  özünəməxsus  daxili  keçid  və  dəyiĢmələri  olub,  özü-

nəməxsus  inkiĢaf  yolu  vardır.  Hər  hansı  bir  fəaliyyətin 

baĢlanmasının  əsasında  mütləq  müəyyən  tələbat  və  yaxud 

tələbatlar  Ģəbəkəsi  durur.  BaĢqa  sözlə,  insan  fəallığının 

əsasında tələbatlar durur, onun (fəallığın) mənbəini təĢkil edir. 

Tələbatlar orqanizmin mühüm daxili gücünü təĢkil etməklə onu 

fərdin  və  nəslin  yaĢaması  və  inkiĢafı  üçün  zəruri  olan 

keyfiyyətcə  müəyyən  fəallıq  formasını  (fəaliyyəti)  həyata 

keçirməyə təhrik edir. 

Özünün  ilkin  bioloji  formasında  tələbatlar  orqanizmin 

ondan kənarda olan,  həyat və fəaliyyəti üçün zəruri olan nəyə 

isə  hiss  etdiyi  ehtiyac  kimi  meydana  çıxır.  Lakin  ehtiyacı 

tələbatlarla  eyniləĢdirmək  düzgün  olmazdı.  Tələbatlar  insanın 



 

 

 



66 

 

dərk  olunmuĢ  ehtiyacları  olmaqla  daha  geniĢ  anlayıĢ  kimi 



qəbul  edilir.  Tələbatlar  insanın  ehtiyacları  ilə  yanaĢı  onun  öz 

ehtiyaclarına  münasibətini  də  əks  etdirir.  Bu  baxımdan 

tələbatlar  insanın  konkret  həyat  Ģəraitindən  asılılığını  ifadə 

edən  və  onun  bu  Ģəraitdə  fəallıgını  Ģərtləndirən  özünəməxsus 

psixi halətdir.  Tələbatlar və onların növləri barədə kitabın 5-ci 

fəslində  ətraflı  bəhs  olunduğuna  görə  burada  deyilənlərlə 

kifayətlənməli olduq.          

       Fəaliyyətin motivləri. Ġnsanı əhatə edən cisim və hadisələr 

heç  də  daima  deyil,  onun  həyatının  müxtəlif  vaxtlarında 

tələbatlarının  obyekti  olur  və  onu  müvafiq  fəaliyyətə  təhrik 

edir.  Bununla  yanaĢı  olaraq  insanın  bu  və  ya  digər  tələbatını 

ödəyən obyekt yalnız eyni bir cisim və hadisədən ibarət olmur. 

Müxtəlif  cisim  və  hadisələr  tələbatın  obyektinə  çevrilərək 

insanı  fəaliyyətə  təhrik  edə  bilir.  Tələbatların  ödənilməsi  ilə 

əlaqədar  olaraq  insanı  hər  hansı  bir  məqsədə  yönəlmiş  işə, 

fəaliyyətə təhrik edən amillərəsəbəblərə motiv deyilir. Ġnsan 

fəaliyyətinin  motivləri  özlərinin  çoxcəhətliliyi  ilə  xarakterizə 

olunur. 

Motivlər  hər  Ģeydən  əvvəl  bir-birlərindən  tələbatların 

növlərinə  görə  fərqlənirlər.  Bununla  yanaĢı  olaraq  motivlər 

tələbatların  kəsb  etdiyi  formalara,  onların  geniĢliyinə  və  ya 

məhdudluğuna,  reallaĢdıqları  fəaliyyətin  konkret  məzmununa 

və  s.  görə  fərqlənirlər.  Təcrübə  göstərir  ki,  fəaliyyətin 

mərəkkəb  növləri,  adətən,  bir  motivə  deyil,  eyni  vaxtda  təsir 

göstərən  bir  neçə  motivə  cavab  verir  ki,  bu  da  motivləşmə 

adlanır.  MotivləĢmə  elə  motivlər  birliyidir  ki,  Ģəxsiyyətin 

yönəliĢliyini 

müəyyən 

etməklə 


onun 

fəaliyyətinin 

səmərəliliyini də Ģərtləndirir. 

Tələbatlarda olduğu kimi motivlər təbii və ali (maddi və 

mənəvi) ola bilir. Bundan baĢqa A.N.Leontyevə görə motiv ob-

raz, anlayıĢ, fikir, ideal Ģəklində də çıxıĢ edə bilir. 

Qeyd  edilənlərlə  yanaĢı  olaraq  özünün  xarakteri  və 



 

 

 



67 

 

fəaliyyət  prosesində  oynadığı  rola  görə  motivlərin  aĢağıdakı 



növlərini  qeyd  etmək  olar:  1)  situativ  və  geniĢ  motivlər;  2) 

fəaliyyətin  nəticəsinə  və  onun  özünə  doğru  yönələn  motivlər; 

3) eqoistik və ictimai əhəmiyyətli motivlər. 

Motivləri  təzahür  xüsusiyyətlərinə  görə  psixoloji 

ədəbiyyatda  geniĢ  istifadə  olunan  iki  qrupa  ayırmaq  müm-

kündür: 1) geniĢ sosial motivlər və 2) idrak motivləri. 

Psixoloji  ədəbiyyatda  motivləri  dərk  edilən  və  dərk 

edilməyən olmaqla daha iki qrupda birləĢdirirlər. 

Dərk  edilən  motivlər  nəyin  bizi  bu  və  ya  digər  iĢə, 

fəaliyyətə  təhrik  etməsini  anlamagımız,  dərk  etməyimizlə 

fərqlənir.  Dərk  edilməyən  motivlərə  gəldikdə  elə  təhriklər 

nəzərdə  tutulur  ki,  həmin  təhriklərin  mahiyyətini  biz  tam 

aydınlığı  ilə  dərk  edə  bilmirik.  Bu  cür  motivlərə  həvəsi, 



ustanovkanı aid etmək mümkündür. 

Motivlər özlərinin növləri ilə yanaĢı davamlılıqları, emo-

sional  çalarları  və  ya  modallıqları,  qüvvələri  və  ifadə 

xüsusiyyətlərinə görə də bir–birindən fərqlənirlər. 



II.3.3.  Fəaliyyətin  quruluĢu 

 

Fəaliyyətin  quruluĢu  haqqında  anlayıĢ.  Ġnsan 

fəaliyyətini  nəzərdən  keçirdikdə  onun  özünəməxsus  quruluĢu 

diqqəti cəlb edir. Ġnsanın hər cür fəaliyyəti eyni quruluĢda, eyni 

sistem və ardıcıllıqda həyata keçir. BaĢqa sözlə, bütün fəaliyyət 

növlərində  eyni  ümumi  struktur  komponentlər  özünü  göstərir. 

Ġnsanın istər maddi, istərsə də mənəvi fəaliyyətinin quruluĢunu 

təhlil  etdikdə  onun  təxmini  məzmununu  təĢkil  edən  aĢagıdakı 

əsas  elementləri,  komponentləri  aĢkara  çıxarmaq  mümkün 

olur:  fəaliyyətin  motivləri,  fəaliyyətin  məqsədi  və  fəaliyyətin 

vasitələri

Motivlər  haqqında  yuxarıda  qeyd  etdiklərimizdən  aydın 

olduğu kimi, motiv insanı hər hansı bir fəaliyyətə təhrik edən, 

yönəldən  səbəblərdir.  Hər  cür  fəaliyyət  zamanı  müvafiq 

tələbatdan  doğan  səbəblər  bizi  həmin  fəaliyyətə  giriĢməyə  və 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə