Qafar Çaxmaqlı Dağlıq Qarabağ işğaldan əw əl və sonra



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix08.07.2018
ölçüsü2,39 Mb.
#54456
1   2   3   4   5   6   7   8   9   ...   22

ziri  və  hərbi  naziri  1919-cu  ilin  avqustunda 

Qarabağa  gələrkən  Şuşanm  erməni  bazarmda 

ermənilər öz  əlləri ilə  bir plakat yazıb  asmışdı- 

lar.  “Yaşasın Azərbaycan Respubiikası”.

Azərbaycan  və  Ermənistan  sovetləşəndən 

sonra  ərazi  məsələlərini  artıq  Qafqaz  Bürosu 

müzakirə  edirdi  və Ermənistanm Dağlıq  Qara- 

bağm  ermənilərə  məxsusluğu  barədə  verdiyi 

Bəyamnaməni  QB-nun  qəbul  etməsi  təbii  ola- 

raq  Azərbaycamn  ciddi  etirazma  səbəb  oldu. 

Sonrakı  proseslərdə  ermənilər  yenə  də  mərkə- 

zin  köməyi  ilə  heç  bir  haqqı  olmadan  Dağlıq 

Qarabağda  muxtariyyət  statusu  aldılar.  Elə  bu 

da  gələcək münaqişələrin  təməlıni  qoymuş  ol- 

du.  Halbuki  Ermənistan  ərazisində  toplum ha- 

lında  Azərbaycan  türkləri  yaşayırdılar,  onlara 

da belə  “özünütəyinetmə  hüququ” verilə bilər- 

di.  Lakin bunlann heç biri olmadı.

İstinad  etdiyimiz  sənədiərdə  də  açıq-aydxn 

görünür ki, Qafqaz Bürosu “oyun oynamxşdxr”, 

ilk iclaslannda Qarabağx Ermənistana “vermiş”, 

sonrakx iclaslannda isə  “rəhmə gəlib” onu Azər- 

baycanın tərkibində saxlamışdır.  Xatırladaq ki, 

bu  sənədə  Stalinin  özü  də  səs  vermişdi.  Əslin- 

də  nəticə  ennənilərin  xeyrinə  olmuşdur,  Azər- 

baycanm tərkibində bir qurum (ermənilərə məx-

22

sus)  yaradılmışdır,  bu  isə  hər  zaman  dövləti- 



miz  üçün  başağnsı  olacağı  anlamma  gəlirdi. 

Bu sənədlərə fikir verin:



“RK  (b)P  MK  Qafqaz  Bürosu  plenumu- 

nun axşam iclasmm protokolundan

İştirak  edirlor:  RKP M K üzvü Stalin,  Qqf- 

büronun  üzvləri:  Orconikidze,  Maxaradze, 

Kirov,  Myasnikov,  Nazaretyan,  Oraxelişvili  və 

Fiqatner.  Komsomolun  Qafbürosunun  katibi 

Breytman,  Gürcüstan  M K  üzvləri:  Çindadze, 

Mdivani və Svanidze.  4 iyul 1921-ci il

Dinlənildi:

5.Qarabağ  məsələsi:  bu  məsələnin  müza- 

kirəsində  iki  fikir  aşkar  olundu  və  aşağıdakı 

məsələlər səsə qojoıldu:



a)  Qarabağı  Azərbaycanm  hüdudlarmda 

saxlamaq;

b)  Bütün  Qarabağda,  bütün  erməni  və 

müsəlman  əhalinin  iştirakx  ilə  ümumxalq 

rəy sorğusu keçirmək;

v)  Qarabağm  dağlıq  hissəsini  Ermənista- 

nın tərkibinə daxil etmək;

q) Yalnız Dağlıq Qarabağda b. s.  erməni- 

lər arasında rəy sorğusu keçirmək.

6. 


Qarabağ  məsələsinin  Azərbaycan  üçün 

xüsusi  əhəmiyyətini  nəzərə  alaraq,  yol,  Nəri-

23



manov buna həlledici qərar verilməsi üçün mə- 

sələnin  RKP  MK-ya  keçirilməsinin  zəruri  he- 

sab edilməsi barədə təklif etdi.

Qarar verdilər:

Lehinə  səs  verdilər:  Nərimanov,  Maxarad- 

ze, Nazaretyan;

Əleyhinə:  Orconikidze,  Myasnikov,  Kirov, 

Fiqatner;

Lehinə  səs  verdilər:  Nərimanov,  Maxa- 

radze;

Lehinə  səs  verdilər:  Orconikidze,  Myasni- 

kov, Fiqatner, Kirov;

Lehinə  səs  verdilər:  Orconikidze,  Myasni- 

kov,  Fiqatner, Kirov, Nazaretyan.

Qərara  ahndı:  Dağlıq  Qarabağ  Ermənis- 

tanın  tərkibinə  daxil  edilsin,  yalnız  Dağlıq 

Qarabağda rəy sorğusu keçirilsin.

Qarabağ  məsələsinin  ciddi  fikir  ayrüığı- 

na  səbəb  olmasmı  nəzərə  alaraq,  RKP  MK 

Qafbürosu  onun  qəti  olaraq  həll  edilməsi 

üçün  RKP  MK-ya  keçirilməsini  zəruri  he- 

sab edir.

Qarabağ  məsələsi  haqda  səsvermədə  yol. 

Oraxelişvili iştirak etmədi.

RKP MK Qafbürosunun katibi Fiqatner.

24

Sənədin altına görün kimlər imza atmışlar.



Stalin 

(Çuqaşvili) 

İo sif  Vissarionoviç 

(1879-1953)  —  həmin  dövrdə  millətlərin  işləri 

üzrə  xalq  komissarı  (1917-1922)  idi;  Orconi- 

kidze  Qriqori  Konstantinoviç  (Serqo)  (1886- 

1937);  Maxaradze  Filipp  İeseyeviç  (1868- 

1941) -  Gürcüstan HİK-nin sədri;  Nərimanov 

Nəriman  Kərbəlayi  N əcəf oğlu  (1870-1925)  -  

Azərbaycan XKS-nin sədri  (1920-1922);  Kirov 

(Kostrikov)  Sergey  Mironoviç  (1886-1934); 

Myasnikov (Myasnikyan) Aleksandr Fyodoro- 

viç  (1886-1925)  -  Ermənistan  HİK-nin  sədri; 

Nazaretyan Amayak Markaroviç  (1889-1937)

-   1920-1922-ci  illərdə  QB-nun katibi,  Grücüs- 

tan HİK-nin və K(b)P MK-nın üzvü', Oraxelaş- 

vili İvan  (Mamiya)  Dmitriyeviç  (1881-1937) -  

1921-ci  ilin martından  Gürcüstan HİK-nin  üz- 

vü, K (b) P MK-nın katibi və XKS sədri\ Fiqat- 

ner  Yuri  Petroviç  (Yakov  İsaakoviç)  (1889- 

1937) -  1921-ci ilin martından QB-nin katibi.

Bununla  əlaqədar  digər  bir  sənədə  diqqət 

edək:

RK(b)MK  Qafqaz  Bürosu  plenumunun 

iclas protokolundan

5 iyul 1921-ci il

25



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə