Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə20/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   16   17   18   19   20   21   22   23   ...   114

 
54
– Hə... 
Morozov bir anlığa susdu və sonra dedi: 
– Adamı lap dəli eləyir. Düzdür? 
– Yox, nəyə görə? 
Ona görə ki, dəqiq bilmirsən. 
– Bilmirəm. 
Morozov yenə susdu. 
– Yenə qara basır, – Ravik sözünə davam etdi. – Elə bilirdim, ondan canım 
qurtarıb. 
– Belə şeydən heç vaxt yaxa qurtarmaq olmaz. Mənim də başıma gəlib. Xüsusilə 
ilk günlərdə! İlk beş-altı ildə! Üçünü Rusiyada tutacağam. Yeddi idilər. Dördü 
ölüb. İkisini elə öz partiyasında olan adamlar güllələyib. Düz iyirmi ildən çoxdur 
gözləyirəm. 1917-ci ildən. Sağ qalanlardan birinin yetmiş, ikisinin isə qırx-əlli 
yaşları var. Çox güman ki, onları tutacağam, atamın heyfini alacağam. 
Ravik Borisə baxdı. Yaşı altmışı keçsə də, çox gümrah görünürdü. 
– Tapacaqsan... 
– Hə... – Morozov yumruqlarını düyünlədi. – Elə onu gözləyirəm. Ona görə də 
ehtiyatla gəzib-dolanıram. Daha içməyi də azaltmışam. Bəlkə, çox çəkəsi oldu. 
Gərək, qolumda qüvvə qalsın. Güllə ilə, bıçaqla eləmək istəmirəm. 
– Mən də... 
Onlar bir xeyli oturdular. 
– Şahmat oynayaqmı? – Morozov soruşdu. 
– Oynayaq. Ancaq gözümə boş taxta dəymir. 
– Professor indicə qurtaracaq. Levi ilə oynayırdı. Yenə də uddu. 
Ravik şahmatı gətirməyə getdi. 
– Siz çox oynamısınız, professor, – dedi. – Demək olar ki, bütün günü... 
Qoca başını tərpətdi. 
– Adamın fikrini dağıdır. Şahmat kartdan ağıllı oyundur. Kartda bəxtin gətirə, ya 
gətirməyə... Ona görə də adamın fikrini dağıtmır. Şahmat isə bir aləmdir. Onu 
oynayanda xarici aləm yaddan çıxır. – O, batıq gözlərini qaldırdı. – Xarici aləm də 
hələ kamala yetməyib. 
Onun rəqibi Levi isə mızıldadı, lakin tez də səsini kəsib, qorxa-qorxa yan-yörəsinə 
boylandı, sonra professorun dalınca getdi. 
Onlar iki partiya oynadılar. Sonra Morozov ayağa durdu: 
– Vaxtdır, gedim, bəşəriyyətin çiçəklənməsi üçün qapıları açım. Sən niyə heç biz 
tərəflərdə görünmürsən? 
– Bilmirəm. Təsadüfidir... 
– Sabah axşam necə? 
– Sabah axşam gələ bilmərəm. Yeməyə gedəcəyəm. «Maksim» restoranına... 
– Bura bax, sən, elə bil, qaçqın deyilsən, başını hər yerə soxursan. Parisin ən yaxşı 
restoranlarına ayaq açmısan. 
– Elə yerlər çox etibarlıdır, Boris. Özünü qaçqın kimi aparsan, tez ələ keçərsən. 
Sən, gərək, belə şeyləri yaxşı biləsən, ay daşdan keçən pasport sahibi Morozov! 
– Elədir! Bəs kiminlə gedəcəksən? Yoxsa, alman səfiri ilə onun havadarı kimi 
gedirsən? 


 
55
– Ket Heqstremlə. 
Morozov fit çaldı. 
– Hə... ə... Ket Heqstrem... Qayıdıb? 
– Sabah tezdən Vyanadan gələcək. 
– Demək, ondan sonra gələcəksən. 
– Bəlkə də, gəlmədim. 
Morozov əlini yellətdi. 
– Ola bilməz! Ket Heqstrem Parisə gələndə əsas iqamətgahı «Şəhrizad» olur.  
– İndi vəziyyət ayrı cürdür. Xəstəxanada yatmağa gəlir. Bir-iki günə təşrih 
olunacaq. 
– Elə ona görə də mütləq gələcək. Sən qadınları yaxşı tanımırsan. – Morozov 
gözlərini süzdürdü. – Yoxsa ora gəlməyini istəmirsən? 
– Niyə? 
– İndi yadıma düşdü ki, o qadını mənim yanıma göndərəndən sonra oralara 
gəlməmisən. Joan Madunu deyirəm. Deyəsən, burada nəsə var. 
– Boş şeydir! Onun orada olduğunu heç bilmirdim. Bir işə yaradı? 
– Hə, əvvəlcə xorda oxudu. İndi kiçik bir solo nömrəsi var. İki, ya üç mahnıdır. 
– Oralara öyrəşə bildimi? 
– Əlbəttə! Niyə öyrəşməsin ki? 
– Ümidini tamam itirmişdi. Yazıq qız... 
– Nə dedin? 
– «Yazıq qız» dedim. 
Morozov gülümsədi və atalıq qayğısı ilə: 
– Ravik! – dedi, həmin anda onun üzündə bu dünyanın bomboz səhraları, yamyaşıl 
çəmənləri, bütün sevinci və ağrı-acısı əks olundu. – Boş-boş danışma! O, çox 
dəhşətli bir iblisdir! 
– Nə? 
– Fahişə yox, iblisdir. Rus olsaydın, bilərdin. 
Ravik güldü:  
– Onda, yəqin, çox dəyişib. Hələlik, Boris, Allah özü sənin o iti gözlərini saxlasın! 
 
                                                                    VII 
 
– Xəstəxanaya nə vaxt getməliyəm, Ravik? – deyə Ket Heqstrem soruşdu. 
– Nə vaxt istəyirsiniz. Sabah, birisi gün, nə vaxt olsa... Bir gün elə, bir gün belə heç 
nə eləməz... 
İndi onunla üzbəüz dayanmış Ket arıq, qəddi-qamətli, inamlı, qəşəng bir qız idi və 
həmişəki kimi çox cavan görünürdü... 
Ravik iki il qabaq onu kor bağırsaqdan təşrih eləmişdi. Bu, onun Parisdə ilə təşrihi 
idi. Ketin ayağı yüngül oldu, elə həmin gündən işləməyə başladı, polisə düşmədi. 
İndi o qız Ravik üçün tilsimə bənzər bir şey idi. 
– Bu dəfə qorxuram, – Ket dilləndi. – Özüm də bilmirəm niyə... Ancaq qorxuram! 
– Nahaq qorxursunuz, su içmək kimi bir şeydir. 


 
56
Ket pəncərəyə yaxınlaşıb çölə baxdı. Bu tərəf «Lankaster» mehmanxanasının 
həyəti idi. Nəhəng, qocaman şabalıd ağacı arıq qollarını su ələnən səmaya doğru 
uzatmışdı...  
– Bu yağış da bir yandan... Mən Vyanadan çıxanda başladı. Sürixdə ayıldım, hələ 
də yağırdı. İndi də burada tökür... – Ket pərdələri çəkdi. – Heç bilmirəm mənə nə 
olub. Deyəsən, qocalıram... 
– Adam cavan olanda, həmişə elə bilir. 
– Mən başqa cür olmalıydım. İki həftədir, boşanmışam. Gərək, kefim kök olaydı. 
Ancaq yaman yorğunam. Hər şey təzədən təkrar olunur, Ravik. Görəsən, niyə 
belədir? 
– Heç nə təkrar olunmur, Ket. Biz özümüz özümüzü təkrar edirik, vəssalam.  
Ket gülümsəyərək, süni buxarının yanındakı divanda oturdu.  
– Yaxşı ki, qayıtdım, – dedi, – Vyana dustaqxanaya dönüb. Adamın qanı qaralır. 
Almanlar onu yaman ayaqladılar, Ravik. Avstraliyalılar da onlara qoşuldular. 
Avstraliyalılar da, Ravik! Elə bilirdim, təbiətin səhvidir, Avstriyada nasizm olmaz. 
Ancaq öz gözümlə gördüm! 
– Burada təəccüblü heç nə yoxdur. Hökmranlıq dünyanın ən tez yolxucu 
xəstəliyidir. 
– Elədir. Həm də insanları ən çox şikəst eləyən xəstəlikdir. Elə ona görə də 
boşandım. Evləndiyimiz ikicə il idi. Əlindən heç nə gəlməyən bu avara birdən-birə 
bör-bör böyürən şturmbanfürer oldu, qoca professor Bernştayna küçəni yudurtdu, 
gendən ona baxıb güldü. Bernştayn bir il bundan qabaq onu böyrək iltihabından 
müalicə eləmişdi. Bəhanəsi də bu oldu ki, guya, qonorarı çox olub... – Ket 
dodaqlarını büzdü. – Onu da mən vermişdim, o yox... 
– Sevinin ki, ondan canınızı qurtarmısınız. 
– Boşanmaq üçün iki yüz əlli şillinq istəyirdi. 
– Baha deyil! Pulla başa gələn hər şey ucuz düşər. 
– Ancaq heç nə vermədim! – Ket başını qaldırdı. Onun zərif, yaraşıqlı sifətini, elə 
bil, zərgər işləmişdi. – Özü, partiyası, füreri haqqında ürəyimdə nə var idisə, 
hamısını bircə-bircə üzünə oxudum. Dedim ki, bundan sonra lap açıq danışacağam. 
Məni gestapo, həbs düşərgəsi ilə hədələdi. Güldüm, dedim ki, hələ Amerika 
vətəndaşı kimi səfirliyin himayəsindəyəm, heç nə eləyə bilməzlər, mənə 
evlənməyin isə özün üçün pisdir! – O güldü. – Bunu gözləmirdi. Daha zəhləmi 
tökmədi. 
«Ah, səfirlik, himayə, tanışbazlıq...» – Ravik ürəyindən keçirdi. Qız, elə bil, başqa 
planetdən danışırdı... 
– Çox maraqlıdır, – dedi, – nə yaxşı, Bernştayna hələ də işləməyə icazə verirlər? 
– Daha qoymurlar. Məndə də birinci dəfə qanaxma olanda, xəlvəti yoxladı. Allaha 
şükür ki, uşağa qalmaq olmazdı. Yox bir... nasistdən uşağa da qalaydım... – O 
çimçəşdi. 
Ravik ayağa durdu: 
– Mən gedim. Veber günortadan sonra sizə baxacaq. Elə-belə, forma xatirinə... 
– Bilirəm. Buna baxmayaraq, bu dəfə yaman qorxuram. 
– Ket, birinci dəfə deyil ki! Kor bağırsaqdan da asandır. – Ravik nəvazişlə əlini 
onun çiyninə qoydu. – O, mənim Parisdə ilk təşrihim idi. Bu da ilk məhəbbət kimi 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə