Psixoloji xidmət anlayışı və məktəbdə psixoloji xidmətin zəruriliyi


Praktik psixoloqun təhsil müəssisəsində fəaliyyətinin əks olunduğu sənədlər



Yüklə 30,85 Kb.
səhifə6/14
tarix02.09.2023
ölçüsü30,85 Kb.
#121229
1   2   3   4   5   6   7   8   9   ...   14
Mühazirə 15-Məktəbdə psixoloji işin təşkili

Praktik psixoloqun təhsil müəssisəsində fəaliyyətinin əks olunduğu sənədlər
Təhsil müəssisəsində çalışan praktik psixoloqun peşəkar fəaliyyətinin zəruri komponentlərindən biri müxtəlif növ sənədlərin tərtib edilməsidir. Həmin sənədlər ayrı-ayrı sahələr üzrə onun fəaliyyətinin məzmununu və səmərəliliyinin nəticələrini əks etdirir. Praktik psixoloqun təhsil müəssisəsində fəaliyyəti üç əsas tipə aid sənədlərdə əks olunur:
1. Normativ sənədlər;
2. Xüsusi sənədlər;
3. Təşkilati-metodik sənədlər.
Normativ sənədlər dedikdə praktik psoxoloqun təhsil müəssisəsində peşə fəaliyyətinin normativlərini və standartlarını əks etdirən sənədlərin məcmusu nəzərdə tutulur. Bu sənədlər sırasına aşağıdakılar daxildir:
- Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu;
- BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası;
- Psixoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu;
- Başqa müəssisədə görüləcək işlərlə bağlı müəssisə rəhbərliyi tərəfindən razılaşdırılmış müqavilə.


Xüsusi sənədləşdirmə praktik psixoloqun fəaliyyətinin zəruri tərkib hissəsi olub, onun işinin keyfiyyətini məzmun və prosedur baxımından qiymətləndirməyə imkan verir. Xüsusi sənədləşdirmənin tərkibinə aşağıdakılar daxildir:
- psixoloji rəylər;
- korreksiya xəritələri;
- diaqnostik müayinə və korreksiya protokolları;
- psixoloji inkişaf xəritələri;
- psixoloji xarakteristikalar;
- fərdi konsultasiyaların qeydiyyatı jurnalı;
- test mətnləri və açarlar;
- müşahidə protokolları, söhbətlərin mətnləri;
- qəbul edilən və göndərilən sənədlər.
Qeyd olunan sənədlərdən rəylər, korreksiya xəritələri və müayinə protokolları məxfi sənəd, digərləri isə açıq, sərbəst sənəd hesab edilir ki, maraqlanan şəxslərə psixoloq onlar əsasında müəyyən məlumatlar verə bilər.
Psixoloji rəy praktik psixoloqun əsas iş sənədlərindən biridir. Bu sənəd təhsil müəssisəsinə digər müəssisələr tərəfindən göndərilən sorğulara cavab olaraq, müəssisə rəhbərinin göndərişinə əsasən məktəb psixoloqu tərəfindən verilir. Müasir dövrdə praktik psixoloqların peşə texnologiyası və elmi-nəzəri hazırlıq səviyyəsindən asılı olaraq psixoloji rəylərin tərtibində həm forma, həm də məzmun baxımından müxtəliflik müşahidə olunur. Bu, bir tərəfdən psixoloqların psixi inkişaf, onun mexanizmləri haqqında təsəvvürlərinin səviyyəsi ilə, digər tərəfdən isə psixodiaqnostik müayinə metod və metodikalarına yiyələnmə səviyyəsi ilə bağlıdır. Psixoloji rəy yığcam, məzmunca dolğun olmaqla uşağın fərdiyyətinə aid qısa nəticələrdən, ümumi və xüsusi tövsiyələrdən ibarət olmalıdır.
Psixoloji rəydə uşağın yaş dövrünün xüsusiyyətləri əsas götürülməklə aşağıdakı parametrlər ön plana çəkilir:
1. Ümumi fiziki inkişaf;
2. İdrak sferasının inkişafı;
3. Şəxsi-emosional sferanın inkişafı;
4. Kommunikativ inkişaf;
5. Uşaq fəaliyyətinin səciyyəsi;
6. Məktəbə hazırlıq;
7. İnkişafın xüsusiyyətləri;
8. İnkişaf problemləri;
9. Tövsiyələr. 11



Yüklə 30,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə