Harun
ər-Rəşidin yanında dəfn edilən İmamın (ə) türbəsində Deyləmilərə qədər
h
ər hansı bir təmir və ya genişləndirmə işinin aparılması haqqında heç bir məlumat
yoxdur. Burada ilk t
əmir və genişləndirmə işləri Deyləmilər dövrünə təsadüf edir
1
.
Bu
işi Deyləmi hökmdarı Əzüddövlə Deyləmi həyata keçirmişdir. Lakin onların
tikdirdiyi
yeni türb
ə kompleksi Qəznəli hökmdarı Səbuktəkin (977-997) tərəfindən
dağıdıldı (994). O, türbəni dağıtmaqla yanaşı onun bir daha tikilib təmir edilməməsi
üçün xüsusi göst
əriş də verdi. Amma onun oğlu Mahmud Qəznəli (998-1030)
hakimiyy
ətə gələn kimi atasının siyasətinə zidd olaraq türbənin yenidən qurulması
haqqında göstəriş verdi. Əslində o, bu ərazidə yaşayan tərəfdarları ələ almaq və
onlara
əziyyət olmasın deyə bu addımı atmışdı
2
.
O dövrün Nişapur valisi Əbulfəzl
Suri türb
əyə yeni bina ilə yanaşı bir minarə də tikdirdi (1037-1038) və ayrıca satın
aldığı bir kəndi türbəyə bağışladı
3
. Onun tikdirdiyi bu minar
ə Qəznəli hökmdarı
Sultan M
əsudun (1030-1040) vəziri Əbülhəsən İraqinin “Məscidi-Bəlasər” adlı
tikdirdiyi m
əscidlə birlikdə günümüzədək qalmaqdadır.
M
əşhəd ziyarətgahı 1116-cı ilin mayında baş vermiş məzhəbi toqquşma
n
əticəsində dağıldı və orada bir daha xütbə oxumaq qadağan edildi.
S
əlcuqlar döründə də hərəmin təmir işi olmuşdur. Belə ki, Əmir İmaduddövlə
oranı təmir etdirmişdir. Soltan Səncərin vəziri Şərafəddin Əbu Tahir Qumi məzarın
üstünd
ə künbəz tikdirmiş və oranı nəfis şəkildə bəzətmişdir. Onun gördüyü bu iş
1118-ci ild
ə həyata keçmişdir
4
.
İmamın (ə) türbəsi 1153-cü ildə baş vermiş döyüşlər zamanı da dağılmış, lakin
tez bir zamanda Sultan S
əncər tərəfindən təmir edilmişdir (1162).
Xar
əzmşahların da dövründə türbə təmir edilmişdir. Onlar hərəmin əsasən
kaşılarına diqqət yetirmiş və onları səncəri kaşıları ilə əvəz etmişlər. Onların gördüyü
bu işlər 1215-ci ilə təsadüf edir. Bundan başqa Xarəzmşahlar qəbrin ətrafını çini
kaşılar və kitabə ilə də bəzəmişdilər. Bu kitabədə İmamın (ə) şəcərəsi süls
xətti ilə
göz
əl şəkildə yazılmışdır.
Monqolların müsəlman ölkələrinə hücumu zamanı türbə Toluy Xan tərəfindən
xarabaya çevrildi. Türb
ənin bu cür xaraba vəziyyətdə qalması Elxani hökmdarı
Qazan Xanın (1295-1304) hakimiyyətə gəlməsinədək davam etdi. Qazan Xan
hakimiyy
ətə gəldikdən sonra türbəni təmir etdirdi və ona qübbə də tikdirdi. Onun
yarımçıq qalmış bu böyük işinin qardaşı Xudabəndə (1304-1317) davam etdirib sona
çatdırdı (1316).
Asitani-Qüds Teymurl
əngin oğlu Şahruxun hakimiyyətinədə (1405-1447) beləcə
qaldı. Şahrux məşhur iranlı memar Qivamiddin Şiraziyə gözəl bir məscid tikdirdi
(1418). Bundan
əlavə o, hərəmə 3.000 misqallıq qızıl qəndil hədiyyə etdi. Şahruxun
arvadı Cövhər Şad Ağa ərinin xatirəsinə türbənin qiblə istiqamətinə “Məscidi-cami”
adlı bir məscid tikdirdi. Cövhər Şadın xidmətçilərindən
olan Pərizad da Məşhəddə bir
m
ədrəsə tikdirdi. Həmin mədrəsə “Məscidi-Pərizad” adı ilə məşhur oldu. Onların
tikdirdiyi bu m
əscidlər teymurilər dövrünün ən yaxşı abidələrindən hesab olunur.
1
Bax: İslam Ensiklopediyası, c. IV, səh. 484
2
İbn Əsir, əl-Kamil fit-Tarix, c. IX, səh. 401
3
İslam Ensiklopediyası, c. IV, səh. 484
4
İşığa Doğru Jurnalı № 9, səh. 117
272
İmamın (ə) hərəmi Səfəvilər dövründə bir az da genişləndirilib təmir edildi. Bu
dövr artıq hərəmin qızıl ilə işləmə dövrü hesab edilir. Bu
dövrdə künbəz və iki minarə
qızıl ilə işlənmiş və qəbir üzərində ilk zireh hazırlanmışdır. Şah Təhmasib (1524-
1576) h
ərəmin qübbəsini və qübbənin yanındakı minarəni təmir etdirdi (1525) və ilk
d
əfə olaraq künbəzi qızıl ilə bəzətdirdi. Həmçinin, ilk dəfə onun tapşırığı ilə 1550 -ci
ild
ə qəbirin üstünə ilk zireh düzəldildi. Özbək xanı Əbdulmömin 1588-ci ildə
ziyar
ətgaha hücum edib oranı talan etdi. Birinci şah Abbas ora səfər etdiyi ərəfədə
h
ərəmi yenidən qızılla bəzətdi. Onun başladığı bu iş 1607-ci ildə sona yetdi. Şah
Abbasın Məşhədə gəlişini və künbəzi qızılla təmir etdirməsini memar Əlirza Abbasi
süls x
ətti ilə abidənin aşağı hissəsinə yazmışdır.
Şah Süleyman Səfəvi də 1673-cü ildə zəlzələ nəticəsində künbəzin qopmuş
qızıllarını bərpa etdirmişdir. Onun bu işini isə Məhəmməd Rza İmami künbəzin alt
hiss
əsində yazıb qeyd etmişdir.
Bundan sonra h
ərəm Əfşarlar dövründə 1729, 1733-1734 –cü illərdə təmir
edilmişdir. Əfşarilər dövründə künbəz yenidən qızıl ilə bəzədilmişdir.
Türb
ənin sonrakı təmiri Qacarlar dövrünə təsadüf edir. Bu dövrdə hərəm güzgü
il
ə bəzədilmişdir. Nadir Şahın dövründə (1736-1747) Məşhəd qızıl dövrünü
yaşayırdı. Şəhəri dövlətin paytaxtı edən Nadir Şah Şah Təhmasibin tikdirdiyi
minar
əni təzələdi və ora çox qiymətli hədiyyələrlə yanaşı 400 əlyazma əsər
bağışladı
1
. Bu dön
əmdə Fəth Əli Şah (1797-1834) hərəmin yanında “Səhni-nov” adlı
saray
tikdirmişdir (1803). Məqbərəni 1858-ci ildə Qaimməqam Nuri
güzgü ilə
b
əzəmişdir.
P
əhləvilər dövründə (1925-1979) Asitani-Qüdsün tikintisinə xüsusi diqqət
yetrilmiş və orada dəyişiklilər edilmişdir. Belə ki, Rza Şah Pəhləvi 1928-ci ildə
M
əşhədi ziyarət edərkən hərəmin ətrafındakı yolların düzəldilməsini əmr etdi
2
.
M
əqbərənin genişləndirilməsi və köklü şəkildə təmir edilməsi İranda baş vermiş
İslam inqilabından (1979) sonrakı dövrə düşür. Çünki İranda baş vermiş inqilabdan
sonra M
əşhədə ziyarətə gələnlərin sayı əvvəlki illərə nisbətən daha da artmış və
n
əticədə məqbərənin genişləndirilməsi məsələsi gündəmə gəlmişdir. Buna görə də
r
əsmi dövlət məmurları məqbərənin genişləndirilməsi, zəvvarlara xidmət
m
ədəniyyətinin yüksəldilməsi və ziyarətə gələnlərin daha da rahat şəraitdə ibadət
etm
əsi üçün müəyyən planlar hazırladılar. Hazırlanmış plan əsasında mühüm işlər
görüldü. Əbəs deyildir ki, inqilaba qədərki dövrdə məqbərənin ümumi sahəsi 12 ha
idis
ə, inqilabdan sonrakı hazırkı dövrdə onun sahəsi 90 ha-dır
3
.
Bu ill
ər ərzində məqbərənin
təkcə öz sahəsi deyil, eyni zamanda orada
m
ədəniyyət, xidmət ibadət və ziyarət sahəlirinin genişləndirilməsi üçün də işlər
görülmüşdür. Mədəniyyət sahəsində görülmüş ən ümdə işlərdən biri də orada elm
ocaqlarının tikilməsidir. Belə ki, Məşhəddə İslam elmləri Universiteti, İslami
araşdırmalar Fondu, Xorasan Hövzələr Müdürlüyü, Mərkəzi kitabxana və s. binaları
orada görülmüş işlərə əyani misaldır.
1
İslam Ensiklopediyası, İstanbul-2006, c. XXXII, səh. 364
2
Geniş məlumat üçün bax: A. Mutəmən, Tarixi-Asitane Qüdsi Rəzəvi, Tehran, 1348 h/ş. Həmin müəllifin Əbniyayi-
Asitane Qüdsi R
əzəvi, Tehran, 1339 h/ş və Əbdülhəmid Movləvinin Asitane Qüdsi Rəzəvi, Tehran, 1354 h/ş əsərlərinə
3
İşığa Doğru Jurnalı № 9, səh. 121
273