Psixoloji xidmət anlayışı və məktəbdə psixoloji xidmətin zəruriliyi



Yüklə 30,85 Kb.
səhifə9/14
tarix02.09.2023
ölçüsü30,85 Kb.
#121229
1   ...   6   7   8   9   10   11   12   13   14
Mühazirə 15-Məktəbdə psixoloji işin təşkili

3. Ruhi sabitliyi (neyrotizm):
a) Emosional cəhətdən möhkəm (şəraitə tez uyğunlaşır).
b) Normotepik (şəraitə tədricən uyğunlaşır).
c) Qeyri-sabit (şəraitə uyğunlaşmır).
4. Psixoloji temperamenti:
a) Sanqvinik b) Xolerik c) Fleqmatik d) Melanxolik
5. Şəxsiyyətyönümlülüyü:
a) Özünə b) Ətrafdakılara c) Fəaliyyətə
6. İradi keyfiyyətləri:
a) Yüksək b) Orta c) Aşağı
9. Şəxsiyyətinin digər xüsusiyyətləri: _________________________________ ________________________________________________________________________
Psixoloq: ______________________________________________________
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Korreksiyaedici xəritə korreksiyaedici proqram üzrə aparılacaq işlərin strategiya və taktikasını əks etdirən sənəddir. Bu sənəddə uşaq haqqında ilkin məlumatlar, ilkin problematika (uşaqda psixi inkişafın pozulmasının xüsusiyyətləri, korreksiyaedici təsirin vasitələri, aparılacaq işin müddəti və mərhələləri, müəllim və valideyn üçün tövsiyələr, hər bir korreksiyaedici məşğələdən sonra uşaqda müşahidə olunan dəyişikliklərin dinamikası haqqında məlumat, ümumi tövsiyələrlə birgə yekun xarakteristika) öz əksini tapmalıdır.
Diaqnostik müayinə protokolları adlı xüsusi sənəd cədvəl və ya sərbəst yazılmış şəkildə tərtib olunur. Bu sənəddə uşağın davranış reaksiyası və onun təzahürləri, emosional vəziyyətlərin dinamikası, diaqnostik müayinəyə uşağın reaksiyası, rol-cins davranışı, yol verilən səhvlər və yekun nəticələr qeyd olunur.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 14


Protokol nümunəsi
Yoxlanılan şəxs: Məmmədov Əli Gündüz oğlu (ad şərtidir)
Məqsəd: Son 2 həftə ərzində dərsə qarşı marağı azalıb, diqqəti tez-tez yayınır.
Test: CAT (Children Apperseption Test) və Qarbov-Şulte metodikası
Tarix: 09.03.2018
Nəticə: Diqqət testinin nəticələrinə görə diqqətin mərkəzləşməsi, davamlılığı yaşına uyğundur. Diqqətin xüsusiyyətlərinin normada olması, lakin dərsdə diqqət yayınmasının tez-tez olduğunu nəzərə alaraq emosional sahəni öyrənmək üçün CAT testindən istifadə olundu. Nəticəyə görə, ailədaxili münasibətlərin son zamanlar qaydasında olmaması Əlinin dərsdə diqqətinin tez-tez yayınmasına səbəb olur.

Yüklə 30,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə