Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə34/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   30   31   32   33   34   35   36   37   ...   197

 

 

 



102 

 

Ünsiyyətin  funksiyaları.  Ünsiyyət  bir  sıra  mühüm 

funksiyaları  həyata  keçirir.  Psixoloji  ədəbiyyatda  ünsiyyətin 

funksiyalarını  müxtəlif  əsaslar  üzrə  təsnif  edirlər.  L.A.Kar-

penko ünsiyyətin məqsədindən asılı olaraq 8 funksiyasını qeyd 

etmiĢdir:

1

 

1.



 

Təmas  funksiyası.  Bu  funksiyanın  məqsədi  ünsiy-

yətdə  olan  tərəflərin  informasiya  mübadiləsi  üçün  qarĢılıqlı 

əlaqəni gözləməklə bağlı təmas yaratmaqdan ibarətdir. 

2.

 



İnformasiya funksiyası. Bu funksiyanın məqsədi mə-

lumat  mübadiləsindən,  daha  doğrusu,  sorğuya  qarĢı  fikir 

mübadiləsindən ibarətdir. 

3.

 



Təhrikedici  funksiya.  Bu  funksiyanın  məqsədi 

ünsiyyət  tərəf  müqabilini  bu  və  ya  digər  iĢi  yerinə  yetirməklə 

bağlı fəallığa yönəltməkdən ibarətdir. 

4.

 



Əlaqələndirmə  funksiyası.  Bu  funksiyanın  məqsədi 

birgə  fəaliyyətin  təĢkili  zamanı  yerinə  yetiriləcək  iĢlərin 

qarĢılıqlı əlaqəsinin yaradılmasından ibarətdir.  

5.

 



Anlama  funksiyası.  Bu  funksiyanın  məqsədi  təkcə 

məlumatın  mənasının  adekvat  qavranılması  və  anlaĢılması 

deyil, 

tərəf 


müqabillərin 

bir-birini 

(məqsədlərini, 

yönəliĢliklərini, 

həyəcanlarını, 

vəziyyətlərini 

və 

s.) 


anlamalarından  ibarətdir.  

6.

 



Amotiv  funksiya.  Bu  funksiyanın  məqsədi  tərəf 

müqabilində  emosional  təəssürat  yaratmaq,  eyni  zamanda  bu-

nun köməyi ilə özünün həyəcan və vəziyyətini dəyiĢdirməkdən 

ibarətdir («emosiyaların mübadiləsi»). 

7.

 

Münasibətlərin 



yaradılması 

funksiyası

Bu 


funksiyanın  məqsədi  rol,  iĢgüzar,  Ģəxsiyyətlərarası  əlaqələr 

sistemində özünün yerini dərk etməkdən ibarətdir. 

8.

 

Təsir göstərmək funksiyası. Bu funksiyanın məqsədi 



tərəf  müqabilinin  vəziyyətini,  davranıĢını,  eləcə  də  onun 

niyyətini,  fikrini,  təsəvvürünü,  tələbatlarını,  fəallığını  və  s. 

                                                 

1

 Психология. Словарь. – М. 1990,  с.244-245. 




 

 

 



103 

 

dəyiĢdirməkdən ibarətdir. 



Ünsiyyət sahəsində tədqiqat aparmıĢ digər psixoloqlar da 

onun  funksiyalarını  ətraflı  Ģərh  etmiĢlər.  Bu  baxımdan 

B.F.Lomovun  irəli  sürdüyü  fikirlər  xüsusilə  diqqəti  cəlb  edir

1



B.F.Lomov  ünsiyyətin  funksiyalarını  üç  qrupda  birləĢdirir: 

məlumati  -  kommunikativ,  tənzimedici-  kommunikativ,  affek-

tiv- kommunikativ.  

Göründüyü  kimi,  B.F.Lomova  görə  ünsiyyət  birinci 

növbədə  məlumatın,  informasiyanın  verilməsi  və  qəbul 

olunması vəzifəsini, baĢqa sözlə informasiya mübadiləsi funk-

siyasını  yerinə  yetirir.  Məhz  buna  görə  də,  təsadüfi  de-  yildir 

ki, informasiya mübadiləsini ünsiyyətin əsas cəhətlərindən biri 

kimi qəbul edirlər.  

Lakin  ünsiyyət  zamanı  insanlar  yalnız  informasiya 

mübadiləsi  ilə  məhdudlaĢmır,  eyni  zamanda  bu  prosesdə 

davranıĢın  qarĢılıqlı  tənziminə  də  təsir  göstərirlər.  Bunun  isə 

əhəmiyyəti  öz-özünə  aydındır.  Ünsiyyət  bu  funksiyanı  yerinə 

yetirməklə  insanlar  arasında  səmərəli  qarĢılıqlı  münasibətlərin 

yaranmasına,  qarĢılıqlı  münasibətləri  tənzim  etməyə  xidmət 

edir.  


Ünsiyyətin 

affektiv-kommunikativ 

funksiyasının 

əhəmiyyəti  də  az  deyildir.  Bu  funksiya  insanların  emosional 

sferasına aid olub, onlarda emosional vəziyyətin determinantı, 

Ģərti kimi özünü göstərir.  

Ünsiyyət çoxcəhətli, çoxplanlı proses olduğuna görə onun 

digər  özünəməxsus  funksiyalarından  da  söhbət  açmaq  olar. 

Ünsiyyətin bu cür mühüm funksiyalarına birgə fəaliyyəti təĢkil 

etmək,  insanların  bir-birlərini,  qarĢılıqlı  münasibətləri 

formalaĢdırmaq  və  inkiĢaf  etdirmək  və  s.  funksiyalarını  aid 

etmək olar. 



Ünsiyyət 

və 

fəaliyyətin 

vəhdəti. 

Ünsiyyət 

                                                 

1

  Ломов  Б.Ф.  Методологические  и  теоретические  проблемы  психоло-

гии. – М., 1984, с. 258-275 




 

 

 



104 

 

psixologiyasında  mütəxəssislərin  diqqətini  cəlb  edən  əsas, 



prinsipial  məsələlərdən  biri  ünsiyyətlə  fəaliyyətin  vəhdəti 

məsələsidir.  Lakin  bu  məsələyə  psixoloqların  yanaĢma  tərzi 

müxtəlifdir. 

Qərb 


ölkələrinin 

bir 


sıra 

psixoloji 

konsepsiyalarında ünsiyyət  və fəaliyyət bir-birinə qarĢı qoyu-

lur. Bu konsepsiyalarda ünsiyyət amili davranıĢın determinantı, 

Ģərti kimi qəbul olunsa da, bu zaman fəaliyyətin dəyiĢdirici ro-

lu  nəzərə  alınmır.  Burada  sosial  proses  mənəvi  nitq  ünsiyyəti 

prosesi  kimi  götürülür.  Məhz  buna  görə  də  A.N.Leontyevin 

fikrincə bu kimi hallarda fərd praktik Ģəkildə fəaliyyət göstərən 

varlıqdan ünsiyyətə girən varlıq kimi qəbul olunur.  

Bunun  əksinə  olaraq  bəzi  psixoloqların  fikrincə  ünsiyyət 

və  fəaliyyət  vəhdət  təĢkil  edir.  Belə  bir  nəticə  məntiqi  olaraq 

ünsiyyətin real insan münasibəti kimi baĢa düĢülməsindən irəli 

gəlir. Bu baxıĢa görə hər cür ünsiyyət forması insanların birgə 

fəaliyyətinin  spesifik  formasından  ibarətdir.  Ġnsanlar  sadəcə 

olaraq müxtəlif sosial funksiyaları yerinə yetirərkən «ünsiyyətə 

girmirlər». Onlar həmiĢə bir neçə fəaliyyət prosesində ünsiyyət 

saxlayırlar.  Buradan  isə  aydın  olur  ki,  daima  iĢgüzar  adam 

ünsiyyətə  girir,  onun  fəaliyyəti  həmiĢə  baĢqa  adamların 

fəaliyyəti  ilə  üst-üstə  düĢür.  Lakin  məhz  fəaliyyətin  həmin 

kəsiĢməsi  iĢgüzar  adamın  təkcə  öz  fəaliyyətinin  predmetinə 

deyil,  baĢqa  adamların  fəaliyyətinə  qarĢı  da  müvafiq 

münasibət, birgə fəaliyyəti yerinə yetirən fərdlər arasında birlik 

yaradır.  Beləliklə  ünsiyyətin  fəaliyyətlə  vəhdəti  faktı  psixolo-

giyada  fəaliyyət  nəzəriyyəsinə  istinad  edən  bütün  psixoloqlar 

tərəfindən  qəbul  olunur,  lakin  bu  əlaqənin  xarakteri  müxtəlif 

Ģəkildə baĢa düĢülür. 

Bəzən fəaliyyət və ünsiyyətə yanaĢı Ģəkildə mövcud olan 

proses  kimi  deyil,  insanın  sosial  mövcudluğunun,  onun  həyat 

tərzinin  iki  tərəfi  kimi  baxırlar  (B.F.Lomov).  BaĢqa  bir  halda 

ünsiyyəti  fəaliyyətin  müəyyən  sahəsi  kimi  baĢa  düĢürlər 

(A.N.Leontyev).  Bəziləri  isə  ünsiyyəti  fəaliyyətin  xüsusi  növü 

kimi Ģərh edirlər (A.A.Leontyev). 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə