Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə31/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   27   28   29   30   31   32   33   34   ...   197

 

 

 



92 

 

dövrdə  uĢaqlar  həm  öyrənir,  həm  də  sadə  özünəxidmət 



əməyindən  istifadə  edirlər.  Məktəb  yaĢı  dövründə  aparıcı 

fəaliyyət təlim fəaliyyəti olur. Bu dövrdə Ģagirdlər həm oyun-

dan, həm də əmək məĢğələlərindən istifadə edirlər. YaĢlı adam-

lar  üçün  aparıcı  fəaliyyət  əmək  fəaliyyəti  olsa  da  bu  dövrdə 

adamlar oyundan və təlim fəaliyyətindən də istifadə edirlər.  

Oyun,  təlim  və  əməklə  yanaĢı  olaraq  psixoloji 

ədəbiyyatda ünsiyyəti də əsas fəaliyyət növü kimi qeyd edirlər. 

Həqiqətən  həyatının  bütün  dövrlərində  insanlar  ünsiyyətə 

hədsiz tələbat hiss edir, bir-biriləri ilə informasiya mübadiləsi, 

qarĢılıqlı  təsir  və  bir-birini  qavrama,  anlama  prosesini  həyata 

keçirirlər.  Sonrakı  fəsildə  ünsiyyətdən  geniĢ  bəhs  olunduğuna 

görə  burada  oyun,  təlim  və  əmək  fəaliyyətinin  psixoloji 

xüsusiyyətləri  və  onların  insanın  psixi  inkiĢafında  rolunu 

qısaca nəzərdən keçirək.  

Oyun – elə fəaliyyət növüdür ki, onun nəticəsində heç bir 

maddi  və  mənəvi  məhsul  əldə  edilmir  (yaĢlıların  və  uĢaqların 

iĢgüzar  və  quraĢdırma  oyunlarından  baĢqa).  Oyun  ən  çox 

əyləncə  xarakteri  daĢıyır,  istirahət  məqsədi  güdür.  Oyunun 

məqsədi  «fəaliyyətin»  köməyi  ilə  əldə  ediləcək  praktik 

nəticələr deyil, yerinə yetiriləcək «fəaliyyətin» özü olur.  

Oyunun 

müxtəlif 



tipləri 

mövcuddur. 

Bunlara 

aĢağıdakıları aid etmək olar: əĢyavi və süjetli, hərəki və didak-

tik, fərdi və qrup halında, rollu və qaydalı oyunlar və s.  

ƏĢyavi  oyunlar  insanın  oyun  fəaliyyətinə  hər  hansı  bir 

əĢyanı  daxil  etməsi  ilə  bağlıdır.  ƏĢyalarla  əlaqədar  olaraq 

aparılan  oyunlar  insanların  həmin  Ģeylərə  münasibətləri  ilə 

bağlı  funksiyaları  kimi  çıxıĢ  etməyə  baĢlayır.  Süjetli  oyunlar 

müəyyən  ssenari  üzrə  aparılır  və  bu  zaman  həmin  ssenarinin 

əsas detalları əks etdirilir. Bağça yaĢının sonunda uĢaqlarda so-

sial  təcrübənin  geniĢlənməsi  süjetli  oyunların  məzmununun 

geniĢlənməsinə  səbəb  olur.  Nəticədə  tədricən  oyunun 

məzmunu praktik iĢləri təkrar etməkdən insanların əlaqələrinin 

təsvirinə keçir. Hərəki oyunlar bilavasitə hərəkətlərlə icra olu-



 

 

 



93 

 

nur.  Bu  cür  oyunlar  hərəki  vərdiĢlərin  inkiĢafına  kömək  edir. 



Didaktik  oyunlara  gəldikdə  bu  cür  oyunlar  öyrətmə  xarakteri 

daĢıyır. Məsələn, «nə yerini dəyiĢmiĢdir?», «səsindən tanı» tip-

li oyunların köməyi ilə uĢaqlarda müĢahidəçilik, dəqiq qavrama 

imkanları inkiĢaf etdirilir.  

Oyunlar fərdi və qrup halında da aparılır. Fərdi oyun an-

caq bir nəfər tərəfindən həyata keçirilir. Qrup halında oyunlar-

da  isə  bir  neçə  nəfər  iĢtirak  edir.  Rollu  oyunlara  gəldikdə  bu 

zaman oynayan adam (uĢaq və ya yaĢlı) oyun zamanı müəyyən 

rolu  öz  üzərinə  götürür  və  həmin  rola  uyğun  hərəkət  edir. 

Məsələn,  uĢaq  müəllim,  həkim  rollarını  oynayır.  Öz 

oyuncaqlarına «dərs deyir», onları «müalicə» edir və s. Bu za-

man  uĢağın  iĢi  onun  indiki  anda  istifadə  etdiyi  Ģeylərin 

xüsusiyyətləri  ilə  deyil,  müəllimin,  həkimin  vəzifəsi  haqqında 

təsəvvürlə idarə olunur.  



Qaydalı  oyunlar  müvafiq  qaydalara  əsasən  aparılır  və 

oynayanlar  bu  qaydalardan  kənara  çıxa  bilmirlər.  Ġndi  artıq 

iĢlər  mücərrəd  tələblər  və  qaydalarla  tənzim  olunur.  Çox  vaxt 

həyatda oyunun əĢyavi-rollu, süjetli-rollu, süjetli-qaydalı və s. 

kimi qarıĢıq tipinə də rast gəlmək olur.  

Yuxarıda qeyd edildiyi kimi, oyun məktəbəqədər dövrdə 

aparıcı fəaliyyət növü olub uĢaqların həm fiziki, həm də psixi 

inkiĢafında mühüm rol oynayır.  M.Qorkinin qeyd etdiyi kimi, 

oyun uĢağın yaĢadığı və gələcəkdə dəyiĢdirilməli olduğu mühi-

ti dərk etmə  yoludur. Oyun uĢağın tələbatını ödəməklə yanaĢı, 

yaĢlılarla ünsiyyət saxlamaq, həyatı baĢa düĢmək, ətrafdakıları 

təqlid  etmək  və  bu  yolla  bir  növ  gələcək  həyata  hazırlaĢmaq 

iĢində mühüm vasitəyə çevrilir.  

Təlim  fəaliyyəti  -    məktəblilərin  və  tələbələrin  nəzəri 

bilikləri və onlarla bağlı bacarıq və vərdiĢləri mənimsəmələrinə 

yönəldilmiĢ  fəaliyyət  növlərindən  biri,  aparıcı  fəaliyyətləridir. 

YaĢlı adamlarda təlim özünütəhsil xarakteri daĢıya bilər.  

Təlim  insanın  fəaliyyət  və  davranıĢını  bəĢəriyyətin  icti-

mai  təcrübəsini  mənimsəməsinə  yönəldən  fəal  bir  prosesdir. 




 

 

 



94 

 

Təlim  fəaliyyəti  təkcə  məktəblilərdə  və  tələbələrdə  bilik, 



bacarıq  və  vərdiĢlərin  formalaĢmasını  təmin  etməklə 

kifayətlənmir.  Bu  prosesdə  onlarda  psixi  inkiĢafa,  Ģəxsiyyətin 

formalaĢmasına  da  əsaslı  təsir  göstərir.  Məhz  buna  görə  də 

təlim  fəaliyyətinin  baĢlıca  xüsusiyyəti  ondan  ibarətdir  ki,  o, 

fərdin birbaĢa psixi inkiĢafı vasitəsi kimi xidməti həyata keçi-

rir.  


Ġnsan fəaliyyəti sistemində əmək xüsusi yer tutur. Əmək 

fəaliyyəti  son  nəticədə  özünün  məhsuldarlığı  ilə  fərqlənir. 

Məhz buna görə də əməyi müəyyən ictimai- faydalı, maddi və 

ya ideal məhsullar istehsalına yönəldilmiĢ fəaliyyət kimi qəbul 

edirlər. 

Əmək  fəaliyyəti  təkcə  insanın  maddi  və  mənəvi 

tələbatlarını  ödəməyə  xidmət  etmir,  o,  eyni  zamanda  insanın 

bir Ģəxsiyyət kimi formalaĢmasında aparıcı rol oynayır.    

                 

Özünü yoxlamaq üçün sual və tapĢırıqlar 

 

1.

 



Fəaliyyət nəyə deyilir? 

2.

 



Tələbat nədir və onun hansı növləri vardır? 

3.

 



Fəaliyyətin  motivləri  dedikdə  nəyi  baĢa  düĢürsünüz? 

Motivləri təsnif edin. 

4.

 

Fəaliyyətin quruluĢunu Ģərh edin. 



5.

 

ĠĢ və hərəkət nədir? Onları xarakterizə edin. 



6.

 

Fəaliyyətin  mənimsənilməsi  dedikdə  nəyi  baĢa 



düĢürsünüz? 

7.

 



VərdiĢlər və onların xarakteristikasını verin. 

8.

 



VərdiĢlər  və  mümarisələrin  qarĢılıqlı  əlaqəsini  Ģərh 

edin. 


9.

 

Mümarisələrə nə kimi psixoloji tələblər verirlər? 



10.

 

VərdiĢlərin  keçirilməsi  və  interferensiyası  dedikdə 



nəyi baĢa düĢürsünüz? 

11.


 

VərdiĢlərin  keçirilməsi  və  interferensiya  hadisələri 

hansı formalarda təzahür edir? 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə