Qar dənəcəkləri (bir DƏLİnin gundəLİYİ Seriyasindan)



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix01.07.2018
ölçüsü0,92 Mb.
#52535
1   2   3   4   5   6   7

illərdir  gözlədiyimsən”  -deməyə  tələsirdi.  Gözünü  divardakı  rəsmdən  ayıra  bilməyən  Lalə  Ceyhunan  yavaş-

yavaş  oyandığını  görüb  dərhal  divana  qayıdır.  Yuxudan  oyanmağa  tələsməyən  Ceyhun  gözlərini  açdığında 

qarşısında  dünən  gecədən  davam  edən  qırmızı  donlu  qadının  nağılının  bitmədiyini  görüb  sevinir.  Laləyə  sual 

dolu  nəzərlərlə, Lalə isə ona əminliklə, qürurla baxırdı. Onu yuxudaykən kəşf edən Lalə həyatının insanına bu 

boşluğu pozaraq səsləndi: 

      -Salam. 

      -Salam.sabahınız xeyir 

      -Sabahın xeyir, Ceyhun.  

       

      Adını  eşidən  Ceyhun  suallarla  dolu  cavab  verməyə  tələsirdi.  Nə  desin?!  Necə  müraciət  etsin  ?  Qırmızı? 



Ceyhunun  cavabını  gözləmədən  Lalə  durğunluğu  ayağa  qalxaraq  çirkli  pəncərlərə  yaxınlaşaraq  çölə  baxıb 

pozdu: 


     -Bilmirəm,  Ceyhun,  təşəkkür  edim,  ya  minnətdar  olum.  Səhər  durduğumda  heç  nəyi  anlamırdım,  amma  

indi  hər  şeyi  bilməsəm  də  adını  biləcək  qədər  sənə  yaxınam.  Gecə  çətin  olub  ikimiz  üçün  də.  Ən  azından  

beşmərtəbəni  çıxacaq  qədər  sənə  yüklənmişəm …  Hə,  birdə  yerdə  yatmısan  mənə  görə…Üzr  diləyim  ?  -deyib 

gülümsəməyə başladı. 

        -Yox,  narahatlığa  görə  deyirsənsə,  heç  də  narahat  olmamışam.  Dünən  çox  narahat  idim,  sizə  görə  səhərə 

yaxın  yatıb  qalmışam.  Həm  də  ki,    dünən  gecə  evimin  və  həyatımın  keçirdiyi  bir  şənliyin  baş  qəhrəmanı 

olmusunuz. Mənzilim heç də gözə görünməyən bir qonağı qəbul etdi. Bir yalqızın evində bir qadın…  İnsanlara 

danışsam,  yalan  bilib  mənə  gülərlər.  Amma  qırmızı  donlu  bir  xanım  səhər  məni  oyadaraq  salam  vermək 

cəsarətindədirsə,  hər  kəsə  bu  yalanı  danışa  bilərəm…  Bu  vaxt  Lalə  pəncərə  önündən  çəkilərək  Ceyhunun 

oturduğu divarın yanına gəlib əlin Ceyhuna uzadaraq : 

       - Mən Lalə… 

Qırmızı geyimli bir qadın adıtək zərif görünürmüş...  

       -Cox şadam, gərək yoxdu, amma məndə Ceyhun… 

 

       Beləcə  neçə  dildə  danıışlacaq  iki  qəhrəmanım  tanışdı.  Ayrı  ürəklərdə  döyünən  ürəklər  əl  toxunuşuyla 



birləşdi desəm, yanılmaram. Əllərin təması içindəki tale yazılarıyla toqquşduğunda adları üstəgəllə yazıldı. Lalə 

və  Ceyhun.  Yalnızlığın  və  yalqızlığın  insanları.  Eyni  günün  bir  gecəsində    qarşılaşıb  bir  səhərində 

salamlaşdılar…  Baxışlar  təəccüblü,  gözlər  sual  dolu,  ürəklər  yanğılı,  dillər  sözlü,  dodaqlar  öpüşsüz,  onlar 

xoşbəxt idilər. Ceyhun Laləyə gecə şam işığında, Lalə Ceyhuna rəsmdəki günəş şəfəqində aşiq oldu. Həyata yeni 

doğulmuş  uşaqtək  bir-birlərini  öyrənməyə  çox  həvəslidirlər,  amma  heç  kəs  cəhd  edib  sual  vermir.  Cəsarətli 

baxışlar  Ceyhunu  Laləyə,  Laləni  isə  həyata  qaytardı.  Bir  qadın  bədənindən  uzaq,  nəvazişsiz  bir  gənc  qadın, 




həyatının fürsətini itirmiş qadın isə  yeni nəfəs ,yeni yaşam, yeni insanı kəşf etdi. Ceyhunun yalnızlıqla dolu evi 

neçə  söhbəti,  neçə  gülüşü,  neçə  musiqini  qonaq  edirdi.    Ilk  öncə  gözlər  tanışdı.  Sonra  baxışma  bəzədi  onları, 

kəlmələr  rəng  qatdı  səssizliyi  pozaraq.  Neçə  gülüş  xoşbəxtlik  zəngiydi.  İsti  çay  ürəkləri  isidirdi.  Gün  sonu 

gecələrə gətirirdi onları. Toxunuşsuz qalmaq insanı məhv edər. Sevgi zərrəcikdən başlayır. O zərrəcik dodaqdan 

qopsa,  unudulmaz  qalardı.Ceyhunun  dar  ,amma  yumşaq  divanı  “səni  sevirəm”  deməmiş  iki  gənci  bir-birinə 

sevdirdi.  Yenə  şam  şahid  olmuşdu  onlara,  çünki  işıqların  kəsilməsi  hər  yeri  qaranlıq  etmişdi.  Sevgililəri  çox 

yaxına  gətirdi  qaranlıq.  Şamdan  saçan  şəfəq  bədənlərdə  itib-batırdı.  Hər  cingilti  yalnızlıqla  dolu  evi  parıltılı 

brilyanta  bənzədirdi.  Şam  işığının  ahəngiylə  iki  sevgillinin  bədəni  divarda  bir-birindən  doymayan,  ayrıldıqca 

birləşən,  yüksələn  zirvələrdən  enməyən  görüntüdəydi.  Qadın  bədəninə  həsrət  bir  insanın  özünü  onda  tapdığı 

anda  itirmək  qorxusu  onu  dəli  edirdi.    İki  ruhun  birləşdiyi  gecələr…  İki  bədənə  göylərdə,  sevgi  saraylarında 

mələklərin  müşayiəti  ilə  nigah  kəsilirdi.  Qarasıyla,  şərabıyla,    tütünüylə  yadda  qalan  gecələr  indi  Ceyhunda 

Laləsiylə qaldı… Eləcə gecələr səhəri, səhərlər gecəni qovurdu… Zamanın nə anlama gəldiyini sevdiyinin öpüşü 

və xoş sözləriylə keçirdikdə dərk etmək olmur. Beləcə üç möhtəşəm gün keçdi. Lalə Ceyhunu hər şeyini  tanıdı, 

amma  Ceyhunsa  Lalənin  sadəcə  adını  və  ən  böyük  arzusunu  bilir.  Nə  yalan  deyim  onları  yazacaq  başqa 

cümlələr  tapa  bilmədim.  Çünki  gözlə  görüləsi  mümkün  olmayan  bir  məfhumu,  hadisəni  necə  canlandırmaq 

olarsa  məndə  iki  dəlini  belə  sözə  gətirdim.  Ceyhun  yalnızlıqdan  çıxmış,  hətta  keçmişinə  aid  bu  günlərdə  sual 

belə  versən  ən  azı  iyirmi  saniyə  donaraq  düşünmək  istər.  Lalə  isə  həyatının  təklifinin  üstündən  xətt 

çəkildiyindən o xəttin davamı üzərinə Ceyhunu əlavə etdi.  

         Neçə  neçəylə  bitməz  söhbətlərdən  ibarət  bir  gecənin  səhəri.  Evə  pəncərə  arxasından  nəzər  yetirsək, 

səliqəsiz şəkildə yerə tökülmüş paltarlar, yerdə yıxılmış və döşəməyə dağılmış qırmızı şərab şüşəsi. Gecə yaxşı 

ki,  burda  olmamışıq,  əziz  oxucum,  yoxsa  nələrə  şahid  olardıq…  Bilirəm  gülümsünürsən,amma  səhərə  tez  göz 

açan  Ceyhun yerində  yoxuydu.  Duş  səsi  evə yayılırdı.  Lalə  yuxudan  oyanmış  o  məhşur qara  divanda  uzanmış 

Ceyhunu gözləyirdi. Üç günün yorğunluğu və sevinci bir bədənə sığışmırdı. Bu vaxt Ceyhunun telefonu səs salır. 

Bu sms səsidir. Lalə əminliklə telefonu əlinə alaraq smsi oxuyur: 

         “Salam  Ceyhun.  Bəlkə  də  narahat  edirəm,  amma  sənə  yazacaq  bir-iki  kəlməm  var.  Bu  üç  gündə  heç 

axtarmadın məni. Bu üç gündə məni tək qoydun . Onunla  birgə məni tək qoydun. O, danışa bilmir elə hey məni 

dinləyirdi,  Ceyhun.  Məni  tək  qoymayacaqdın.  Sən  söz  vermişdin,  Ceyhun.  Sənə  inanmışdım,  Ceyhun. 

Təşəkkürlər, Ceyhun. İmza:  Könül”  

          Əlindəki  telefonu  yerinə  qoyur.  İlk  divardakı  rəsmə,  sonra  işıq  saçan  günəşə  baxmağa  çalışır.  Yavaşca 

durub  əlini  bədəninə  tutaraq  yerdən  paltarlarını  yığır,  cəld  geyinərək  getməyə  tələsir.  Sinəliyini  arxasıycada 

qırmızı donunu geyinir. Ağlamadı, amma susmadı da. Onu sındıran yazıya qarşılıq vərəqə bu sözləri qeyd etdi: 

“səni  mələk  bilirdim…  Qollarımda  çiçək  bilirdim…  Sənin  mələyin  də  varmış,  çiçəyin  də”.  Kiçik  vərəqi  yatağa 

qoyaraq    qapıya  doğru  gedir.  Qucaqda  gəldiyi  yerdən  yaralı  halda  qayıtmaq  onu  öldürürdü.  Beləcə  üç  günün 

möhtəşəm  nağılı  başladı.  Olaylardan  xəbəri  olmayan  Ceyhun,  sanki,  o  duşdan  çıxmayacaqmış  kimi  gecikirdi 

Laləsiz otağa. İçinizdən: “Ceyhun çıx duşdan Lalə getdi” - deməyiniz gəlsə də bizim Ceyhun musiqi oxuyur su 

altında.  Bir  yalnızın  dəli  könlü  açılıbsa,  onu  durdurmaq  olmaz  ,amma  kimsə  gedən  zamanı  durdurmaq 

borcunda. Ceyhun otağa girir əynində ehram. Otaq boş. İki sevgilini divarlardan qoruyan örtük yerdə, Lalə yox. 



“Onun paltarları ?”- deyə Ceyhun gözlərini evdə gəzdirməyə başladı ,sanki kitab axtarırdı bu böyüklükdə. Onu 

görən  gözlər  axtarırdı  Laləni.  Ona  toxunan  əllər  axtarırdı  Laləni.  Ey,  həyat,  bu  qədər  sadəydimi?  Yalnızlığın 

adamına film göstər ve lenti qır ? Ceyhun düşüncələrdən qorxaraq : 

       -Laləəəə (cavab gəlmir). 

       - Laləəəə…. Cavab ver hardasan ?  

Səs gəlmir, beləcə Ceyhun əynindəki ehramla  birgə divana əyləşir, rəngli vərəqdəki yazıya baxır: “Səni mələk 

bilirdim…Qollarımda  çiçək  bilirdim…Sənin  mələyin  də  varmış  ,çiçəyin  də”.  Bu  nə  anlama  gəlir  ?  Bu  nə 

deməkdir ? Suallar bir-bir göz önünə gəlir . Düşüncələrin arxa fonu Lalənin  

gülüşü ,ya səsi.Onsuzluq .Geri qayıdan yalnızlığı qarşılamaq gücündə deyildi Ceyhun.Telefonuna gələn növbəti 

sms Ceyhunu düşüncələr arasi labirintdən çıxardı. Əlini telefona atdığında Könülün ilk smsni oxudu. Gözlərinə 

inanmır:  

      -Yox  mən  buna  görə  Laləni  itirə  bilmirəm.  Bir  insanı  həyatda  saxlamaq  üçün  verdiyim  söz  öz  həyatımı 

itirməyə səbəb oldu ? Könül ? Heç bilirsən Laləm Könül kimdir. Heç bilirsən o mələk, o çiçək?! 

          Könül… Ceyhunun uşaqlıqdan bəri  yaxın insanları arasında Tahir adlı bir dostu vardı. Onlar demək olar 

ki,  bir  böyümüşdülər.  Hər  zaman  onları  bir  görmək  olardı.  Ceyhunun  həyatına  qonan  yalnızlığın  Tahirlə  də 

əlaqəsi  vardı.  Ceyhuna  gələn  bu  sms  də  elə  dostu  Tahirlə  bağlıydı.  Dostu  Tahirin  uzun  illər  sevdiyi  bir  xanım 

vardı . Könül adında bu xanım Tahirlə keçməkeşli sevgi yaşamışdılar.Ceyhun hər zaman onların yanında olan 

bir  varlıq  idi.  Nəhayət,  çətinliklərə  baxmayaraq  Könül  və  Tahir  evlənirlər.  Onlar  bu  xoşbəxtliyi  dadmağa 

başladıqları  ilk  illərdə  ailə  faciəsiylə  rastlaşırlar.  Tahirin  keçirdiyi  avtomobil  qəzası  onu  Könulsüz  qoydu. 

Dünyaya bir balaca bala  gətirən Könul həmin gün qəza yerinə gəldiyində Ceyhunda ordaydı. Könülün fəryadı 

insanları  ağlatdığında  Ceyhun  qarşısında  diz  çökərək  yaxın  dostunun  qadınına:”  səni  heç  vaxt  tək 

qoymayacağam Könül, biz yenə üç nəfər olacağıq. Sil göz yaşlarını”. O, Könülə bu sözlərlə söz verdi. Hər zaman 

tutmağa borclu bir söz. Tahiri itirmək Könülü ev  dustağı  etdi. Balaca   Çingiz balanı dünyaya gətirmək və onu 

atasız  boyütmək  bir  ana  üçün  çox  çətin  idi.  Ceyhun  Laləylə  keçirdiyi  üç  gün    də  həyatdan  təcrid  olmuşdu. 

Könüllə heç vaxt bu müddət qədər əlaqəsiz qalmamışdı. Könül Ceyhuna Tahirdən qalan iki xatirədən biri kimi 

baxırdı.  Bu  üç  gündə  Ceyhundan  heç  bir  xəbər  gəlmədiyini  görən  Könül  yuxarıdakı  smsi  yazmaq 

məcburiyyətində qalır. 

          Ceyhun  …  Yaşamadığı  həyatın  yaşıyacaq  çox  şey  gətirəcəyini  gözləyirdi,  amma  Laləsiz  gələcək  heyatı 

istəmirdi  Ceyhun.  İçində  “gələcək  ya  sənlə  gələcək,  Lalə  ,ya  da  sənlə  gedəcək”  düşüncəsiylə  yaşayır  Ceyhun. 

Lalədən ona  bir qucaq xatirə bir ad və bir iz qalıb. Xatirələr bitib tükənməz, ad unudulmaz, izsə xatırladılacaq 

şüardır. Lalə haqda nə bilir Ceyhun ? Yalnız həvəsgar rəssam olmasını .. Elə bu ? Yox .Bakıda qalmasını, yaşını 

da  bilir,  amma  nə  ünvan,    nə  nömrə,  nə  şəkil  heç  nə  qalmayıb  ondan.  Ceyhunun  üstünə  Laləylə  birgə  xoş 

anların  izi  hər  küncdən  hücüm  çəkir.  Otağa  doluşan  gecənin  qaranlığı  Laləylə  işıq  saçırdı.  Bəs  Laləsiz  ?!  Bəs 

Lalə harda ? Suallar artıq Ceyhunu idarə edirdi. Bəzən pəncərə önündə durmuş onu qarşıladığı ağaclığa doğru 

baxırdı. Sanki, qırmızı donlu xanım yenə orda… Xülyalar Ceyhunu məhv edirdi. Yenə gecəyə əsir düşmüş gənc 



susurdu.  Siqaret…siqaret…siqaret.  Onunla  yalnız  tüstülər  danışırdı…  Gecə  saat  iki  arxasıyca  üçü  gətirir. 

Ceyhunsa dinməz söyləməz qara divanda Lalənin ətirylə dolu evdə onsuzluğu qeyd etməyə başlamışdı. Ceyhun 

nədənsə diksinir, cəld eyvana qaçıb ağaclıq tərəfə baxır. Evə geri dönüb qapıya tərəf gedir: “ O, burdadı. O gəlib. 

Bilirdim  gələcəksən.  Məndə  sənsiz  qala  bilmədim  .  Laləm,  gəldim  Laləm”  -  deyərək  artıq  ağaclığa  çatmışdı. 

Qaranlıq  və  yol  işıqlarının  ahəngində  heç  nəyin  olmadığını  görür.  “Yox,  de  burdasan,  burda,  sən  burdasan 

Lalə”- deyib göz yaşlarını saxlaya bilmir.  

         Lalə  Ceyhunun  evindən  didərgin  halda  çıxaraq  üç  gündür  söndürdüyü  telefonunu  yandırdı.  Qəbul 

etmədiyi zəngləri görmək, yaşadığı bu üç günün xülyasından çıxmasına kömək etdi. Rəfiqələrindən  gələn zəng 

onu  evinə  gedən  yolda  sürətləndirdi.  Qapı  zəngini  yavaşca  basan  Lalə  anasının  ümidsiz  şəkildə  qapı  açma 

tərzini hiss etdi. Qapı ağzında Laləni gördüyündə özünü  itirib: 

        -  Lalə…Qız,  sən  hardaydın,  gəl  gözümün  nuru.  Heç  bilirsən  nə  günə  qalmışam  sənsiz?  Bir  daha  getmə 

qızım, axtarmadığım yer qalmayıb. 

        -Ana… sadəcə dincəlmək istəyirdim deyib Ceyhungildə olanları xatırladığında göz yaşlarını saxlaya bilmədi.  

       -Qızım,  səni  itirmək  istəmirəm.  Səni  o  dediyin  yerə  yollayacağam,  qızım  .Təki  sən  mənim  ol  mənim 

yanimda qal. Atanın ölümü məni çox əydi, səndə olmasan mən nə edərəm- deyib Laləni qucaqladı.  

        Çoxlarınız Lalənin Ceyhunla yaşadıqlarına üzülmədiyini düşünürsünüz ? Amma yanılırıq, əziz oxucu… Lalə 

Ceyhunun  evindən  çıxdığı  o  saniyyədən  bilir  ki,    Ceyhunu  boş  bir  səbəbdən  itirib  və  Ceyhun  kimisi  bir  daha 

onun  qarşısına  çıxmayacaq.  Ceyhunla  yaşadığı  bu  sevgi  qığılcımı  hər  zaman  onunla  olacaq  onun  qəlbində, 

amma tale onları ayırdı. Bir qəzetdə oxumuşdum sevgi üçlərdən ibarətdir: üç gün, üç ay , üç il… Üç əsr mümkün 

olmadığından ideal sevgi elə üç ilə qalır,amma Ceyhun Laləni bir ömür hər şeyində yaşadacaq qədər sevdi bu üç 

gündə. Lalə isə Ceyhunu bu üç gündə bir daha gəlməyəcək qonaq tək rahladı həyatında. 

         Ceyhun həyata yeni adaptasiya olmağa başladığında bir qadın ətri onu yaşamağa sürükləyirdi. Lalədən geri 

qalan  tək  bir  şey  daha  vardı.  Bu  onun  o  ilk  gecə  Ceyhunun  evinə  gəldiyində  boğazına  bağladığı  qırmızı 

yaylığıydı.  Laləsiz  gecələrin  birində  divanin  altından  tapılan  yaylıq  o  gecədəki  Lalənin  ətrini  verdiyindən 

Ceyhun onu bir anlıq da olsa kənara atmır. Soyuq sevgi, qaynar baxış, yad insanlar. Artıq Lalə Türkiyəyə uçmuş, 

Kapadokyaya  yərləşmişdi.  Bizim  Ceyhunsa  Bakıdakı  yad  planetli  həyatına  yalnızlıq  deyil  Laləsizlik  adıyla 

adlandırmağa  başlamışdı.  Gündüzləri  Laləylə  sevən  Ceyhun  gecələri  əzab  çəkir.  Ən  azından  “bir  görsəm,  hər 

şeyi izah etsəm. Mənim səndən başqa qadınım olmayıb, Laləm. Həyatıma gəlmiş tək mələk, tək çiçək sənsən. 

Səninçün payız çox tez gəldi. Yarpaqlar solduğu an Laləmdə soldu”. 

        Türkiyə,  Kapadokya  mahalı.  İncəsənət məktəbi,  adı  və  təbiyyəti,  incəsənəti  ilə  zəngin  bir  məkan. Lalə  ilk 

bura gəldiyində sevincli və çox həvəsliydi. Həyat onun üçün parlayırdı bir şəfəq tək. Donub geriyə baxdığında 

Ceyhun onu xoşbəxt etmişdi ilk, indisə Kapadokya onu xoşbəxt edir. Lalə bura isnişməyə başlayır. Noyabr ayı 

olmasına  baxmayaraq  havalar  isti  keçirdi.  Azəri  qızı  insanlar  arasında  fərqlənirdi.  Hər  kəs  ondan  azəricə 

öyrənməyə  başlamışdı.  Ətrafına  xeyli  insanı    cəlb  etməyi  bacarmışdı.  Lalə  artıq  kətan  üzərində  də  əl  işlərini 

insanlara  sevdirirdi.  Yeni  rəfiqələr  tapmış  Kapadokya  məktəbinin  yeni  nəfəsinə  çevrilmişdi.  Bir  rəssamın 



yaşaya biləcəyi sadə heyatın ən üstününü yaşayırdı burda. Bura gəldiyindən yataqxanada tanış olduğu Nillə çox 

yaxın münasibətdəydi. Cazibəsiylə Qafqazli qız hər kəsin başında dururdu. Beləcə, Lalə uğur qazanmağında biz 

Bakımıza dönüb Ceyhunun evinə səyahət edək. Artıq altı ay keçirdi. Təqvimdən qopan bir vərəq Laləni o ana 

qədər yaxın edirdi. Laləni gətirən bir gecə yenə  gələrmi? Laləni aparan səhər bir gün bitərmi? Hər günü əzabla 

dolu olan Ceyhun, mənasiz həyatda məna axtarmaqa calışır. Unutmaqmı  istəyirdi Laləni? Yox! Umid dolu gecə 

bitəcək və bir sabah Lalə geri dönəcək. 

         Anadolu yaylasında yerləşən Kapadokya şəhəri Laləni qoynuna almışdı. Artıq beləcə yay fəsli yaxınlaşırdı. 

Bakı üçün darıxan Lalə tezliklə geri dönməyi düşünürdü…Kurs işi tamamlaması üçün gecələr bir rəsm tablosu 

üzərində  çalışmağa  başlayır.  Bu  rəsmi  çəkmək  üçün  elə  hey  gecə  ay  işığına  baxır,  səhər  günəşin  çıxma  anını 

gözləyirdi. Dərslə birgə Lalə Kapadokyanın dar küçələrini gəzməyi sevirdi. Yataqxanada qaldığına görə gecə gec 

qayıtmaq  mümkün  olmadığından  Lalə  gəzintisini  qısa  bir  günə  həsr  edir.  Otağına  gəldiyində  heç  kəsin 

olmadığını  gördü.  Rahatlanması  üçün  paltarını  çıxardığı  an  qapı  açılır.  “Nil,  sənsən  ???”-  deye  Lalə  səslənir. 

Qarşılıqlı  cavab  gəlmir.    Yarı çılpaq  kimin  gəldiyinə  baxmaq  istədiyində   kimsə  Lalənin  ağzından  tutaraq  onu 

arxası  üstə  yıxdı.  Lalə  təcavüzə  uğradığını  bildi.  Bu  Nilin  flört  etdiyi  oğlan  dostuymuş.  Qapı  azca  açıq,  hava 

qaranliq.  Lalənin  qışqırmaq  şansı  sıfırdı.  Bir  yeni  açmış  gül  üçün,  qanad  çalmış  mələk  üçün  bu  bir  faciyədi, 

özdə otaq yoldaşının sevdiyi ilə. Lalənin orasına burasına əliylə toxunana qarşı Lalə üsyankar hərəkətlər edirdi. 

Amma  qarşı  durmaq  mənasız  idi,  artiq.  Lalə  onun  olmuşdu.  Göz  yaşları  bir-bir  yanağından  axır,  axdıqca 

anasını, atasını düşünür ve sonda Ceyhunada o an xəyalında yer ayıra bilir. Artıq bir oğlanın etdiyi hərəkətlər 

həzz  deyildə  nifrət  yaradırdı.  İşini  bitirdiyində  yanağından  “təşəkkür  şəkərim”-  deyib  yanağını  dartmaq 

istədiyində Lalədən sillə yeyir. Laləni təhdid edərək otaqdan çıxır və beləcə Lalə üçün yeni çıxmış bir ulduz belə 

sönür.  Amma  bu  dəfə  ki  yara  çox  ağır  idi.  Sınma  nöqtəsi  yaxınlaşmişdı.  Həyatının  insanı  Ceyhunun  cəsarət 

etmədiyini başqası etdi. Ayaqlarındakı əl  izləri, yerdəki bir az qan Lalənin gözlərini qaraltdı. Xəyalən yüksəyə 

qalxır,  qaralan  havayla  bərabər  öz  həyatını  qaraldan  insanlara  qoşulub  boğazına  ipi  keçirərək  son  nəfəsini 

səssiz verir.  

          Verilən  nəfəs  səs  qoparır  Türkiyədə.  Xəbəri  anası  aldığında  xəstəxanalıq  olur.  Bakı  cəsədin  gəlməsini 

gözləyir. Hər kəs Lalənin ölümünə ağladığı vaxt  Ceyhun yalnız Lalənin onu atıb gedişinə ağlayırdı.  Həyatdan 

bixəbər  gəzən  Ceyhun  öz  günəşinə  üsyan  edir.  Bir  gecə  divarda  çəkdiyi  o  arzular  günəşini  qara  qələmlə 

oxunmaz  hala  gətirir.  Laləsiz  o  arzularin  heç  olduğunu  anlayır.  Artıq  bir  ilə  yaxın  müddət  keçib.  Çölə  yalnız 

Ağdamlıyla görüş üçün çıxırdı. Belə günlərdən birində yol kənariyla yeridiyində rəsm  qalereyası  afişini gördüş. 

Lalə adlı bir rəssamın sərgisiydi bu. Ceyhun, nəhayət, qəfil axtarışın nəticəsinə sevinir, ünvanı və sərgi gününün 

tarixinin bu gün olduğunu öyrənib yoluna həvəslə davam edir. Bir neçə saat sonra  Laləyə hər şeyi izah edəcək 

və onlar qovuşacaqdlar. Ağdamlıdan aldıqı məvacibi geyimə verib özünü əl gəzdirdi.Laləyə ondan tək yadigar 

qalan  qırmızı  yaylığını  da  verəcək  Laləni  hər  kəsin  əlindən  alıb  evinə  yenə  qucağında  getirəcəkdi.  Vaxt  çatıb 

artıq.  Ürək  döyüntüləri  addımlar  tək  sərgiyə  yaxınlaşır.  Salonda  gəzişən  insanılar  rəsmlər  önündən  keçərək 

rəsmləri müzakirə edirdilər. Əksər insanlar sonda sərgi edilmiş bir rəsmə daha diqqətlə baxırdı. Ceyhun məkanı 

gəzir  insanlar  arasında  Laləni  axtarırdı.  Bəlkə  “bu  mənim  Laləmin  sərgisi  deyil”  deyib  ümidsiz  şəkildə 

gəzişərkən  bir  neçə  insanın  toplaşaraq  seyr  ediyi  rəsmə yaxınlaşır.  Bu  o  idi.  Ceyhunun  arzular  günəşi.  İçində 

əminliklə Lalənin sərgisində olduğu qənaətinə gəlir ve çox sevinir. Lalə onu unutmayıb. Ən başda onun, daha 




doğrusu,  onların  rəsmini  yerləşdirib.  Həzin  musiqini  bir  xanım  səsi  pozur.  Ceyhun  Lalənin  səsi  zənn  edib 

tələsik halda səs gələn tərəfə baxır.  

          “Hörmətli  qonaqlar  diqqətinizə  görə  təşəkkürlər.  Bu  diqqət  bir  gənc  rəssama  göstərilibsə,  biz  necə  də 

xoşbəxtik”. Bu sözlər səsləndik qədər Ceyhun: “indi söz Laləyə veriləcək. O, indi qapıdan içəri girəcək, bəlkə də 

mikarofana  deyil  ilk  mənə  yaxınlaşacaq”-  düşüncəsinde  idi.  Xanım  sözünə  davam  edir.  “Gənc  rəssama 

deyiləcək bu gün çox sözümüz var. Amma biz ən yaxşısı onu  dünyaya getirən anaya söz versək, daha yaxşı olar” 

- dedi”. Mikrafona Lalənin anası yaxınlaşır. Kövrək bir səslə “hər kəsə teşəkkür edirəm. Qızıma göstərdiyiniz bu 

dəstəyə görə minnətdaram. Bir ana kimi qızımla, bu rəsmlərlə fəxr edirəm. Amma bu ürək yanğılı sözlərinizi, 

təriflərinizi  mənə  deyildə  kaş  Laləmə  deyərdiz.  Onun  bu  sərgisi  soyuq  qiş  ayında  keçirilsədə  qızım  həyatının 

bahar çağında dünyasını dəyişdi.” Anası kövrələrək mikrafonu tərk etdi. Eşitdiylərinin kölgəsində qalan Ceyhun 

huşunu  itirərək  yerə  yıxılır.  Sevgilisinin  həsrətini  görüşüylə  məhv  edəcəyini  düşünən  Ceyhun  ölüm  xəbəriylə 

ağlını  itirir.  Klinikaya  yerləşdirilən  Ceyhunun  imdadına  Ağdamlı  yetişir.  Onun  xəstəxana  məsrəflərini 

qarşılayan iş adamı müalicəsinə nəzarət edir. Elə hey Laləm deyib ağlayan Ceyhun qaranlıq palatada ətrindən 

doymadığının  ölüm  xəbəri  arasındakı  sərhəddən  çıxa  bilmir.  Baxıcı  həkimindən  Laləsinin  qırmızı  yaylığını 

istətərək qırmızıyla yaşamağa başlayır. Gecə boyu klinikada: “ Laləm, qırmızı, o öldü”- kimi sözlər sayıqlayırdı. 

İki ay  ötdüyündən artıq Ceyhun depresiyyadan çıxmışdı. Amma bəzən əl qol hərəkətləri pozuntusu qalmışdı. 

Xəstəxanadan  Ağdamlıyla  birgə  çıxan  Ceyhun    onu  görməyə  gələn  Könül  yol  kənarında  olduğunu  görür. 

Xəstəxananın  əsas  qapısından  çıxdıqında  Könül  onlara  tərəf  gəlir.  Ceyhunun  qoluna  girmiş  Ağdamlı  qarlı 

pilləkənlərdən  Ceyhunu  endirərək    Könülün  olduqu  yerə  gətirir.  Könül  tərəfə  gəldiyindən  ayağı  sürüşərək 

Könülün ayaqları altına yıxılır. Ağdamlı onu qaldırmağa başladığında Könül əyilərək Ceyhunu diz üstə qaldırır. 

Başını yuxarı qaldırıb könülə baxır. “Laləm…Laləm”- deyib asta-asta sayıqlayır. Çarəsiz qalmış gənc baxışlarını 

Könüldən  çəkərək  üzünə  yağan  qar  dənəciklərinə  baxir.  İki  ay  müddətində  qırmızı  yaylığla  yaşayan  gəncin 

üzünə yağan qar eyni rəngə bürünüb onun üzünə qonur. Beləcə QIRMIZI QAR DƏNƏCIKLƏRI yaranır. 

 

Təşəkkür edirəm : Ucuz tütünə, qadin ətrinə ve bir də dəli sevdama... 



                                        

                                                                                        Ramiz atabey 



Copyght MyCorp © 2012 

 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə