Psixoloji xidmət anlayışı və məktəbdə psixoloji xidmətin zəruriliyi



Yüklə 30,85 Kb.
səhifə12/14
tarix02.09.2023
ölçüsü30,85 Kb.
#121229
1   ...   6   7   8   9   10   11   12   13   14
Mühazirə 15-Məktəbdə psixoloji işin təşkili

Psixoloqun etik kodeksi
Psixoloji xidmətin təşkilində ən diqqət edilməli olan məqamlardan biri psixoloqun professional fəaliyyətindən irəli gələn hüquq və vəzifələrin təyinidir. Beynəlxalq təcrübədə bu "Psixoloqun etik kodeksi" çərçivəsində tənzimlənir və onun pozulması qanunvericiliyə uyğun olaraq cəzalandırılır. Azərbaycanda hələ belə bir qanunun qüvvəyə minməməsinə baxmayaraq, mövcud qaydaları nəzərə almaq hər bir psixoloqun professional borcudur. Vahid beynəlxalq etik kodeks olmasa da, müxtəlif ölkələrdəki nümunələr bir-birindən çox cüzi məsələlərə görə fərqlənir və hər biri aşağıdakı əsas prinsipləri əhatə edir:
- Konfidensiallıq (məxfilik) prinsipi
- Səriştəlilik prinsipi
- Məsuliyyətlilik prinsipi
- Etika və hüquqa uyğunluq prinsipi
- Psixologiyanın düzgün təbliği prinsipi
- Kliyentin rifahının nəzərə alınması prinsipi 18

- Peşəkar əməkdaşlıq prinsipi


- Kliyenti müayinənin məqsədləri və nəticələri haqqında məlumatlandırma prinsipi.
1. Konfidensiallıq (məxfilik) prinsipi
1.1. İşin gedişatı zamanı psixoloq tərəfindən alınan məlumat qəsdən və ya təsadüfən yayılmamalıdır, üçüncü şəxsə məcburiyyət qarşısında çatdırılma zamanı isə elə bir formada təqdim olunmalıdır ki, bu məlumatı kliyentin əleyhinə istifadə etmək mümkün olmasın.
1.2. Psixoloji tədqiqat, treninq və digər tədbirlərdə iştirak edən şəxslər başqa şəxslərə və ya müəssisələrə çatdırılacaq məlumatın həcmi və xüsusiyyətləri haqqında məlumatlandırılmalıdırlar.
1.3.Kliyentlərin psixoloji prosedurlarda (diaqnostika, məsləhətləşmə, korreksiya və s.) iştirakı şüurlu və könüllü olmalıdır.
1.4. Əgər kliyentdən alınan məlumat ekspertlər tərəfindən tələb olunursa, bu məlumat kliyentin şəxsiyyətinin açıqlanmaması şərtilə təqdim olunmalıdır. Bunun üçün kliyent haqqında bütün məlumat qeyd olunur və tam məxfilik şəraitində saxlanılır.
1.5. Peşə fəaliyyətinin hesabatı, tədqiqatların nəticəsi və nəşrlər elə formada hazırlanmalıdır ki, kliyentin şəxsiyyətinin təyin olunması bu kliyentlə işləyən mütəxəssislər sırasına aid olmayan ətrafdakı insanlar üçün mümkün olmasın.
1.6.Diaqnostika və məsləhətləşmə zamanı üçüncü şəxsin iştirakına kliyent və ya ona cavabdeh olan şəxs (şəxsin 16 yaşı tamam olmadığı halda) razılıq verməlidir.
1.7. Psixoloji tədqiqatını sifariş edən təhsil müəssisəsinin rəhbərliyi peşə sirrinin qorunması haqqında xəbərdar olunmalıdır. Rəhbərliyə tədqiqatın nəticələri və rəyi təqdim edərkən psixoloq kliyentə zərər gətirə bilən və tədris prosesinə aid olmayan məlumatları çatdırmaqdan imtina etməlidir.

Yüklə 30,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə