Publication1


A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə8/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   4   5   6   7   8   9   10   11   ...   89
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
­
8
­


­
 9
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Rəşid Rzayev
2 saylı Bakı İnzibati‐İqtisadi
Məhkəməsinin sədri
HAKİMLƏR HƏMİŞƏ MÜSTƏQİL OLMALI VƏ
ƏDALƏT HİSSİNİ BİR AN BELƏ OLSA
İTİRMƏMƏLİDİRLƏR
İlk əvvəl, “Azərbaycan Vəkili” jurnalına müsahibə vermək ilə bağlı təklifimizi müsbə
t
qarşıladığınız üçün Sizə təşəkkürümüzü bildirir və növbəti sualla müsahibəyə keçmək istərdik.
‐ Rəşid müəllim, bildiyimiz qədərilə Siz hakimlik fəaliyyətinə başlamamışdan öncə uzun illə
r
prokurorluq orqanlarında işləmisiniz. Sovet dövründən miras qalan və prokurorluq
orqanlar
ında oturuşmuş sərt inzibati münasibətlər zəmnində püxtələşmiş hüquqşünas
v
ərdişləriniz Sizin hakimlik fəaliyyətinizdə necə əks olunur?
Həqiqətən, mən 1985‐ci ildən 2007‐ci ilin 28 iyul tarixinədək prokurorluq orqanlarında
çalışmışam. Hesab edirəm ki, prokurorluq orqanlarında işləməyim mənim bir hüquqşünas kimi
formalaşmağımda böyük rol oynamışdır. Bu faktorun mənim hüquqşünas kimi iş təcrübəmə və eyni
zamanda həyat təcrübəmə böyük təsiri olmuşdur. Qazandığım bu təcrübələr mənə hakimlik
fəaliyyətimdə çox kömək edir və edəcəkdir. Doğrudur, Sovet dövründə prokurorluq orqanlarında
s
ərt inzibati münasibətlər mövcud
idi
. Lakin ölkəmiz müstəqillik qazandıqdan sonra, xüsusilə də
ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən və prezident cənab İlham Əliyev
t
ərəfindən davam etdirilən geniş hüquq islahatlar nəticəsində yaranan demokratik cəmiyyət sosial
həyatın müxtəlif sferalarına olduğu kimi, eyni zamanda biz hüquqşünasların vərdişlərinə də öz
müsbət təsirini göstərmişdir. Mən prokurorluq orqanlarında ümumi nəzarət fəaliyyətini, cinayə
t
işlərinin istintaqını, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmişəm. Xüsusilə, işlərin
məhkəmə araşdırmasında prokurorluq orqanlarında əldə etdiyim təcrübə hakimlik fəaliyyətimdə
mənim əlimdən tutmuş, həqiqətin aşkara çıxarılmasına və işin hərtərəfli araşdırılmasına yardım
etmişdir. Məsələn, icraatımda iddiaçı Ekologiya və Təbii Sərvətlə
r Nazirliyinin cavabdeh olan bir
sahibkara qarşı onun tərəfindən suyun və havanın çirkləndirilməsi ilə bağlı iş var idi.
Prokurorluq
orqanlarında buna bənzər işlərlə bağlı həm ümumi nəzarət, həm də cinayət işlərinin istintaqını və
materialların araşdırılmasını dəfələrlə həyata keçirmişdim. İddiaçı Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əməkdaşları tərəfindən havanın və suyun çirkləndirilməsi haqqında aktlarla tanış
olduqda , m
ənə məlum oldu ki, bu sənədlərdə çirklənmənin hansı miqdarda olmağı, hansı zəhərli
maddələrin suya və havaya axıdıldığı göstərilməmiş, bununla bağlı təlimatlarda göstərilə
n
prosedurlar düzgün həyata keçirilməmişdir. Belə ki, faktiki olaraq çirklənmə ilə bağlı iddiaçı
t
ərəfindən heç bir sübut təqdim edilməmişdir. Qısacası, prokurorluq orqanlarında qazandığım
t
əcrübə düzgün qərar verməyimə yardımçı oldu. Belə misallar çoxdur.



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə