Psixoloji xidmət anlayışı və məktəbdə psixoloji xidmətin zəruriliyi


Praktik psixoloqun fəaliyyət istiqamətləri



Yüklə 30,85 Kb.
səhifə3/14
tarix02.09.2023
ölçüsü30,85 Kb.
#121229
1   2   3   4   5   6   7   8   9   ...   14
Mühazirə 15-Məktəbdə psixoloji işin təşkili

Praktik psixoloqun fəaliyyət istiqamətləri
Məktəbdə psixoloji xidmətin əsas istiqamətlərini, sahələrini aşağıdakı şəkildə müəyyənləşdirmək olar: psixodiaqnostika, psixokorreksiya, psixoloji məsləhət və psixoprofilaktika. Bu işlər bir növ məktəbdə psixoloji xidmətin, o cümlədən məktəb psixoloqunun funksiyalarını təşkil edir.
Məktəbdə psixoloji xidmət prosesində yerinə yetirilən psixodiaqnostik işlər
Psixoloji xidmətdə əsas yerlərdən birini psixodiaqnostika tutur. Psixodiaqnostikanın əsas üstün cəhətləri ondan ibarətdir ki, psixoloqun köməyi ilə şagirdlərin həm əqli, həm də şəxsi imkanları aşkara çıxarılır. Bununla da şagirdlərin fəaliyyətini və inkişafını idarə etmək prosesi asanlaşır. Məhz buna görə də təlim və tərbiyə prosesində ayrı-ayrı şagirdlərin təlim və tərbiyəsindəki qüsurların psixoloji səbəblərinin aşkara çıxarılması və onların aradan qaldırılması yollarının müəyyənləşdirilməsi məktəbdə psixoloji xidmət işində mərkəzi yer tutur. Bunun üçün psixoloji xidməti təşkil edən şəxsdən xüsusi hazırlıq tələb olunur. Bu işi aparan adam düzgün sual verməyi, psixoloji problemi müəyyənləşdirməyi, lazımi məlumatı əldə etməyi, həmin məlumatları təhlil etməyi və bütün bunların əsasında zəruri nəticəyə gəlməyi bacarmalıdır.
Məktəbdə psixoloji xidmətlə əlaqədar olaraq psixoloq aşağıdakı diaqnostik işləri həyata keçirməlidir:
ümumiyyətlə, eləcə də ayrı-ayrı fənlər üzrə şagirdlərin mənimsəyə bilməmələrinin psixoloji səbəblərini aşkara çıxarmaq;
şagirdlərin intizamsızlıqlarının psixoloji səbəblərinin diaqnostikası;
şagirdlərin əqli inkişafının, şəxsiyyətinin və emosional-iradi xüsusiyyətlərinin diaqnostikası;
şagirdlərin sinif yoldaşları ilə qarşılıqlı münasibətlərinin pozulmasının, sinifdə şəxsiyyətlərarası münasibətlərin pozulmasının səbəblərinin psixoloji diaqnostikası;
şagird-müəllim, sinif-müəllim münasibətlərinin pozulmasının səbəblərinin psixoloji diaqnostikası;
uşağın məktəbə hazırlığının psixoloji diaqnostikası;
şagirdlərin ibtidai məktəbdən orta məktəbə keçməyə hazır olmalarının psixoloji diaqnostikası;
şagirdlərin yeniyetməlik dövründən ilk gəncliyə keçməyə hazır olmalarının psixoloji diaqnostikası və s.
6

Şübhəsiz bütün bu cür diaqnostik işləri necə gəldi aparmaq mümkün deyildir. Bunun üçün psixoloq düşünülmüş və bütün tələblərə cavab verən metodlardan istifadə etməlidir.



Yüklə 30,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə