Qafar Çaxmaqlı Dağlıq Qarabağ işğaldan əw əl və sonra



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix08.07.2018
ölçüsü2,39 Mb.
#54456
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

antikonstitusion qərar qəbul etdi.  Bu, Azərbay- 

cana qarşı  SSRİ  rəhbərliyinin  növbəti  sui-qəs- 

di,  təxribatı idi və buna xalq kəskın etiraz  etdi. 

1990-cu  ilin  20  yanvar  qırğmlarmm  həmin 

vaxta təsadüf etməsi bir gerçəkdir.

Azərbaycan  öz  müstəqilliyini  1991-ci  ildə 

elan  edərkən  BMT  və  bütün  dünya  dövlətləri 

Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanı- 

dılar.  Lakin  erməni  separatçıları  1991-ci  ilin 

sentyabnnda  qeyri-qanuni  olaraq  burada  sepa- 

ratçı bir qurum -  “Dağlıq Qarabağ Respublika- 

sı” elan etmişdilər. Nə Azərbaycan,  nə  də dün- 

yanın hər hansı bir dövləti  (o  cümlədən Ermə- 

nistan)  bu  qurumu  tanımadı.  1991-ci  ilin  son- 

lannda  Dağlıq  Qarabağ  uğrunda  Azərbaycan 

və  Ermənistan  arasında  faktiki  müharibə  ge- 

dirdi.  Dağlıq  Qarabağda  xidmət  edən  Sovet 

ordusu və onun əsgəri ləvazimatı,  silah-sursatı, 

texnikası  ermənilərə  təhvil  verildi  və  bir  çox 

döyüşlərdə ruslar ermənilərlə birləşərək Dağhq 

Qarabağın azərbaycanlı kəndlərinə  divan tutub 

onlan  köçə  zorladılar.  1992-ci  ilin  yanvann 

15-də  Kərkicahan,  fevralın  10-da  Malıbəyli, 

Quşçular,  Qaradağlı  kəndləri  işğal  olundu. 

Sırada Xocalı vardı.  Ermənilər dünya tarixində 

görünməmiş  bir  soyqmma  imza  atdılar.  Fev-

78

ralın  25-dən  26-na  keçən  gecə  Xocalıda  baş 



verənlər  bəşər  tarixinin  ən  qanlı  ləkəsidir. 

Ruslann  366-cı  motoatıcı  alayı  bu  soyqırımı 

törətməkdə  ermənilərin  yanmda  oldu.  Xocalı- 

da  613  nəfər  öldürüldü,  487  nəfər  yaralandı, 

1275  nəfər  əsir  götürüldü,  uşaq  və  qocalara 

belə rəhm  edilmədi.  Xocalıda elə  ailə  vardı  ki, 

o tamamilə məhv oldu, nəsil kəsildi.

Ermənilər  işğalı  davam  etdirdilər.  Sonra 

Şuşa  işğal  olündu,  onun  ardmca  Laçın  əldən 

getdi,  1993-cü  ilin  aprelində  Kəlbəcər  işğal 

edildi.  Sonra  iyul-oktyabr  aylannda  Ağdam, 

Füzuli,  Cəbrayıl,  Qubadlı,  Zəngilan...  Bu  mü- 

haribədə  Azərbaycan  20  mindən  artıq  dəyərli 

insamnı  itirdi,  100  mindən  çox  insan  yara- 

lanmış,  4861  nəfər vətəndaşımız  ermənilər  tə- 

rəfındən  əsir  və  girov  götürülmüşdü.  Onlann 

çoxunun  taleyi  bu  günə  qədər  məlum  deyil. 

Azərbaycanlılar  öz  doğma  yurdlannı  tərk  et- 

mək  məcburiyyətində  qalmışlar.  1  milyon  nə- 

fərə  yaxın  azərbaycanlı  qaçqm  həyatı  yaşa- 

maqdadır.  Erməni işğalı isə davam edir.

79



7. 

Vətəndən ayrı salınmış 

Dağhq Qarabağm indiki durumu

Dağlıq  Qarabağ  işğal  edildikdən  sonra  bu- 

rada  vəziyyət  olduqca  ağırlaşdı.  Azərbaycanla 

bütün  kommunikasiyalar  kəsildikdən  və  əla- 

qələr  qırıldıqdan  sonra  erməni  milliyyətçiləri 

ümid  edirdilər  ki,  Dağlıq  Qarabağm  Ermənis- 

tanla  inteqrasiyasma  nail  olacaqlar.  Bu  isə 

mümkün  deyildi.  Əvvəla,  Ermənistan  özü  iq- 

tisadi  potensialı  olmayan  süni  bir  dövlət  kimi 

ortaya çıxıb, onun özünü doğruldacağı çox bö- 

yük  şübhə  altmdadır.  Bir  dövlət  olaraq  pers- 

pektivsizliyi  ondan bəllidir ki,  indi  o  tamamilə 

Rusiyadan  asılı  vəziyyətə  düşüb.  Rusiyadan 

aldığı  borc  və  kreditləri  qaytarmadxğına  görə 

indi  Ermənistamn  ən  iri  müəssisələri  ya  tam 

şəkildə,  ya  da  böyük  hissə  olaraq  Rusiyanm 

mülkiyyətinə  çevrilir.  Məsələn,  Ermənistanın 

Dəmir  Yolları  indi  Rusiyanın  nəzarətindədir 

(75%),  ermənilər  dəmir  yolunda  istədikləri 

planı  həyata  keçirə  bilmirlər.  Eləcə  də  Atom 

Elektrik  Stansiyası,  “Nairit”  zavodu,  Ararat 

Sement  Zavodu  və  s.  Belə  müəssisələr  onlar- 

cadır.

İkincisi,  Dağlıq Qarabağ Ermənistanm mər- 



kəzi rayonlanna çox uzaq  olTluğundan bura ilə

80

belə  deyək,  alış-veriş  xeyir  eləmir.  Qarabağ- 



dan apanlan və satışa çıxanlan məhsulun “xər- 

ci  borcunu  ödəmir”.  Ennənistandan  Laçın  ko- 

ridoru  ilə  ianə  hesabına  Xankəndiyə  yeni  yol 

salınsa  da,  bu  yol  Ermənistanla  Dağlıq  Qara- 

bağı  iqtisadi  tellərlə bir-birinə bağlamır.  2002- 

ci  ildə  ATƏT-in  xətti  ilə  bir qrup  Azərbaycan 

jumalistinin  Ermənistan  və  Dağlıq  Qarabağa 

səfəri  zamanı  yeni  çəkilmiş  (əslində  bərpa- 

təmir  işləri  aparılmış)  bu  yolla  gedərkən  bizi 

muşayiət  edən  Anjey  Kasprşikdən  soruşdum: 

“Sizcə  ermənilər  bu  yolla  Dağlıq  Qarabağı 

Ermənistana  birləşdirə  bilərlərmi?”  Yanında 

ermənilərinin  nümayəndəsi  olduğundan  diplo- 

matik  formada  çiynini  çəkdi  və  bu  cavab  ver- 

məkdən  imtina  etmək  anlamına  gəlirdi.  Onun 

yerinə  Dağlıq  Qarabağm Ermənistandakı  təm- 

silçısi  Karen Mırzoyan cavab  verdi:  “Biz  artıq 

birləşdiımişik”.  Oktyabr ayı  olduğundan üzüm 

sezonu  idi  və  avtobusun  pəncərəsindən  bizə 

üzüm  almaq  üçün  yalvaran  erməni  arvadını 

göstərib  dedim:  “Bu  qadınm  üzümü  İrəvana 

gedib  çıxanacan  çaxır olacaq”.  Digər bir həm- 

kanmız  isə  Karenin  yerinə  cavab  verdi:  “Nə 

olar, üzüm yeməzlər, çaxır içərlər”...

81



Çox  qəribə  idi  ki,  Xankəndidə  bir  görüşdə 

bizə yerli  zavod istehsalı -  tut  arağı  təklif olu- 

narkən  Dağlıq  Qarabağ  “sənayesinin”  bundan 

irəli  getməyəcəyi  qənaəti  doğurmuşdu.  O  za- 

man  bizə  dedilər  ki,  vaxtilə  5  min  nəfərin  ça- 

lışdığı  Qarabağ  Toxuculuq  Kombinatı,  ayaq- 

qabı  və  mebel  fabrikiəri  işləmir.  Çünki  iri 

müəssisələrin  hamısı  Azərbaycan  iqtisadiyyatı 

ilə  sıx bağlı  idi.  İpək Kombinatı  Şəkisiz işləyə 

bilməzdi,  Mərmər zavodu məhsullannı  satmaq 

üçün Azərbaycan boyda bazan itirmişdi,  Qara- 

bağ  kənd  təsərrüfatı  məhsullan  Xankəndi  -  

Bakı  dəmir  yolunun  işləməməsi  səbəbindən 

xarab olurdu.

Demək  Qarabağda  yaşayan  əhalinin  iş  im- 

kanlan  çox  məhdud  idi.  Bu  səbəbdən  də  ha- 

mınm gözü yolda idi.  Dağlıq Qarabağdan çıxıb 

getmək,  qaçmaq  üçün  xaricdəki  erməni  dias- 

poru yaxşıca da yol  çəkmişdi.  Amma bu  yolla 

Qarabağdan qaçmaq mümkün deyil.  Çünki bu- 

radakı  ermənilər  bir  insan  olaraq  sərbəst  hə- 

rəkət etmək səlahiyyətinə malik deyillər.  Qara- 

bağdan qeydiyyatdan  çıxmaq Aya uçmaq kimi 

bir  şeydir.  Vaxtilə  “AzərTac”m  və  ermənicə 

“Kommunist”in  Dağlıq  Qarabağ  üzrə  müxbiri 

işləmiş  Aleksandr  Qriqoryana  ünvanladığım

82

“Belə  yaşamaq  sizə  çoxmu  xoşdu?”  sualma: 



“Neyləyək bizimki belə  gətirdi”, -  deyə  cavab 

verdi.  “Nə  gözləyirsiniz”  sualina isə:  “Məsələ- 

nin həllini.  Azərbaycan bizim dövlətimizi tanı- 

malıdır”,  -   deyə  yekəxana  cavab  verdi.  Onda 

Saşaya dedim ki, “dövlət”  sözü çox yekə çıxır, 

bu  necə  dövlətdir  ki,  insanlann  işləyəcəyi  bir 

dənə  də  olsun müəssisə  yoxdur,  Azərbaycanm 

tərkibində  olduğu  dövrdə  olan  cah-cəlaldan, 

qaynar həyatdan əsər-əlamət qalmayıb.

Erməni  həmkarlarımızdan biri  söhbətimizə 

müdaxilə  edərək bildirdi  ki  ,  biz də  hamı  kimi 

işləyir,  maaş  alınq.  Doğrudur,  bu  illər  ərzində 

Dağlıq  Qarabağ  əhalisinin  korluq  çəkməməsi 

üçün  Erməni  diasporu  bütün  gücünü,  vəsaitini 

qoyub.  Bunu da ona görə  ediblər ki,  əhali bur- 

dan qaçmasm. Daha dünyamn harasmda insan- 

lara müftə  maaş  verirlər?  Bax  bu  cəhətdən  də 

Dağlıq Qarabağ unikal regiona çevrilib.  Budur, 

il başlanır,  separatçı  qurumun rəhbəri  qollannı 

çinnəyib  səfərlərə  çıxır.  “Qarabağ  marafonu” 

keçirmək,  pul  yığmaq  üçün.  Budur,  braziliyalı 

erməni  5  dollar  göndərib,  fransadan  bir  əsnaf 

100  dollar,  biri  50,  biri  15...  Sonra  ermənilər 

bütün  diaspor,  lobbi  və  başqa  vasitələrini  işə 

salıb  ABŞ  və  digər  Ölkələrdən  humanitar  yar-

83



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə