Publication1


­ Bu sualımızı əvvəlki sualın davamı olaraq qəbul edin. Hüquqşünas oxucularımız üçün maraqlı



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə12/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   8   9   10   11   12   13   14   15   ...   89
­
Bu sualımızı əvvəlki sualın davamı olaraq qəbul edin. Hüquqşünas oxucularımız üçün maraqlı
olan bir sual verm
ək istərdik. Bir hüquqşünas kimi formalaşmağınızda bir ədə
biyyat
nümunəsinin adını çəkməyinizi xahiş edərdik və həmin əsərin Sizin həyatda və peşənizdə qərar
qəbul etməyinizə necə təsir etmişdir?
‐ Mən mütaliə etməyi çox sevirəm. Həm bədii, həm də elmi‐kütləvi ədəbiyyat maraq dairəmə
daxildir. Ümumiyyətlə, mən bədii əsərlərdə daha çox tarixi hadisələrə diqqət yetirirəm. Məsələ
n,
müəlliflər mənsub olduğu xalqa məxsus spesifik xüsusiyyətləri, onların həyat tərzini təsvir edərkən,
oxucu həmin xalqa daha yaxşı bələd olur. Bu faktor isə oxucunun həmin xalqın hər hansı bir
nümayəndəsi ilə görüşü zamanı onunla münasibətlərin qurulmasında çox imdadıma çatı
r. Elmi­
kütləvi ədəbiyyat isə insanın biliklərini zənginləşdirir. Ona görə, hesab edirəm ki, tək hüquqşünas
kimi yox, eyni zamanda bir f
ərd kimi insanın formalaşmasında ədəbiyyatın rolu çox böyükdür.
Bir
h
üquqşünas kimi Dostoyevskinin “Cinayət və cəza”, Lev Şeyninin “Müstəntiqin qeydləri” və s.
əsərlər məndə böyük təəsürat yaratmışdır. Lakin, əminliklə deyə bilərəm ki, xüsusilə elmi kitabların
mənim hüquqşünas kimi formalaşmağımda, peşəkarlaşmağımda daha böyük və əhəmiyyətli rolu
vardır. Məsələn, Ratinovun “Müstəntiq üçün psixologiya”, Torvaldın “
Kriminalistika
nın 100 ili
”,
Zaxarovun “Su nəqliyyatı cinayətlərinin istintaqı” və s. kitabları nümunə kimi gətirə bilərəm. Misal
üçün, “Su nəqliyyatı cinayətlərinin istintaqı” kitabında gəmi heyəti üzvlərinin spesifik psixoloji
cəhətləri barədə ətraflı məlumat verilir. Belə ki, uzun müddət ailələrindən və ümumiyyətlə
cəmiyyətdən faktiki olaraq təcrid olunmuş vəziyyətdə olmaları, eyni kollektiv və mühitdə işləmələri
gəmi işçilərinin psixoloji durumunda müəyyən dəyişikliklərə səbəb olur. Mən su nəqliyyatı
prokurorluğu orqanlarında işlədiyim zaman gəmi heyəti üzvlərinin dindirilməsi zamanı həmişə
bu
xüsusiyyətləri nəzərə almışam və o zamankı fəaliyyətimdə bu oxuduqlarım mənə çox yardımçı olub.



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə