Qafar Çaxmaqlı Dağlıq Qarabağ işğaldan əw əl və sonra



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix08.07.2018
ölçüsü2,39 Mb.
#54456
1   2   3   4   5   6   7   8   9   10   ...   22

muşdular.  Erməni  araşdırmaçı  V.Qarsuqova 

görə,  bu  ona  görə  edilmişdi  ki,  ermənilərin 

dusskraminasiyaya  uğraması,  köçə  zorlanması 

barədə haray-həşir salmsın.

1989-cu  ildə  münaqişənin  başlanğıc  döv- 

ründə  Sovet  əhalini  siyahıyaalmasma  görə 

DQMV-in  187,8  min  əhalisinin  145,4  mini 

(77%)  ermənilər  idi.  Azərbaycanlılar  ötən  10 

ildə  2%  azalmışdı.  Onlann  sayı  40,3  min  idi. 

(21,5%).  Göründüyü  kimi  ermənilər  burada 

say  tərkibinin  dəyişməsindən  çox  narahat  idi- 

lər və bunu ona bağlamağa çalışırdılar ki,  guya 

DQMV-də  ermənilər  üçün  yaşam  şərtləri  çox 

ağırdır,  Azərbaycan  onlara  qarşı  milli-etnik 

diskriminasiya  tətbiq  edir,  onlarm  iqtisadi-so- 

sial  şəraiti  ağır  olduğundan  köç  etməyə  məc- 

bur olurlar və s.

Biz  bu  tədqiqatımızda  bütün  bu  ennəni  id- 

dialannm  məhz  bəhanələr  olduğunu  Azərbay- 

cana  qarşı  məkrli  bir  siyasətin  yürüdülməsini 

və  son  nəticədə  DQ-m  Azərbaycanm  tərkibin- 

dən  çıxarılması  üçün  siyasi  gedişlər  olduğunu 

ortaya qoymağa çalışacağıq.  Bəribaşdan söylə- 

məliyik  ki,  Dağlıq  Qarabağ  əhalisinin  sosial- 

iqtisadi durumu, bu bölgə  ilə yanaşı  olan digər 

Azərbaycan  rayonlanmn  sosial-iqtisadi  duru-

30

mundan xeyli dərəcədə yaxşı olmuşdur.  Bu bir 



damlmaz həqiqətdir ki,  Dağlıq  Qarabağm vila- 

yət  statusu  alması  onun  sosial-iqtisadi  inkişaf 

etməsi  üçün  müstəsna  imkanlar  erməniləri  bu 

bölgədə  qalıcı  vəziyyətə  gətirdi,  onlar  üçün 

yad  bir  məmləkətdə,  onlara  qucaq  açmış  bir 

diyarda  milli-mədoni  inkişafa  nail  oldular, 

amma çox təəssüf ki, onlara bu şəraiti yaratmış 

xalqa və dövlətə xəyanət etdilər.

Rusiya  Elmlər  Akademiyasımn  akademiki 

Abel  Aqanbenyan Fransada “Humanite”  qəze- 

tinə  verdiyi  müsahibədə  DQMV  iqtisadiy- 

yatmdan  danışarkən onun geri  qaldığını bildir- 

mişdi,  DQMV-in  Ermənistana  birləşdirilməsi- 

nin  daha  məqsədəuyğun  olduğu  fıkrini  irəli 

sürmüşdü.  Görəsən  o  bu  fikirləri  söylərkən 

hansı  məntiqə  söykənmişdi?  Dönəmin  SSRİ 

rəhbəri  Mixail  Qorbaçova  yaxmlığı  ilə  seçilən 

həmin şəxsin bu iddiaları  adi  şovinizm idi ki, o 

da  məlum  xəstəliklə  -   “ennəni  xəstəliyi”  ilə 

muşayiət  olunmuşdu.  Dağlıq  Qarabağ  Vilayə- 

tinin  mərkəzi  olan  Xankəndi  (o  zaman  Stepa- 

nakert)  şəhərindəki  bu  “xəstəlik”lə  yoluxanlar 

da  fürsəti  fövtə  vermək  istəmədilər.  Onlarm 

adamı  hakimiyyətə  gəlmişdi,  çox  çəkindikləri 

azərbaycanh  lider  Heydər  Əliyev  isə  1987-ci

31



ilin  oktyabnndan  istefa  vermiş,  artıq  Kremldə 

deyildi.  Demək  Dağlıq  Qarabağı  Azərbaycan- 

dan  ayırmaq üçün münasib məqam  yetişmişdi. 

Bəhanə  də  vardı.  Sosial-iqtisadi  gerilik,  Azər- 

baycanın  milli-mənəvi  basqılan  və  s.  Bütün 

bunlann  mənzərəsi  necə  idi,  biz bunlardan bir 

qədər sonra bəhs  edəcəyik.  Indilik gəlin  görək 

DQ-in  mövcud  olduğu  dövrdə  onu  Azərbay- 

candan  ayırmaq  üçün  edilən  cəhdlərin  kökün- 

də hansı bəhanələr dururdu?

Erməni  separatizminin  əsasını  da  saxtakar- 

lıq  yolu  ilə  başqasmın  olanına  yiyə  durmaq 

üçün  fəaliyyət  göstərmək  təşkil  edir.  Dağlıq 

Qarabağ  heç  zaman  ermənilərə  məxsus  olma- 

mışdı,  amma buramn gözəl təbiəti,  verimli tor- 

pağı  və  strateji  əhəmiyyəti  onu  əldə  etmək 

üçün erməniləri iştahalandırmışdı.

Onu  Azərbaycandan  qoparmaq  üçün  Sovet 

dövründə də  cəhdlər edilmişdi.  Ermənilər DQ- 

nin onlara məxsusluğunu bildirmək üçün  öncə 

sınanmış  üsullardan  istifadə  etməyə  cəhd  et- 

mişdilər:  müxtəlif  ölkə  mətbuatında  çıxışlar 

etmək,  kitablar  yazıb  başqa  dillərə  tərcümə 

edərək  yaymaq  və  s.  Ermənilər  Qarabağ  təx- 

ribatına  20-ci  illərdə  başlamışdılar.  Amma  bu 

illərdə  onlar  yalnızca rus  və  digər  Ölkələrdəki

32

oxuculan  “Dağlıq  Qarabağ  erməni  yurdudur”, 



“Dağhq  Qarabağ  Ermənistanm  kübar  vilayəti- 

dir”,  “Artsax  -   qədim  erməni  yurdu”dur  və  s. 

kimi  yalanlara  inandıra  bildilər.  Bundan  o  ya- 

na  gedə  bilmirdilər.  Sovet  rejiminin  qoyduğu 

qadağalar  erməniləri  bir  qədər  “səbr  etməyə” 

sövq etdi.

Böyük  Vətən  Müharibəsi  illərində  ölkənin 

başı  qanşan  kimi  yenidən  DQ-ın  Ermənistana 

verilməsi təxribatım gündəmə  gətirdilər.  1945- 

ci  ilin  noyabrmda  Ermənistan  KP  MK-nın 

katibi  Q.  Arutyunov  İ.Stalinə  müraciət  ünvan- 

yaraq  DQMV-nin  Ermənistanın  tərkibinə  ve- 

rilməsini  istədi.  Həmin  müraciət  Azərbaycan 

KP  MK-nin  birinci  katibi  Mircəfər  Bağırova 

göndərildi.  Bağırovun buna cavab  olaraq Mos- 

kvaya  yazdığı  məktubda  ermənilərin  bu  fikri- 

nin təxribatçı,  avantürist və heç bir əsası  olma- 

yan  sərsəm  düşüncələrdən  ibarət  olduğu bildi- 

rilir və  kəskin  etiraz  olunur.  Həmin  məktubun 

mətnindən  bəzi  hissələr  bizim  məqsədimizlə 

üst-üstə  düşdüyündən  onu  olduğu  kimi  ver- 

məyi məqsədəuyğun hesab edirik:



“Ermənistan  Kommunist  (bolşeviklər)  Par- 

tiyası  MK-nın  katibi Arutyunov yoldaşın  Dağ- 

li(j  Qarabağ  Muxtar  Vilayətinin  Ermənistan

33



SSR-nin  tərkibinə daxil edilməsi haqqında  tək- 

lifı  ilə  əlaqədar Sizin  teleqramınıza  cavab  ola- 

raq məlumat verirəm:

Dağlıq  Qarabağ Muxtar  Vilayətinin  ərazisi 

qədim  zamanlardan,  mərkəzi  1747-ci  ildə  Qa- 

rabağlı  Pənah  xan  tərəfindən  qala  kimi  tikdi- 

rilmiş  Pənahabad şəhəri  olan  Qarabağ xanlı- 

ğının tərkibində olmuşdur.

1826-cı  ildə  Qarabağ  çar  Rusiyasına  bir- 

ləşdirilmişdir.  Sonralar indiki Dağlıq Qarabağ 

Muxtar  Vilayətinin  ərazisi  Yelizavetpol quber- 

niyasının Şuşa,  Cavanşir,  Qaryagin və  Qubad- 

lı qəzalarınm tərkibində olmuşdur.

1918~1920-ci  illərdə  müsavatçıların  Azər- 

baycanda  və  daşnakların  Ermənistanda  ağa- 

lığı  dövründə  müsavat  hökuməti  tərəfındən 

mərkəzi  Şuşa  (keçmiş Pənahabad)  şəhəri  olan 

general - qubernatorluq təşkil edilmişdir.

Müsavatçılar və  daşnaklar tərəfındən  təşkil 

olunmuş  millətlərarası  qırğımn  nəticəsində 

Azərbaycanın və Ermənistanın bir çox şəhərlə- 

ri kimi,  Şuşa da  dağıdılmış  və xarabalığa  çev- 

rilmişdir.

1920-ci  ildə  Azərbaycanda  Sovet  hakimiy- 

yəti  qurulduqdan  sonra  ilk  dövrlərdə  bütün 

Qarabağın  təsərrüfat  - siyasi həyatına  rəhbər-

34

lik  vahid  Vilayət  Inqilab  Komitəsi  tərəfindən 



həyata keçirilirdi.

1923-cü  ildə  Qarabağın əsasən  ermənilərin 

məskunlaşdığı  dağlıq  hissəsinin  Ermənistan 

SSR-yə  birləşdirilməsi  məsələsi  qaldırıldı. 

Lakin  bu  ərazinin  Ermənistan  SSR  ilə  ümumi 

sərhədlərinin  olmaması  və Ermənistandan yal- 

nız azərbaycanhların yaşadığı  Qubadlı,  Laçın, 

Kəlbəcər  və  Dəstəfur  rayonları  ih   ayrılması 

səbəbindən, partiya orqanlarının göstərişi əsa- 

sında  Azərbaycan  Mərkəzi  Icraiyyə  Komitə- 

sinin  7 iyul  1923-cü il tarixli dekreti ilə mərkə- 

zi Xankəndi,  indi  Stepanakert adlanan  Dağlıq 

Qarabağ Muxtar  Vilayəti yaradıldı.

Beləliklə,  Dağlıq  Qarabağ Muxtar  Vilayəti 

ərazi cəhətdən  heç vaxt Ermənistan SSR-də  bi- 

tişik olmamışdır və hazırda da bitişik deyildir.

Azərbaycanda  Sovet  hakimiyyəti  illərində 

Dağlıq  Qarabağda  vilayətin  təsərrüfat - siyasi 

və mədəni inkişafı sahəsində böyük işlər görül- 

müşdür.  Bu  inkişafın  ən parlaq  nümunələrdən 

biri -  DQMV-nin  hazırki  mərkəzi  Stepanakert 

şəhərinin  başlı-başına  buraxılmış  və  dağıdıl- 

mış  bir  kənddən  Azərbaycanın  ən  gözəl,  abad 

və mədəni şəhərlərindən birinə çevrilməsidir.

35



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə