Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə30/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   26   27   28   29   30   31   32   33   ...   148

Peyğəmbər (s) yaratdığı icmanı dini qanunlar əsasında qurdu. O, özü isə bu icmanın 
r
əhbəri oldu. 
 
2.6.
Mədinənin fəzilətləri 
M
ədinə  şəhərinin fəziləti səhih hədislərdə  öz  əksini  tapmış  inkar  olunmaz 
x
əbərlərdəndirBu haqda Peyğəmbərdən (s) və məsum İmamlardan (ə) çoxlu sayda 
h
ədislər nəql  olunmuşdur.  Bu hədisi-şəriflər bütün mötəbər qaynaqlarda rəvayət 
olunmuşdur. 
Peyğəmbər (s) buyurur: “Həqiqətən İbrahim (ə) Məkkəni özünə hərəm etmişdi 
v
ə oranın əhalisinə dua etmişdir. Mən də Mədinəni hərəm etdim, necə ki, İbrahim (ə) 
M
əkkəni hərəm  etmişdi.  Mən də  Mədinənin sakinlərinə  İbrahimin (ə) Məkkənin 
sakinl
ərinə etdiyi duanı etdim”
1
.  
Peyğəmbər (s) hədisi-şəriflərinin birində  buyurur:  “Mədinə  sizin üçün çox 
xeyirlidir. Əgər insanlar bunu bilsəydilər ondan başqasına rəğbət göstərməzdilər”
2
.  
Peyğəmbər (s) Mədinənin fəzilətləri  haqqında  aşağıdakı  hədislərində 
buyurmuşdur:  
 “H
ər kəs Mədinənin sıxıntısına və istisinə səbir etsə, ona qiyamət günü şəfaətçi 
v
ə şahid olaram”
3
.  
“Allahım  sən  məni  sevdiyin  torpaqdan  çıxardın  və  sevdiyin digər  torpağa 
endirdin”
4
.  
 
“Allahım bizi burada məskunlaşdır və bizə burada bol-bol ruzi ver”
5
.     
“Sizl
ərdən hər kəs Mədinədə ölməyi bacarsa, bunu etsin. Çünki hər kəs orada 
öls
ə, qiyamət günü ona şahid və şəfaətçi olaram”
6
.  
 “M
ədinə  insanların pisliklərini yox edir, necə  ki,  dəmir döyən  dəmirin pasını 
yox edir”
7
.  “X
əbərdar olun ! Həqiqətən Mədinə  dəmir döyən kimi pislikləri yox 
edir”
8
.  
 “H
əqiqətən iman Mədinəyə  sığınıb,  necə  ki,  ilan  öz  yuvasına  sığınır”
9
.     
“X
əbərdar olun! Həqiqətən Mədinənin dağ keçidlərində mələklər vardır, ora taun və 
D
əccal girə bilməz”
10
.  
 
“Allahım  Mədinədə  bərəkətimizi  artımlı  et,  necə  ki, Məkkədə  bərəkətli 
etmis
ən”
11
.  
“Allahım!  Mədinəmizdə  bizə  və  gəlirlərimizə  bərəkət ver, su qablarımızın 
b
ərəkəti üzərinə bərəkət gətir”
12
.  
1
 
ər-Rihabüt-tahirə, səh. 49 
2
 S
əhihi-Buxari, fədailu-Mədinə, hədis № 1875; Səhihi-Müslüm, kitabül-həcc, hədis № 1363; ər-Rihabüt-tahirə, səh. 49  
3
 
Əllamə Hairi, Dairətül-məarif, c. XVII, səh. 45, c. VII, səh. 213; Səhihi-Müslüm, kitabül-həcc, hədis № 1377; Sünəni-
Tirmizi, m
ənaqib-3920 
4
 
Əllamə Hairi, Dairətül-məarif, c. XVII, səh. 45 
5
 H
əmin mənbə 
6
 
Əllamə Hairi, Dairətül-məarif, c. XVII, səh. 45; Sünəni-Tirmizi, mənaqib-3913 
7
 S
əhihi-Buxari, fədailu-Mədinə, hədis № 1871; Səhihi-Müslüm, kitabül-həcc, hədis № 1372                                
8
 S
əhihi-Müslüm, kitabül-həcc, hədis № 1371
 
9
 S
əhihi-Buxari, kitabu fədailil-Mədinə, hədis № 1876; Səhihi-Müslüm, kitabul-iman, hədis № 147 
10
 S
əhihi-Buxari, fədailu-Mədinə, hədis № 1880; Səhihi-Müslüm, kitabül-həcc, hədis № 1379; Müvəttəi-Malik, cami-16 
11
 S
əhih-Buxari, fədailu-Mədinə, hədis № 1885; Səhihi-Müslüm, kitabül-həcc, hədis № 1369 
12
 S
əhihi-Müslüm, kitabül-həcc, hədis № 1373 
65 
 
                                                      


 “M
ədinə hərəmdir. Onun ağacı kəsilməz, orada bidət qoyulmaz. Hər kəs orada 
bid
ət çıxararsa, ona Allahın, mələklərin və bütün insanların lənəti olacaqdır”
1
  
 “M
ədinə  Səur  dağı ilə  Ayır  dağınadək hərəmdir,  hər kəs orada bidət  çıxarsa, 
yaxud orada bid
ətçiyə sığınacaq versə, ona Allahın, mələklərin və bütün insanların 
l
ənəti olacaqdər. Allah qiyamət günü onun tövbəsini və  ədalətini qəbul 
etm
əyəcəkdir”
2
.  
“İbrahim  (ə) Məkkəni özünə  hərəm  etmişdi,  mən də  Mədinəni özümə  hərəm 
etdim. Onun ağacı qoparılmaz, ovu isə ovlanmaz”
3
.  
 “M
ən Mədinəni hərəm qərar verdim. Orada qan axıdılmaz və döyüş üçün silah 
daşınmaz. Oranın ağacları da ələf istisna olmaqla biçilməz”
4
.  
“Heç k
əs Mədinə camaatı üçün qələm pastasının damcısı qədər və ya duz dənəsi 
q
ədər pislik istəməsin, yoxsa Allah onu cəhənnəmlə əzablandırar”
5
.  
 “Y
əmən fəth ediləcək. Bir qurup insan Mədinədən oraya ailələri və  özlərinə 
tabe olanlarla birg
ə  gedəcəklər. Halbuki bilsəydilər Mədinə  onlar üçün daha 
xeyirlidir.  Şam  da  fəth ediləcək. Bir qovm Mədinədən öz ailələri və  özlərinə  tabe 
olanlarla birg
ə  oraya gedəcəklər.  Kaş  biləydilər ki, Mədinə  onlar üçün daha 
xeyirlidir.  İraq  da  fəth olunacaq. Bir qurup kimsə  ailəsi və  özünə  tabe olanlarla 
M
ədinədən oraya daşınacaqlar. Kaş biləydilər Mədinə onlar üçün daha xeyirlidir”
6
.      
“Allahım! Məkkəyə verdiyin bərəkətin iki qatını Mədinəyə ver”
7
.  
 “Eviml
ə  minbərim  arasında  Cənnət  bağlarından  bir  bağ  vardır.  Minbərim 
hovuzumun üz
ərindədir”
8
.  
“İslam şəhərlərindən ən son xarab olacaq şəhər Mədinədir”
9
.  
Peyğəmbər  (s) buyurur:  “Allah mələklərdən  çox  şey  yaratmamışdı,  onlardan 
yetmiş min nəfəri  hər gecə və gündüz yer aləminə enər, Beytül-haramı təvaf edərlər. 
Sonra is
ə Peyğəmbərin (s), daha sonra isə  Əmirəlmömininin  (ə) məqbərəsinə gəlib 
onlara salam ver
ərlər. Bundan sonra Həsənin (ə), sonra da Hüseynin (ə) məqbərəsinə 
gedib onlara salam ver
ərlər. Onlar səhərədək Huseynin (ə) hərəmində dayanar, səhər 
olduqda is
ə  göyə  qalxarlar və  bir daha yerə  qayıtmazlar.  Ey  Əli!  Allah sənin və 
övladlar
ının  qəbirlərini Cənnət  bağçası  etmişdir.  Hər kəs sizin qəbirlərinizi ziyarət 
ets
ə, ona yetmiş həccin səvabı verilər və günahları pozular”
10

Peyğəmbər  (s)  diğər bir hədisində  buyurur:  “Hər kəs Məkkəyə  gəlib həcci 
ziyar
ət etsə, lakin Mədinədə məni ziyarət etməsə, mənə cəfa etmişdir. Hər kəs məni 
ziyar
ət etsə, ona şəfaətim nəsib olar. Hər kəsə şəfaətim yetişsə, ona Cənnət vacib olar. 
1
 S
əhihi-Buxari, fədailu-Mədinə, hədis № 1867; Səhihi-Müslüm, kitabül-həcc, hədis № 1366
 
2
 S
əhihi-Müslüm, kitabül-həcc, hədis № 1370; Sünəni-Əbi Davud, Mənasik-99, hədis № 2034, 2035; Sünəni-Tirmizi, 
h
ədis № 2018 
3
 S
əhihi-Müslüm, kitabül-həcc, hədis № 1362 
4
 H
əmin mənbə, hədis № 1374; Sünəni-Əbi Davud 
5
 S
əhihi-Müslüm, kitabül-həcc, hədis № 1363 
6
 S
əhihi-Buxari, fəzailul-Mədinə-5; Səhihi-Müslüm, kitabül-həcc, hədis № 1388; Müvəttəi-Malik, əl-Cami-7 
7
 S
əhihi-Müslüm, kitabül-həcc, hədis № 1368;  Müvəttəi-Malik, Cami-1 
8
 S
əhihi-Buxari, fazlus-salat-5, fəzailu-Mədinə-11; Səhihi-Müslüm, kitabül-həcc, hədis № 1392; Müvəttəi-Malik, qiblə-
10; Əllamə Hairi, Dairətül-məarif, c. VII, səh. 613  
9
 Sün
əni-Tirmizi,mənaqib-3915 
10
 
Əllamə Hairi, Dairətül-məarif, c. VII, səh. 614
 
66 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə