Qafar Çaxmaqlı Dağlıq Qarabağ işğaldan əw əl və sonra



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix08.07.2018
ölçüsü2,39 Mb.
#54456
1   2   3   4   5   6   7   8   9   ...   22

Azərbaycan  torpaqları  içərisində  ikinci  bir 

erməni. dövlətinin  yaranmasma  imkan  vennə- 

yəcəyik.

Bu  kiçik  kitabı  diqqətinizə  çatdıraraq  bir 

daha  vurğulamaq  istərdik  ki,  Qarabağm  Aran 

və  Dağlıq  hissələri  vahid  regiondur və  onlarm 

bir-birindən  ayrı  mövcudluğu  sadəcə  olaraq 

mümkün  deyil.  Biz  də  bunları  deməyə  çalış- 

mışıq.

M üəllif

6

1. Dağlıq Qarabağ  -  coğrafi məkan kimi

Tarixi  Azərbaycan  torpaqlannm  mərkəzin- 

də yerləşən Dağlıq Qarabağı  ermənilər  1988-ci 

ildən  sonra “Artsax”olaraq  adlandırmağa baş- 

lamışlar.  “Artsax”  sözünün  özü  bu  bölgənin 

ennənilərə  məxsusluğunu  qətiyyən  bildiraıir, 

əksinə bu kəlmənin etimologiyası  türklərin da- 

ha qədimdən burada məskunlaşdığı  aydmlaşdı- 

nr.  Artsax  Azərbaycanın  vaxtilə  Albaniya  ad- 

lanan  dövlətinin  bir  hissəsi  idi  və  mərhum 

ermənişünas  alira  professor  Mirəli  Seyidöv 

hələ  70-80-ci  illərdə  yazdığı  əsərlərdə,  “Art- 

sax” toponiminin türklərə məxsusluğunu sübut 

etmişdi.  Onun  “Qarabağ  Arsaq,  Arşaq  toponı- 

minin  etimologiyası  haqqmda  qeydlər”  məqa- 

ləsində göstəmaişdi ki, arsaq (arşak) türkcə “sak 

kişisi”,  başqa  anlamda  “igid,  qəhrəman”  de- 

məkdir.  Arsak (Ərsək)  sözündən  saysız hesab- 

sız yer-yurd adlan yaranmışdır.  (Ərtoğrul,  Ərdə- 

han,  Əraz,  Ərak,  Ərəş).  Artsax  sözünün  birinci 

hissəsinin  “ar”  (ər)  türk  tərkibi  heç  bir  tədqi- 

qatçıda  şübhə  doğurmadığından onun məxsus- 

luğundan da qeyri-müəyyən formada danışmaq 

ən  azı  elmilikdən  uzaq  bir  işdir  və  dediyimiz 

kimi  Dağlıq  Qarabağm  Artsax  adlandmlması-

7



nm özü bu bölgənin  ermənilərə  məxsusluğunu 

bildirməz.  Prof.  M.Seyidov yazır ki,  “...  ö u  ad 

Qarabağ  və  onunla  eyni  vaxtda,  ola  bilsin  qa- 

baqlar  da  işlənən  Arsaq  (Artsax)  adıdır.  Necə 

olmuş  ki,  Qarabağın  iki  adı  yaranmışdır? 

Bizcə,  Arsaq daha əskidir.  Iləmin qəbilə Azər- 

baycan xalqmın soykökündə duran başqa qəbi- 

lələrlə  qaynayıb  -   qarışdıqca  qəbiləbirləşməsi 

müstəqilliyini  itirmiş  və  yer,  ərazi  adı  kimi 

arxa plana  çəkilmiş,  “Qarabağ”  sözü  ön  plana 

çıxmışdır.  Arsaq (Artsax)  və Varsaq / Vartsax 

qəbilə  adımn  izahı  Azərbaycan  tarixi  ilə  bağlı 

bir  sıra  qaranhq,  az  öyrənilmiş  məsələlərin 

işıqlandınlmasına,  soykökün qaynaqlarımn ay- 

dmlaşmasma  imkan  verir.  Arsaq  yer  adını  ay- 

dmlaşdırmazdan  öncə,  lap  qısa  da  olsa,  Qara- 

bağ  adı  haqqında  fikrimizi  söyləyək.  “Qara” 

və  “bağ”  tərkiblərindən  yaranmış  “Qarabağ”m 

birinci hissəsinin “rəng”,  “pis”,  “qayğılı”,  “bəd- 

bəxt”,  “şimal”,  eləcə  də  başçı,  böyük,  güclü 

anlamı vardır.  Azərbaycanm bir sıra yerlərində 

böyük  qardaşa  da  qara  deyirlər.  “Qarabağ” 

adının  ikinci  tərkibı  “bağ“m  “bağ  (ip)”,  “dü- 

yün”,  “bağ  (bağ  -   bağat)”,  “soybirləşməsi 

silsiləsi”,  “xalqın  bır  hissəsi”  və  b.  anlamları 

daha  çox  yayılmışdır.  Deməli,  Qarabağ -  güc-

lü, böyük soybirləşməsinin, xalqın başçısı, böl- 

güsü  deməkdir.  Görünür  ki,  burada  azərbay- 

canlılann  ulu babalarmm  güclü,  böyiik  bölgü- 

sü  məskən  salmışdır.  Araşdınna  aydınlaşdınr 

ki,  doğrudan  da  bu  torpaqlarda  vaxtilə  Orta 

Asiyadan  tutmuş  Qafqaza  qədər  səs  salmış 

böyük,  güclü  bir  qəbilə  birləşməsi  -   Arsaqlar 

yaşamışlar”.  “Qarabağ”  sözünün  isə  iki  sözün 

birləşməsindən ibarət olduğu bəliidir.  Bu ifadə 

yer adı kimi  VII əsrdən işlənməyə başlamışdır. 

Qarabağ  Qafqaz  Albaniyasmdan  sonra  Ərəb 

xilafətinin  əsarətini  yaşamış  IX-X  əsrlərdə 

Sacilər  dövlətinin,  X  əsrdə  Salarilərin,  XI-XII 

əsrlərdə  Şəddadilərin,  XII-XIII  əsrlərdə  Eldə- 

gizlərin,  XIII-XVI  əsrlərdə  Hülakulərin,  XV- 

XVI əsrlərdə  Qaraqoyunlu və Ağqoyunlu döv- 

lətlərinin  tərkibində  olmuşdur.  Azərbaycan 

xanlıqlara  parçalanarkən  Qarabağ  bəylərbəy- 

liyi  ərazisində  Qarabağ  xanlığı  və  Gəncə  xan- 

lığı yaranmışdı.

17 

mahala  bölünmüş  Qarabağ  xanhğımn 



ərazisi  şərqdən  Kür-Araz  çayları  qovşağı,  cə- 

nubdan  Araz  çayı,  qərbdən  Qarabağ  dağlan 

adianan  Köşbek,  Salvartı,  Ərikli  dağlan  ilə 

Göyçə  gölünə  qədər  uzanmış,  şimaldan  Kür 

çayı ilə sərhədi vardı.

8

9




Ermənilərin  Qarabağa  gəlişi  XIX  əsrin  əv- 

vəllərinə  təsadüf  edir.  Rusiya  Qafqazı  əldə 

etmək planlannı həyata keçirməyə başlayarkən 

ilk  olaraq  Qarabağa  sahibləndilər.  Qarabağ 

xanı  İbrahim  xanla  rus  qoşunlannın  koman- 

danı  R.D.Sisianov  arasmda  Kürəkçayda  bağ- 

ladıqları  müqavilə  Qarabağın  işğal  fərmam 

oldu və tarixi saxtalaşdırmağa cəhd edən ermə- 

nilərə  bu  ən  yaxşı  cavabdır  ki,  Qarabağ  məhz 

türk-müsəlman  ölkəsi  kimi  Rusiyaya  birləşdi- 

rildi.  Amma  Çar  Rusiyası  bu  bölgəni  daim 

əldə saxlamaq üçün müəyyən planlar cızırdı və 

Azərbaycanın  digər  əraziləri  də  işğal  olunar- 

kən onu əbədi rus torpağı  etmək ideyası ortaya 

çıxırdı.  Bölgəni  əldə  saxlamağm  məqbul  yol- 

lanndan  biri  buraya  erməni  əhalini  köçürmək 

idi.  1828-ci ildə Rusiya-İran arasında bağlanan 

“Türkmənçay”  müqaviləsindən  sonra  erməni- 

lərin  köçürülməsi  kütləvi  xarakter  aldı.  1829- 

cu  ildə  Ədimə  müqaviləsindən  sonra  isə  Os- 

manlı ərazilərindən erməniləri  Qarabağ və  İrə- 

van  xanlığmm  ərazilərinə  köçürməyə  başladı- 

lar.  Təkcə  bu  müqaviləyə  əsasən,  84  min  er- 

məni  Qarabağ və  digər ətraf ərazilərə köçürül- 

dü.  1978-ci  ildə  ermənilər  Dağlıq  Qarabağm 

Ağdərə  (Mardakert)  rayonunun  Marağa  kən-

10

dinə  köçürülmələrinin  150  illiyini  keçirmiş- 



dilər.  Orada bir daş abidə də ucaldılmışdı, üzə- 

rində  “Marağa  -150”  sözləri  həkk  olunmuşdu. 

Bu  fakt  özü  də  sübut  edir ki,  Qarabağda ermə- 

nilərin  məskunlaşma  tarixi  vur-tut  150  il  idi. 

Qarabağm  erməniləşməsi  bir  rus  planı  olmuş- 

dur.  Bunu tarixi  sənədlər də sübut edir.  1783-cü 

ilin  19  maymda knyaz  A Ptyomkinin  II  Yeka- 

terinaya  yazdığı  məktubun  özü  də  yaxşı  bir 

mənbədir.  Həmin məktubda knyaz çariçanı  eh- 

tiyatlandırır  və  “Qarabağı  ermənilərin  idarəsi- 

nə  verməklə  Asiyada  xristian  bir  dövlət  qur- 

mağın” faydalı olacağmdan bəhs etmişdi.  1828- 

ci  ildən  sonra  kütləvi  erməni  köçü  Rusiyamn 

hələ daha əw əl müəyyən olunmuş hərbi doktri- 

nasının tərkib  hissəsi idi  və  1828-1830-cu  illər 

arasında,  cəmi  2  ildə  qeyri-rəsmi  olaraq  200 

mindən çox erməni köçürülüb yerləşdirilmişdi. 

Bütün  bu  köçürmələrə  baxmayaraq,  yenə  də 

onlar  bölgədə  çoxluq  təşkil  etmirdilər.  Burada 

əhalinin  faiz  nisbəti  belə  idi:  64,4%  müsəl- 

man-türk,  34,8%  erməni.  Qarabağda  o  zaman 

yerli  xristianlar  da  yaşayırdılar.  Ermənilər  bu 

əhalini,  yəni  albanları  öz  içərilərində  zaman- 

zaman  əridib  yox  etdilər.  İndi  də  burada  qri- 

qorianlaşmış  və  erməniləşmiş  albanlar  yaşa-

11



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə