Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə19/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   15   16   17   18   19   20   21   22   ...   114

 
52
– Elə olduğunu mən də bilirdim. İndi isə taleyin bədbəxt bəndələrinin yanına 
gedirəm. Yəni «Oziris»ə... Ona görə deyirəm ki, bəlkə, doktor Veberə lazım 
oldum... 
– İnanmıram, doktor Veberə lazım olasınız... 
– Bakirəlik hələ uzaqgörənlik demək deyil, Ejeni! Bilmək olmaz, birdən lazım 
olaram. Təxminən, beşə qədər orada olacağam, sonra da mehmanxanaya 
gedəcəyəm. 
– Əcəb mehmanxanadır! Yəhudi tövləsi... 
Ravik geri döndü: 
– Ejeni, qaçqınların hamısı yəhudi deyil. Yəhudilərin çoxu da yəhudi deyil! Elə 
adam birdən yəhudi çıxır ki, ağlına gətirməzsən. Mən hətta bir zənci yəhudi də 
tanıyıram. Kimsəsiz, yazıq adam idi, Çin xörəklərini xoşlayırdı. Dünyanın belə 
işləri də var... 
Qız cavab vermədi. İndi də par-par parıldayan nikelli məcməyini təmizləyirdi... 
Ravik onu görəndə, Buaser küçəsindəki bistroda oturub sellər-sular oynayan 
pəncərədn çölə baxırdı. Qəflətən, elə bil, başına bir qazan qaynar su töküldü. 
Əvvəlcə lap şok vəziyyətinə düşdü, nə olduğunu kəsdirə bilmədi. Lakin birdən 
sıçrayıb qalxdı, stolu yana itələyib, ağzına kimi dolu zalla qapıya tərəf yüyürdü. 
Sanki, başına hava gəlmişdi. 
Kimsə qolundan bərk-bərk yapışdı. Geri döndü, heç nə anlamadı: 
– Nədir? Nə olub? 
Onu tutan xidmətçi idi. 
– Pul vermədiniz, müsyö! 
– Nə? Hə, bu dəqiqə qayıdıram... – Qolunu dartıb çıxardı. 
Xidmətçi qızardı: 
– Bizdə elə qayda yoxdur. Siz... 
– Alın... – Ravik cibindən pul çıxarıb, onun üstünə tulladı və özünü qapıya vurdu... 
Bir dəstə adamı yarıb, tini sağa buruldu, Buaser küçəsi ilə yüyürməyə başladı... 
Kimsə arxasınca söydü. Bir az özünə gəldi, daha yüyürməyib, diqqəti özünə cəlb 
etməmək üçün yeriməyə başladı. «Ola bilməz! – Ürəyindən keçirdi. – Heç ola 
bilməz! Mən ağlımı itirmişəm... Ola bilməz! Bu sifət... onun sifəti... oxşatmışam... 
Ah, bu lənətə gəlmiş oxşarlıq! Əsəblərim məni oynadır... O, Parisdə ola bilməz... 
Almaniyadadır... Berlindədir... Şüşə tamam su idi, yaxşı seçə bilməmişəm. 
Deyəsən, yanılmışam... Yəqin, elədir...» 
Kinodan çıxmış adamların arası ilə tələsir, çatdıqca diqqətlə bir-bir hamının üzünə, 
şlyapasına baxır, gah təəccüblü, gah da narazı baxışlarla rastlaşırdı. Getdikcə başqa 
sifətlər. Başqa şlyapalar... Boz, qara, göy şlyapalar... Onları bir-bir ötüb keçir, 
çevirilib baxır, baxırdı... 
Kleber prospektinə çatanda dayandı. Hə, qadın... Yanında da it... Birdən yadına 
düşdü! O da arxasınca gəlirdi... Həmin qadını çoxdan ötüb keçmişdi. Tez geri 
qayıtdı. Qadını uzaqdan görəndə səkinin kənarına çəkildi. Əllərini cibində 
yumruqlayaraq, diqqətlə, bircə-bircə yanından keçən adamlara baxdı. İt fənər 
asılmış tirin yanında dayandı, onu imsilədi, yavaş-yavaş ayağının birini qaldırdı. 
Küçəni «sulayandan» sonra qaçmağa başladı. Ravik birdən hiss elədi ki, 
boynundan tər sel kimi axır. Bir neçə dəqiqə gözlədi, ancaq o görünmürdü... 


 
53
Küçədə dayanmış maşınların içinə baxdı. Heç kəs yox idi. Geri qayıdıb Kleber 
prospektindəki metroya qədər getdi. İçəri girib bilet aldı, aşağı düşüb perronda 
gəzişdi. Adam çox idi. Bir qatar gəlib dayandı, sonra tuneldə yox oldu. Perron 
boşaldı. 
Yavaş-yavaş bistroya qayıtdı. Yenə bayaqkı stol arxasında oturdu. Yarım qədəh 
kalvadosu hələ də dururdu. Onun indiyəcən burada qalması Ravikə yaman qəribə 
gəldi... 
Xidmətçi çəkinə-çəkinə ona yaxınlaşdı: 
– Bağışlayın, müsyö, bilmədim... 
– Yaxşı, yaxşı, – Ravik onun sözünü kəsdi. – Mənə bir qədəh ayrı kalvados gətirin. 
– Başqasını? – Xidmətçi stolun üstündəki yarımçıq qədəhə baxdı. – Bunu 
içməyəcəksiniz? 
– Xeyr, ayrısını gətirin. 
Xidmətçi qədəhi götürüb iylədi. 
– Bu, yaxşı deyil? 
– Yaxşıdır... Ancaq ayrısını gətirin. 
– Baş üstə, müsyö. 
«Yanılmışam, – Ravik ürəyindən keçirdi. – Şüşələr sulu idi, yarısı tutulmuşdu. 
Yaxşı seçmək olardımı?» Nəzərlərini pəncərəyə, sonra da küçəyə zillədi, diqqətlə 
pusquda durmuş ovçu kimi gəlib-gedənlərə baxdı və həmin anda köhnə xatirələr 
təzədən oyandı, kölgəli, tutqun kino lenti kimi gözləri önündə bir-bir keçməyə 
başladı... 
...Berlin. 1934-cü ilin yay axşamı. Gestaponun binası... Qan... Pəncərəsiz, bomboş 
otaq... Elektrik lampalarının gözqamaşdırıcı işığı... Qana bələnmiş, kəmərli stol... 
Huşunu itirəndə başını vedrəyə soxmaları, nəfəsinin daralması və sonra da gecələr 
ayılması. Böyrəkləri, elə bil, qopub içinə düşmüşdü, daha ağrımırdı. Sibillanın 
əzilmiş, tanınmaz sifəti... Bir neçə mundirli cəllad onu tutub, biri də gülümsəyir, 
iltifatla, boynuna almasa, arvadını nələr gözlədiyini deyir. Sibillanın meyiti üç 
gündən sonra tapıldı. Guya, özünü asımışdı... 
Xidmətçi əlindəki qədəhi stolun üstünə qoydu: 
– Başqa növdür, müsyö. Köhnədən qalmadır. 
– Yaxşı, yaxşı, təşəkkür edirəm. – Ravik qədəhi başına çəkdi. Cibindən bir qutu 
siqaret çıxardı, birini götürüb yandırdı. Əlləri hələ də titrəyirdi. Kibrit çöpünü yerə 
atıb, bir qədəh də kalvados sifariş verdi. 
Ona elə gəlmişdi ki, həmin o təbəssümlü sifət idi gözünə görünən. Yox, ola 
bilməzdi! Ola bilməz ki, Haake Parisə gəlsin. Ola bilməzdi! 
Xatirələri qovmağa çalışdı. Əlindən bir iş gəlməyə-gəlməyə özünü bu kökə 
salmağın nə mənası? Onun da vaxtı var. Onların işi bitəndə... Geri qayıdanda... O 
vaxta qədər... 
Xidmətçini çağırıb pulunu verdi. Yolda nə qədər çalışdısa da, yenə diqqətlə 
yanından ötüb keçənlərin üzünə baxırdı... 
Morozovla «katakomba»da oturmuşdu. 
– Onun olduğuna inanmırsan? – Morozov soruşdu. 
– Yox. Ancaq, elə bil, özü idi. Yəqin, çox oxşayırmış. Ya da yaddaşım korlanıb. 
– Heyif ki, bistroda olmusan. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə