Publication1


Qadın vəkil məhkəməyə elə gəldi ki... 63



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə4/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   2   3   4   5   6   7   8   9   ...   89
63
Qadın vəkil məhkəməyə elə gəldi ki...
63
Həbsxanada şəhər
MÜNDƏRİCAT


­
2
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Müsahibələr və mövqelər
Anar Bağırov
Vəkillər Kollegiyasının
Rəyasət Heyətinin üzvü
HÜQUQ YARDIM ALMAQ HÜQUQUNUN
GENEZİSİ VƏ İNKİŞAFI
Azərbaycan Respublikası
Konstitusi
yasının 61‐ci maddəsində təsbit olunmuş hüquqi yardım almaq
hüququ şəxsiyyətin əsas və bölünməz hüquqlarından biridir. Bu hüququn mahiyyəti və mə
zmun
tutumu onun bütün insan və vətəndaş hüquq və azadlıqlarının təmin olma mexanizmində
vacib rol
aldığını göstərir. Aydındır ki, belə bir fundamental hüququn elmi tədqiqi onun genezisini və inkişaf
yolunu
tarixi aspektdə kompleks tədqiq etməklə mümkün ola bilər.
Ümumiyyətlə, hər hansı hüquq təzahürü və ya prosesinin hərtərəfli tədqiq edilməsi üçün,
ilk
növbədə, onun tarixi köklərinə müraciət etmək lazım gəlir. İnsan və vətəndaş
konstitusion
hüquq
və azadlıqları, o cümlədən hüquqi yardım almaq hüququ qədim tarixə malikdir.
H
üquqi yardım almaq hüququnun həyata keçirilməsinin xüsusiyyətləri ilə məşğul olmuş hüquqşünas
aliml
ər arasında V.B.İsaakov, D.A.Kerimov, A.E.Kozlov, O.E.Kutafin, E.A.Lukaşeva, A.A.Mişin,
A.P.Movçan, S.V.Polenina, Y.İ.Stesovski, Y.A.Tixomirov, B.N.Topornin, V.İ.Çervonyuk, B.C.Yebzeyev,
M.V.Yarova və bir çox digərlərinin adları
n
ı sadalamaq olar. Bununla belə, hüquqi yardım almaq
hüququnun müxtəlif aspektləri, o cümlədən yaranması, tarixi təkamülü ilə bağlı bir çox məsələlər
hələ də öz dolğun həllini tapmamışdır
.
Nəzərə alınmalıdır
ki,
hüquqi yardım almaq hüququnun tarixi yaranış və inkişaf zəminlərinə
m
üraciət bir sıra nəzəri‐metodoloji məsələlərin həllinə imkan yaradır. Birincisi,
bu konstitusion
hüququn ərsəyə gəlməsini, daha doğrusu, yaranmasını və təkamülünü şərtləndirən amillə
ri
müəyyən etmək; ikinci növbədə, öz tarixi inkişafında hansı əsas mərhələlərdən keçdiyini və necə
dəyişdiyini izləmək; üçüncüsü, konkret tarixi dövrlərdə müxtəlif dövlətlərin və onların hüquq
siteml
ərinin çərçivəsində necə realizə olunması, hansı xüsusiyyətlər qazanması məsələlərini tədqiq
etmək; dördüncüsü, bu hüququn gələcək inkişaf perspektivlərinə dair təsəvvürlər yaratmaq və
nəhayət, bütün bunların yekunu olaraq, baxılan subyektiv hüququn mahiyyətini daha dərindən dərk
etmək məqsədinə nail olunur.
D.A.Kerimovun haqlı qeyd etdiyi kimi, müasir dövrün hər hansı təzahürünü tarixi kontekstdə, yəni
onun təkamül yolunda olmuş əvvəlki təzahürləri, habelə təzahürün
bundan sonra yax
ın və ya uzaq
perspektivdə nələrə səbəb olacağını aydınlaşdırmadan, onu müasir vəziyyətində tam olaraq anlamaq
mümkün deyildir. Tamamilə təbii məsələdir, çünki “cəmiyyətdə həmişə keçmişin qalıqları, bugünün
əsasları və gələcəyin rüşeymləri ehtiva olunur. İstənilən müasir təzahür və ya proses öz köklə
rini
keçmişdən almaqla günümüzdə əks olunur və gələcəyə yönəlir”.(1) Yuxarıda qeyd olunanları bizim
bilavasit
ə tədqiq etdiyimiz subyektiv hüquqa proyeksiya etsək, qeyd etməliyik ki, bu hüququn
m
əzmun tutumu yalnız bugünə olan vəziyyəti ilə tamamlana bilməz, çünki bu halda, ən azından,
keyfiyyətli hüquqi yardım almaq hüququnun tarixi inkişafında səbəb‐nəticə əlaqəsinin itirilməsi ilə
üzləşirik.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə