Qafar Çaxmaqlı Dağlıq Qarabağ işğaldan əw əl və sonra



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix08.07.2018
ölçüsü2,39 Mb.
#54456
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

nilər  yenə  də  eyni  bəhanələrlə  öz  işlərini  gö- 

rürdülər.  Guya ki,  vilayətdə iqtisadi  gerilik var, 

sosial inkişaf yoxdur, ennəni milləti sıxışdınlır.

Halbuki  Dağlıq  Qarabağ  işğalaqədər  özü- 

nün  çox  böyük  inkişafmı  təmin  etmişdi.  Çox 

təəssüf ki,  bəzi  erməni  ideoloqları  və  onlarm 

xaricdəki  havadarları  bu  xüsusiyyəti  inkar  et- 

mək  yolu  tutdular və  ilk  dövrlərdə  dünya  icti- 

maiyyətinin  onlara  inanmasma  nail  oldular. 

Ermənilər  nə  üçün  bu  yolu  tutmuşdular?  Nə 

üçün ağ yalan damşaraq Dağlıq Qarabağda hə- 

yat  şəraitinin  dözülməz  olduğunu  önə  çəkir- 

dilər?  Bunun sadə bir cavabı var.  Onlar bunlan 

qabartmaqla  Azərbaycanla  bir  yerdə  yaşama- 

ğın qeyri-mümkün olması barədə cəfəng təsəv- 

vürlər yaratmağa  çalışırdılar.  Onlann bu  təbli- 

ğatmdan sonucda bu nəticə çıxacaqdı ki,  ermə- 

nilərlə azərbaycanlılar bir arada yaşaya bilməz, 

demək  Dağlıq  Qarabağ  Azərbaycandan  aynl- 

malıdır.  1988-ci  ildə  DQMV  Xalq  Deputatlan 

Sovetinin qəran  da  “bu əsaslar”  üzərində  işlə- 

nib ortaya atılmışdı.

Dağlıq  Qarabağı  Azərbaycandan  ayırmaq 

üçün  onlann  əllərində  heç  bir  elmi  əsas  yox 

idi.  Bütün  tarixi  dövrlərdə  Qarabağm  dağlıq 

hissəsi  ilə  aran hissəsi  arasında bir bağhlıq  ol-

40

muşdur.  Qarabağ  vahid  təbii  inkişafım  dağ  və 



aran  hissləri  ilə  bir  yerdə  tapmışdır,  coğrafi 

region  kimi  də  həm  iqtisadi,  həm  də  siyasi 

gəlişmələr  vahid  bir  Qarabağ  anlayışı  doğur- 

muşdur.  DQMV-m  yaradılması  və  regionun 

bir-birindən  şərti  də  olsa  aynlması  tamamilə 

yanlış bir addım idi.  Amma buna baxmayaraq, 

DQMV  üçün  yaradılmış  müstəsna  şərait  onun 

inkişafinı təmin edirdi.

Azərbaycan  rəhbərliyi  sonradan  başağnsı 

olmaması  və  Mərkəzin  danlağmı  götürməmək 

üçün  DQMV-ə  xüsusi  diqqət  ayınrdı.  Büdcə 

tərtib  olunarkən  ona  xüsusi  diqqət  edilirdi  ki, 

“erməni  qardaşlanmız”  narazı  qalmasmlar. 

Buna  görə  də  DQMV  Azərbaycanm  aqrar-sə- 

naye  bölgəsi  kimi  inkişaf  etməyə  başladı. 

Azərbaycanm  ətraf  rayonlan  (xüsusən  Araıı 

Qarabağı DQMV-in xammal bazasına çevrildi. 

Məsələn,  burada  inşa  edilmiş  Qarabağ  Toxu- 

culuq  Kombinatına  xammal  digər rayonlardan 

hətta  Şəkidən  (ipək)  gətirilirdi.  ətraf rayonlar- 

da pambıqçılıq sahəsi prioritet sahə kimi saxla- 

nılsa da, Dağlıq Qarabağın düzənlik ərazilərin- 

dən  pambıq  əkinini  ləğv  etdilər.  Ermənilər 

“qul  əməyi”  hesab  edilən  pambıqçılıqla  məş- 

ğul  olmağı  özlərinə  sığışdırmadılar  və  Azər-

41



baycan  onlann  bu  inadına  qarşı  gedə  bilmədi. 

Sənayenin  və  emaledici  sahələrin  DQMV-də 

inkişaf  etdirilməsi  ilə  burada  həyat  səviyyəsi 

də  yüksəldi.  Qarabağm  dağlıq hissəsində məs- 

kunlaşanlar  aran  hissəsində  yaşayanlardan  da- 

ha yaxşı  həyat  şəraiti  qurmağa başladılar.  Hal- 

buki bunlar əksinə olmalı idi.  Bax, Azərbaycan 

Dağlıq Qarabağ ermənilərinə bu imkanı verdi.

Dağlıq  Qarabağın  təbii  gözəlliyi,  havası- 

suyu  onun  kurort-sanatoriya  sektorunda  uğur 

qazanmasına səbəb  oldu.  Burada istirahət mər- 

kəzləri  tikilməyə  başladı.  Yay  dövründə  bura- 

ya axın DQMV büdcəsini zənginləşdirdi.  Dağ- 

lıq  Qarabağda mədəni inkişaf,  erməni  xalqınm 

milli  mənada  inkişafi  təmin  olunurdu.  Onlara 

heç  bir  qadağa  yox  idi.  Öz  dillərində  təhsil 

alırdılar.  Regionda yeganə ali məktəb  Xankən- 

di  şəhərində  idi.  Dağlıq  Qarabağa  Azərbayca- 

nm  digər rayonlanndan  gedənlərə  “qonaq”  ki- 

mi baxırdılar.  Ermənilərin üstün  durumu onla- 

nn  milliyyətçiliyini  artmb  və  etnik  eqoizm 

yaradırdı.

Dağlıq  Qarabağa  sıx-sıx  gedib  gələn  şəxs- 

lərdən biri  kimi,  deyə  bilərəm  ki,  Sovet  idarə- 

çilik  sisteminin  basqılan  burada  daha  az  idi. 

Azərbaycan isə burada bir ehtiyatlı  siyasət sər-

42

giləməkdə idi.  Bu,  sonralar çox ağır nəticə-lərə 



gətirib çıxaracaqdı.  Bölgədə son dərəcə sərbəst 

olan  ermənilər  artıq  Dağlıq  Qarabağm  Azər- 

baycana  aid  olmadığını  açıq  bəyan  edirdilər. 

Hələ  SSR-nin  kəshakəs  vaxtlannda  ara-sıra 

mətbuatda  DQMV-ni  Ermənistanm  ərazisi  ki- 

mi  təqdim  edirdilər.  Məsələn,  Şuşada  anadan 

olmuş bir rəssamdan -  Gürcüyandan bəhs edən 

populyar  “Oqonyok”  jumalı  yazırdı  ki,  “Gür- 

cüyan  Ermənistanın  Dağlıq  Qarabağ  vilayəti- 

nin  Şuşa  şəhərində  anadan  olub”.  Belə  “səhv- 

ləri” digər mətbuat orqanlan da edirdilər.

Ermənilər hələ  Sovet  Birliyi  zamanında  gizli 

təşkilatlar  quraraq  Dağlıq  Qarabağm  Azərbay- 

candan  aynlması  ideyasım  yayırdılar.  Onlar  bu 

istiqamətdə  yaxşı  da  təşkilatlanmışdılar.  “Qara- 

bağ  hərəkatı”  dedikləri  proseslərə  rəvac  verər- 

kən  ermənilərin  “Qarabağ_ Komitəsi”,  “Krunk” 

(“Duma”) və “Miatsum” (“Birləşmə”) adlı çox- 

yönlü fəaliyyət göştərən təşkilatlan var idi.

4. Təbii coğrafi region... və inkişafm 

Dağlıq Qarabağ nümunəsi

Ermənilər  Dağlıq  Qarabağa  verilən  bu 

Muxtar  Vilayət  statusundan  istifadə  edərək 

onu  iqtisadi  cəhətdən  Azərbaycan  ayırmağa

43



hələ  SSRİ vaxtlannda cəhd  etmişdilər.  Akade- 

mik Budaq Budaqovun hadisələr qızışarkən bir 

toplantıda dedikləri olduqca maraqlıdır: “...Axı 

Dağlıq  Qarabağ  Aran  Qarabağda  (Ağdam, 

Mirbəşir (Tərtər),  Ağcabədi,  Füzuli,  Cəbrayıl) 

və  respublikanm  Qərb  regionlan  (Kəlbəcər, 

Laçın,  Qubadlı  rayonları)  ilə  birlikdə  bütöv 

təbii-coğrafi  region,  kompleks  ekoloji  sistem, 

vahid çay şəbəkəsi, qarşılıqlı surətdə bağlı iqti- 

sadiyyat və kommunikasiya əmələ  gətirirlər”.

Qarabağm  təbii-coğrafi  və  iqtısadi  birliyi- 

nin,  onun  digər regionlarla qarşıhqlı  əlaqələri- 

nin  təbiiliyinin  həyati  əhəmiyyəti  olan  kom- 

munikasiyalar -  Ağdam-Stepanakert  (Xankən- 

di)  dəmiryol  xətti,  avtomobil  yollan,  qaz  kə- 

məri,  elektrik  təchizatı  xətləri  ilə  bağlıdır  ki, 

bu  da Muxtar  Vilayətin  xalq  təsərrüfatınm  sə- 

mərəli  fəaliyyəti  üçün  son  dərəcə  zəruridir. 

Başqa  sözlə  desək,  Muxtar  Vilayətin  və  res- 

publikanin digər regionlanmn iqtisadiyyatı bir- 

birini  tamamlayır,  onlarm  arasında  qarşılıqlı 

iqtisadi  əlaqələrin güclənməsi isə  obyektiv  xa- 

rakter  daşıyır  və  bunlar bu  vahid  təbii-iqtisadi 

kompleksin  sistemli  şəkildə  planlaşdınlması 

və  idarəedilməsi  üçün bütöv bır  sıra prinsipial 

amıllərlə  bağhdır.  Həqiqətən  də  Dağhq  Qara-

44

bağ  Azərbaycana  iqtisadi  tellərlə  sıx  bağlı  idi 



və məhz Azərbaycan Respublikasının qayğılan 

ilə bu region özünün iqtisadi-sosial  və mədəni 

yüksəlişinə nail olmuşdu.  Təkcə bir faktı nəzə- 

rə  çatdırmaq  kifayət  edər  ki,  bu  qayğınm  sə- 

viyyəsini  müəyyən  edəsən.  Qarabağm  Aran 

hissəsınə nəzərdə tutulan Toxuculuq Kombina- 

ümn  Stepanakertdə  tikilməsi  qərara  almdı. 

50-60-cı illərdə ipəkçiliyin inkişafi üçün 2  də- 

fə  vəsait  artmldı.  DQMV-dəki  ipək  emalı 

müəssisəsinin  işini  daha  da  yaxşılaşdırmaq 

üçün  50-60-cı  illərdə  barama  istehsalı  70  faiz 

artdı.  1940-cı  ildə  114  ton  idisə,  1960-cı  ildə 

bu  186  tona  çatdı.  Lakin bu  da  Qarabağ  İpək 

Kombinatmm  tələbatmı  ödəmirdi.  Azərbayca- 

mn kənanndan barama və iplik alınırdı.

1950-1953-cü  illərdə  tikintisi  başa  çatmış 

Qarabağ İpək Emalı fabriki qabaqcıl müəssisə- 

yə  çevrildi.  Bu müəssisə  xam ipək,  rənglənmiş 

parça,  ipək  sap  istehsal  edirdi.  1970-ci  ildə 

DQMV-nin  ipək  emalı  müəssisələrində  3  min 

nəfərdən çox  adam işləyirdi.  Kombinat işçiləri 

çox  yüksək  maaş  alırdılar,  qısa  bir  vaxtda 

Xankəndi  şəhərində  400  mənzildən  ibarət  14 

yaşayış  binası  tikilib  verilmişdi.  Təkcə  bu 

kombinatda 400 nəfərlik körpələr evi, xəstəxa-

45



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə