Psixoloji xidmət anlayışı və məktəbdə psixoloji xidmətin zəruriliyi



Yüklə 30,85 Kb.
səhifə11/14
tarix02.09.2023
ölçüsü30,85 Kb.
#121229
1   ...   6   7   8   9   10   11   12   13   14
Mühazirə 15-Məktəbdə psixoloji işin təşkili

Diferensial aylıq iş planı – praktik psixoloqun təhsil müəssisəsində ayrı-ayrı fəaliyyət sahəsində işinin konkret məzmununu əks etdirir. Diferensial planda fəaliyyətin növü, onun məqsəd və vəzifələri, işin forması, kontingentin miqdarı və yaş qrupu, fəaliyyət üçün vasitələr, zəruri material və avadanlıqların miqdarı əks olunur.
Psixoloji sorğu jurnalı - bu və ya digər şəxsə münasibətdə psixoloji müdaxilənin zəruriliyini qeydə almaq məqsədinə xidmət edən sənəddir. İş planı ilə birlikdə sorğu jurnalı psixoloji tədbirlərin məzmununu və həcmini müəyyən edir. Psixoloji sorğular uşaq və yeniyetmələrlə ünsiyyətdə olan valideynlərdən, ayrı-ayrı müəllimlərdən, hüquqşünaslardan və təhsil müəssisəsinin rəhbərliyindən daxil ola bilər. Zəruri hallarda sorğunun gizli olmasını təmin etmək üçün jurnala kodlaşdırılmış blanklar əlavə oluna bilər.
Yekun hesabat - praktik psixoloqun illik iş planında nəzərdə tutduğu və icra etdiyi tədbirlərin nəticələrinin məcmusudur. Hesabat planlaşdırılmış psixoloji tədbirlərin ayrı-ayrı istiqamətlər üzrə icrasının nə dərəcədə təmin olunmasına aydınlıq gətirir. İcra olunmamış bu və ya digər tədbir haqqında onun yerinə yetirilməməsi səbəbi göstərilir. Xüsusi qeyd etmək lazımdır ki, məxfi xarakter daşıyan məlimatlar peşə sirri kimi gizli saxlanılır və hesabata daxil edilmir.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Valideyn anketi
1. Şagirdin soyadı, adı və atasının adı:_____________________________________
2. Uşağın doğulduğu gün, ay, il: __________________________________________
3. Ailə tərkibi:_________________________________________________________
4. Ailə vəziyyəti:_______________________________________________________
5. Uşaq bağçasında olubmu?____________________________________________
6. Onunla kim məşğul olur? (Atası, anası, babası, repititor və s.)_________________
7. Uşağın xasiyyəti (verilənlərdən uyğun gələninin altından xətt çəkin və əlavə edin): Ünsiyyətcil, qapalı, qorxaq, ağlağan, aqressiv, sakit, eqoist, səliqəli, diqqətli, diqqəti dağınıq, çalışqan, məsuliyyətli, tənbəl, sərbəst, əmrlərə tabe olan, ev rejiminə əməl edən və s. ___________________________________________________________
8. Ailə tərbiyəsində hansı mükafatlardan istifadə edilir?______________________ ____________________________________________________________________
9. Hansı cəzalardan istifadə olunur?________________________________________
10. Ailədə uşağa həvalə edilmiş gündəlik iş rejimi varmı?_______________________
11. Hansı ev işini yerinə yetirməyi xoşlayır?__________________________________
12. Uşağın sağlamlıq vəziyyəti:___________________________________________ Görmə səviyyəsi:______________________Eşitmə səviyyəsi:__________________ Əsəbilik dərəcəsi:______________________________________________________
Hansı əllə yazır?______________________________________________________ Qorxuları (hündürlükdən, qaranlıqdan, təklikdən, insanlardan, heyvanlardan və s.):- ___________________________________________________________________
13. Küçədə sərbəst oynaya bilirmi?_______________________________________
14. Uşağın dostları varmı?_________________Evə gəlirlərmi?_________________
15. Dostları, yaşıdları ilə münasibəti necədir?_______________________________
16. Hansı oyunlara üstünlük verir?_______________________________________
17. Tapşırıqları köməksiz yerinə yetirə bilirmi?______________________________
18. Uşağın hansı xüsusiyyətləri onu yaşıdlarından fərqləndirir?_________________
19. Uşağın bilik səviyyəsini necə qiymətləndirirsiz?___________________________
20. Boş vaxtlarında nə ilə məşğul olmağı xoşlayır?___________________________
“__________”_____________20________il. İmza:_________________

Yüklə 30,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə