Publication1


­ Hazırda ədalət mühakiməsi ilə məşğul olan hüquqşünas kollektivinə rəhbərlik edirsiniz. Belə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə9/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   5   6   7   8   9   10   11   12   ...   89
­
Hazırda ədalət mühakiməsi ilə məşğul olan hüquqşünas kollektivinə rəhbərlik edirsiniz. Belə
kollektivə rəhbərlik etməyin spesifik xüsusiyyətləri barədə nə deyə bilərsiniz?
‐ Hesab edirəm ki, hüquqşünaslar kollektivinə rəhbərlik etmək nə qədər çətin olsa da, bir o qədər
də asandır. Çünki, bu kollektivdə hamımız hüquqşünas olduğumuz üçün bəzən müəyyən məsələlərdə
fikir ayrılıqları olsa da, ümümilikdə bir‐birimizi yaxşı başa düşür, aramızdakı ünsiyyət rahat qurulur.
Necə deyərlər, arifə bir işarə də bəsdi. Məhkəmə işçilərindən ibarət kollektivə rəhbərlik etməyin öz
spesifik c
əhətləri də mövcuddur. Burada hər vəzifə sahibinin öz iş var, hərə bir iş üzrə ixtisaslaşır.
Fikrimc
ə, kollektivi idarə etmək, düzgün münasibətlər qurmaq üçün həm nəzəri biliklərə, həm də
müəyyən həyat və iş təcrübəsinə malik olmaq zəruridir.
­
Bu yaxınlarda Fransadan gəlmiş bir hakimliyə namizəd ilə redaksiyamızda söhbət olmuşdur.
Söhbət əsnasında müəyyən olunmuşdur ki, Fransada hakimlərin etik davranış qaydalarında
n
ə yazılmasına baxmayaraq, hakimlər vəkillərdən daha çox prokurorlarla daha yaxın qeyri‐
peşə münasibətlərində olurlar. Öz təcrübənizə əsasən, çəkişmə prosesinin prosessual
qanunvericiliyin tələbləri baxımından 3 bərabərhüquqlu tərəfləri arasında olan bu cür
praktikanı necə qiymətləndirirsiniz?
­
İlk növbədə qeyd etmək istərdim ki, inzibati‐iqtisad məhkəməsində dövlət ittihamçısı iştirak etmir.
Öz təcrübəmə əsasən deyə bilərəm ki, heç bir tərəflə ümumiyyətlə qeyri‐peşə münasibətləri
qurmuram. Təbiidir ki, hər birimiz hüquqşünasıq. Bəzi vəkillərlə, prokurorlarla tələbə yoldaşı
olmuşuq, bir universitetdə oxumuşuq. Hüquqşünas kimi, bir çox vəkil və prokurorlarla tanışlığım
da var.
Lakin, bu münasibətlərin mənim hakimlik fəaliyyətimə heç bir təsiri ola bilməz.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə