Psixoloji xidmət anlayışı və məktəbdə psixoloji xidmətin zəruriliyi


Məktəbdə psixoloji xidmətin başlıca məqsədi



Yüklə 30,85 Kb.
səhifə2/14
tarix02.09.2023
ölçüsü30,85 Kb.
#121229
1   2   3   4   5   6   7   8   9   ...   14
Mühazirə 15-Məktəbdə psixoloji işin təşkili

Məktəbdə psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılmasıdır.
Məktəbdə psixoloji xidmətin vəzifələri
Məktəb ilkin sosial institut kimi gənc nəsli həyata hazırlamalıdır. Həyat isə yalnız akademik biliklərdən ibarət deyildir. Sosiallaşma yalnız elmlərin əsası haqqında məlumatların verilməsi sayəsində həyata keçmir. İnsanın bir şəxsiyyət və fəaliyyətin subyekti kimi məktəbdə inkişafı aşağıdakıların həyata keçirilməsini tələb edir:
1) intellektin inkişafı
2) emosional sahənin inkişafı
3) stresə qarşı dözümlülüyün inkişafı
4) özünə inamın inkişafı
5) gerçək aləmə pozitiv münasibətin və başqalarını qəbul etmənin inkişafı
6) müstəqilliyin, avtonomluğun inkişafı
7) özünüaktuallaşdırma, özünütəkmilləşdirmə motivləşməsinin inkişafı və s.
Müasir təhsil sistemində psixoloji xidmət praktik psixoloqun qarşısında aşağıdakı konkret və həlli vacib vəzifələri qoyur:
1. Uşaqların məktəb təliminə hazırlığı səviyyəsini aşkara çıxarmaq, onların məktəb təlimi şəraitinə, məktəb həyatına daha yaxşı uyğunlaşmasını təmin etmək üçün müəllimlərlə birlikdə fərdi iş proqramı tərtib etmək;
2. Uşağın həyatında keçid və böhran dövrlərini xüsusi nəzarətdə saxlamaq; uşaqların birinci sinfə daxil olması, ibtidai siniflərdən ümumi orta, sonra isə tam orta məktəbə daxil olması ilə əlaqədar təlimə hazırlığını müəyyənləşdirmək, müəllimlərlə və valideynlərlə birgə fərdi iş proqramı tərtib etmək;
3. Təlimdə geridə qalan və mürəkkəb davranışlı uşaqlarla diaqnostika və korreksiya işlərini həyata keçirmək;
4. Şagirdlərin intellektual, şəxsiyyət və iradi-emosional sferasının diaqnostikasını həyata keçirmək, onların korreksiyasını aparmaq;
5. Şagirdlərin müəllimlərlə şəxsiyyətlərarası münasibətlərindəki konfliktlərin psixoloji səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq.
6. Məktəb rəhbərlərinə, müəllimlərə və valideynlərə şagirdlərin təlimi, tərbiyəsi və inkişafının psixoloji problemləri, onların diqqətinin, hafizəsinin, təfəkkürünün, nitqinin, iradəsinin, emosional və intellektual aləminin xüsusiyyətləri haqqında məlumat vermək.

Yüklə 30,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə