Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə30/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
118
119
və onun qızı L.Tolstova Xarəzm oazisindən kənarda yaşayan 
qaraqalpaqlardan qələmə almış  və L.Tolstovanın «Xarəzm 
oazisindən kənarda yaşayan qaraqal 
paqlar» kitabında 
təqdim edərkən qəhrəmanın kalmıklarla döyüşlərdə ölümcül 
yaralandı ğından öz doğmalarına və xalqına vida sözləri ilə 
müraciətini çatdırmışdır. Tarixdən məlumdur ki, uzun on 
illiklər  ərzində kalmık xanları  Fərqanə vadisində yaşayan 
qaraqalpaqların, qazaxların, özbəklərin üzərinə hücumlar 
etmişlər. Belə hücumlar zamanı qaraqalpaqların el-obaları 
dağıdılmış, neçə-neçə  qəhrəmanlar döyüş meydanında 
qalmış, bəziləri isə doğmalarını qoyub qaçmağa məcbur 
edilmişlər. Bütün bu hadisələr xalq təfəkküründə özünə 
silinməz yer etmişdir. Qaraqalpaq ların tarixində Aydosbiy, 
Yernəzərbiy, Ormambet kimi qəhrəman ların adı  şərəflə 
çəkilir. Məsələn, Ormambetin ölümü anasına aşağıdakı 
eşitdirmədə çatdırılır:
Esilip akkan Edilin,     
Burulub axan Edilin,
Erinip aksa kaytesin?   
Ərinib axsa neylərsən? 
Jayılıp annam Jayığın,           
Yayılıb axan Yaikin,
Jabığı paksa kaytesen?           
Bürünüb axsa, neylərsən? 
 
Bahtımız bolğan bayterek,   
Baxtımız olan çinar,
Kulap kalsa kaytesen?           
Devrilib qalsa neylərsən?
İzindəgi nart tallar,       
İçindəki arzular,   
Jıbar kalsa kaytesen? (s.44)         Ağlayıb qalsa, neylərsən? 
Qaraqalpaq şifahi poetik yaradıcılığında belə nümu nələr 
çoxdur. Məsələn, XVII əsrdə kalmık basqınları  nəticəsin-
də xalqın igid oğullarından biri Qılıçbəyin (Törəbəyin oğlu) 
ölümünü Törəbəyə Ozan Müyten aşağıdakı kimi anladır:
Jayılıp jatkan mallarğa,  
Yayılıb duran mallara
Javlar salar bülikti.         
Düşmən salar tələfi,
Tunjırap turğan tavlarğa,         Sabit duran dağlara,
Seller salar türtki. 
 
Sel salar bədbəxtliyi.  
Jaylanıp jatkan dalağa.   
Rahat olan ovaya,       
Janbır salar iritki. 
 
Yağmur salar pozuğu.
Biymezgil samal tap bolsa          Zamansız rüzgar əssə, 
Sırdıradı uvıktı           
Qırıb atar ağacı.
Şükir etin ağajan        
Şükür edin ağacan,   
Bir uvığın sınıptı. (s.44-45)         Bir budağın sınıbdı.
Bunu Törəbəy anlamayanda Ozan Müyten qopuzu təkra-
rən əlinə alıb söyləyir:
Karataudın artında,      
Qaradağın arxasında,
Kaplan urdum ağajan.           
Qaflan vurdum, ağacan.
Dos kayğırıp sol vakıt,          
Dost üzüldü bu zaman,
Duşpan küldi ağajan.    
Düşmən güldü, ağacan. 
Kos sanırak, kos uvık,  
İki sanılan, iki ağac,
Elimizden arı edi.           
Elin namusu idi.
Biri kaldı ornında,          
Biri qaldı yerində,
Biri sındı ağajan. (s. 45)        
Biri sındı  ağacan.
Ozan bu misraları oxuyub qurtarandan sonra Törəbəy  
Qılıcbəyin öldüyünü bilib atdan enərək zar-zar ağlayır. 
Qaraqalpaqlarda digər türk xalqlarında olduğu kimi 
dəfn nəğmələri «joklau» (yəni «yoxluq» nəğməsi) «ağılar» 
mövcuddur. Bu nəğmələr qırğızlarda «koşok»,  qazaxlarda 
«joktau» adlanır. Joklau qaraqalpaqların əskidən yaşatdıqları 
adət-ənənənin tərkib hissəsi kimi dərk edilən nəğmələrdir. 
Bu nəğmələri qaraqalpaqlar da azərbaycanlılarda olana 
uyğun qadınlar və qızlar ifa etdikləri kimi ifa edirlər. “Joklau” 
nəğmələri bütün yaxın insanlar dünyasını dəyişdikdə oxunur:
Tayağanda tiregim,        
 
Dayanmağa dirəyim,
Herne jerde keregim,     
 
Hər bir yerdə gərəyim, 
Omrauda jan saklağan jüregim       
Məndə can saxlayan ürəyim,
Ülken üyde audanlağan şırağım,     
Böyük evdə duran çırağım.
Kabırğamda kanatım,    
 
Qabırğamda qanadım,
Kabiletli sanatım, 
  Qabiliyyətli sənətim, 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
120
121
Xan kılbetli, biy sınlı       
 
Xan surətli, bəy görkəmli,  
İlgeri bakkan tilekli        
 
İrəli baxan diləkli,   
Ayın sınlı ol özi,    
 
 
Ayı gövdəli özü,  
At basında jürekli…        
 
At başı tək ürəkli…
…Otakımın 
iyesi… 
  Otağımın sahibi,
Kevilimin kalası,    
 
 
Ürəyimin qalası,
Garrı atannın sen özin,    
 
Sən bu qoca babanın,
Artıq süygen balası. (s. 45)         
Ən çox sevdiyi balası.
Mərasim folkloru nəğmələri qaraqalpaqların məişətin də, 
gün-güzəranında, həyat tərzində  əsaslı yer tutur, xalqın ta-
rixi-mənəvi həyatının həm mifopoetik, həm də fəlsəfi-es te tik 
baxış və dünyagörüşünü özündə cəmləşdirə bilir.  
2. Qaraqalpaq atalar sözü
 (Каракалпак халык накыл-макаллары)
Xalq müdrikliyi ifadəsinin mühüm forması olan atalar 
sözü qaraqalpaq şifahi poetik yaradıcılığının  əsas tərkib 
hissəsidir. Qaraqalpaq atalar sözü çoxmənalı olmaqla özündə 
müxtəlif anlamları  əks etdirir. Qaraqalpaq türkləri  əsrlər 
boyu bu əvəzsiz inciləri qoruya-qoruya zamanımıza gətirib 
yetirmişlər. Bu ibarəli ifadələrin nə zaman yarandığını dəqiq 
söyləmək mümkün olmasa da, bir şeyi qeyd etmək olar ki, 
onlar qaraqalpaqların zəngin, qədim və keşməkeşli təfəkkür 
tarixinin məhsulu kimi diqqəti cəlb etməkdədir.  
Digər xalqlarda olduğu kimi, atalar sözü və  zərbi 
məsəllərin  əksəriyyəti insanların  əmək fəaliyyəti ilə bağlı 
olmuşdur. Məsələn, «Ekkende yok, tikkende yok, Kırmanda  
tayar» («Əkəndə yox, tikəndə yox, Xırmanda hazır»), 
«Kavının pelegi aşşı, Tüykegi duşşı» («Qovunun qabığı 
acı, içi dadlı»), «Ne eksen, sonnı orarsan» («Nə  əkərsən, 
onu biçərsən»), «Ortak ögizdən öz buzavım yakşı» («Ortaq 
öküzdən öz buzovum yaxşı») və s.
Ümumiyyətlə, qaraqalpaqların həyatının elə sahəsi 
yoxdur ki, xalqın həmin  sahə ilə bağlı çoxsaylı atalar sözü 
olmasın. Məsələn, «Koyşı köp bolsa, Koy haram öledi» 
(«Çoban çox olanda, qoyun murdar ölər»), «Kara koydın 
terisin, Sabınlap juvsanda ağarmas» («Qara qoyunun dərisini 
sabunlayıb yusan da, ağarmaz»), «İlak mamray suv işer, 
Jetiim jılay keşer» («Oğlaq mələyərək su içər, Yetim ağlayaraq 
gün keçirər»), «Her eldin tauşanın, Öz tazısı mene avla» 
(«Hər yurdun dovşanını öz tazısı ilə ovla»), «Kara eşkide jan 
kayğı, kassaçıya et kayğı» («Qara keçi can dərdində, Qəssab 
ət dərdində»), (azərbaycanca, “Keçi can hayında. Qəssab 
ət hayında”), «Hayalı juman desen, İşinde apan də ketedi» 
(«Qadına pis desən, İçinde anan da gedər»), «Suv körmey etik 
şeşpe» («Suyu görmədən ayaqqabını  çıxarma»), «Uyalğan 
eki dünyadan bos kaladı» («Utanan iki dünyadan da olar»), 
«Özin bilmesen bilgənnin tilin al» («Özin bilmirsən, bilənin 
bildiyin dinlə»), «Aytkan söz, atılğan ok» («Söylənilən söz, 
atılan ox»), «Jengesi maktağan kızdı alma, Ağası maktağan 
kızdan kalma» («Yengənin öydüyü qızı alma, Ağası öydüyü 
qızdan qalma») və i.a. və s.
5
Atalar sözü və  zərbi məsəllər – xalq müdrikliyinin 
məcmuyudur.  Orada xalq istedadı özünəməxsus şəkildə öz 
əksini tapmışdır. Təsadüfi deyildir ki, qaraqalpaq atalar sözü 
haqqında belə bir deyim formalaşmışdır: «Atalar sözü - sözün 
qaymağıdır». Doğrudan da, atalar sözü və zərbi məsəllər kimi 
elə bir yaradıcılıq növü tapmaq mümkün deyildir ki, orada 
janr özü haqqında bu qədər parlaq şəkildə düşüncə ortaya 
qoya bilsin. 
Qaraqalpaq zərbi məsəlləri və deyimlərində daha çox 
xalqın təsərrüfat və  məişət həyatı öz əksini tapmışdır. Bu 
mənada aşağıdakı qaraqalpaq deyimi daha maraqlıdır: 
“Üç ay süd, üç ay yemiş, üç ay boranı, üç ay balıq birtəhər 
yaşayarıq”. Bu onu göstərir ki, qaraqalpaqlar doğrudan da 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə