Psixoloji xidmət anlayışı və məktəbdə psixoloji xidmətin zəruriliyi


Məktəbdə psixoloji xidmət prosesində yerinə yetiriləcək psixokorreksiya işləri



Yüklə 30,85 Kb.
səhifə4/14
tarix02.09.2023
ölçüsü30,85 Kb.
#121229
1   2   3   4   5   6   7   8   9   ...   14
Mühazirə 15-Məktəbdə psixoloji işin təşkili

Məktəbdə psixoloji xidmət prosesində yerinə yetiriləcək psixokorreksiya işləri
Məktəbdə psixoloji xidmət təkcə diaqnostik işləri həyata keçirməklə də başa çatmır. Bu və ya digər çətinliyi və onun səbəbini aşkara çıxarmaqla yanaşı (istər intellektual, istərsə də şəxsiyyət baxımından) psixoloji xidməti həyata keçirən mütəxəssis həmin çətinlikləri aradan qaldırmaq, təshih etmək (düzəltmək) üzrə də iş aparmalıdır. Yalnız bu zaman nəzərdə tutulmuş nəticəni əldə etmək mümkündür. Məhz buna görə də psixoloji xidmət zamanı aşağıdakı korreksiya işlərinin həyata keçirilməsi zəruridir:
- şagirdlərin şəxsiyyətində, əqli inkişafında, emosional iradi xüsusiyyətlərində özünü göstərən çətinliklərin aradan qaldırılması;
- şagirdlərin yaşlılar və həmyaşıdları ilə qarşılıqlı şəxsiyyətlərarası münasibətlərində özünü göstərən qüsurların aradan qaldırılması.
Məktəbdə psixoloji xidmət prosesində yerinə yetirilən psixoloji məsləhət
Məktəbdə psixoloji xidmət fəalyyətində müəllim, şagird və valideynlərlə aparılan psixoloji məsləhət (psixokonsultasiya) əsas yerlərdən birini tutur. Məktəb psixoloqunun apardığı bu cür məsləhətlər fərdi və qrup halında keçirilə bilər. Hər ikisində əsas məqsəd bu və ya digər çətinliklərin mahiyyətini açmaq və onları aradan qaldırmaq üçün müvafiq psixoloji yollar göstərməkdən ibarətdir. Adətən, psixoloq məktəb müəllimlərinə aşağıdakı hallarda məsləhət verməli olur: şagirdlərin tədris materialını mənimsəmələrindəki çətinliklər, oxumaq həvəsinin olmaması və oxuya bilməmələri ilə bağlı, müəllimlə sinif arasında münaqişə yarandıqda, aparılan pedaqoji təsir vasitələri nəticə vermədikdə, müəllimin şagirdlərlə və şagirdlərin bir-biri ilə ünsiyyətindəki çətinliklərlə əlaqədar, şagirdlərin maraq, meyl və qabiliyyətlərini aşkara çıxarmaqla bağlı, şagirdlərin peşə yönümü, peşə seçmələrinə istiqamət verməklə bağlı və s.
Psixoloq şagirdlərlə fərdi olaraq tədris, inkişaf, öyrənmənin səmərəli yolları, həyat mövqeyini müəyyənləşdirmək, böyüklərlə və yoldaşları ilə ünsiyyət, özünütərbiyə və s. məsələlər ətrafında məsləhət keçirə bilər. Bununla yanaşı olaraq bir qrup şagirdlərlə və ya siniflə özünü tərbiyə, əqli əmək mədəniyyəti və s. problemlər ətrafında məsləhət təşkil edə bilər. Adətən, məktəb psixoloqu ilə məsləhətləşməyə valideynlər daha çox ehtiyac hiss edirlər. Psixoloqun valideynlərə psixoloji məsləhəti aşağıdakı məsələləri əhatə edə bilər: Uşağı məktəbə necə hazırlamaq, onların təlim marağını necə inkişaf etdirmək; oxumaq istəməməsi, hafizəsinin zəifliyi, dalğınlıq, asılılıq, təcavüzkarlıq, hövsələsizlik, inadkarlıq, qorxaqlıq, sözə baxmamaq, laqeydlik və s. kimi problemləri necə aradan qaldırmaq; uşaqda ailənin digər üzvlərinə qarşı mehriban münasibəti hansı yollarla tərbiyə etmək və s. 7



Yüklə 30,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə