Psixoloji xidmət anlayışı və məktəbdə psixoloji xidmətin zəruriliyi


Məktəbdə psixoloji xidmət prosesində yerinə yetirilən psixoprofilaktik işlər



Yüklə 30,85 Kb.
səhifə5/14
tarix02.09.2023
ölçüsü30,85 Kb.
#121229
1   2   3   4   5   6   7   8   9   ...   14
Mühazirə 15-Məktəbdə psixoloji işin təşkili

Məktəbdə psixoloji xidmət prosesində yerinə yetirilən psixoprofilaktik işlər
Psixoloji tədqiqatlar artıq çoxdan sübut etmişdir ki, şagirdin psixi inkişafında baş verən bu və ya digər qüsuru aradan qaldırmaq, əvvəlcədən həmin qüsurun baş verməsinin qarşısını almaqdan qat-qat çətindir. Buradan isə psixoprofilaktik işlərin əhəmiyyəti xüsusi olaraq diqqəti cəlb edir. Həmin cəhət məktəbdə psixoloji xidmət zamanı da nəzərə alınmalıdır.
Bəs bu işin mahiyyəti nədən ibarət olmalıdır?
Psixoprofilaktik işlər başlıca olaraq məktəb təlimi prosesində uşaqların psixi inkişafında baş verə biləcək qüsurların qarşısını almaq məqsədilə həmin inkişafın gedişi üzərində nəzarətin təşkilindən ibarətdir. Müəllimlə birlikdə psixoloq şagirdin əqli inkişafında və şəxsiyyətinin inkişafında müəyyən qüsurların, yayınma hallarının baş verməsinə səbəb ola biləcək xüsusiyyətləri aşkara çıxarmağa cəhd göstərir və müvafiq tədbirləri həyata keçirir. Bu zaman birinci növbədə uşağın həyatının keçid mərhələləri, məsələn, onun əsas fəaliyyət növünün kəskin şəkildə dəyişməsi ilə nəticələnən məktəbə daxil olma dövrü, yaxud yeniyetməlik dövrünün başlanması və s. üzərində nəzarətə xüsusi yer verilməsi lazım gəlir.
Bəs məktəbdə psixoloji xidmət hansı mərhələlərdə həyata keçir?
Məktəbdə psixoloji xidmətin aşağıdakı mərhələlər üzrə həyata keçirilməsini məqsədəuyğun sayırlar.
1. Birinci mərhələ bir növ məktəbdə psixoloji xidmətin ilkin mərhələsi olub bunun düzgün həyata keçirilməsindən onun sonrakı davamı çox asılıdır. İlkin mərhələdə əvvəlcədən seçilmiş psixodiaqnostik metodların köməyi ilə imkan daxilində məktəbin bütün şagirdləri yoxlamadan keçirilir.
2. Psixodiaqnostika prosedurasının aparılması ilə bir vaxtda məktəbin müəllimləri üçün psixoloji-pedaqoji seminarlar seriyası keçirilir. Adətən, 4-5 bu cür seminar keçirilir. Bu məşğələlərin məqsədi müəllimləri aparılacaq işlərlə tanış etmək, şagirdlərin müxtəlif cəhətlərini öyrənmək, metodikalarla tanış olmaq, diaqnostikadan keçiriləcək keyfiyyət, xassə və proseslərin psixologiyasını qısaca nəzərdən keçirməkdən ibarət olur.
3. Diaqnostik işlər başa çatdıqdan sonra əldə edilmiş nəticələrin işlənməsi həyata keçirilir. Hər bir şagird haqqında məlumat psixoloji xəritədə qeyd olunur.
4. Əldə edilmiş nəticələr psixoloq tərəfindən təhlil edildikdən və yoxlanılan bütün siniflər üzrə psixoloji xəritələr doldurulduqdan sonra daha mühüm mərhələ – əldə edilmiş nəticələrin psixoloq və müəllimlər tərəfindən birgə təhlili mərhələsi başlayır. Bu iş aşağıdakı şəkildə həyata keçirilir:
4.1.Bütün siniflər üzrə fərdi («psixoloq-sinif rəhbəri» diadında) qrafik tərtib olunur. Psixodiaqnostikanın psixoloji xəritələrdə əks olunan nəticələrinin təhlili prosesində sinif rəhbəri 8

psixoloqun köməyi ilə sinifdəki psixoloji iqlimi müəyyənləşdirir və bu və ya digər şagirdə fərdi yanaşmağın pedaqoji strategiyasını, eləcə də şəxsiyyətlərarası səviyyədə və bütövlükdə sinifdə qarşılıqlı təsirin taktikasını işləyib hazırlayır.


4.2. Sonrakı mərhələdə eyni tipli iş «psixoloq-fənn müəllimi» diadında həyata keçirilir.
4.3. Şagirdlərin psixoloji-pedaqoji aspektdə psixodiaqnostikasının nəticələri onların valideynləri ilə müzakirə oluna bilər. Bu ən çox valideynlərə psixoloji məsləhət məqsədi daşıyır.
5. Əldə edilmiş nəticələr əsasında məktəb psixoloqu şagirdlərlə psixokorreksiya işlərini aparır.
6. İşin nəticələri barədə valideyn iclasında ümumiləşmiş məlumat verilir, eləcə də məktəbin Pedaqoji Şurasında müzakirə olunur.

Yüklə 30,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə