Publication1


A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə6/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   2   3   4   5   6   7   8   9   ...   89
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
­
4
­


­
5
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
“Təyinat üzrə” müdafiədən üz
r
lü səbəb olmadan imtina edən vəkil kollegiyadan dərhal çıxarıla
bilərdi
.(10)
Qədim Romada diqqət çəkən daha bir institut hospitium privatum – Romaya gəlmiş yadellilərin
(vətəndaşlığı olmayan gəlmələrin) əmlak maraqlarının qorunması ilə bağlı olmuşdur
.
Müvafiq
tələblərə cavab verən hər hansı Roma vətəndaşı yadelliyə patronluğu öz üzərinə götürürdüsə
(bu
halda yadelli kliyent qismində çıxş edirdi), lazımi hallarda ona hüquqi yardım göstərməli,
onun
mənafeləri baxımından sərfəli əqdlər bağlamalı, məhkəmə qarşısında hüquqlarını müdafiə etməli
idi
. Patronun öz üzərinə götürdüyü vəzifələrə vicdanlı münasibəti sakral hüquqla təmin olunurdu,
belə ki, vəzifələrinə xəyanət etmiş patron ən ciddi cəzaya məhkum edilirdi: onlar tanrıların lənətinə
layiq (sacer esto) elan edilir və qanunun himayəsindən kənarlaşdırılırdı.(11) Beləliklə, hüquqi
yardım almaq hüququndan təkcə Roma vətəndaşları deyil, gəlmələr də istifadə edə bilirdilər. Özü
də, bu hüquq həm cinayət, həm də mülki işlər üzrə proseslərdə realizə olunurdu.
Feodal dövlətlərinin mövcud olduğu orta əsrlərə dair tarixi mənbələrdə və yazılmış ədəbiyyatlarda
hüquqi yardım almaq hüququ ilə bağlı geniş materiallara rast gəlinmir. Bununla belə, həmin dövrdə
məhkəmə proseslərində tərəflərə hüquqi yardım göstərən subyektlərin statusunu təhlil etməklə,
hüquqi yardım almaq hüququnun realizə olunma xüsusiyyətlərinə dair müəyyən nəticələr çıxarmaq
mümkündür
. Bel
ə subyektlər arasında ən geniş yayılanı vəkillik institutu və müvafiq olaraq, onun
üzvü olan vəkillər idi.
Misal üçün, XII əsrədək Fransada vəkil funksiyasını adətən ruhani rütbəli şəxslər həyata keçirirdilər.
XII əsrdən dünyəvi məhkəmələrdə ruhani rütbəli şəxslərin iştirak etməsi qadağan edildi və onları
n
yerini həmin məhkəmələrdə peşəkar hüquqşünaslar tutmağa başladı
.(12)
XIII əsrin sonlarından
etibarən Fransada vəkillik fəaliyyətinin qanunvericilik bazası yaradılır. Belə ki, 1270‐ci ildən məhşur
“Müqəddəs Lüdovik Təsisatları” qəbul olunur və bununla fransız məhkəmə quruluşu və məhkəmə
icraatının ilk əsasları yaradılır. Kralın 1274‐cü il tarixli dekretinə əsasən, vəkillər məhkəmə
nəzdində təsis olunmuşdular. 1344‐cü ildə vəkillər müdafiəçilərə və müşavirlərə bölünürdü
.
Qanunvericiliyə görə, kilsə cəzalarına məruz qalmış katoliklər və monarxlar vəkil ola bilməzdilər.(13)
Qeyd etmək lazımdır ki, məhz XIII əsrdə Fransa krallığında ilk dəfə olaraq prokuror vəzifəsi təsis
olunur. İlk dönəmdə prokurorun funksiyası mülki işlər üzrə iddiaçılara və cavabdehlərə hüquqi
yadım göstərməkdən ibarət idi (əsasən,zəif imkanlı çəkişən tərəflərə
).
Daha bir diqqətəlayiq məqam 1781‐ci ildən başlayaraq Prussiyada vəkillik institutunu
n
dövlət
vəzifəsi kimi təsis edilməsidir. Tərəflərə hüquqi yardım göstərmək vəzifəsi məhkəmə üzvlərinin
öhdəsinə düşürdü. Bunun üçün məhkəmələrin tərkibində xüsusi üzvlər – “assistentlər” fəaliyyət
göstərir və onlar dövlət məvacibi alırdılar.(14) Daha sonralar assistentləri komissarlar əvəz etdilər
.
Komissarlar qonorarı onlara yardım üçün müraciət edənlər şəxslərdən alırdılar. Onların daha geniş
hüquqları vardı, bununla belə, onlar yenə də məhkəmə idarəsinin məmurları olaraq fəaliyyət
göstərirdilər.
Almaniyada 1 iyul 1878‐ci ildə qəbul olunan Vəkillik haqqında əsasnamə hüquqi yardım
göstərilməsini tənzimləyən ilk normativ akt hesab olunur. Bu sənədə əsasən, hüquqi yardım
göstərən şəxslər yardımın növündən asılı olaraq qruplara bölünmürdülər. Vəkil işi müstəqil surətdə
hazırlayır, məhkəmə iclasında çıxış edir, məhkəmə qərarlarının icrasında iştirak edirdi.
İngiltərədə vəkillik institutu nisbətən əvvəl meydana çıxsa da, kifayət qədər geniş muxtarlıqla
səciyyəvi olmuşdu.
(15)
Hüquqi yardım göstərən vəkillər əsasən iki istqamətdə ixtisaslaşırdılar:
barristerlər
–
əsasən məhkəmədə çıxışlar etməklə məşğul olur; attor
ney
və solisitorlarişlərin
məhkəmə baxışı üçün hazırlanmasını təşkil edirdilər. Vəkillərin sırasında ən yüksək dərəcə sayılan
sercentlərin bəzi xüsusi hüquqları vardı. Qeyd edək ki, yuxarı məhkəmələrin üzvləri məhz sercentlər
arasından seçilirdi.
Q
eyd olunan tarixi dövrdə İngiltərədə mülki işlər üzrə hüquqi yardım praktikası
olduqca geniş yayılmışdı. Cinayətdə təqsirləndirilən şəxslərin müdafiəsinin təşkilinə gəlincə, bu
məsələdə ciddi gerilik müşahidə edirik. 1696‐cı ildə III Vilhelmin qəbul etdiyi Statuta əsasən,
“yüksək xainlik” işlərinin baxılmasında müdafiəçi çağırmaq hüququ təmin edildi. Daha sonra bu
praktika feloniyalarla bağlı işlərə də tətbiq olundu.


Bununla belə, İngiltərədə uzun vaxt ərzində müdafiəçinin məhkəməyə müdafiə nitqi ilə müraciət
etməsi qadağan edilmişdi. 1836‐cı ildə IV Vilhelmin qəbul etdiyi qanun cinayət işlərində hüquqi
yardım göstərilməsi ilə bağlı bütün maneələri aradan qaldırdı
.(16)
R.Q.Melçinenkonun haqlı olaraq qeyd etdiyi kimi, Orta əsrlərdə hüquqi yardım institutları cəmiyyətin
təlabatlarına cavab verirdi
, lakin
sonrakı inkişaf mərhələlərində qeyri‐
kafi
sayılmağa başladı. Belə
demək mümkünsə, bəzi dövlətlərdə
k
onstitusion quruluşların bərqərar olması ilə hüquqi yardım
almaq hüququ ikinci nəfəs qazanır. Konstitusion mərhələdə hüququn elementləri çoxalır, hüquqi
yardım almaq hüququ isə əksər dövlətlərin Əsas Qanunlarında başlıca insan hüquqların
dan biri
kimi təsbit edilir.
Beləliklə, hüquqi yardım almaq hüququnun inkişaf tarixini araşdırarkən
,
müxtəlif ölkələrin, o
cümlədən Azərbaycan Respublikasının qanunveriviliyində bu subyektiv hüququn konstitusion
təsbiti məsələsinə də diqqət yetirilməlidir. Bu da var ki, qeyd olunan məsələnin öyrənilməsi baxılan
hüququn insan və vətəndaş hüquq və azadlıqlarının məhz hansı nəslinə aid olduğunu
aydınlaşdırmağa imkan verir.
Məlum olduğu kimi, dünya tarixində ilk rəsmi konstitusiyalar ABŞ‐ın 1787‐ci il tarixli, Fransanın
1791‐ci il tarixli, habelə Polşanın 1791‐ci il tarixli Əsas Qanunlarıdır. Konsitutsion hüququn qeyd
olunan mənbələrində insan və vətəndaş
konstitusion h
ü
quq
və azadlıqlarının hüquqi tənzim
xüsusiyyətlərini nəzərə almaqla, qeyd edə bilərik ki, bu üç sənəd arasında ABŞ və Fransa
konstitusiya
ları ilkin redaksiyasında daha mütərəqqi olmuşlar. Belə ki, həmin sənədlərdə insan və
vətəndaş hüquqvə azadlıqlarına, o cümlədən hüquqi yardım almaq hüququna ciddi əhəmiyyət
verilmişdi.
ABŞ‐ın 1787‐ci il
Konstitusiya
sında, yəni Əsas Qanun səviyyəsində hüquqi yardım almaq hüququ
təsbit edildi. 25 sentyabr 1789‐cu il tarixdə ABŞ Konqresi ölkə
Konstitusiya
sına ilk
10
düzəlişi təklif
etdi. Bunlardan VI düzəlişə uyğun olaraq, “Hər cür cinayət təqibi zamanı təqsirləndirilən şəxs öz
müdafiəsi üçün hüquqşünas yardımından istifadə etmək... hüququndan istifadə edir”
.(17)
Həmçinin qeyd olunmalıdır ki, Amerika Birləşmiş Ştatlarında XVIII‐XIX əsrlərdə hüquqi yardım
əsasən vəkillər tətəfindən göstərilir və onlar hüquq fəaliyyətinin növlərindən asılı olaraq müxtəlif
ixtisas kateqoriyalarına bölünürdülər. Bir qismi işlərin qəbulu və baxışa hazırlanması, ikinci qismi
hüquqi məsləhətlərin verilməsi, üçüncü qismi məhkəmələrdə çıxış etməklə məşğul olurdular.
Fransanın 3 sentyabr 1791‐ci il tarixli Konstitusiyasının “Məhkəmə hakimiyyəti haqqında” adlanan
5‐ci fəslinin 9‐cu bəndinə əsasən “təqsirləndirilən şəxsə vəkil xidməti göstərilməsindən imtina oluna
bilməz”.(18) Həmçinin, Fransa Parlamentinin 26 avqust 1789‐cu il tarixli qərarla qəbul etdiyi İnsan
və vətə
n
daş hüquqları Bəyannaməsində nəzərdə tutulmuş hüquq və azadlıqları insan hüquqlarının
birinci nəslinə aid edə bilərik. Məsələn, Bəyannamənin 14‐cü maddə
s
ində təsbit olunmuşdu ki,
“vətəndaşlar dövlət vergilərinin zəruriliyini müstəqil şəkildə və ya öz təmsilçiləri vasitəsilə müəyyən
etmək, onun yığılmasını sərbəst şəkildə razılaşdırmaq, onun istifadə olunmasına nəzarət etmək və
onun həcmini, miqdarını, ödəniş qaydasını və müddətlərini müəyyən etmək hüquqlarına
sahibdirlər”.(19) Sitat gətirilən normalar və həmin dövr fransız institularının öyrənilməsi göstərir
ki
, artıq XVIII əsrin sonlarından etibarən Fransada vətəndaşların vergi sferasında mənafelərini təmsil
etmək üçün hüquqi nümayəndəlik institutu mövcud idi
.
Qeyd edək ki, ilk konstitusiyalarda hüquqi yardım almaq hüququnun yalnız bir növü
–
cinayət
proseslərində təqsirləndirilən şəxsin müdafiə hüququ birbaşa nəzərdə tutulmuşdu. Bu cür vəziyyət
şəxsin saxlanılması və cinayət məsuliyyətinə cəlb edilməsi mərhələlərində hüquqi yardım
almaq
zərurətinin qanunvericilik səviyyəsində tanınması kimi izah oluna bilər. Hərçənd, hüquqi yardım
almaq hüququnun məzmunu daha genişdir.Azərbaycan Respublikası q
anunvericiliyinin konstitusion
əsaslarını və onun hüquqi yardım almaq hüququ ilə bağlı normalarının müasir vəziyyətini öyrənmək
və bunu əvvəlki dövrlərin
konstitusiya
larının (1921‐ci il Konstitusiyası, 1927‐ci il Konstitusiyası,
1937‐ci il Konstitusiyası, 1978‐ci il Konstitusiyası) müvafiq normaları ilə müqayisə etmək əsasında
təsdiq etmək olar ki, son bir əsrdə Azərbaycanda bu konstitusion hüququn ciddi təkamülü baş
vermiş, o cümlədən onun məzmun tutumunun hüquqi tənzimi xeyli təkmilləşmişdir.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə