Publication1



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə15/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   11   12   13   14   15   16   17   18   ...   89
1. Bağışlanmaq hüququ
Ləyaqətsiz vərəsənin hüquqladından hesab olunan “bağışlanmaq” hüququ digər hüquqlara nisbətə
n
geniş sahəni əhatə edir. MM‐in 1140‐cı (Ləyaqətsiz vərəsənin bağışlanması) maddəsinə görə, əgər
miras qoyan vərəsəlik hüququnun itirilməsinə səbəb olan hərəkətlər törətdiyinin üstü açılmış şə
xsi
bağışlayarsa və bu qərarını vəsiyyətnamədə aydın şəkildə ifadə edərsə, həmin şəxs bu hərəkətlərinə
baxmayaraq vərəsəliyə buraxılır. Bağışlanmanın geri götürülməsinə yol verilmir. (2) Şərh edilə
n
normanın məzmunundan müəyyən bir qüsurlar nəzərə çarpır. Belə ki, normadan görsənir ki, “miras
qoyan vərəsəlik hüququnun itirilməsinə səbəb olan hərəkətlər törətdiyinin üstü açılmış şə
xsi”
bağışlaya bilər, lakin bu bağışlama şəxsin vərəsəlik hüququnun itirilməsinə səbəb olan hərəkətlə
rin
törədilməsinin
üstü açılandan sonra
oluna bilər. Eyni zamanda bu hərəkətin üstünün açılması hələ
şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi, yaxud onun qanun və ya vəsiyyət üzrə vərəsə ola bilməməsi
deyil. Bunun üçün həmin hal məhkəmə tərəfindən təsdiq olunmalıdır. MM‐in 1137‐ci maddəsinin
tələbinə görə, ləyaqətsiz vərəsə o halda qanun və ya vəsiyyət üzrə vərəsə ola bilməz ki, həmin hallar
məhkəmə tərəfindən təsdiq edilsin.


­
14
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Bundan başqa norma yalnız “vərəsəlik hüququnun itirilməsinə səbəb olan hərəkətlər törətmiş şəxsi”
subyekt kimi nəzərdə tutur və bu subyekti MM‐in 1137‐ci maddəsinin əhatə dairəsinə daxil edir Lakin,
MM‐in 1138‐ci maddəsində nəzərdə tutulmuş “valideynlik hüquqlarından məhrum edilmiş” və “miras
q
oyanın saxlanılması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər”
halları özsündə cəmləşdirən “vərəsə ola bilməyən şəxslər” kateqoriyasınında əhatə dairəsinə düşür.
Çünki, buradada əməl qəsdlə törədilir ki, nəticədə şəxs vərəsəlik hüququnun itirilməsinə səbəb olur
(M
üqayisə üçün bax: Ukrayna Respublikasının Mülki Məcəlləsinin 1224‐cü (Vərəsəlik hüququndan
m
əhrum etmə) və Belarusiya Respublikasının Mülki Məcəlləsinin 1038‐ci (Ləyaqətsiz vərəsələr)
maddələrinə).
Qanunvericilik həmçinin şərh olunan maddədə şəxsin bağışlanmasını, miras qoyanın yalnız
v
əsiyyətnamədə aydın şəkildə ifadə etməsini tələb edir. Əgər miras qoyan şəxsin vərəsəlik hüququnun
itirilm
əsinə səbəb olan hərəkətlərin törədilməsinin üstü açılandan sonra onu bağışlayı
r, lakin
vəsiyyətnamə qoyarkən bu bağışlanmanı qeyd etmirsə o zaman bu bağışlanma qüvvəsini itirir. Onu
da qeyd etmək lazımdır ki, şərh olunan bu maddədə ləyaqətsiz vərəsənin bağışlanması maddənin
məzmununa görə yalnız vəsiyyət üzrə vərəsələrə şamil edilir. Çünki qanunvericilik açıq şəkildə göstə
rir
ki, miras qoyan bu bağışlanmanı
“vəsiyyətnamə”
də göstərməlidir.
Zənnimcə maddənin bu hissədə nizamasalma qüvvəsinin təsiri olduqca zəifdir. Əslində şəxsin miras
qoyan tərəfindən bağışlanması o halda qanuni sayılır ki, şəxs öz hərəkətləri ilə ləyaqətsiz vərəsənin
əlamətlərinin təsir dairəsi altına düşür və bu hərəkət maraqlı şəxsin ərizəsi əsasında məhkəmə
tərəfindən öz təsdiqini tapır. Bundan sonra miras qoyan həmin şəxsi bağışlaya bilər və bu bağışlanma
miras qoyanın öz iradəsini sərbəst şəkildə ifadə etməsindən ibarətdir. Bu ifadə isə həm yazılı, həm də
şifahi ola bilər. Beləliklə miras qoyanın ləyaqətsiz vərəsəni
şifahi
bağışlaması halı MM
­in 329­cu
maddəsinin (Əqdlərin formaları) tələbləri ilə uyğunluq təşkil
edir (
Müqayisə üçün bax: MM‐in 1261‐ci
maddəsinə. Həmin maddədə göstərilir ki,

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə