Psixoloji xidmət anlayışı və məktəbdə psixoloji xidmətin zəruriliyi



Yüklə 30,85 Kb.
səhifə13/14
tarix02.09.2023
ölçüsü30,85 Kb.
#121229
1   ...   6   7   8   9   10   11   12   13   14
Mühazirə 15-Məktəbdə psixoloji işin təşkili

2. Səriştəlilik prinsipi
2.1. Psixoloq öz səriştəsinin sərhədini müəyyən edir və nəzərə alır.
2.2.Psixoloq prosedurların və kliyentlə iş üsullarının seçiminə görə məsuliyyət daşıyır.
3. Məsuliyyətlilik prinsipi
3.1. Psixoloq kliyent və cəmiyyət qarşısında öz peşə fəaliyyətinə görə peşə və şəxsi məsuliyyət daşıyır.
3.2. Tədqiqat apararkən psixoloq ilk növbədə insanların rifahını düşünür və işin nəticələrini onların ziyanına istifadə etmir. 19

3.3. Psixoloq apardığı işin inzibati xüsusiyyətlərindən asılı olmayaraq hazırkı kodeksə məsuliyyətli şəkildə əməl edir.


3.4. Psixoloq psixoloji mövzulara aid kütləvi informasiya vasitələrində və auditoriya qarşısında çıxışlar zamanı işlətdiyi ifadələrinə görə məsuliyyət daşıyır.
3.5. Kütləvi çıxışlar zamanı psixoloq yoxlanılmamış məlumatlardan istifadə etməməli, insanları öz təhsil və səriştəsi barədə aldatmamalıdır.
3.6. Psixoloq psixoloji prosedurların həqiqi məqsədləri haqqında kliyenti yalnız bu məqsədlərə çatmağın alternativ yolları olmadığı halda məlumatlandırmaya bilər.
3.7. İş bacarığı olmayan şəxslərə (həddi-buluğa çatmamış, kəskin stress vəziyyətində olan şəxslər, müraciət zamanı psixoloqa məlum olan psixi pozuntu diaqnozu olan şəxslər və s.) psixoloji yardımın göstərilməsinə aid qərarın qəbul edilməsində psixoloq etdiyi müdaxilənin aqibətinə görə məsuliyyət daşıyır.
4. Etika və hüquqa uyğunluq prinsipi
4.1. Psixoloq hər işini qüvvədə olan qanunvericilik və psixoloji fəaliyyətin aparılmasına aid tələblərə uyğun planlaşdırır və keçirir.
4.2. Hazırkı Kodeksin normaları və təhsil müəssisəsinin rəhbərliyi tərəfindən üzərinə qoyulan vəzifələr arasında ziddiyyət yarandığı halda psixoloq hazırkı Kodeksin normalarına əsaslanır. Bu hal psixoloqun işlədiyi müəssisənin rəhbərliyinə və peşəkar psixoloji ictimaiyyətə (peşəkarvə metodiki birliklərə) çatdırılmalıdır.
4.3. Hazırkı Kodeksin normaları yalnız psixoloqla kliyentin və iş prosesinin digər subyektləri ilə peşə münasibətlərini əhatə edir.
4.4. Psixoloq rəsmi ekspert vəzifələrini qanuna uyğun olaraq yerinə yetirə bilər. Bu işin aparılmasını da hazırkı Kodeksin normaları əhatə edir.

Yüklə 30,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə