Şahlıq edir yuxuda...
Çöl tutuquşuları bu mahınını ev tutuquşularından,
qarğalar onlardan, qalan quşlar
qarğalardan öyrənib oxumağa başlamışdılar. Bu minvalla mahnı, məşhurlaşıb
paytaxt sərhədlərini aşmışdı, bütün ölkəyə yayılmışdı, dəstə-dəstə adamlar bu
mahnını küçələrdə gəzə-gəzə, xorla oxuyur, milli təhlükəsizlik nazirliyinin hərbi
geyimli əsgərlərini görəndə isə dağılışıb hərə bir yana qaçır, mahnının növbəti
bəndəlrini ağızlarının içində qaça-qaça, hırıldaşa-hırıldaşa qoşurdular:
Bizim əziz general
Vətəni murdarladı.
Çox əlləşdi-vuruşdu,
Öz ağlı-kamalıyla,
Yeni qanunlar qoşdu
Başıyla yox, dalıyla...
Yeni bəndlər gün-gündən artıb, çoxalırdı. Tutuquşular da bəndlər qoşmağa
başlamışdılar, bu mahını kökündən kəsib yaddaşlardan çıxarmağa çalışan milli
təhlükəsizlik nazirliyinin əsgərlərini də çaşdıran elə bu tutuquşular idi. Hərbi
patrullar yeməkxanalara, döyüşə tam hazır
vəziyyətdə, ağır silahlarla doluşur,
boğazlarını cıra-cıra mahnı oxuyan tutuquşuları güllələyir, qəfəslərdən çıxarıb diri-
diri itlərə atırdılar. Ən çətini isə, mahının bəzi açıq-saçıq bəndlərini camaatın
dilindən çıxarmaq idi. Bu, camaata, gördüyünü unutdurmaq kimi bir şey idi.
Ələlxüsus da, gecələrlə arxa girişdən oğrun-oğrun saraya girib, mətbəxdən
ötüşərək, quru təzəklərin tüstüsündə itə-itə, ağcaqanadları qova-qova: -
«Sabahacan, kraliçam! Sabahacan!» - dediyi bəndi. Sabahı gün isə o, yenə həmin
saatda, yenə qucağı saysız-hesabsız əndirəbadi hədiyyələrlə dolu Manuela
Sançesin yanına gəlirdi. Bu hədiyyələr gün-gündən elə sürətlə çoxalırdı ki, onları
yerləşdirmək məsələsi çətinləşirdi. Odu ki, qonşu evləri də Manuelanın evinə
birləşdirib nəhəng bir zal düzəltməli oldular ki, Manuela öz qonağını burda
qarşılaya bilsin. Zalın o biri hissəsi isə ürəksıxan anbara çevrilmişdi: burda nə
desən tapmaq olardı – bütün dövrəlrin saatları, müxtəlif markalı qramafonlar – ən
sadəsindən tutmuş, silindirlisinəcən,
son dəbli, nikelli səs pərdəsi, əllə, ayaqla
işlədilən saysız-hesabısız paltartikən maşınlar, qalvanometr, musiqili mücrülər,
optik fokslu aparatlar, quru kəpənək kolleksiyaları, Asiya bitkiləri, fizioterapevtik
laborotoriyalar, idman kabinələri üçün ləvazimatlar, ayaq üstə qurumuş diri
adamlara oxşayan müxtəlif mexanizmli kuklalar və s. Bu anbarın
böyük hissəsinə
heç kim girib-çıxmırdı, şeylər necə qoyulmuşdusa, eləcə də tozun altında bozara-
bozara qalmışdı, oraları heç süpürmürdülər də, kimin nəyinə lazım idi axı!?
Manuela Sançesin isə, həmin o qara şənbə günü, karnaval gecəsi tacqoyma
mərasimindən sonra, ümumiyyətlə, dünya vecinə deyildi...
– Mən həmin o gün – gözəllik kraliçası elan edilən gün bədbəxt oldum! O gecə,
həyatımın sonuna nöqtə qoyuldu. Pərəstişkarlarım bir-bir, qəfil ölümlərlə ölməyə
başladılar; birinin ürəyi partladı, o birilər əcaib xəstəliklərdən öldülər,
rəfiqələrimsə yoxa çıxdılar.» Öz evində oturanda da
Manuela Sançes özünü tamam
53
ayrı, yad bir yerdə hiss eləyirdi, çünki ətrafda nə vardısa, hər şey sökülüb yenidən
tikilmişdi, dəyişib ayrı cildə düşmüşdü. O özü də bilmədən, taleyin onun üçün
qurduğu məkrli tora keçmişdi, təsəvvürəgəlməz hakimiyyət qüdrətinə malik qoca
bir şorgözə əsir düşmüşdü. Ona «yox» - deməyə cürəti çatmırdı, «hə» deməyə isə
taqəti yox idi. Qoca isə öz miskin məhəbbətiylə onu qarabaqara izləyir, ona, qan-
tər içində, üzünü ağ şlyapasıyla yelləyə-yelləyə, sərxoş baxışlarla baxırdı. Son
günlər isə qoca
özünü elə itirmişdi ki, Manuela arada bir özü-özünə: «Yəni
doğrudan bu, odu?.. - deyə soruşmaya bilmirdi. – «Bəlkə gözümə görünür?!»
Lakin heç nə Manuelanın gözünə görünmürdü. Qocanın yerişini, meyvə suyunu
içməyini, həsir kresloda oturub mürgü vura-vura burnuyla əlindəki stəkanın içinə
girməyini Manuela öz gözləriylə görürdü, qocanın mürgüsü dərinləşəndə və o
xoruldamağa başlayanda, Manuela oturduğu yerdə dik atılır, qocanın əlindən az
qala sürüşüb düşən suyla dolu stəkanı havadaca tutur: «Ehtiyatlı olun, əla
həzrətləri!» - deyirdi. Onda qoca, həmin dəqiqə yuxudan ayılır, Manuelanın, yerə
düşən stəkanı havada tutmağına məhəl qoymadan, üzü qorxudan əyilə-əyilə:«Mən
yatmamışdım, kraliça! Qətiyyən yatmamışdım! Elə belə gözümü yummuşdum!» -
deyirdi. O, ümumiyyətlə, Manuelanın incə bicliklərini başa düşmür, onun nazıyla
oynaya-oynaya, yanında ola-ola, həm də ondan üsulluca uzaqlaşdığını hiss
eləmirdi. Hər şey elə beləcə də davam edirdi ki,
bir gün qoca, ağlasığmaz dərəcədə
ehtiraslı bir vəziyyətdə Manuelanın yanına gəlib: «Bu gecə, kraliça, mən sənə,
ağlına gəlməyən hədiyyə edəcəyəm, kosmik hədiyyə! Bu gecə, on ikiyə altı dəqiqə
işləmiş sənin üçün göydə ulduz axacaq, kraliça, tək sənin üçün!» - dedi.
Bu, o demək idi ki, kometa nəhayət yaxınlaşırdı; bizim üçün bu kometanın gəlişi,
dövrün ən kədərli, ən faciəli hadisəsi oldu. Çünki uzun illər camaat arasında belə
şaiyə gəzirdi ki, bizim generalın ömrü, adi Yer vaxtına tabe deyil, kometanın gəlişi
ilə bağlıdı. Deyirdilər ki, kometa gəlməyənəcən və o, kometanı görməyənəcən,
generala ölüm yoxdu. Bu, onun alın yazısı idi.
Yaltaqlar nə deyirlər desinlər, ona
ikinci kometanı görmək müyəssər olmayacaqdı. Odu ki, həmin o noyabr gecəsi
biz, kometanın gəlişini, dirçəliş gününü gözləyən kimi, əsrdə bir dəfə baş verəcək
ən gözəl dünya hadisəsi kimi gözləyirdik və zəngləri, son yüz illikdə ilk dəfə
olaraq, onun şərəfinə yox, ölümünə çalmağa hazırlaşırdıq; axşam saat on birdə, düz
on bir qulaqbatıran zəng çalınmalıydı... General özü isə kometanın gəlişini,
Manuela Sançesin evinin yastı damında, Manuelayla anasının arasında otura-otura,
ürəyinin həyəcanlı döyüntüsü
eşidilməsin deyə, dərindən nəfəs dərib, bərkdən-
bərkdən ah çəkə-çəkə, donuq göyə qorxu içində baxa-baxa Manuela Sançesin,
onun bütün bədənini riqqətə gətirən şirin nəfəsini uda-uda gözləyirdi. Çox keçmədi
ki, o, uzaqlardan, kometanın gəlişini həsrətlə gözləyənlərin, pıçıltıyla oxuduqları
duaları, dünyanın axırından xəbər gətirən bu əlamətin - sirli möcüzənin qarşısında
diz çökən camaatın, yeraltı vulkan təkanlarını xatırladan uğultusunu, təbillərin
gurultusunu eşitdi və ömründə birinci dəfə zamanın hüdudsuzluğunu hiss etdi… ilk
dəfə,
həqiqətən, nə vaxtsa bir vaxt öləcəyini bütün vücuduyla hiss elədi və həmin
an gözü Manuelaya sataşdı: - «Bax, kraliça, bu odur!»
Kometa, ulduz kəhkəşanının uzaq ənginliklərindən, kainatın ucsuz-bucaqsız
sonsuzluğundan gəlirdi... O, bizim dünyamızdan çox-çox qədim idi, göyün tən
yarısına sığmayan qəmli, alovlu meduzaya bənzəyirdi, saniyədə milyon
54