Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə19/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   15   16   17   18   19   20   21   22   ...   197

 

 

 



56 

 

2 - c i   F Ə S Ġ L  



PSĠXĠKANIN FĠLOGENEZDƏ ĠNKĠġAFI 

                         

                                    Qısa xülasə 

 

Psixikanın    yaranma  və  inkiĢafının  öyrənilməsi 

tarixindən.  Hər cür materiyanın inikas qabiliyyətinə malik olması. 

Psixikanın  filogenezdə  inkiĢafı  əksetdirmənin  tropizm,  in-

stinktiv, həyatda qazanılan və intellektual davranıĢ formaları kimi.  



Tropizmlər bioloji amillərə orqanizmin özünəməxsus cavab 

vermə üsulu kimi.  Tropizmlərin növləri: fototropizm, termotropizm, 

xemotropizm, topotropizm. 

Ġnstiktiv  davranıĢ  –  mühitin  müəyyən  Ģəraitinə,  təsirinə 

qarĢı anadangəlmə reaksiya forması kimi. 

Heyvanlarda vərdiĢlər həyatda qazanılan davranıĢ forması 

kimi. 


Heyvanlarda  intellektual  davranıĢ  forması  və  onun 

xüsusiyyətləri. 

  

 

Psixikanın filogenezdə inkiĢafı 

 

Psixikanın  yaranma  və  inkiĢafının  öyrənilməsi 



tarixindən.  Psixikanın  yaranması  və  inkiĢafının  öyrənilməsi 

təbiət  elmlərinin,  o  cümlədən  psixologiyanın  qarĢısında  duran 

mürəkkəb,  mühüm  vəzifələrdən  olmuĢdur.  Hələ  eramızdan 

əvvəl psixikanın (ruh) yaranması, mahiyyəti ilə bağlı iki fərqli 

dünyagörüĢü:  idealist  və  materialist  dünyagörüĢü  barədə 

fikirlər irəli sürmüĢdülər. Ġdealistlər hesab edirdilər ki, psixika 

(ruh)  bədəndən  asılı  olmayaraq      mövcuddur  və  materiyadan 

əvvəl  yaranmıĢdır.  Materialistlərə  görə  isə  materiya  obyektiv 

gerçəklikdir,  bizim  Ģüurumuzdan  asılı  olmayaraq  mövcuddur 

və  daim  dəyiĢir,  hərəkətdə  olur,  inkiĢaf  edir.  Psixika  yüksək 

surətdə təĢəkkül tapmıĢ materiyanın məhsuludur. 



 

 

 



57 

 

Psixologiya  elminin  baĢlıca  vəzifələrindən  biri  də  insan 



psixikasını  öyrənməklə  bağlıdır.  Lakin  insan  psixikasının 

təbiətini  öyrənmək  üçün  ilk  növbədə  pasixikanın  necə 

yaranmasını, canlıların bioloji təkamülü nəticəsində onun necə 

inkiĢaf etdiyini və insanlarda necə  yeni məzmun kəsb etdiyini 

müəyyənləĢdirmək lazımdır. 

Daha vacib məsələlərdən biri də insan psixikasının tarixi 

inkiĢafının öyrənilməsi ilə bağlıdır.  

Müasir  insanların  psixi  xüsusiyyətləri  heç  də  insan 

psixikası  üçün  əbədi  olan  bir  keyfiyyət  deyildir.  Onlar  ictimai 

mühitin,  Ģəraitin  inkiĢafı  nəticəsində  dəyiĢir.  Sosial-iqtisadi 

Ģərait insan psixikasında əvvəlkilərdən fərqli yeni keyfiyyətlər 

yaradır.  Yəni  insan  psixikası  əbədi,  dəyiĢməz  olaraq  qalmır. 

Ġstənilən  konkret  tarixi  Ģəraitdə  insan  psixikasının  bəzi 

xüsusiyyətləri  inkiĢaf  edir, Ģəraitlə ziddiyyət təĢkil edənlər isə 

sanki «dondurulur». 

Cansız,  qeyri-üzvü  materiyadan  baĢlamıĢ  ən  ali 

mürəkkəb materiya olan insan beyninə qədər hər cür materiya 

maddi  aləmin  ümumi  keyfiyyəti  olan  inikas  (əksetdirmə), 

baĢqa sözlə, təsirə cavab vermə qabiliyyətinə malikdir. Ġnikasın 

forması materiyanın varlıq formasından asılıdır. 

Cansız maieriyada baĢ verən keyfiyyət dəyiĢikliklərinə 

əsasən canlı materiya yaranır və o, daha mürəkkəb xassəyə - 

qıcıqlanma xassəsinə malik olur. Bu xassə canlıların xarici 

təsirlərə fəal reaksiyalarına imkan verir. Qıcıqlanmanın inkiĢafı 

həyat Ģəraitinin mürəkkəbləĢməsi və orqanizmin anatomik qu-

ruluĢunun təkmilləĢməsi nəticəsində həssaslıq artmıĢ, tədricən 

duyğular yaranmıĢdır. 

Psixikanın  filogenezdə  inkiĢafı  əksetdirmənin  tropizm, 



instinktiv,  həyatda  qazanılan  və  intellektual  davranıĢ 

formalarında  təzahür  etmiĢdir.  Elementar  qıcıqlanma  sadə, 

birhüceyrəli  orqanizmlərdə  özünü  göstərir  və  onların  mühüm 

təsirinə hərəkətlə cavab verirlər. Mühit canlı orqanizmə bioloji 

təsir  göstərə  bilər  ki,  bunun  nəticəsində  həmin  orqanizmin 



 

 

 



58 

 

protoplazmasının xassəsi dəyiĢir. 



Bioloji  amillərə  özünəməxsus  cavab  vermək  üsulları 

tropizmlər və ya taksislər adlanır.  

Tropizmlərin  aĢağıdakı  növlərini  fərqləndirirlər:  fototro-



pizm  -  canlı  orqanizmin  iĢığın  təsiri  ilə  hərəkət  etmə  meyli; 

termotropizm  -  iĢığın  təsiri  ilə  hərəkətetmə  meyli;  xemotro-

pizm  -  müəyyən  fiziki-kimyəvi  mühiti  seçməyə  meyli;    topo-

tropizm  -  mexaniki  qıcıqlandırıcıların  təsir  ilə  hərəkət  etmə 

meyli və s. 

Canlılarda  psixikanın  təĢəkkül  tapması  onların  mühitə 

uyğunlaĢa  bilmələri  ilə  bağlı  olan  dəyiĢikliklərdən  yaranır. 

Yəni canlının xarici mühitin təsirinə uyğun davranıĢını meyda-

na çıxır. Onların mühitə uyğunlaĢması  anatomik  dəyiĢikliklərə 

səbəb olmur, sadəcə olaraq onun davranıĢı dəyiĢir. 

Bir çox canlıların davranıĢı instinktiv davranıĢdır və təbii 

tələbatdan  doğur.  Mühitin  müəyyən  şəraitinə,  təsirinə  qarşı 

mürəkkəb anadangəlmə reaksiya forması instinktlər adlanır. 

Ġnstinktiv  davranıĢ  müəyyən  bir  növün  hamısı  üçün  xa-

rakterik  olan  anadangəlmə  davranıĢdır.  Bir  çox  alimlər  hesab 

edirlər  ki,  instinktlər  dəyiĢməzdir  və  canlıların  fərdi  qaydada 

mühitə  uyğunlaĢması  prosesində  dəyiĢməz  qalır.  Lakin  belə 

yanaĢma səhvdir. Ġ.P. Pavlov göstərir ki,  canlıların inkiĢafının 

bütün  dövrlərində  fərdi  uyğunlaĢma  olmuĢdur.  Bu  canlıların 

(məsələn,  bağırsaqboĢluqlarda)  həyat  prosesində  ayrı-ayrı 

fərdlərdə müvəqqəti əlaqələr – Ģərti reflekslər yaranır. Məsələn, 

kağız parçasını aktiniyaya yaxınlaĢdırsaq onu tutub udar, lakin 

bir  neçə  təkrardan  sonra  hətta,  kağızı  ağız  boĢluğuna  almadan 

kənara  atır.  Lakin  yaranan  bu  cür  əlaqələr  qısamüddətli  olur, 

tezliklə  sönür.  Canlıların  davranıĢ  xüsusiyyətləri  inkiĢafın  ilk 

mərhələsində  müxtəlif  xassəli  Ģeylərin  təsirindən  yaranırdı. 

Məsələn,  məlumdur  ki,  həĢərat  tora  düĢən  kimi  hörümçək 

dərhal  onun  yanına  qaçır  və  tikanını  ona  batırır.  Hörümçəyin 

belə  davranıĢı  nə  ilə  bağlıdır?  AparılmıĢ  xüsusi  təcrübələr 

göstərir  ki,  torun  tərpənməsi  həĢəratı  öz  ovuna  doğru  çəkir. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə