Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə21/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   17   18   19   20   21   22   23   24   ...   148

1.19.
Məkkə (Kəbə) Qurani-kərimdə 
M
əkkə şəhəri hədisi-şəriflərdə tərif edildiyi kimi Qurani-kərimdə də vəsf edilib 
t
əriflənmişdir.  Onun  Quranda  təriflənməsi və  fəzilətli  tutulmasının  səbəbi isə 
müq
əddəs Kəbə  evinin orada yerləşməsinə,  Alllahın  “Şəair”lərinin orada olmasına, 
orada  bir  çox  peyğəmbərlərin qəbirlərinin  olmasına,  İmam  Əlinin  (ə)  orada 
doğulmasına  və  Peyğəmbərimizin  (s)  orada  olmasına  görədir. Allah Quranda bu 
şəhərin fəzilətli olduğunu bildirmək üçün ona and içmişdir. Hətta onun adına bir surə 
d
ə adlandırılmışdır ki, bunun da adı “əl-Bələd”dir. Adı çəkilən surədə Allah buyurur: 
“And olsun bu 
şəhərə (Məkkəyə). Sənin olduğun bu şəhərə”
1
. Bütün t
əfsir əhlinə görə 
bu sur
ə  Məkkə şəhərində nazil olmuşdur. Deməli,  buna görədə  ayədə  işlənən “bu” 
əvəzliyi Məkkə  şəhərinə  məxsusdur.  Təfsir  əsərlərində  bu haqda deyilir: “Qeyd 
etdiyimiz bu iki ay
ədə and içilən şəhərin məhz Məkkə olduğu göstərilməmişdir və adı 
ç
əkilməmişdir.  Ancaq  surənin Məkkədə  nazil  olduğunu  və  bu muqəddəs  şəhərin 
İslam  tarixində  fövqəladə  dərəcədə  əhəmiyyət kəsb etdiyini nəzərə  alsaq,  burada 
m
əhz Məkkənin nəzərdə tutulduğunu qəti şəkildə deyə bilərik. 
Əlbəttə Məkkə torpağının şərafəti və əzəməti elədir ki, Allahın ona and içməsi 
tamamil
ə  təbidir. Çünki Məkkə  Tovhidin ilk mərkəzi  olmuş  və  Pərvərdigara ilkin 
ibad
ət də burada edilmişdir, bütün böyük peyğəmbərlər buradakı Allah evi ətrafında 
t
əvaf  etmişlər. Ancaq surənin ikinci ayəsində  -“Sənin  yaşadığın  bu  şəhərə”-  bəyan 
edil
ən fikir yeni bir məsələyə toxunur və oda bundan ibarətdir: Bu şəhər sənin feyz və 
b
ərəkət dolu vücudunun xatirinə elə bir əzəmət qazanmışdır ki, bu andın içilməsinə 
layiq görülmüşdür”
2
.  
M
əkkə  Qurani-kərimdə  M
əkkə, Bəkkə, Bələdul-Əmin,  Ümmül-qura, 
H
ərəmul-Əmin adladrla yad edilməkdədir.  
Qurani-k
ərimdə Məkkəyə aid olan ayələr içərisində daha çox Kəbənin ziyarəti 
il
ə  əlaqəli ayələr  yer  almaqdadır.  Allah bu ayələrdə  Kəbə  evinin tarixinə  toxunur, 
oranın  kim  tərfindən təmir  olunduğunu,  oraya  kimlərin  giriş  izni  oduğunu  və 
ziyar
ətinin qayda-qanunlarını açıqlayir. Allah bu ayələrdə buyurur: 
“H
əqiqətən, insanlar üçün ilk bina olunan ev Bəkkədəki evdir ki, o, 
şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və  doğru  yol  qaynağıdır”.
3
 “Orada 
aydın  nişanələr-  İbrahimin  məqamı  vardır.  Ora  daxil  olan  şəxs  əmin-
amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin həcci gedib o evi ziyarət 
etm
əsi insanların  Allah  qarşısında  borcudur.  Kim  bunu  inkar  edərsə,  əlbəttə 
Allah al
əmlərə möhtac deyildir!”
4
 
 “Allah Beytul-H
ərəm olan Kəbəni, haram ayı (zihiccə) boyunları bağsız və 
bağlı qurbanları insanların düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. 
Buna ona gör
ədir ki, Allahın göylərdə və yerlərdə nə varsa, hamısını bilməsini, 
özü d
ə Allahın hər şeyi bilməsini siz də bilirsiniz!”
5
  
(Ya M
əhəmməd!) 
Yadına sal ki, biz Kəbəni insanlar üçün səvab və əmin-
amanlıq  yeri etdik. Sizə  də:  “İbrahimin  məqmını  özünüzə  namazgah edin!”- 
1
 
əl-Bələd, 1-2 
2
 
Hacı Əbdürrəhman Yusifpur, Qurani-kərimin otuzuncu cüzünün təfsiri, c. II, səh. 7          
3
 Ali-
İmran, 96 
4
 Ali-
İmran, 97 
5
 Maid
ə, 97 
44 
 
                                                      


dedik.  İbrahimə  və  İsmalilə  də: “Evimi (Kəbəni)  təvaf edənlər,  orada  qalıb 
h
əmişə  ibadətdə  olanlar, rüku və  səcdə  ilə  namaz  qılanlar  üçün  təmizləyin!”- 
dey
ə tövsiyyə etdik”.
1
 
“Yadına sal ki, İbrahim: “Ey Rəbbim! Buranı (Məkkəni) bəladan asudə bir 
şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına  cürbəcür meyvələrdən 
ruzi ver!”- dey
ə dua etdikdə, Allah: “Kafir olanlara da bir qədər ruzi verərəm, 
lakin sonra da c
əhənnəm əzabına düçar edərəm. Amma ora (cəhənnəm) nə fəna 
bir yerdir!”- dey
ə buyurdu”.
2
 
“Onu da yadına sal ki, İbrahim və İsmail Kəbənin bünövrəsini ucaltdıqları 
zaman: “Ey R
əbbimiz! (bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da , eşidən 
v
ə bilənsən!”- deyə dua etdilər”
3
.  

(İbrahim və İsmail dedilər): “Ey R
əbbimiz! Bizim hər ikimizi Sənə itaətkar 
(müs
əlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə 
H
əccin əməllərini və ibadət qaydalarını göstər, tövbələrimizi qəbul et! Həqiqətən 
S
ən tövbələri qəbul edənsən və mərhəmətlisən!”
4

“..H
əqiqətən, biz onu (İbrahimi)  dünyada  peyğəmbərlik etmək və  Kəbəni 
t
əmir etmək üçün seçdik”
5
.  
“..İndi  yönəldiyin qibləni  (Kəbəni)  adi sənə  tabe olanlarla səndən üz 
çevir
ənləri bir-birindən  ayırd  etmək üçün (qiblə)  təyin etdik. Bu, (qibləni) 
Beytül-müq
əddəsdən Kəbəyə  tərəf çevirmək  ağır  görünsə  də,  ancaq  Allahın 
doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir”
6
 .  
(Ya  M
əhəmməd!)  Biz s
ənin üzünün göyə  tərəf çevrildiyini görürük, ona 
görö d
ə  səni  razı  olduğun  qibləyə  tərəf döndərəcəyik.  İndi  üzünü  Məscidül-
harama  t
ərəf çevir! (Ey müsəlmanlar!) harada olursanız (namaz vaxtı) üzünüzü 
ora dönd
ərin!”
7
.  
“Sizi onlara qalib etdikd
ən sonra Məkkə  vadisində  onları  sizinlə, sizi də 
onlarla  vuruşmağa  qoymayan  Odur...”
8
 “And olsun bu t
əhlükəsiz, qorxusuz-
x
ətərsiz şəhərə (Məkkəyə) ki,”
9
.  
“...M
əgər  Biz  onları  Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsini 
daşınıb  gətirildiyi, qorxusuz-xətərsiz, müqəddəs bir yerdə  (Məkkədə)  sakin 
etm
ədikmi?...”
10
 
“Bu Quran da mübar
ək , özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, 
s
ənə  (Ümmül-qura)  Məkkə  əhlini və  ətrafdakıları  qorxutmaq  üçün  nazil 
etmişik...”
11
.  
“...
Allahı  inkar  etmək,  Məscidül-haramın  ziyarətinə  mane  olmaq,  oranın 
xalqını oradan çıxarmaq Allah qatında daha böyük günahdır...” 
1
.  
1
 B
əqərə, 125    
2
 B
əqərə, 126 
3
 B
əqərə, 127 
4
 B
əqərə, 128 
5
 B
əqərə, 130 
6
 B
əqərə, 143 
7
 B
əqərə, 144
 
8
 F
əth, 24 
9
 Tin, 3 
10
 Q
əsəs, 57 
11
 
Ənam92      
45 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə